İTAYƏT
İYİSOY
OBASTAN VİKİ
İttifaq
Alyans (ittifaq) və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq alyans sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi alyans yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
1840-cı il İttifaq haqqında akt
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması. Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı.
Müqəddəs İttifaq
Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır. == Yaradılması == 1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər: Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür.
İkili ittifaq
İkili İttifaq — Almaniya imperiyası və Avstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq. == Tarixi == Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.
İttifaq (ABŞ)
İttifaq (ing. Union) — Vətəndaş müharibəsi dövründə 24 şimal ştatının federasiyası. Cənub Amerika Konfederativ Ştatları əleyhinə idi. == İttifaq ştatlarının siyahısı == Ayova Vermont Viskonsin Delaver Qərbi Virciniya İllinoys İndiana Kaliforniya Kanzas Kentukki Konnektikut Massaçusets Minnesota Missuri Miçiqan Men Merilend Nevada Nyu-Cersi Nyu-York Nyu-Hempşir Ohayo Oreqon Pensilvaniya Rod-Aylend == Ədəbiyyat == Gallagher, Gary W. The Union War (2011), emphasizes that the North fought primarily for nationalism and preservation of the Union Gallman, J. Matthew. The North Fights the Civil War: The Home Front (1994) Neely, Mark. The Divided Union: Party Conflict in the Civil War North (2002) Rorabaugh, William J. "Who Fought for the North in the Civil War?
İttifaq Dövlətləri
İttifaq dövlətləri, Dördlər İttifaqı Mərkəzi dövlətlər və ya İttifaqi‐Mürəbbe (az-əbcəd. اتفاقی‐مورببئ‎) — Birinci dünya müharibəsi dövründə (1914–1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan hərbi-siyasi blok. == Blok üzvləri == Almaniya İmperiyası Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyası Bolqar Çarlığı (1915-ci ildən) == Blokun yaranması == == İttifaq dövlətlərinin müttəfiqləri == İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa Üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
İttifaq Mirzəbəyli
Qaçayev İttifaq Məmmədcan oğlu (İttifaq Mirzəbəyli; 10 fevral 1953, Mirzəbəyli, Qutqaşen rayonu) — Azərbaycan jurnalisti. == Həyatı == İttifaq Mirzəbəyli (tam adı: İttifaq Məmmədcan oğlu Qaçayev) 1953-cü il fevral ayının 10–da Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutu Mədəni–Maarif fakültəsinin məzunudur. Ali təhsil aldıqdan sonra peşə məktəbində müəllim, "Dalğa" qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, Azərbaycan radiosunda redaktor, şərhçi, "Son xəbərlər" şöbəsinin müdiri vəzifələrində çalışıb. 1996-cı ildən etibarən "Xalq qəzeti"ndə işləyir. == Mükafatları == "Səhər" mükafatı (1993) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) "Humanizm carçısı" mükafatı (1994) "İlin ən yaxşı jurnalisti" adı (1996) "Kamil sənətkar" diplomu (1999) "Həsən bəy Zərdabi" diplomu (2003) "Əməkdar jurnalist" fəxri adı (2005) "Heydər Əliyev fenomeni" publisistika müsabiqəsinin qalibi (2009) == Fəaliyyəti == 9 kitabın müəllifi, bir çox kitabların tərtibçisi və redaktorudur. Sözlərinə yazılmış mahnılar Bakı, Təbriz, Tehran və İstanbulda dövlət radiolarının qızıl fonduna qəbul edilib. Təxminən 15 dəfə jurnalist kimi İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, Şimali Kipr və başqa ölkələrdə "Xalq qəzeti"ni təmsil edib.
İttifaq Partiyası
İttifaq Partiyası (Tatarıstan) — 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. İttifaq Partiyası (Azərbaycan) — Azərbaycan milli sosialist-inqilabçı (eser) təşkilatı.
İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. == Nəzərdə tutulan genişlənmə == Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Müqəddəs İttifaq (1684)
Müqəddəs İttifaq (lat. Sacra Ligua) — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç Pospolita və Venesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.
İttifaq Partiyası (Azərbaycan)
İttifaq Partiyası — 1905-ci ilin oktyabr ayında Bakıda yaradılmış milli sosialist inqilabçı təşkilatı. == Tarixi == === Yaradılması === Təşəbbüsçüləri sosialist-inqilabçılar partiyası Bakı komitəsinin üzvləri S. Rayetski və V. Rizel idi. Təşkilatın başçıları R. Şərifzadə, M. Cuvarlinski, R. Məlikov olmuşlar. "İttifaq"ın üzvləri sırasında P. Montinlə birlikdə qətlə yetirilmiş fəhlə Əli Hacı Yaqub oğlunun, eləcə də Ş. Poladov, tələbə Mehdiyevin də adları çəkilir. Mətbu orqanı olmayan Azərbaycan eserləri "Qafqaz sözü", "Kaspi" və digər qəzetlərin səhifələrində məqalələr dərc etdirirdilər. Təşkilatın liderləri kütlələrin maarifləndirilməsini və xalqın azadlığını özlərinin əsas məqsədləri elan edirdilər. Azərbaycanlılara qarşı soyqrımları zamanı ittifaqçılar eserlərlə və digər partiyalarla birlikdə hakimiyyət nümayəndələrinin təxribatına qarşı çıxış etmişdilər. Siyasi şəraitin və erməni-müsəlman münasibətlərinin gərginləşdiyi 1905-ci ilin oktyabrında ittifaqçılar sol blok taktikası tərəfdarları olaraq, eserlərin Bakı komitəsi, sosial demokratlar və erməni spesifikləri ilə birgə qaragüruhçulara və digər təxribatçılara qarşı yaradılmış İnqilabi Koalisiya İttifaqına daxil oldular. 1905-ci ilin avqustunda yaranmış eyni vəziyyətdə İttifaq Partiyası azərbaycanlıları və erməniləri birliyə çağıraraq, hakim dairələrin təxribatlarına uymamağa və qırğınları dayandırmağa çağırırdı. Taktiki üsullarında ittifaqçılar terrorun və anarxist mübarizəsinin tərəfdarı idilər.
İttifaq Partiyası (Tatarıstan)
Tatar Milli Azadlıq İttifaq Partiyası (tatar. Татар милли бәйсезлек партиясе "Иттифак", rus. Тататрская партия национальой независимости "Иттифак") 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir. İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir. Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur: Tatar xalqının dirçəlişi; Tatar dövlətçiliyinin bərpası; Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması. Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993–1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.
Osmanlı-Müqəddəs İttifaq müharibəsi
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. == Səbəbləri == Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. == II Vyana mühasirəsi == Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.
Xalq Hərakatı Uğrunda İttifaq
Xalq Hərəkatı Uğrunda İttifaq
Xalq Hərakatı Uğrunda İttifaq (fr. Union pour un mouvement populaire, UMP) bu abvetura ilə Prezident Çoxluğu Uğrunda İttifaq (fr. Union pour la majorité présidentielle) — Fransanın liberal-mühafizəkar ideologiyalı siyasi partiyası. Yarandığı vaxtdan hakim partiyadır. Məclisdə və Senatoda əsas bir əmrə sahib olan partiya 2007 Prezidentlik seçimlərinə namizəd göstərildiyi Nikolya Sarkozi Fransa Prezidentliyinə seçilmişdir . Partiya Avropa Halk Partiyası, Beynəlxalq Mərkəz Demokratlar təşkilatlarına namizəddir. Partiyanın siyası görüşü Xristian liberalizm olaraq müəyyən olunur. 2012 millət vəkili seçimlərində iqtidarı itirib muxalifət partiyası olmuşdur. == UMP-liSəlahiyyətli şəxsləri == UMP'li prezidentləri Jacques Chirac (2002–2007) Nicolas Sarkozy (2007–2012) UMP-lı baş nazirlər Jean-Pierre Raffarin (2002–2005) Dominique de Villepin (2005–2007) François Fillon (2007–2012) UMP-li senato başkanları Christian Poncelet (2002–2008) Gérard Larcher(2008–2011) UMP-li məclis başçıları Jean-Louis Debré]] (2002–2007) Patrick Ollier (2007) Bernard Accoyer (2007–2012) UMP umumi başçıları Alain Juppé]] (2002–2004) Nicolas Sarkozy (2004–2007) 2007–2012-ci illərdə başçı məqamı dondurulmuşdur.
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası— 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə uyğun olaraq iki respublikanın hərbi nazirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan. == Haqqında == Hərbi şuraya hər iki respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir və onlardan biri hökumətlərin qarşılıqlı razılığı əsasında sədr seçilirdi. Şurada Azərbaycanı generallar Əliağa Şıxlinski və Məmməd bəy Sulkeviç, Gürcüstanı isə generallar Odişelidze və Kutateladze təmsil edirdilər. General Odişelidze ittifaq hərbi şurasının sədri seçilmişdi. Şuranın səlahiyyətlərinə hərbi əməliyyatların və düşmənin imkanlarının dərinən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki respublikanın ordusunun döyüş hazırlığı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi planının hazırlanması daxil idi. Şuranın strateji və hərbi-texniki qərarları tərəflər üçün icbari idi. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin həlli Gürcüstan hökumətinin və Azərbaycan Dövlət Müdafiə Komitəsi sədrinin ixtiyarına verildi.
