Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Kələzağ
Kələzağ — Abşeronda yaşayış məskəni. Kələzağ adlanan bu kənd Abşeron yarımadasının şərqində dəniz sahilindən 1–2 km aralıda yerələşən yaşayış məntəqəsidir. == Tarixi == Kələzağ yaşayış ərazisi IV minilliyə aid edilərək qədim tarixə malikdir. Bakı kəndləri içərisində Kələzağın iqtisadi inkişafı XVI əsrdə baş verib. Burada daşları qalaqlanan məscidin XV və ya XVIII əsrlərə aid edilməsi Şirvanşahlar saray kompleksinə uyğun memarlıq elementlərinə oxşarlığı ilə xarakterizə etmək olar. Suraxanı kənd sakinləri uzun müddət bu yeri qışlağ kimi istifadə etdikdən sonra daimi məskunlaşıblar. Tarixi faktlara əsaslanaraq Kələzağ adlı qışlaq sahəsinin Bakının Suraxanı kənd əhalisinə məxsus olduğunu qeyd etmək olar. Bu haqda etnoqrafik və tarixi mənbələrdə də ətraflı məlumat var. XX əsrin 50-ci illərinə qədər Kələzağ ərazisində yaşayan əhalinin təsərrüfatı, xırman yerləri, icma torpaqları kolxozların hesabına keçdi. Hökumətin bu addımından sonra müflisləşən sakinlər qışlaqdan, doğma kəndlərinə — indiki yeni Suraxanı qəsəbəsinə köç edirlər.
Küləyin istiqaməti
Küləyin istiqaməti. Külək istiqaməti və surəti ilə səciyyələnir. Surət m/san və ya Bofort şkalası üzrə (0-12 bal ilə) göstərilir. Küləyin istiqaməti və surəti flüger və anamometr vasitəsilə ölcülur. Surəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur.
Küləyin sürəti
== Külək == Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. == Küləyin sürəti == Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5–10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir.
Günəş küləyi
Günəş küləyi — Günəş tacı plazmasının planetlərarası fəzaya daim axını. Tac fotosferdən gələn dalğavarı hərəkətlərin enerjisi hesabına qızır. Tacın enerjisinin bir hissəsini Günəş küləyinin hissəcikləri daşıyır. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km-ə (Yer ətrafında) çatır. Kimyəvi tərkibi (əsasən protonlar və elektronlar) Günəş tacınınkı ilə eynidir. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına, qütb parıltısına və s.
Okean Küləyi
Okean Küləyi (sanskr. सागर पवन) Hindistan Hərbi Donanmasının aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Qoa ştatında bazalaşıb. Uçuşlar üçün HAL HJT-16 Kiran təyyarələr istifadə olunur. Mavi Mələklərdən sonra, hər hansı ölkənin Hərbi Dəniz Donammasının sahib olduğu aerobatika komandasıdır.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Əfqan küləyi
Əfqan küləyi – Amu – Dərya çayının yuxarı axarı boyunca cənub – qərb istiqamətində əsən çox tozlu, yerli küləkdir..
Şərq küləyi (roman)
Şərq küləyi — Çingiz Abdullayev tərəfindən yazılmış roman. 2013-cü ildə Qanun nəşriyyatında nəşr edilib. Satqınlar bağışlanmır. Bu, Rusiyanın xüsusi xidmət orqanlarının ali zabitlərindən ibarət "Qalxan və qılınc" adlı məxfi təşkilatm şüarıdır. Keçmiş FTX polkovniki Timur Qarayev İtaliyada gizlənən qaçağı yox etmək əmri alır. Əməliyyat sanki uğurlu alınır: budur o — satqın İuda, Qarayevlə bir süfrədə əyləşib. Lakin polkovnik onu cəzalandırmağa tələsmir.
