Sakkara siyahısı

Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı.

Sakkara hökmdar siyahısı(1904)

Siyahıda nə vaxtsa 58 hökmdarın adı verilmişdir. Hal-hazırda ancaq 50 ad oxunmaqdadır. Siyahı xronoloji olaraq iki: sol və aşağı sağ cərgədən ibarətdir. Maraqlıdır ki, hökmdar siyahısı I sülalənin altıncı hökmdarı firon Anedyib ilə başlanır. Xələfi Semerxet göstərilmədən sıra i sülalənin səkkizinci hökmdarı firon Qaaya keçmiş olur. Belə olan halda siyahı doqquz hökmdar sadalamış olur ki, bu da demək olar ki, Turin çar papirusu ilə eynilik təşkil etmiş olur. Siyahıda III sülaləyə aid cəmi dörd hökmdar göstərilir. Yarı pozulmuş VI sülalə fironlarının adları 1932 ci ildə fransız arxeoloqu tərəfindən I Pepinin arvadı I Anxesenpepiyə məxsus sarkofaqın qapağında aşkar edilmişdir. Abidos siyahısı kimi bu siyahıda da Birinci aralıq zamana aid bir çox hökmdarlar göstərilməmişdir.


Hökmdar siyahısı

[redaktə | mənbəni redaktə et]
Alt sıra Üst sıra
Nr. Firon Qeydlər Nr. Firon Qeydlər
1 Anedyib 6. I sülalə hökmdarı. Ondan qabaqki 4 sələf və xələfi Semerxet bu siyahıda göstərilməmişdir. 30 Menkauhor 7. V sülalə hökmdarı
2 Hor Qaa 8. I sülalə hökmdarı 31 Djedkare V sülalənin VII hökmdarı
3 Hetepsexemui II sülalənin I hökmdarı 32 Unas V sülalənin IX hökmdarı
4 Nebre II sülalənin II hökmdarı 33 II Teti VI sülalənin I hökmdarı. Xələfi Userkare göstərilməmişdir.
5 Ninetyer II sülalənin III hökmdarı 34 I Pepi VI sülalənin III hökmdarı
6 Wadjnes V sülalənin hökmdarı 35 I Merenre VI sülalənin IV hökmdarı
7 Sened II sülalənin hökmdarı 36 II Pepi VI sülalənin V hökmdarı. VI sülalənin sonrakı Birinci aralıq zamanına aid hökmdarlar və XI sülalənin ilk hökmdarları göstərilməmişdir.
8 I Neferkare II sülalənin hökmdarı 46 Nofrusobek XII sülalənin VIII hökmdarı. XI və XII sülalə hökmdarları (II Mentuhotepdən Nofrusobekə kimi) siyahıda yerləri dəyişik göstərilmişdir. İkinci aralıq zaman hökmdarları göstərilməmişdir.
9 Neferkasokar II sülalənin hökmdarı 45 IV Amenemhet XII sülalənin VII hökmdarı
10 I Hudyefa II sülalənin hökmdarı 44 III Amenemhet XII sülalənin VI hökmdarı
11 Xasexemui II sülalənin son hökmdarı 43 III Sesostris XII sülalənin V hökmdarı
12 Coser III sülalənin I hökmdarı 42 II Sesostris XII sülalənin IV hökmdarı
13 Coserteti III sülalənin II hökmdarı 41 II Amenemhet XII sülalənin III hökmdarı
14 Nebka III sülalə hökmdarı 40 I Sesostris XII sülalənin II hökmdarı
15 Huni III sülalənin sonuncu hökmdarı 39 I Amenemhet XII sülalənin I hökmdarı
16 Snofru IV sülalənin I hökmdarı 38 III Mentuhotep XI sülalənin VI hökmdarı
17 Xeops IV sülalənin II hökmdarı 37 II Mentuhotep XI sülalənin V hökmdarı
18 Radjedef (Djedefre) IV sülalənin III hökmdarı 47 Ahmos XVIII sülalənin I hökmdarı
19 Xefren IV sülalənin IV hökmdarı 48 I Amenofis XVIII sülalənin II hökmdarı
20 Bixeris IV sülalənin V hökmdarı (pozulmuş mətn) 49 I Thutmosis XVII sülalənin III hökmdarı
21 Mikerinos IV sülalənin VI hökmdarı (pozulmuş mətn) 50 II Thutmosis XVIII sülalənin IV hökmdarı. Xələfi Hatçepsut göstərilməmişdir.
22 Şepseskaf IV sülalənin VII hökmdarı (pozulmuş mətn) 51 III Thutmosis XVIII sülalənin VI hökmdarı (pozulmuş mətn)
23 Tamftis IV sülalənin VIII hökmdarı (pozulmuş mətn) 52 II Amenofis XVIII sülalənin VII hökmdarı (pozulmuş mətn)
24 [?] Digər hökmdar siyahıları Tamftis və Userkaf arasında heç bir hökmdar sadalanmır. Burada kimin nəzərdə tutulduğu qeyri müəyyəndir. 53 IV Thutmosis XVIII sülalənin VIII hökmdarı (pozulmuş mətn)
25 Userkaf V sülalənin I hökmdarı 54 III Amenofis XVIII sülalənin IX hökmdarı (pozulmuş mətn). Exnaton, Semenxkar, TutanxamunII Eye göstərilməmişdir.
26 Sahure V sülalənin II hökmdarı 55 Haremhab XVIII sülalənin XIV hökmdarı (bir qədər pozulmuş mətn)
27 Neferirkare V sülalənin III hökmdarı 56 I Ramzes XIX sülalənin I hökmdarı (bir qədər pozulmuş mətn).
28 Şepseskare 4. König der 5. Dynastie.V sülalənin IV hökmdarı 57 I Seti XIX sülalənin II hökmdarı (bir qədər pozulmuş mətn)
29 Raneferef (Neferefre) V sülalənin V hökmdarı. Xələfi Niuserre göstərilməmişdir. 58 II Ramzes XIX sülalənin III hökmdarı (bir qədər pozulmuş mətn)
  • Jürgen von Beckerath: Chronologie des pharaonischen Ägypten. Die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. Münchner Ägyptologische Studien, Bd. 46. Verlag Philipp von Zabern, Mainz 1997, S. 24, 216, ISBN 3-8053-2310-7