Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jakkard maşını
Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir. Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir.
Jakkard əmsalı
Jakkard əmsalı (Jaccard’s coefficient) və ya Jakkard ölçüsü – mətnlərin orijinallığının yoxlanılması texnologiyalarında istifadə edilən ölçüdür. Jakkard əmsalından mətnlərin orijinallığının yoxlanılmasına həsr edilmiş elmi-tədqiqat işlərində geniş istifadə edilir. Jakkard oxşarlıq formulu – mətnlərin orijinallığının yoxlanılması texnologiyalarında istifadə edilən düstur. Bu düstura görə müqayisə edilən sətirlər tamamilə üst-üstə düşürsə onda onun qiyməti 1-ə bərabərdir. Lakin bu düstur müqayisə edilən mətnlərin ölçülərində fərqləri, istifadə tezliyini və s. nəzərə almır. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Devid Pakkard
Devid Pakkard (7 sentyabr 1912[…], Pueblo[d], Kolorado – 26 mart 1996[…], Stenford[d], Kaliforniya) (David Packard) – 7 sentyabr 1912-ci ildə Uilyam Hyulettlə (William Hewlett) birgə "Hewlett- Packard" (HP) şirkətinin əsasını qoymuş amerikalı sahibkar Devid Pakkard (David Packard) anadan olmuşdur. Pakkard 1947-ci ildən HP şirkətinin icraçı direktoru olmuş, 1968-ci ildə isə ABŞ prezidenti Riçard Nikson tərəfindən Müdafiə Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1970 və 80-ci illərdə o, Ağ Evin təhlükəsizlik və idarəetmə məsələləri üzrə köməkçisi olmuş, ölkənin ictimai həyatında aktiv iştirak etmişdir. Bir çox fond və xeyriyyə təşkilatlarına rəhbərlik etmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Hakkari
Hakkari — Türkiyənin Hakkari ilinin inzibati mərkəzi. Türkiyənin ən cənub-şərq ucqar hissəsində yerləşən, əhalisinin sayına görə ən böyük 62-ci şəhəri. 2016-ci ilin qeydəalmasına görə əhalinin sayı 267.813 çatmışdır. İlçənin öz ərazisi şərqdən İranla, cənubdan isə İraqla həmsərhəddir. İlçənin ən hündür nöqtəsi Cilo dağıdır. Hündürlüyü 4150 metrdir.
Sakkara
Sakkara (ərəb. سقارة‎) — Misirdə Qahirədən təxminən 25 km cənubda yerləşən kənd. Burada Qədim padşahlığın paytaxtı Memfisin ən qədim nekropolu var. Bu ad nekropolların himayədarı olan ölülər tanrısı Sokarın adından gəlir. Sakkara siyahısı Саккара на Wikimapia http://www.egyptology.ru/sites/Saqqara.htm Саккара // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Akkord
Akkord (it. accordo-uzlaşma, fr. accord-uyğunluq, ahəng, uzlaşma, lat. accordo-müvafiqət) - müxtəlif ucalıqda bir neçə (ən az 3) səsin eyni zamanda birləşməsi və vahid səs kimi qavranılması. Akkord, əsasən tersiya intervalları ilə qurulur. Akkordu əmələ gətirən səslərin sayı üç olduqda üç həmsəda, dörd səs olduqda septakkord, beş səs olduqda nonakkord, altı səs olduqda undesimakkord adlanır. Akkordun əsas sahəsinə prima deyilir.
Akkad
Akkad dövləti və ya Akkad padşahlığı — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri. == Tarixi haqqında == Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir.
Frank Raykard
Franklin Edmundo "Frank" Raykard (30 sentyabr 1962, Amsterdam),Surinam əsilli Hollandiyalı baş məşqçi ve keçmiş futbolçu.