Səmt küləyi (film, 1973)
Səmt küləyi — rejissor Eldar Quliyevin filmi. Tarixi-inqilabi film Azərbaycanda inqilabi hərəkatın iştirakçısı çex İvan Prokopyeviç Vatsekin xatirəsinə həsr olunmuşdur. Vatsek filmin baş qəhrəmanı Yanın(Aloiz Şveqlik) prototipidir. Kinolent beynəlmiləlçilik ideyalarını, azadlıq uğrunda mübarizə aparan xalqların dostluğunu tərənnüm edir. Ssenari müəllifi : Yusif Səmədoğlu, İrji Marek, Lüdviq Toman Quruluşçu rejissor : Eldar Quliyev Quruluşçu operator : Yozef İllik Quruluşçu rəssam : Kamil Nəcəfzadə, Boqumil Pokornı Bəstəkar : Polad Bülbüloğlu Səs operatoru : Ələkbər Həsənzadə Rejissor : Ramiz Əliyev Montaj edən : Tahirə Babayeva Rejissor assistenti : Vaqif Əsədullayev Aloiz Şveqlik — Yan Həsən Məmmədov — Əlibala Həsənağa Turabov — Biçeraxov Radovan Lukavski — Smit Yozef Lanqmiller — Roşer Qleb Strijenov — Vasin Gennadi Yudin — Petrov Ələddin Abbasov — Əmiraslanov Yana Girova — Mariya Hacımurad Yegizarov — Talıbov Amaliya Pənahova — Xədicə Yozef Şebek — Eduard Sadıq Həsənzadə — Muxtar İsmayıl Osmanlı — Qayıbov Ənvər Həsənov — Əli Kamal Xudaverdiyev — Quldur Muxtar Maniyev — Anarxist Bahadur Əliyev Ramiz Məlikov "Kino yenilikləri" qəzeti. 21 iyun 1974-cü il. Азербайджанской ССР кинематография. Кино* Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.* Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Səmt küləyi (film, 1980)
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır. Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Kaleya
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Dmitri Kuleba
Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 2020-2024-cü illərdə Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür. Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il). Ukrayna tarixində ən gənc xarici işlər naziridir. == Həyatı == 19 aprel 1981-ci ildə Sumıda anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən peşəkar diplomat olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Kulyar-Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Kulyar Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Kulyaş Bayseyitova
Kulyaş Bayseyitova(19 aprel (2 may) 1912, Almatı, Rusiya imperiyası – 6 iyun 1957, Moskva, SSRİ) — Sovet qazax opera müğənnisi (lirik-koloratura soprano), dramatik aktrisa. İkinci dərəcəli iki Stalin mükafatı laureatı (1948, 1949). Bütün təyinat illərində "SSRİ xalq artisti" titulunun ilk sahiblərindən biri (1936) və həmçinin ən gənclərindən biri (Həlimə Nəsirovadan sonra). == Həyatı == Kulyaş Bayseyitova (qızlıq soyadı isə Beyisova) 1912-ci il aprelin 19-da (digər mənbələrə görə — 12 yanvar) Rusiya imperiyasının Verni şəhərində anadan olmuşdur; digər mənbələrə görə, o, Semipalatinsk vilayətinin Karkaralı rayonunun kəndlərindən birində, Sarı-Arka çöllərində anadan olmuşdur. Kulaş on iki yaşında Almatıya gətirildi və bir müddət internat məktəbində yaşadı. Bayseyitovanın təbii musiqi istedadı erkən özünü göstərdi. O, atası Zasından eşitdiyi mahnıları, zihri və kissanı əzbərləyib ifa edirdi. 1925–1928-ci illərdə o, Almatı Pedaqoji Kollecində oxuyub, həvəskar musiqiçilərlə iştirak edib. 1930-cu ildə Qızıl-Orduda qurulan Qazax Dram Teatrının studiyasına daxil oldu və 1929-cu ildə bu gün M. O. Ayezov adına Qazax Dövlət Akademik Dram Teatrı olaraq bilinən teatra köçürüldü. Aktyorluq və musiqi savadını öyrənərək teatrda kiçik epizodik rollar oynayırdı və tezliklə əsas rolları oynamağa başladı.
Xavyer Peres de Kuelyar
Xavyer Peres de Kuelyar (isp. Javier Pérez de Cuéllar y de la Guerra; 19 yanvar 1920[…], Lima[…] – 4 mart 2020[…], Lima) — Peru diplomatı. 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin baş katibi. Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olmuşdu. Xavyer Peres de Kuelyar 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964-1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971-1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-ci ildə BMT-nin baş katibi seçilib və bu vəzifədə iki müddət ərzində çalışıb. 1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub.