Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrtica
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır. == Təsviri == Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir. == Tarixi == Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir.
İrtidad
Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə") — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər. Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur. Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur. Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.
Urtica
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarı ilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M - mühərrik, ÖM - ötürücü mexanizm, İO - işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Tetranychus urticae
lat. Tetranychus urticae (Koch 1836) — geniş yayılma arealına malik olub, yarpaqlar üzərində yaşayaraq onlara ciddi zərər vuran bu növ kosmopolit olmaqla bərabər, həm də polifaqdır. Palıd, böyürtkən, əzgil, itburnu, heyva yarpaqlarının alt səthində məskunlaşır. Yoluxdurduğu yarpağın üzərində qəhvəyi rəngli nöqtə şəklində ləkələr əmələ gətirir. Bir müddətdən sonra bu ləkələr birləşərək yarpağın bütün səthini tutaraq, tədricən onun məhvinə səbəb olur. Gənənin sayı iyun-iyul aylarında artıb maksimum həddə çatır. Bu isə o deməkdir ki, vurulan zərərin miqdarı da maksimum olur.
Urtica dioica
İkievli gicitkən (lat. Urtica dioica) — gicitkən cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Urtica dioica L. Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. == Çiçək == Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. == Çiçəkləməsi == May == Meyvə verməsi == May-Sentyabr == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər. == Yaşayış mühiti == Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.
Optical line termination
Optical line termination və ya qısaca OLT — passiv optik şəbəkə provayderinin son nöqtəsi kimi xidmət göstərən cihaz. İki əsas funksiyanı təmin edir: provayderin avadanlığı tərəfindən istifadə edilən elektrik siqnalları ilə passiv optik şəbəkənin istifadə etdiyi fiber-optik siqnallar arasında çevrilməni həyata keçirmək. həmin şəbəkənin digər ucunda (optik şəbəkə terminalları və ya optik şəbəkə vahidləri adlanır) çevrilmə cihazları arasında multipleksləşdirməni əlaqələndirmək. == Xüsusiyyətləri == OLT-yə aşağıdakı xüsusiyyətlər daxildir: Aşağı axın kadrının işlənməsi, aşağı axın kadrını yaratmaq üçün ATM xanasını qəbul etmək və aşağı axın kadrının paralel məlumatını onun seriya məlumatına çevirmək üçün vasitə. Dalğa uzunluğuna bölünən multipleksasiya, aşağı axın kadrının seriya məlumatlarının elektro/optik çevrilməsini həyata keçirmək və onların dalğa uzunluğuna bölünən multipleksasiyasını həyata keçirmək üçün vasitələr. Dalğa uzunluğuna bölünən multipleksasiya vasitəsindən məlumatların çıxarılması, əlavə sahənin axtarışı, yuva (slot) sərhədinin təyin edilməsi və fiziki təbəqə əməliyyatlarının idarəsi və texniki xidməti (PLOAM) xanasını və ayrıca bölünmüş yuvanı emal etmək üçün yuxarı axın kadrının emal vasitəsi. MAC protokolunu yerinə yetirmək və yuxarı/aşağı axın kadrının emal vasitələri üçün istifadə olunan dəyişənlər və vaxt siqnalları yaratmaq üçün idarəetmə siqnalının yaradılması vasitəsi. Dəyişənlər və idarəetmə siqnalı yaratma vasitələrindən gələn vaxt siqnallarından istifadə etməklə aşağı və yuxarı axın çərçivə emal vasitələrinə nəzarət etmək üçün idarəetmə vasitəsi.
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri — Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarət kitab. Kitab ilk dəfə tarix elmləri doktoru, professor Nəsib Nəsibli tərəfindən nəşr etdirilmişdir. İlk redaktoru akademik Ziya Bünyadov olmuşdur. == Məzmun == Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib. 2010-cu ildə Bakıda Qanun nəşriyyatında 132 səhifədə, 500 tirajla 2-ci və 3-cü dəfə isə Seymur Həsənli və Dr.
Rıçal-su
Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur. == Rıçal-su == Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.
Rıçal çayı
Rıçal çayı — Mənbəyi Cənubi Dağıstan dağlarındakı Tsmur kəndində – 1120 metr hündürlükdə yerləşir. Su 1862-ci ildən axır. Bulaq sularının axıb töküldüyü Rıçal çayı (hazırkı rəsmi adından fərqli olaraq, çayın əsl adı “Rçal-vats”dır) Dağıstanın Süleyman-Stalski rayonunun təxminən mərkəzindən keçir.