Qafqaz İttifaq və Tərəqqi Firqəsi
Qafqaz İttihad və Tərəqqi Firqəsi — Azərbaycanda XX əsrin əvvəllərində mövcud olmuş siyasi partiya. == Tarixi == 1918-ci ildə türkçülük və türk xalqlarının birliyi ideyasının təsiri altında yaranmışdı. Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Osmanlıdakı İttihad və Tərəqqi Partiyasının təsiri altında meydana gəlmişdi. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918-ci ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafızə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə "Haqq verilməz, alınar!" çağrışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydm olur ki, o, 1918-ci ildə nəşr edilmişdir. == Fəaliyyəti == Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdı. 1918-ci il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay şəhərində fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi.
Rusiya və Belarus İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. == Nəzərdə tutulan genişlənmə == Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Ukraynanın Azadlığı Uğrunda İttifaq işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. == Təqsirləndirilən şəxslər == akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).
Afina dəniz ittifaqı
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Afrika İttifaqı
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Albaniya Həmkarlar İttifaqları Təşkilatı
Albaniya Həmkarlar İttifaqları Təşkilatı və ya qısaca AHİT — Albaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Tiranada yerləşir. == Tarixi == Təşkilatın yaranması Albaniya işçi hərəkatının böyük qalmaqalı və eyni zamanda qələbəsi ilə tarixdə qalıb. Belə ki, 1990-cı ilin son aylarında Valias şaxtasının işçiləri maaşlarının çox az olmasına və ağır iş şəraitində işlədiklərinə etiraz əlaməti olaraq silsilə tətillərə başlayırlar. Lakin hökumət tərəfindən şaxtaçıların tələblərinə cavab verən olmur. Hətta dövlət rəsmilərindən işçilərə belə bir ismarış da gəlir ki, əgər nümayişlərə son qoyulmasa onlara qarşı sərt tədbirlər planı hazırlanacaq. Bu bəyanat işçiləri daha da çox qəzəbləndirir və nəticədə böyük qalmaqallarla müşahidə olunan kütləvi tətillər keçirilir. Şaxtaçılara mədən işçiləri də qoşulur; ölkədə vəziyyət artıq nəzarətdən çıxır. İşçilər görürlər ki, onları müdafiə edəcək vahid qüvvəyə ehtiyac var. 1991-ci il fevralın 20-də etiraz edən böyük kütlə bir araya gələrək Albaniya Həmkarlar İttifaqları Təşkilatını yaradır.
Albaniya Əməkçi Gənclər İttifaqı
Albaniya Əməkçi Gənclər İttifaqı (alb. Bashkimi i Rinisë së Punës së Shqipërisë) — Albaniya Əmək Partiyasının gənclər təşkilatı. 1949-cu ildə təşkil edilmişdir. Kommunist Albaniyada əsas siyasi təşkilatlar olmuşdur və Demokratik Cəbhənin bir hissəsi idi. İttifaqın yaşı on beşdən iyirmi beşə qədər olan 200 mindən çox üzvü var idi. İttifaqı bütün pioner təşkilatlarına nəzarət etmək, gənclər arasında partiya direktivlərini yerinə yetirmək, xüsusi təsərrüfat layihələri üzərində işləmək üçün əmək dəstələrini səfərbər etmək vəzifəsi daşıyırdı. Partiya və ya dövlət aparatında karyera qurmaq istəyənlər üçün ittifaqa üzvlük ilkin şərt idi.
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı)
Aleksandr İvanoviç Petrov (7 noyabr 1917, Bekovsk rayonu[d], Aşağı Volqa diyarı[d] – 18 yanvar 1995, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). == Həyatı == Aleksandr Petrov 1917-ci ildə Rusiyanın Penza vilayətinin Polsot kəndində anadan olub. Milliyətcə rusdur. 1939-cu ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Polkovnik idi. 1943-cü ildə hərbi aviasiya məktəbini bitirmişdir. Qvardiya polkunun 5-ci hərbi aviasiya ordusunun 155-ci qvardiya hərbi aviasiya alayının komandiri olmuşdur. 26 oktyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra Tibb institutunda işləmişdir.