Hakkari ili
Hakkari ili — Türkiyədə il. == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 68 min nəfər əhalisinin 55 min nəfəri ana dilini kürdcə, 13 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
Hakkari vilayəti
Hakkari vilayəti — Osmanlı İmperiyası tərkibində, 1876–1888–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hakkari şəhəri idi.
Hewlett-Packard
HP (ing. Hewlett-Packard) — mərkəzi Palo Alto, Kaliforniyada yerləşən beynəlxalq texnologiya şirkəti. Məlumat əməliyyat, təzyiq sistemləri və ədədi göstərmə təchizatları istehsalçısıdır. Ayrıca proqram və xidmət təchizatçısıdır. HP, 1939-cu ildə Bill Hewlett və Dave Packard tərəfindən bir test və ölçü cihazları istehsalçı şirkəti olaraq qurulmuşdur. İlk məhsulu Model 200A adındakı audio oscillator precision idi. İlk fərdi kompüter olan Hewlett-Packard 9100A'nı 1968-ci ildə istehsal etmişdir. Daha sonra, 1970-ci illərdə kalkulyator, 1980-ci illərdə inkjet, lazer printer və skaner, 1990-cı illərdə stolüstü, dizüstü (noutbook) və server kompüterləri istehsalına başlamışdır. 2002-ci ildə Compaq şirkəti ilə birləşən HP şirkəti, ayrıcaHP-UX, Tru64 və OpenVMS əməliyyat sistemləri; PA-RİSC, IA64 və Alpha mikro əməliyyat sistemlərini; HP 9000 və ProLiant server və iş stansiyalarını və OpenView kimi rəhbərlik proqramları istehsal edir. Compaq ilə edilən birləşmənin təşkilat mənasında kifayət qədər həzm edilə bilməməsi və hədəflənən performansın ortaya qoyulamaması nəticəsində, HP-nin CEO-si Carly Fiorina 2005-ci ilin əvəllində səhmdarların tələbi istiqamətində vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdır.
Sakkara siyahısı
Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı. Siyahıda nə vaxtsa 58 hökmdarın adı verilmişdir. Hal-hazırda ancaq 50 ad oxunmaqdadır. Siyahı xronoloji olaraq iki: sol və aşağı sağ cərgədən ibarətdir. Maraqlıdır ki, hökmdar siyahısı I sülalənin altıncı hökmdarı firon Anedyib ilə başlanır. Xələfi Semerxet göstərilmədən sıra i sülalənin səkkizinci hökmdarı firon Qaaya keçmiş olur. Belə olan halda siyahı doqquz hökmdar sadalamış olur ki, bu da demək olar ki, Turin çar papirusu ilə eynilik təşkil etmiş olur. Siyahıda III sülaləyə aid cəmi dörd hökmdar göstərilir. Yarı pozulmuş VI sülalə fironlarının adları 1932 ci ildə fransız arxeoloqu tərəfindən I Pepinin arvadı I Anxesenpepiyə məxsus sarkofaqın qapağında aşkar edilmişdir. Abidos siyahısı kimi bu siyahıda da Birinci aralıq zamana aid bir çox hökmdarlar göstərilməmişdir.
Stiv Makkari
Stiv Makkari (ing. Steve McCurry) — məşhur ABŞ fotoqrafı; 1985-ci ildə çəkdiyi "Əfqan qızı" fotosu ilə şöhrət qazanmışdır. O, Dünyada hərbi münaqişələrin baş verdiyi nöqtələrdə bir çox şəkillər çəkmişdir. Fotoqrafın 1985-ci ildə çəkdiyi və həmin ildə "National Geographic" jurnalının üz qabığında dərc olunan "Əfqan qızı" fotosu dünyanın hər bir nöqtəsində bəyənilmiş və fotojurnalistə böyük şöhrət gətirmişdir. Stiv Makkuri 2002-ci ildə çətin araşdırma nəticəsində həmin əfqan qızını – əfqanıstanlı Şerbet Gualanı taparaq fotosunu təkrar çəkmişdir. The Imperial Way. Boston, MA: Houghton Mifflin Harcourt, 1985. Text by Paul Theroux. Monsoon. London: Thames and Hudson, 1988.
Tim Makkord
Hakkari bölməsi
Hakkari bölməsi — Şərqi Anadolu bölgəsinin dörd hissəsindən biridir. Adını Hakkari ilindən almışdır. Sərt və dağlıq ərazi üstünlük təşkil edir. Kontinental iqlimə malik bölgədə qış çox soyuq keçir və bu xüsusiyyəti ilə Hakkari bölgəsi Türkiyənin ən soyuq yerlərindən biridir. İqtisadiyyat baxımından burada yaşayan əhalinin güzəranı əsasən əkinçilik və heyvandarlıqdan ibarətdir. Bölmə bütün Hakkari ilini, Şırnak ilinin şərqini və Van ilinin cənubunu əhatə edir.
Hakkari Universiteti
Hakkari Universiteti — Türkiyənin Hakkari şəhərində dövlət universiteti. Türkiyə Böyük Millət Məclisinin 2008-ci ildə qəbul etdiyi qanunla Van Yüzüncü Yıl Universitetinə tabe olan İqtisadiyyat və İdarəetmə fakültəsi və Mühəndislik fakültəsi Hakkari Universiteti adı altında açıldı. 2017-ci ilin yanvarında prezident Rəcəb Tayyib Ərdoğan Prof. Dr. Ömər Pakişı universitetin rektoru təyin etdi. == Akademik strukturu == Universitetin altı fakültəsi, iki institutu və dörd kolleci var.
Akkord STİK
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement Zavodu Azərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Eliza MakKardl-Conson
Eliza MakKardl-Conson (ing. Eliza McCardle Johnson; 4 oktyabr 1810[…], Telford[d], Tennessi – 15 yanvar 1876[…], Qrin qraflığı[d], Tennessi) - ABŞ-nin 17-ci Prezidenti Endrü Consonun həyat yoldaşıdır.
Hakkari məzar daşları
Hakkari məzar daşları - Türkiyənin Hakkari şəhərində tapıntı. 1998-ci ilin iyulunda Hakkari şəhər mərkəzində Hakkari Qalasının şimal ətəklərində bir təsadüflə obelisklər tapıldı. Hadisəyə qısa zamanda əl qoyan arxeoloqlar sayı 13-ə çatan bu daşların ilk tikildikləri günkü vəziyyətlərini qoruduqlarını müəyyən etdilər. Torpaq zəminə, kürəkləri qayalığa gələcək şəkildə yan-yana və qismən də arxa arxaya düzülmüşlər idi. Prof. Dr. Vəli Sevinin Hakkaridə etdiyi qazıntıda M.Ö. 1200-cü illərə aid "Balbal" adı verilən Türklərin istifadə etdiyi məzar daşları tapıldı. Türklərin "M.Ö. 1200-cü illərdə bu bölgədə yaşadıqlarını" sübut edən çox əhəmiyyətli bir tapıldı xüsusiyyətini daşıyan məzar daşlarıdır. Prof. Dr.
Hewlett Packard Enterprise
Hewlett Packard Enterprise Company (HPE) — ABŞ çoxmillətli informasiya texnologiyaları şirkəti. Mərkəzi Texas ştatının Sprinq şəhərində yerləşir. HPE 1 noyabr 2015-ci ildə Kaliforniya ştatının Palo-Alto şəhərində "Hewlett-Packard" şirkətinin bölünməsinin bir hissəsi kimi təsis edilmişdir. Bu, serverlər, məlumat saxlama, şəbəkələşmə, konteynerləşdirmə proqramı, konsaltinq və dəstək sahələrində işləyən biznesə fokuslanan bir təşkilatdır. Bölünmə elə strukturlaşdırılmışdı ki, keçmiş "Hewlett-Packard" şirkəti öz adını "HP Inc." olaraq dəyişmi və "Hewlett Packard Enterprise" yeni yaradılmış şirkət kimi qeydiyyata alınmışdır. "HP Inc." köhnə HP-nin fərdi kompüter və çap biznesini, eləcə də səhm qiymətləri tarixini və "Hewlett-Packard" üçün orijinal NYSE tiker simvolunu saxlamışdır. Müəssisə öz tiker simvolu altında ticarət edir: HPE. Bölünmə zamanı HPE-nin gəliri "HP Inc."in gəlirindən bir qədər az idi. 2017-ci ildə HPE Müəssisə Xidmətləri biznesini dayandırmış və "DXC Technology"ə çevrilməsi üçün onu "Computer Sciences Corporation" ilə birləşdirmişdir. Həmçinin, 2017-ci ildə proqram biznes seqmentindən ayrılmış və onu "Micro Focus" ilə birləşdirmişdir HPE 2018-ci il "Fortune 500" siyahısında ümumi gəlirə görə ABŞ-nin ən böyük korporasiyaları siyahısında 107-ci yerdə qərarlaşmışdı. == Adlandırma == Şirkətin tam adı "Hewlett Packard Enterprise Company"dir.
Packard Model G
Packard Model G — 1902-ci ildə keçmiş Amerika avtomobil istehsalçısı Ohio Automobile Company tərəfindən istehsal edilmiş iki silindrli avtomobildir. Yalnız 4 nüsxə istehsal olunub. Təkər bazası 2,3 metr və arxada əlavə qapısı olan açıq kuzovlu avtomobilə səkkiz sərnişin yerləşə bilirdi. Ön və arxada iki yanacaq çəni yerləşir.
Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Əbdülrəhman Akkad
Əbdülrəhman Akkad (17 may 1998, Hələb) – suriyalı gey, siyasi bloqqer və insan haqları müdafiəçisi. Akkad hazırda Berlində yaşayır. Akkad 1998 -ci ildə Suriyanın şimalındakı Hələb şəhərində yəhudi əsilli Suriyalı müsəlman bir ailədə anadan olub. Ailəsi, 1492 -ci ildə İspaniya və Portuqaliyanı tərk edərək Suriyaya köçmək məcburiyyətində qalan Sefarad Yəhudilərindəndir. Akkadın üç qardaşı və bir bacısı var. Hadisələrin artması və Suriya vətəndaş müharibəsi ilə Akkad və ailəsi 2013 -cü ilin iyul ayında Suriyanı tərk etməli oldular, Suriya rejimi tərəfindən təqib edildi və axtarış edildi. 2013 -cü ilin iyul ayında ailəsi ilə birlikdə Türkiyəyə gələn və İstanbulda yaşayan Akkad, şəhərdəki çağrı mərkəzi şirkətlərində tərcüməçi olaraq çalışmış və türk dilini mükəmməl bilir. Atası 2015 -ci ilin yayında qanunsuz olaraq Almaniyaya getdi və Akkad və ailəsi Türkiyədə daha sonra ailənin yenidən birləşməsi üçün müraciət etməsini gözləyərkən Akkad cinsi oriyentasiyasını kəşf etdi. Akkad dəniz yolu ilə qeyri -qanuni yollarla Yunanıstana, daha sonra 5 dekabr 2015 -ci ildə Almaniyaya gələnə qədər Makedoniya, Serbiya, Xorvatiya, Sloveniya və Avstriyaya getdi, cinsi mənsubiyyətinə görə Almaniyadan sığınacaq istədi və 2016 -cı ildə sığınacaq aldı. Sonrakı illərdə Akkad, başda Alman və Ərəb olmaqla, müxtəlif media təşkilatlarına yaşadıqları və siyasi baxışları haqqında çoxsaylı müsahibələr verdi.