Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Xarici istiqraz
İkivalyutalı istiqraz
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.196 nəfər yaşayır (221 ailə).
İstintaq
İstintaq və ya dindirmə yaxud dindirilmə — zəruri məlumatlar əldə etmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi personal və kəşfiyyat orqanları tərəfindən geniş şəkildə istifadə olunur. Dindirmənin həyata keçirilməsi zamanı müxtəlif üsullardan istifadə olunur.
İttifaq
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
İstintaq (1979)
İstintaq (dəqiqləşdirmə)
İstintaq — cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual, dindirmə.
İstintaq (film)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
Müqəddəs İttifaq
Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır. 1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər: Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür.
İkili ittifaq
İkili İttifaq — Almaniya imperiyası və Avstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq. Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.
İttifaq (ABŞ)
İttifaq (ing. Union) — Vətəndaş müharibəsi dövründə 24 şimal ştatının federasiyası. Cənub Amerika Konfederativ Ştatları əleyhinə idi. Ayova Vermont Viskonsin Delaver Qərbi Virciniya İllinoys İndiana Kaliforniya Kanzas Kentukki Konnektikut Massaçusets Minnesota Missuri Miçiqan Men Merilend Nevada Nyu-Cersi Nyu-York Nyu-Hempşir Ohayo Oreqon Pensilvaniya Rod-Aylend Gallagher, Gary W. The Union War (2011), emphasizes that the North fought primarily for nationalism and preservation of the Union Gallman, J. Matthew. The North Fights the Civil War: The Home Front (1994) Neely, Mark. The Divided Union: Party Conflict in the Civil War North (2002) Rorabaugh, William J. "Who Fought for the North in the Civil War?
İttifaq Dövlətləri
İttifaq dövlətləri, Dördlər İttifaqı Mərkəzi dövlətlər və ya İttifaqi‐Mürəbbe (az-əbcəd. اتفاقی‐مورببئ‎) — Birinci dünya müharibəsi dövründə (1914–1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan hərbi-siyasi blok. Almaniya İmperiyası Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyası Bolqar Çarlığı (1915-ci ildən) İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa Üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
İttifaq Mirzəbəyli
İttifaq Partiyası
İttifaq Partiyası (Tatarıstan) — 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. İttifaq Partiyası (Azərbaycan) — Azərbaycan milli sosialist-inqilabçı (eser) təşkilatı.
İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
İstintaq (film, 1979)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
İstintaq davam edir
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
Müqəddəs İttifaq (1684)
Müqəddəs İttifaq (lat. Sacra Ligua) — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç Pospolita və Venesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.
İttifaq Partiyası (Azərbaycan)
İttifaq Partiyası — 1905-ci ilin oktyabr ayında Bakıda yaradılmış milli sosialist inqilabçı təşkilatı. Təşəbbüsçüləri Sosialist İnqilabçılar Partiyası Bakı komitəsinin üzvləri S. Rayetski və V. Rizel idi. Təşkilatın başçıları R. Şərifzadə, M. Cuvarlinski, R. Məlikov olmuşlar. "İttifaq"ın üzvləri sırasında P. Montinlə birlikdə qətlə yetirilmiş fəhlə Əli Hacı Yaqub oğlunun, eləcə də Ş. Poladov, tələbə Mehdiyevin də adları çəkilir. Mətbu orqanı olmayan Azərbaycan eserləri "Qafqaz sözü", "Kaspi" və digər qəzetlərin səhifələrində məqalələr dərc etdirirdilər. Təşkilatın liderləri kütlələrin maarifləndirilməsini və xalqın azadlığını özlərinin əsas məqsədləri elan edirdilər. Azərbaycanlılara qarşı soyqrımları zamanı ittifaqçılar eserlərlə və digər partiyalarla birlikdə hakimiyyət nümayəndələrinin təxribatına qarşı çıxış etmişdilər. Siyasi şəraitin və erməni-müsəlman münasibətlərinin gərginləşdiyi 1905-ci ilin oktyabrında ittifaqçılar sol blok taktikası tərəfdarları olaraq, Sosialist İnqilabçılar Partiyası Bakı komitəsi, sosial demokratlar və erməni spesifikləri ilə birgə qaragüruhçulara və digər təxribatçılara qarşı yaradılmış İnqilabi Koalisiya İttifaqına daxil oldular. 1905-ci ilin avqustunda yaranmış eyni vəziyyətdə İttifaq Partiyası azərbaycanlıları və erməniləri birliyə çağıraraq, hakim dairələrin təxribatlarına uymamağa və qırğınları dayandırmağa çağırırdı. Taktiki üsullarında ittifaqçılar terrorun və anarxist mübarizəsinin tərəfdarı idilər.
İttifaq Partiyası (Tatarıstan)
Tatar Milli Azadlıq İttifaq Partiyası (tatar. Татар милли бәйсезлек партиясе "Иттифак", rus. Тататрская партия национальой независимости "Иттифак") 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir. İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir. Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur: Tatar xalqının dirçəlişi; Tatar dövlətçiliyinin bərpası; Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması. Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993–1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.
İştirak etməyən iştirakçı
İştirak etməyən iştirakçı — 1947–1949-cu illərdə Ərəb–İsrail müharibəsi zamanı evlərini tərk edən, qaçan və ya deportasiya edilən, lakin indiki İsrail Dövləti ərazisində qalmış Fələstin ərəblərini təsvir etmək üçün istifadə edilən termin. Onların əmlakı "işdən çıxmayanların əmlakı haqqında qanuna" uyğun olaraq müsadirə edilmişdir, lakin onlar məcburi köçkün kimi İsraildə qalmış və ya daha sonra İsrailə qayıtmışdılar. 1950-ci ildə İsraildəki 156,000 israilli ərəbdən 46,000-i iştirak etməyən iştirakçı sayılırdı. Fələstin QHT-si BADIL-in 2015-ci il hesablamalarına görə, İsraildə 384,200, Fələstin ərazilərində isə 334,600 məcburi köçkün var. Onlar yaşadıqları evlə eyni ərazidə olsalar, əmlak hələ də mövcud olsa, əmlakın onlara məxsus olduqlarını göstərə bilsələr belə məcburi köçkünlərə əvvəllər yaşadıqları evlərdə yaşamağa icazə verilmir. Onlar hətta bir neçə gündən çox evlərini tərk etmək niyyətində olmadıqları və qeyri-könüllü vəziyyətdə tərk etdikləri halda belə müəyyən bir gündə evlərində olmadıqları üçün İsrail hökuməti tərəfindən qeyri-iştirakçı hesab edilirlər. [1]Гаарец נפקדים-נוכחים, עד מתי? טליה ששון (ivr.) Аркадий Мазин.
Demokratiya Uğrunda İttifaq
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Osmanlı-Müqəddəs İttifaq müharibəsi
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.