Alman Gömrük İttifaqı
Alman Gömrük İttifaqı (alm. Deutscher Zollverein) — gömrük və ticarət siyasəti sahəsində alman dövlətlərinin birliyi idi. Gömrük İttifaqı 22 mart 1833-cü ildə imzalanmış Gömrük İttifaqı Müqaviləsi ilə 1834-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Zollverein Alman Konfederasiyası xaricində yaradılmışdır ; ona görə də federal təşkilatın bir hissəsi deyil, müstəqil bir ittifaq idi. Zaman keçdikcə bura Almaniya Konfederasiyasının demək olar ki, bütün üzv dövlətləri daxil idi. Zollverein-in məqsədi iqtisadi daxili bazar yaratmaq və fiskal və iqtisadi çərçivə şərtlərini standartlaşdırmaq idi. Siyasi olaraq, Alman Gömrük İttifaqı Prussiyanın üstünlüyünü gücləndirdi və Kiçik Alman həllinin ortaya çıxmasına kömək etdi . Prussiyanın üstünlük təşkil etdiyi Alman Gömrük İttifaqı Prussiya -Hessi Gömrük İttifaqını , Mərkəzi Alman Həmkarlar İttifaqını və Cənubi Almaniya Gömrük İttifaqını əvəz etdi . Alman Gömrük İttifaqına Prussiyadan əlavə, əvvəlcə Hessen , Kurhessen , Bavariya , Vürtemberq , Saksoniya Böyük Hersoqluğu və ayrı-ayrı Türingiya əyalətləri daxil idi . 1836-cı ilə qədər Baden , Nassau və Frankfurt Zollverein-ə qoşuldu.
Almaniya-Sovet İttifaqı münasibətləri (1918-1941)
Alman-Sovet İttifaqı münasibətləri — Birinci Dünya Müharibəsindən sonrakı dövrlərə təsadüf edir. 3 mart 1918-ci ildə imzalanmış Brest-Litovsk müqaviləsi Rusiya ilə Almaniya arasındakı düşmənçilik əməliyyatlarına son qoydu. Bir neçə ay sonra Almaniyanın Moskvadakı səfiri Vilhelm von Mirbax Rusiya Solist Sosialist-İnqilabçıları tərəfindən Rusiya ilə Almaniya arasında yeni bir müharibə təşviq etmək məqsədi ilə güllələndi. Alman İnqilabını fəal dəstəklədikləri üçün Adolf Coff nəzdindəki bütün Sovet səfirliyi 6 noyabr 1918-ci ildə Almaniyadan deportasiya edildi. Karl Radek də 1919-cu ildə Almaniya imperiyasında kommunistlərin təxribatçı fəaliyyətini qeyri-qanuni olaraq dəstəkləyirdi. Hər iki dövlət Birinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulmuş sistemi devirməyə çalışırdılar. Versal sülh müqaviləsinin kollektiv məsuliyyət müddəalarına söykənən ağır kompensasiyalar altında işləyən Almaniya, qarışıqlıq içində olan məğlub bir xalq idi. Bu və Rusiya vətəndaş müharibəsi həm Almaniyanı, həm də Sovetləri beynəlxalq səviyyəyə çıxardı və aralıqda meydana gələn yaxınlaşma təbii bir yaxınlaşma oldu. Eyni zamanda, münasibətlərin dinamikası həm etibarın olmaması, həm də müvafiq hökumətlərin tərəfdaşının diplomatik təcriddən çıxması və Fransanın Üçüncü Respublikasına (o zaman ən böyük sahibi olduğu düşünülən) tərəf dönməsi qorxusu ilə formalaşdı. Avropada hərbi gücü olan İkinci Polşa Respublikası müttəfiqi.
