Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmirxan
İmirxan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi, Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
İsaxan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu – 4 avqust 2022, Bakı) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur. == Fəaliyyəti == 1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar mahalında baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
İsaxan (Maku)
İsaxan (fars. عيسي خان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (32 ailə).
İsaxan Aşurov
İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu – 22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil. İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur. Ailəli idi. 4 övladı var.
İsaxan Qanıyev
İsaxan Qəniyev
İsaxan Vəliyev
İsaxan Veysəl oğlu Vəliyev (15 noyabr 1958, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. İsaxan Vəliyev 1958-ci il noyabr ayının 15-də Şamaxı rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə SSRİ Prokurorluğu yanında rəhbər kadrların ixtisasartırma institutunu bitirdikdən sonra İ.Vəliyev 1986-cı ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət idarəsinin rəisi vəzifəsinə, 1989-cu ildə isə SSRİ Prokurorunun əmri ilə Bakı şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə Respublika Baş prokurorunun müavini vəzifəsinə irəli çəkilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiridir. Baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir. Hüquq-mühafizə orqanlarında çalışdığı müddətdə İ.Vəliyev elmi araşdırmalar aparmış və 1992-ci ildə "Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, göndəriş əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmiş və 2005-ci ildə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.
İsaxan İsaxanlı
İsaxanlı İsaxan Abdulla oğlu — Ədəbiyyatşünas, yazıçı, tərcüməçi, təhsil tarixçisi. Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə Prorektoru. Filologiya elmləri doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar kafedrasının professoru. 1962-ci ildə Gürcüstan SSR-in Qarayazı rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olmuşdur. 1979-cu ildə Kosalı kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1984-cü ildə məzun olmuşdur. "Mars" elmi-tədqiqat İnstitutunda (Rusiya, Ulyanovsk, 29.03.1985 – 01.06.1987) mühəndis-proqramçı, Gürcüstanın Qardabani 1 saylı orta məktəbində riyaziyyat müəllimi (01.03.1988 – 01.08.1994) işləmişdir. 1994-cü ildən Xəzər Universitetində çalışır. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda özəl ali təhsilin problemləri" mövzusunda dissertasiya (elmi rəhbər: akademik Hüseyn Əhmədov) müdafiə edərək pedaqoji elmlər namizədi (Pedaqoji elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda "Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində" mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi: akademik İsa Həbibbəyli) müdafiə edərək Filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Qaçaq İsaxanın nəvəsidir.
İtırqan adası
İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır.