Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsveçcə Vikipediya
İsveçcə Vikipediya — Vikipediyanın İsveç dilində olan bölməsidir. Bu günə gədər 2.590.290 məqalə yaradılıb.
Isveçcə
İsveç dili (isveçcə ) — skandinaviya dil qrupunun şərqi skandinaviya dilləri yarımqrupu, İsveçdə, Finlandiyanın bir hissəsində və Aland adalarında danışılır. On milyon dil daşıyıcısı ilə Skandinaviyada ən çox yayılmış dildir.
İsveçrə
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
Kanton (İsveçrə)
İsveçrə kantonu (alm. Kantone‎, fr. cantons, it. cantoni, romanş chantuns) — federativ dövlət kimi İsveçrənin ərazi quruluşu. İsveçrə Konfederasiyasının ən böyük dövlət ərazi vahidi. Paytaxt Bern şəhəridir.
İsveçrə Konfederasiyası
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
İsveçrə ağquşarmudu
İsveçrə bayrağı
İsveçrə bayrağı — kvadrat ölçüdə qırmızı fonda ağ rəngli xaç təsviridir. Xaçın kənarları bayrağın kənarlarına çatmır. Xaçın xətləri bərabər ölçüdədir. Rəsmi şəkildə bayraq İsveçrənin rəsmi dövlət simvolu kimi 1889-cu ildə təsdiq edilib. Bir versiyaya görə bayraq Şvis kantonunun bayrağından götürülüb. Şvis 1291-ci ildə Uri və Unterveldenlə birlikdə İsveçrə Konfederasiyasını yaradıb. İlk dəfə bu bayraq 1339-cu ildə Laupene döyüşündə qaldırılıb. O zamanlar xaçın xətləri bayrağın kənarına çatırdı. İsveçrənin bayrağı "Flags of the World" saytında. İsveçrənin dövlət bayrağı "www.swissworld.org" saytında.
İsveçrə bıçağı
İsveçrə bıçağı — isveçrə cib bıçağı və ya isveçrə hərbi bıçağı Victorinoks şirkəti tərəfindən istehsal olunan(2005-ci ildən həmçinin Wenger SA şirkəti tərəfindən də istehsal olunur) çoxfunksiyalı alətdir. İkinci Dünya Müharibəsindən sonra Amerikan əsgərləri tərəfindən almanca "Offiziersmesser" sözü tələffüz etməkdə çətinlik çəkdikləri üçün adı İsveçrə bıçağı kimi dəyişdirilmişdir. Müxtəlif funksiyalar bıçağın qolu içərisinə bir pivot nöqtəsi mexanizmi vasitəsilə yerləşdirilmişdir. İsveçrə bıçağının sapı adətən ənənəvi qırmızı rəngdə təsvir edilsə də, 2006-cı ildən bəri digər rənglər və formalar ortaya çıxdı. İsveçrə bıçağı ilk çoxfunksiyalı cib bıçağı deyildi. 1851-ci ildə "Mobi Dik" əsərində Melvill buna bənzər bir bıçaq təsvir etmişdi. 1880-ci illərin sonlarında İsveçrə Ordusu əsgərləri üçün yeni qatlanan cib bıçağı hazırlamaq qərarına gəldi. Bu bıçaq, konservləşdirilmiş yeməklərin açılmasında və İsveçrə xidmət tüfənginin, Schmidt-Rubin-in yığılması üçün bir tornavida funksiyasını da daşımalı idi.1891-ci ilin yanvarında bıçaq rəsmi olaraq Modell 1890 adını aldı. 1891-ci ildə cərrahi avadanlıq hazırlayan bir şirkətin sahibi olan Karl Elsener İsveçrənin özündə də bıçaq istehsal etməyə başladı. 1908-ci ildə İsveçrə hökuməti, regional favoritizm mövzusunda bir məsələnin qarşısını almaq istəyərək, eyni zamanda qiymətlərin enməsinə ümid edərək rəqabət etmək istədiyi Victorinox və Wenger ilə müqaviləni bölüşdü, hər biri istehsalçı sifarişin yarısını götürdü.
İsveçrə frankı
İsveçrə frankı (valyuta kodu ISO 4217 CHF və ya 756) — İsveçrə və Lixtenşteynin qanuni ödəniş vasitəsi. Bernard Lescaze, Une monnaie pour la Suisse. Hurter, 1999. ISBN 2-940031-83-5 Michel de Rivaz, The Swiss banknote: 1907–1997. Genoud, 1997. ISBN 2-88100-080-0 H. U. Wartenwiler, Swiss Coin Catalog 1798–2005, 2006. ISBN 3-905712-00-8 Otto Paul Wenger, Введение в нумизматику, журнал банка Кредит Свисс, август 1978 (fr.). Swissmint, 150 лет швейцарских монет: короткий исторический экскурс Arxivləşdirilib 2005-09-01 at the Wayback Machine. (ing.) Swissmint, Чеканка швейцарских монет с 1850 года, 2000.