Almaniya Gömrük İttifaqı
Alman Gömrük İttifaqı (alm. Deutscher Zollverein) — gömrük və ticarət siyasəti sahəsində alman dövlətlərinin birliyi idi. Gömrük İttifaqı 22 mart 1833-cü ildə imzalanmış Gömrük İttifaqı Müqaviləsi ilə 1834-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Zollverein Alman Konfederasiyası xaricində yaradılmışdır ; ona görə də federal təşkilatın bir hissəsi deyil, müstəqil bir ittifaq idi. Zaman keçdikcə bura Almaniya Konfederasiyasının demək olar ki, bütün üzv dövlətləri daxil idi. Zollverein-in məqsədi iqtisadi daxili bazar yaratmaq və fiskal və iqtisadi çərçivə şərtlərini standartlaşdırmaq idi. Siyasi olaraq, Alman Gömrük İttifaqı Prussiyanın üstünlüyünü gücləndirdi və Kiçik Alman həllinin ortaya çıxmasına kömək etdi . Prussiyanın üstünlük təşkil etdiyi Alman Gömrük İttifaqı Prussiya -Hessi Gömrük İttifaqını , Mərkəzi Alman Həmkarlar İttifaqını və Cənubi Almaniya Gömrük İttifaqını əvəz etdi . Alman Gömrük İttifaqına Prussiyadan əlavə, əvvəlcə Hessen , Kurhessen , Bavariya , Vürtemberq , Saksoniya Böyük Hersoqluğu və ayrı-ayrı Türingiya əyalətləri daxil idi . 1836-cı ilə qədər Baden , Nassau və Frankfurt Zollverein-ə qoşuldu.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (alm. Deutscher Gewerkschaftsbund – DGB‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiyanın baş qərargahı Berlində yerləşir. == Tarixi == === 1933-cü ilə qədər === Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının ilk ümumi komissiyası 14 mart 1892-ci ildə Halbertştad şəhərində yaradılmışdır. Həmin vaxt onun 300.000 üzvü var idi. 1919-cu ildə iyunun 30-dan iyulun 5-dək Nürnberq şəhərində keçirilən qurultayda Ümum Alman Həmkarlar İttifaqları Konfederasiyasının əsası qoyulmuşdur. Konfederasiyanın sıralarında 3 milyon üzvü olan 52 birlik birləşirdi. 1933-cü il mayın 2-də isə ölkədəki bütün həmkarlar ittifaqları nasist rejimi tərəfindən buraxılmışdır. === 1946-1949-cu illər === 1946-1949-cu illərdə alman həmkarlar ittifaqları yenidən təsis olundu. 1946-cı il oktyabrın 9-11-də Almaniyanın Sovet işğalı zonasında yerləşən indiki Berlin şəhərində Azad Alman Həmkarlar İttifaqları Konfederasiyası, 1947-ci ilin aprel ayının 25-də isə müttəfiqlərin işğalı zonasında Alman Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi.
Almaniya ittifaqı
Almaniya ittifaqı — 8 iyun 1815-ci ildə Vyana Konqresində yaradılmış və 38 ştatdan (34 knyazlıq və 4 şəhər-dövlət) ibarət idi. 1806-cı ildə Napoleon müharibələri nəticəsində dağılmış Alman-Roma İmperiyasını əvəz etdi . Federasiyanın ən mühüm iki üzvü Prussiya və Avstriya idi . 1829-cu ildə təxminən 630.100 km 2 ümumi sahədən ibarət idi və təxminən 29,2 milyon əhalisi var idi. Knyazlıq evlərinin başqa ştatları miras alması nəticəsində federal əyalətlərin sayı getdikcə azaldı və 1863-cü ildə 35 ştatdan ibarət oldu. Alyansdan narazılıq bir neçə dəfə 1848–1849-cu illər inqilabları zamanı Almaniya imperiyasının faktiki yenidən yaradılması cəhdlərinə səbəb oldu. 1866-cı ildə Konfederasiya Prussiyanın Avstriyanı məğlub etməsindən sonra ləğv edildi və Şimali Almaniya Konfederasiyası (1867–71) ilə əvəz olundu . == Müqavilənin əsasları və təşkilatı == Federasiya 8 iyun 1815-ci il tarixli Federal Aktına əsaslanaraq, federasiyanın məqsədinin Almaniyanın daxili və xarici sülhünü təmin etmək, habelə alman dövlətlərinin müstəqilliyini və toxunulmazlığını qorumaqdan ibarət olduğunu ifadə etdi və "Wiener" 15 may 1820-ci il tarixli Schlussacht , Federal Qanunun 13-cü bölməsində vəd edilmiş əmlak yığıncaqlarının səlahiyyət sahəsinə dair məhdudlaşdırıcı müddəaları ehtiva edir. Federasiyanın işləri bütün federal əyalətlərin elçilərindən ibarət olan və Frankfurt -Mayndə yerləşən federal məclis tərəfindən idarə olunurdu .. Avstriyanın sədrliyi dövründə Bundestaq ya plenar iclas olaraq, federasiyanın konstitusiyasına dəyişikliklər, yeni üzvlərin qəbulu, müharibə və sülh və bu kimi mühüm məsələlərlə bağlı danışıqlar aparırdı, ya da dar bir şura olaraq federal hökumət.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Avropa Çirlidinq İttifaqı
Avropa Çirlidinq İttifaqı (qısaca AÇİ) — Avropada çirlidinq üzrə fəaliyyət göstərən ən ali rəsmi qurum. == Tarixi == Avropa Çirlidinq İttifaqı Avropada çirlidinq hərəkatının lideri olan Almaniyanın təşəbbüsü ilə 1995-ci ildə yaradılmışdır. Bundan sonra ittifaqın təşkilatçılığı ilə ilk Çirlidinq üzrə Avropa Çempionatı keçirilmişdir.
