Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlairilər dövləti
Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət. Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi. Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi.
Cəlayırlar dövləti

Dayviet dövləti
Dayviet dövləti - Hərfi mənası Böyük Viet deməkdir. Vyetnamda 1069-cu ildə formalaşaraq güclü imperiyaya çevrilən dövlət qurumu. 1054-cü ildən 1400-cü ilə, 1428-ci ildən 1804-cü ilə qədər Vyetnam bu cür adlanırdı. Vyetnamda hakim feodal istehsal üsulunun hökmranlıq etdiyi bir vaxtda 1069-cu ildə Dayviet dövləti formalaşaraq güclü imperiyaya çevrildi. Dayviet dövlətinin çiçəkləndiyi bir dövrdə bu dövlət üç dəfə monqol hücumlarına məruz qalmışdı. Hətta 1257-ci ildən 1288-ci ilə qədər Dayviet monqol istilasının qarşısını almağa müvəffəq olmuşdu. 1471-ci ildə Dayvietə qarşı yenidən Çin işğalları başlandı. Dayviet dövləti öz istiqlaliyyətini qoruyub saxlamaq üçün ölkədə bütün xalqları Çin istilasının qarşısını almağa səfərbər etdi və çinlilər güclü müqavimətə rast gələrək ölkədən qovuldular. Bununla yanaşı 1471-ci ildən etibarən Dayvietdə vətəndaşların hüquq bərabərliyinə nail olundu. Ədalət prinsiplərinə əsaslanan cəmiyyət quruldu.
Eldənizlilər dövləti
Eldənizlər (fars. ایلدگزیان‎‎), həmçinin Eldəgəzlər, İldənizlər (türk. İldenizli Atabeyliği) və ya Atabəylər (fars. اتابکان آذربایجان‎‎, translit. Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi. Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır.
Eldənizlər dövləti

Elxanilər Dövləti
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Elxanlılar dövləti

Eritreya Dövləti
Eritreya (tiqrin. ኤርትራ; ərəb. إريتريا; ing. Eritrea) və ya rəsmi adı ilə Eritreya Dövləti (tiqrin. ሃገረ ኤርትራ; ərəb. دولة إريتريا; ing. State of Eritrea) — Şərqi Afrikada dövlət. Eritreya şimalda və qərbdə Sudan, cənubda Efiopiya, cənub-şərqdə Cibuti ilə həmsərhəddir. Ölkənin şimal-şərqində və şərqində isə Qırmızı dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Əsməra, ümumi sahəsi 117,600 kvadrat kilometr, əhalisinin sayı 6 milyon nəfərdən çoxdur.
Firəng Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Frank Dövləti

Fələstin Dövləti
(ərəb. دولة فلسطين‎) — Yaxın Şərqdə yerləşən de-yure suveren dövlət. 15 noyabr 1988-ci ildə qurulmuş Fələstin dövləti rəsmi olaraq Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən idarə olunur və Şərqi Qüds də daxil olmaqla 1967-ci il müharibəsindən bəri İsrailin hakimiyyəti altında olan İordan çayının qərb sahilinin və Qəzza zolağının öz ərazisi olduğunu iddia edir. Dövlət BMT-nin 141 üzvü tərəfindən tanınır və 2012-ci ildən BMT-də qeyri-üzv müşahidəçi statusuna malikdir. "Fələstin" və ya Aralıq dənizinin cənub-şərqi üçün səciyyəvi olan digər əlaqəli terminlərin ümumi istifadəsi tarixən Qədim Yunanıstanın mövcudluğu dövrünə qədər gedib çıxır. Belə ki, Herodot eramızdan əvvəl 5-ci əsrdə özünün "Tarix" adlı əsərində əraziyə finikiyalıların digər dəniz xalqları ilə qarşılıqlı əlaqədə olduğu "Fələstin adlı Suriya bölgəsi" kimi istinad edərək bu haqda yazan ilk tarixçi olmuşur. Başqa izahlar da mövcud olsa da, "Fələstin" termininin (latın dilində, Palæstina ) Qədim Yunanlar tərəfindən filistinlilərin işğal etdiyi torpaq sahəsi üçün istifadə edilmiş bir termin olduğu güman edilir. İnsan varlığı izləri Təbəriyyə gölünün cənub regionunda tapılmışdır, bu təxminən miladdan öncə 600 min ilə gedib çıxır. Yeni daş dövründə (m. ə.
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur. Hatay tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş və strateji mövqeyinə görə həmişə maraq bölgəsi olmuşdur. Hetlərdən farslara, Romalılardan Bizanslılara qədər bir çox sivilizasiyalar bölgədə hökm sürmüşdür. 16-cı əsrdə Osmanlı İmperatorluğunun hakimiyyəti altına keçən Hatay 1918-ci ildə Mudros barışıq müqaviləsi ilə fransızlar tərəfindən işğal edildi. Türk xalqı Fransanın işğalı altında olan Hatayda müstəqillik mübarizəsini davam etdirdi. Bu mübarizəyə Hatay Türkçü Cəmiyyəti və Tayfur Sökmen kimi liderlər öncülük etmişlər. 1937-ci ildə Millətlər Cəmiyyətinin qərarı ilə Hatay xüsusi status aldı və Hatay Dövləti yaradıldı. 2 sentyabr 1938-ci ildə Hatay Millət Məclisinin qəbul etdiyi qərarla müstəqillik elan edildi. Dövlətin ilk prezidenti Tayfur Sökmen, baş naziri isə Əbdürrəhman Mələk olub.
Het dövləti
Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular. Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu.
Himyar dövləti
Himyar dövləti (ərəb. مملكة حِمير‎) — Ərəbistan yarımadasının cənubunda, e.ə. 110-cu il civarında tarix səhnəsinə çıxan, yunanlılar və Romalılara görə Homeritə krallığı olaraq adlandırılan antik krallıq. Qonşu krallıqlardan Səba b.e.ə. 25-ci il, Kataban 200 və Həzrəmövt 300-cü il civarında bu krallıq tərəfindən fəth edildi. Krallığın siyasi qədəri, Səba krallığının tam olaraq fəth edildiyi 280-ci ilə qədər bu krallıqla yaxından əlaqəsi olmuşdur. 525-ci ilə qədər bölgəsindən təsirli gücə malik olan krallığın iqtisadiyyatı taxılçılığa bağlı idi. Ən önemli ixraç məhsulu Mir ağacı və ondan əldə edilən tüstüdür. Şimali Afrika ilə yaxınlığı səbəbi ilə Roma imperiyasının Fil dişi ehtiyacının bir qismi buradan gedirdi.
Hülakilər dövləti
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Hülakü dövləti

Hülakülər dövləti

Karfagen dövləti
Karfagen dövləti — Şimali Afrikada yerləşmiş qədim dövlət. Əsası Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulmuşdur. Karfagen dövləti Roma respublikası ilə aparılmış uzun müharibələrdən sonra e.ə. 1 46-cı ildə Roma senatının göstərişinə əsasən ləğv edilmiş, paytaxı Karfagen şəhəri tamami ilə dağıdılmış və Karfagen Romanın əyalətinə çevrilmişdir.
Karolinq dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Karolinqlər dövləti
Karolinq Frank dövləti — VII əsrin sonunda Merovinq dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər (majordomus – evin böyüyü (məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi.) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687-ci il də frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751-ci ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi. 8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi Qalliya-Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına (allod) şərtsiz sahib idilər.
Kuti dövləti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Kuşan dövləti
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi. Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı. Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.
Küveyt Dövləti
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Lulubi dövləti
Lullubi — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu ittifaq Lulubi dövlətinə çevrildi. Güney Azərbaycan ərazisindəki bu etnos e.ə. XXIII əsrə aid akkad mənblərində lulubum adlandırılır.İ.M.Dyakonova görə bu etnonim naməlum "lul" komponentindən və elamca əm bildiən "b" komponentindən ibarətdir.Məhz bu ehtimal lulubilərin tarixşünaslıqda uzun bir müddət Elamdilli və ya Kaspidilli olması fikrinə səbəb olmuşdur.İ.M.Dyakonov özü də bu fikrə tərəfdardır.Belə çıxır ki,akkadlar bu etnonimi elamlardan götürmüşlər. Urartu mənbələrində isə "luli-in-a" düşmən ölkə anlamındadır.Lulubi etnonimi hürrilərdə lullu,urartularda lulu kimi işlənmişdir.Deməli "bi" şəkilçisi urartular və hürrilərə məlum deyildi.Q.A.Melikişviliyə görə,lulubi etnonim deyil, ona görə ki,hürricə lullu "içərisindən qul gətirilən dağlı", urartuca "yadelli", "düşmən" mənalarındadır. Lakin lulublərin (eləcə də kaspilərin) "-bi"-"-pi" şəkilçisinə görə elamdilli sayılması ağlabatn deyil və elmi obyektivlikdən uzaqdır.Bu şəkilçi qədim türk etnonimiyası üçün səciyyəvidir.Herodot skiflərdə aqrippi və traspi adlaı tayfaların adlarını çəkir.
Maday dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.