QARANQUŞ

is. zool. Haçaquyruqlu, dar, uzun qanadlı, itiuçan köçəri quş. Qaranquş yuvası.
– Qaranquşun bədən quruluşu onun çox gözəl uçma qabiliyyətinə uyğun gəlir. Zoologiya”.

// məc. İlk müjdəçi, ilk əlamət mənasında.
Baharla birgə onun şux elçiləri – qaranquşlar, sığırçınlar şən nəğmələrlə dəstədəstə uçuşub ötüşür. M.Rzaquluzadə.

Этимология

  • QARANQUŞ Sözün əsli fırlanquş, burulanquş kimi olub. Sürətlə və sapma vuraraq uçduğu üçün belə adlanıb. Anadolu türklərində kurlanğuc balıq ifadəsi “qanadlı ba
QARANQU
QARANQUŞOTU
OBASTAN VİKİ
Qaranquş
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.
Qaranquş dağı
Qaranquş dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tivi kəndindən 6 km-dək şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibinə malik Orta Eosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Əsl qaranquş
Əsl qaranquş (lat. Hirundo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.
Qaranquş yuvası qalası (Krım)
Qaranquş yuvası qalası — Krımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir. Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir. Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır.
Adi sahil qaranquşu
Adi sahil qaranquşu (lat. Riparia riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü. == Yarımnövləri == R. r. dolgushini R. r. eilata R. r. ijimae R. r. innominata R. r. kolymensis R. r. riparia R. r. shelleyi R. r.
Dağ qaranquşu
Dağ qaranquşu (lat. Ptyonoprogne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Gümüşü Qaranquşlar
Gümüşü Qaranquşlar (ing. Silver Swallows) İrlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1986-cı ildə qurulmuşdur. İlk komanda Fouga CM.170 Magister təyyarələri istifadə edirdi. 1998-ci ildə ləğv olunmuşdur. 2022-ci ildə komanda Pilatus PC-9 təyyarələri ilə yenidən fəaliyyət göstərməyə başladı.
Kiçik qaya qaranquşu
Kiçik qaya qaranquşu (Ptyonoprogne fuligula), Pakistana Afrikada və cənub-qərb Asiya şərqində iqamətgah salan qaranquşkimilər (Hirundinidae) fəsiləsindən olan bir qaranquş növüdür. O, əsasən dağlarda çoxalır, lakin həmçinin daha aşağı ucalıqlarda, xüsusilə qayalı ərazilərdə və şəhərlərin ətrafında və əksər qaranquşlardan fərqli olaraq, sudan uzaqlarda da tez-tez tapılır . Kiçik qaya qaranquşu əsasən qəhvəyi lələklər ilə, daha solğun yuxarı sinədə köklənən və qanad sığınacaqlarının və uçuşda yayılma quyruğunda ağ "pəncərələr" ilə 12–15 sm uzunluğundadır. CCinslər (sekslər) xarici görünüşünə görə oxşardır, ancaq yeniyetmələr yuxarı hissələrə və uçuş lələklərinə solğun saçaqlara malikdir. Şimali yarımnövlər daha kiçikdir, cənubi Afrikadan daha solğun və ağ rəng formalaşır və daha ayrı növlər, "Solğun dağ qaranquşu" kimi bəzi növlərə parçalanır. Qaya qaranquşu sürüşərək yavaş uçuşdan istifadə edən uçan həşəratlar üçün sıldırım qaya üzləri boyu ovlayır . Onun çağırışı yumşaq cikkiltidir.
Kiçik sahil qaranquşu
Kiçik sahil qaranquşu (lat. Riparia paludicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü.
Kənd qaranquşu
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.
Qaranquşlar
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.
Qaya qaranquşu
Dağ qaranquşu (lat. Ptyonoprogne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Şəhər qaranquşu
Şəhər qaranquşu (lat. Delichon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Adi dağ qaranquşu
Adi dağ qaranquşu (lat. Ptyonoprogne rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin dağ qaranquşu cinsinə aid heyvan növü.
Adi şəhər qaranquşu
Adi şəhər qaranquşu (lat. Delichon urbicum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin şəhər qaranquşu cinsinə aid heyvan növü.
Əsl qaranquşlar
Əsl qaranquşlar (lat. Hirundininae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Значение слова в других словарях