Avropa İttifaqı
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. == Əsas təsis sənədləri == 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi == Tarix == Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Avropa İttifaqı-Azərbaycan əlaqələri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — 6 mart 1995-ci il tarixində Ankara müqaviləsi ilə qurulan AT-Türkiyə Əməkdaşlıq Şurasının tətbiq qərarı almasıyla 31 dekabr 1995 tarixindən qüvvədə olan gömrük ittifaqı. Hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Gömrük İttifaqı əsas iqtisadi sahələrdə (kənd təsərrüfatı kimi) ikitərəfli ticarət güzəştlərini, xidmət və ya dövlət satınalmalarını tətbiq etmir. 1996-ci ildə Avropa Kömür və Polad Birliyi üzrə məhsulların satışı üçün Türkiyə və Avropa Birliyi arasında bir sərbəst ticarət bölgəsi qurulmuşdur. Birlik Şurasının 1/98 saylı qərarı kənd təsərrüfatı məhsullarının ticarətini əhatə edir.
Avropa İttifaqı ilə Assosiasiya Sazişi
Avropa İttifaqı ilə Assosiasiya Sazişi — Avropa İttifaqı (Aİ) ilə Aİ üzvü olmayan dövlət arasında tərəflər arasında əməkdaşlıq üçün çərçivə təmin edən sazişdir. Əməkdaşlıq sahələri adətən siyasi, ticarət, sosial, mədəni əlaqələrin inkişafına və təhlükəsizliyin möhkəmləndirilməsinə təsir göstərir. Belə bir razılaşmanın hüquqi əsası Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilənin 217-ci maddəsi ilə yaradılmışdır. Assosiasiya sazişinin təmin edilməsi Böyük Britaniya ilə gələcək İcma əməkdaşlığının təmin edilməsi vasitəsi kimi AET-də Roma Müqaviləsinə daxil edilmişdir. Avropa Birliyi ilə assosiativ sazişlər bağlayan ilk dövlətlər 1960-cı ildə Yunanıstan və Türkiyə olmuşdur. Aİ adətən siyasi, iqtisadi, ticarət və ya məhkəmə islahatları öhdəliyi müqabilində assosiasiya sazişləri bağlayır. Bunun müqabilində əlaqəli dövlət Aİ bazarlarının bir hissəsinə və ya hamısına, kənd təsərrüfatı məhsulları bazarına və s. rüsumsuz çıxış, habelə maliyyə və ya texniki yardım ala bilər. Assosiasiya sazişinə Aİ ilə üçüncü ölkə arasında azad ticarət sazişi daxil ola bilər. Assosiasiya Sazişi bütün Aİ Üzv Dövlətləri tərəfindən ratifikasiya edilməlidir.
Avropa İttifaqı ölkələrinin siyahısı
Avropa İttifaqı ölkələrinin siyahısı — Avropa birliyinə üzv olan ölkələrdir, onların məqsədi Avropa dövlətlərinin vahid iqtisadi bazarda inteqrasiyası, pasport və viza nəzarətinin olmaması, ümumi valyutanın istifadəsi. Aİ üzvü Kopenhaqen meyarlarına cavab verən bir ölkə ola bilər. Birliyə 27 dövlət daxildir.
Avropa İttifaqında istehlakçı hüquqları
Avropa İttifaqında istehlakçı hüquqları - Avropa İttifaqında keçərli olan hüquq. == Haqqında == Avropada istehlakçıların hüquqlarının qorunması hərəkatlarının 1947-ci ildə "Danimarka İstehlakçılar Şurası" adlı özəl bir qurumun fəaliyyətə başladığı vaxt başladığını söyləmək olar. İstehlakçıların müdafiəsi hərəkatı 1950-ci illərin sonlarına doğru digər ölkələrə yayıldı. Beləliklə, Avropa İttifaqına üzv ölkələr öz milli istehlak siyasətlərini yaratdılar. Birliyin üzvü olan ölkələr arasında Gömrük İttifaqı Sazişinin imzalanmasından sonra ticarət əlaqələrinin artması və marketinq siyasətinin dəyişdirilməsi üzv ölkələr arasında istehlakçıların müdafiəsi məsələsini gündəmə gətirdi. İlk dəfə 1972-ci ildə Paris sammitində birgə qərarlar qəbul edildi. Bu qərarlar, istehlakçıların müdafiəsi üçün icma qanunvericiliyinin əsasını təşkil etdi. 1973-cü ildə komissiyada üzv dövlətlərin sakinlərinin sağlamlığının və təhlükəsizliyinin qorunması, iqtisadi mənafelərinin qorunması, düzəliş, məlumat və təlim və alınan qüsurlu məhsulların təqdimatı kimi 5 əsas qərar üzərində üç mühüm addım atıldı. Birlik çərçivəsində 1986-cı ildə "Avropa İstehlakçı Hüquqlarının Müdafiəsi Aktı" imzalanmış və 1992-ci ildə Maastrixt müqaviləsinin 129/a maddəsi ilə Avropa İttifaqı İstehlak Siyasətinin hüquqi əsası qoyulmuşdur. 1997-ci il Amsterdam müqaviləsi ilə mövzu yenidən qiymətləndirildi və əlavə maddələr təqdim edildi.
Avropa İttifaqının genişlənməsi
Tarix boyu Avropa İttifaqı (Aİ) dəfələrlə yeni üzv dövlətlərin ittifaqa qoşulması ilə genişlənmişdir. Aİ-yə qoşulmaq üçün bir dövlətin qanunun aliliyinə və ona uyğun azadlıqlara və qurumlara hörmət edən və sabit bir demokratik hökumət tələb edən Kopenhagen meyarları (1993-cü ilin iyun ayında Kopenhagen zirvəsindən sonra) adlanan iqtisadi və siyasi şərtləri yerinə yetirməsi lazımdır. Maastricht Müqaviləsinə görə, mövcud hər bir üzv dövlət və Avropa Parlamenti istənilən genişlənməyə razı olmalıdır. Genişlənmə prosesi bəzən Avropaya inteqrasiya olaraq da adlandırılır. Bu termin, eyni zamanda, milli hökumətlər milli qanunların tədricən uyğunlaşdırılmasına imkan verdiyi üçün Aİ üzv dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsinə işarə olunur. Aİ-nin sələfi Avropa İqtisadi Birliyi , 1958-ci ildə, Roma Müqaviləsi qüvvəyə mindikdə , Daxili Altılıq üzv dövlətlə quruldu. O vaxtdan bəri, Aİ üzvlüyü iyirmi yeddi ölkənində qatılması ilə böyüdü. Son üzv dövlət olan Xorvatiya isə 2013-cü ilin iyulunda ittifaqa qoşuldu. Ən son Aİ ərazisinin genişlənməsi 2014-ci ildə Mayotte ilə baş verdi. Aİ-nin və sələflərinin ən nəzərəçarpaçaq ərazi azalmaları 1962-ci ildə Cezayirin müstəqillik əldə etməsilə çıxması, 1985-ci ildə Qrenlandiyanın çıxması və 2020-ci ildə Birləşmiş Krallığın ittifaqdan çıxması ilə baş vermişdir.
Avropa İttifaqının gələcəkdə genişlənməsi
Hal-hazırda Avropa İttifaqına gələcəkdə üzv olmaq üçün beş ölkə namizəddir: Türkiyə (14 aprel 1987-ci ildən bəri), Şimali Makedoniya (22 mart 2004-cü ildən bəri), Monteneqro (2008-ci ildən bəri), Albaniya və Serbiya (hər ikisi 2009-cu ildən bəri). Albaniya və Şimali Makedoniyadan başqa bütün ölkələr qoşulma danışıqlarına başlayıb. Bosniya və Herseqovina və Kosova (Kosova 5 Aİ ölkəsi tərəfindən tanınmır) Aİ-yə üzvlük üçün potensial namizədlər kimi tanınıblar. Danışıqlarda ən tez irəliləyən Serbiya və Monteneqronun 2025-ci ilə qədər Aİ-yə üzv olması gözlənilir. Digər danışıqlar davam etsə də, Türkiyə ilə danışıqlar durğunluq dövründədir. Kopenhagen kriteriyaları və Maastrixt sazişinə uyğun olaraq, qoşulma kriteriyası belədir: azadlıq, demokratiya və insan hüquqları və fundamental azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət edən hər bir "Avropa ölkəsi" Aİ-yə üzvlük üçün müraciət edə bilər. Ölkənin Avropa ölkəsi olub-olmaması Aİ institutları tərəfindən siyasi cəhətdən qiymətləndirilir. Şərq Tərəfdaşlığı strategiyasına görə, Aİ-nin 2020-ci ildən əvvəl post-sovet ölkələrindən hər hansı birini bloka qoşulmağa dəvət edilməsi ehtimal edilmir. Ancaq 2014-cü ildə Aİ Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzalayıb və Avropa Parlamenti hər 3 ölkənin "Avropa perspektivi"ni tanıyan qətnamə qəbul edib.