İsveçrə gerbi
. İsveçrə gerbi — İsveçrənin 1889-cu ildə qəbul edilmiş dövlət simvolu. Qırmızı qalxanda ağ xaç təsvir edilib, əsas dövlət atributlarından biridir, həmçinin bayraqla yanaşı rəsmi səfərlər və tədbirlər zamanı da istifadə edilir. Qırmızı qalxanda xətləri kənarı kəsməyən ağ xaç təsvir edilib. Qırmızı və ağ rənglər ölkənin müstəqilliyinin işarəsidir, xaç isə İsveçrənin suverenliyinin toxunulmazlığını bildirir. Əsrlərlə bu simvol dəyişilməz qalıbdır.
İsveçrə ittifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.
İsveçrə qvardiyası
İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis – azərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası‎) — Vatikanın silahlı qüvvələrindən biri. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən qədim ordusu hesab etmək olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər. İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz müharibə aparırdı. O dövrdə isveçrəlilər bir çox Avropa ölkələrinin qoşunlarında xidmət edirdilər və Avropada ən yaxşı əsgərlər sayılırdılar.
İsveçrə şəhərləri
Əhalisinin sayı 20 000 nəfərdən çox olan İsveçrə şəhərləri.
İsveçrə əhalisi
1975-ci ilədək İsveçrənin əhalisi həm təbii artım, həm də immiqrasiya hesabına artırdı. Sonradan immiqrasiya tempi azalmağa başladı. Əhalinin say hesabı 15 yaşa qədər — 23,4%, 60 yaşdan yuxarı — 15,1%-dir.. "History Database of the Global Environment". 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10. Урланис Б.Ц. Рост населения в Европе. — Москва., 1941.
İsveçrə quşarmudu
İsveçrə quşarmudu (lat. Sorbus intermedia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. İsveçrə, Şərqi Danimarka, Finlandiya, Estoniya, Latviya, Polşada yayılmışdır. Hündürlüyü 10-20 m-dək, möhkəm gövdəli,diametri 60 sm-dən, 2-3 m-dək olan, boz qabıqlı ağacdır. Çətiri (kupol) minarə formalı, möhkəm, horizontal budaqlıdır. Yarpaqların uzunluğu 7-12 sm, eni 5-7 sm, yuxarısı yaşıl, alt tərəfi boz-ağ tükcüklü, kənarları xırda dişlidir. Payızda sarımtıldan boz-qonur rəngli olur. Çiçəklərin diametri 15-20 mm, 5 ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkciklidir. Meyvəsi narıncı-qırmızı, diametri 10 mm, uzunluğu 15 mm, payızın ortaları yetişir. Meşələrdə başlıca olaraq, palıd, palıd-vələs, vələs meşələrində başqa ağac cinsləri ilə birlikdə bitir, eləcə də meşə kənarlarında tək-tək və qrup halında təsadüf edilir.
Ermənistan–İsveçrə münasibətləri
İsveçrə—Ermənistan münasibətləri — İsveçrə və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 23 dekabr 1991-ci ildə İsveçrə Ermənistanın müstəqilliyini tanımışdır. O vaxtdan bəri ölkələr arasında diplomatik əlaqələr davam edir. Ermənistanın İsveçrədəki və İsveçrənin Ermənistandakı səfiri (Tiflisdəki) 2002-ci ildə akkreditə olunmuşdur. 9 ildən sonra, 2011-ci ildə İsveçrə İrəvanda səfirlik açmışdır. Ermənistanınsəfirliyi isə Cenevrədə, Birləşmiş Millətlər Təşkilatındakı Ermənistan nümayəndəliyindədir. İsveçrə 16 dekabr 2003-cü ildə erməni soyqırımını tanımışdır. Ölkədə soyqırımın inkar edilməsi cərimə ilə cəzalandırılır. İsveçrədə 4000-6000 arası erməni yaşayır və Ermənistanda 26 İsveçrə vətəndaşı vardır.
Qədim İsveçrə İttifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
İsveçrə Federal sarayı
İsveçrə Federal sarayı (alm.Bundeshaus; fr.Palais fédéral; it.Palazzo federale; lat.Curia Confoederationis Helveticae) İsveçrənin Bern şəhərində yerləşən və İsveçrə Federal Məclisinə ev sahibliyi edən tarixi bina. Saray memar Hans Auer tərəfindən dizayn edilmiş və 1 aprel 1902-ci ildə istifadəyə verilmişdir. Binanın tikilməsinə 7.198.000 İsveçrə frankı xərclənmişdir. Sarayın qübbəsinin iç hissəsində İsveçrə gerbi təsvir olunmuşdur. Gerbin ətrafinda Latınca "Unus pro omnibus, omnes pro uno" (Birimiz hamımız, hamımız birimiz üçün) yazısı yazılmışdır. Qübbənin üzərində isə İsveçrənin 22 kantonunun (1902-ci il) gerbi ilə bəzədilmişdir. Daha sonra qurulan Yura kantonunun gerbi mozaikanın xaricində təsvir olunmuşdur.
