Tillək nekropolu — Еyniadlı yaşayış yerinin yaxınlığında, meşənin içərisində yerləşir. Nekropol torpaq qəbirlərdən ibarətdir. Qəbirlər qərb-şərq istiqamətinə yönəldilmişdir. Onların üzərinə iri sal daşlar qoyulmuşdur. Aşınma nəticəsində sal daşlar sürüşərək istiqamətini dəyişmişdir. Nekropol yaşayış yeri ilə eyni dövrə aiddir. Nekropolu XIV-XVIII əsrlərə aid etmək olar.[1]