Avropa İttifaqı–Azərbaycan münasibətləri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
Avropa İttifaqı–Azərbaycan əlaqələri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
Avropa İttifaqı–Ermənistan münasibətləri
Avropa Birliyi—Ermənistan münasibətləri — Avropa Birliyi və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Avropa Birliyi uzun illərdir ki, intensiv dostluq münasibətləri saxlayır. Tərəflər arasındakı münasibətlərin təməli 2017-ci ildə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan yeni tərəfdaşlıq sazişinin AB-Ermənistan münasibətlərində "yeni bir səhifə açacağına" inandığını bildirir. Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Yüksək Nümayəndəsi Federika Moqerini 2019-cu ilin iyun ayında Ermənistanla AB arasındakı münasibətlərin "əla" səviyyədə olduğunu bildirir. == Ermənistan və AB arasında ortaq aviasiya == Ermənistan Eurocontrol, Avropa Mülki Aviasiya Konfransının üzvü və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin tərəfdaşıdır. Ermənistan və AB arasında 2017-ci ilin fevralında yeni tərəfdaşlıq müqaviləsinin imzalanmasından sonra Ermənistan Avropa Ümumi Aviasiya Bölgəsinə qoşulmaq barədə danışıqlara başlayır. Ermənistan Mülki Aviasiya Departamentinin rəhbəri 2017-ci ilin aprel ayında aparılan ilk danışıqlar zamanı Ermənistanın ümumi aviasiya məkanına qoşulmağa böyük önəm verdiyini və bunun Ermənistan və Avropa hava yollarına öz fəaliyyətlərini daha da gücləndirməsinə, eyni zamanda çox sayda Avropa aviaşirkətinin uçmasına imkan verəcəyini bildirir. AB-nin İrəvandakı nümayəndə heyəti, razılaşmanın Ermənistanın Avropa və xarici dünya ilə daha güclü əlaqələrə yol açacağını və sərnişin nəqliyyatı xərclərini azaldaraq səyahət üçün yeni marşrutlar açacağını bəyan edir. Razılaşma qüvvəyə mindikdən sonra, aviaşirkətlər yeni marşrutları heç bir məhdudiyyət olmadan idarə edə və 500 milyonluq əhalisi olan bazara xidmət etmək üçün bərabər fürsət əldə edə biləcəklər.
Avropa İttifaqı–Özbəkistan münasibətləri
Avropa İttifaqı–Özbəkistan münasibətləri — Avropa İttifaqı ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Özbəkistan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlər 15 aprel 1992-ci ildə Özbəkistan Respublikası Hökuməti ilə Avropa İcmaları Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması ilə başladı. 16 Noyabr 1994-cü ildə tərəflər arasında diplomatik münasibətlər qurulmuşdur . Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin iyun ayında Florensiyada dövlət başçıları səviyyəsində imzalanmışdır. == Ticarət == Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Aİ və Özbəkistanı bir-birinə aşağıdakı sahələrdə ən çox dəstəklənən ölkə ilə təmin etməyi öhdəsinə götürür: idxal və ixrac olunan mallara gömrük rüsumları və vergiləri; idxal olunan malların birbaşa və dolayı vergiqoyması daxili bazarda malların ticarəti, alınması, daşınması, paylanması və istifadəsi qaydaları. Avropa İttifqı Özbəkistanın vacib ticarət və iqtisadi tərəfdaşıdır və respublikanın xarici ticarətində beşinci yerdədir. 2013-cü ilin sonunda Aİ ölkələri ilə ticarət 1.655 milyon avro təşkil etmişdir (bu Avropa İttifqı ilə Gürcüstan və Moldova kimi ölkələr arasındakı ticarətin təxminən yarısıdır). Özbəkistan üçün ixrac 247 milyon dollar, idxal isə 1.408 milyon dollar təşkil etmişdir. 2012-ci ilə qədər dövriyyənin artımı 10,2 % olmuşdur . == Digər əməkdaşlıq sahələri == Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi müddəalarının daha bir tətbiqi olaraq qeyd etmək lazımdır ki, Özbəkistan və Aİ 2011-ci ildə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamışdır.

Значение слова в других словарях