İsveçrə Milli Bankı
İsveçrə Milli Bankı (alm. Schweizerische Nationalbank‎) — İsveçrə Konfederasiyasının mərkəzi bankı.
İsveçrə Milli Kitabxanası
İsveçrə Milli Kitabxanası(alm. Schweizerische Nationalbibliothek‎, fr. Bibliothèque nationale suisse, it. Biblioteca nazionale svizzera, romanş Biblioteca naziunala svizra) — Kitabxana İsveçrənin Bern şəhərində yerləşir və öz növbəsində Federal Daxili İşlər Departamentinə hesabat verən Mədəniyyət Məsələləri üzrə Federal İdarənin bir hissəsidir. Kitabxananın yaranma tarixi 1894-cü il hesab olunur ki, bu zaman Senat və Milli Şura tərəfindən təsdiq edilmiş İsveçrə Milli Kitabxanasının yaradılması haqqında federal fərman hazırlanıb. Və 1895-ci ildə kitabxana fəaliyyətə başladı. Birinci kitabxana otağı dördotaqlı mənzil ölçüsündə idi və elektrik işığı yox idi. 1899-cu ildə kitabxana öz arxivlərini ictimaiyyətə açmağa imkan verən Federal Arxivlər Binasındakı yeni, daha böyük binalara köçdü. 1901-ci ildə İsveçrə Milli Kitabxanasının ilk biblioqrafik bülleteni çıxdı. Kitabxana müasir formada 1931-ci ildə yeni binaya köçdükdən sonra yaranıb və bu günə qədər orada qalıb.
İsveçrə bıçağı adamı
İsveçrə bıçağı adamı (ing. Swiss Army Man) — 2016-cı ildə ekranlara çıxan sürrealist ABŞ filmi. Henk Tompson kimsəsiz adada intihar etmək üzrə idi ki, birdən sahildə cansız kişi bədəni gözünə dəyir. O, öyrənir ki, adı Menni olan bu meyit hər işə yarayır və onun həyatını xilas edəcək. Pol Dano — Henk Tompson Deniel Redkliff — Menni Meri Elizabet Uinsted — Sera swissarmyman.com — İsveçrə bıçağı adamının rəsmi saytı İsveçrə bıçağı adamı — Internet Movie Database saytında.
İsveçrə Prezidentlərinin siyahısı
İsveçrə Silahlı Qüvvələri
İsveçrə Silahlı Qüvvələri — İsveçrəni qorumaq məsuliyyəti daşıyan ordu. İslahatçı protestantlar və Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. İsveçrə Konstitusiyasının 147-ci maddəsində hüquqi cəhətdən təsbit olunmuşdur. 512 keşişlə təmsil olunur.
İsveçrə Xalq Partiyası
İsveçrə Xalq Partiyası (alm. Schweizerische Volkspartei‎Schweizerische Volkspartei, SVP; romanş GedenGeden, PPS), digər adı ilə Demokratik Mərkəz Birliyi (fr. Union démocratique du centreUnion démocratique du centre, UDC; it. Unione Democratica di CentroUnione Democratica di Centro, UDC) — İsviçrədəki Milli mühafizəkar və sağ populist bir siyasi partiyadır. Əvvəllər mərkəzdəki bir fermer partiyası olmuşdur, 1980-ci illərdən sonra Kristof Blochernin qeyri-rəsmi liderliyində sağçı populizmə tərəf getdi. 1990-cı illər və 2000-ci illər də səslərini artıtaraq 29 %-ə çatıb. Köklərini 1917-ci ildə Berndə yaradılan Fermerlər Partiyasına əsaslanır. Bu partiyalar süst bir federasiya qurdular, belə ki, 1929-cu ildə liderlərindən biri, Rudolf Minger Federal Şuraya seçilib. O zamandan bəri partiyanın Federal Şurada bir stulu yerləşir. 1936-cı ildə partiya rəsmən Fermerlər, Tacirlər və Sərbəst Çalışanlar Partiyası olaraq təşkilatçılıq etdi Glarus və Grisons Demokratik Partiyaları ilə birləşərək SVP adını aldı SVP, ənənəvi olaraq İsveçrənin Almanca danışılan bölgələrində güclüdür.
İsveçli
İsveçlilər — isveç dilində danışan millət. Yer üzündə 14 milyona yaxın isveçli var. Onların 85% (7,988,000) İsveç Krallığında yaşayır. Digərləri isə azlıq ABŞ, eləcə də Latın Amerikası, Avropa dövlətlərində və Avstraliyada məskunlaşıb. İsveçlilər xaçpərəstliyin protestant məzhəbinin bir qolu olan evanqelist luteran məzhəbinə mənsubdurlar. Aralarında ateistlər də var.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İşgəncə
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.