Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Kungur mağarası
Kungur buz mağarası — Sibirin və Uralın ən görməli məkanlarından biri. Buz dağla birlikdə regionun tarixi-təbii kompleksini formalaşdırır. SSRİ zamanından ölkə əhəmiyyətli ərazi hesab olunurdu. Mağara Perm diyarında, Sılva çayının sağ sahilində yerləşir. Mağara Kunqur şəhərinin yaxınlığında, Fillippovka kəndinin ərazisində aiddir. Perm şəhərindən mağaranı 100 km-lik məsafə ayırır. Unikal geoloji abidə Rusiyanın Avropa hissəsində yerləşən ən böyük karst mağaralarından biri hesab olunur. Uzunluğuna görə isə dünyada ən uzun yeddinci gips mənşəli mağaradır. 5700 metr uzunluğa malik mağaranın ancaq 1500 metri turistlər üçün əl çatandır. Mağaranın mərkəzində havanın temperaturu +5 °C −2 °C arasında dəyişir.
Kündür
Kündür — İranın Rəzəvi Xorasan ostanının Xəlilabad şəhristanının Şeştaraz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,700 nəfər və 1,610 ailədən ibarət idi.
Küngüt
Baş Küngüt — Şəki rayonunda kənd. Aşağı Küngüt — Şəki rayonunda kənd.
Kangarə (Qürvə)
Kangarə (fars. كنگره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 829 nəfər yaşayır (197 ailə). Əhalisini kürdlər təşkil edir.
Kürkürə (Bicar)
Kürkürə (fars. كوركوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 338 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aşağı Küngüt
Aşağı Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Kəndin əsasını XIX əsrin əvvəllərində Baş Küngüt kəndindən çıxmış ailələr qoymuşdular. Toponimin birinci komponenti olan "Aşağı" sözü kəndin coğrafi mövqeyini, yəni kəndin coğrafi baxımdan aşağı tərəfdə yerləşdiyini əks etdirən bir sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə XIII əsrdə monqolların tərkibində gəlmiş, olxonut tayfa birliyinin boylarından biri olan kungiyat/xingid tayfasının adıyla bağlıdır. Kəndin adının ümumi mənası da "aşağı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisində, rayon mərkəzindən 25 km cənub-şərqdə, Şəki-Oğuz şose yolundan 5 km aralı yerləşir. == Əhalisi == Kəndin əhalisi 1358 nəfər təşkil edir ki, onun da 641 nəfəri kişi, 717 nəfəri isə qadındır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Tarixi == Kənddəki bəzi məhəllə adları: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər, Muradlılar, Bəkirlər və s. === Tarixi abidələri === Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.
Küngüt qalası
Küngüt qalası — Şəki rayonunun Küngüt kəndində nisbətən yaxşı araşdırılmış tarixi abidələrdən biri Kilsədağın üzərindəki VI-VII əsrlərə aid qala. == Tarixi == Orta əsrlərə aid Küngüt qalası düzbucaqlı formadadır. Uzunluğu 120 m, eni isə 42 metrdir. Qalanın divar və bürcləri cənub və qərb tərəflərdə nisbətən yaxşı qalmışdır. Divarların qalınlığı 2 metr, hündürlüyü isə müxtəlif yerlərdə 2 metrlə 5 metr arası dəyişir. Qalanın bürcləri də düzbucaqlı formalıdır və qalanın iki darvaza yeri vardır. Əsas darvaza yeri cənub tərəfdə, ikinci darvaza yeri isə şimal-qərb tərəfdə yerləşir. Qalanın ikinci darvaza yeri birincisinə nisbətən xeyli kiçikdir. Abidə əhəng məhlulu ilə, çaydaşından hörülmüşdür. Onun tikintisində kərpicə və digər inşaat materiallarına təsadüf edilməmişdir.
Baş Küngüt bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kenquru
Kenquru (lat. Macropus) — Kenqurular fəsiləsindən heyvan cinsi. Kenqurular arxaya tullana bilmir. == Kenqurunun çantası == Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar. == Kenqurunun südü == Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar.
Kunqu
Kunqu (Çin: 崑曲; pinyin: Kūnqǔ; Wade-Giles: k'un-ch'ü) Kunju, Kun operası və ya Kunqu Operası adı ilə də tanınır. Çin operasının günümüzə qədər gələn ən qədim formasıdır. Kunshan melodiyasından götürülmüşdür. XVI-XVIII əsrlərdə Çin teatrında üstünlük təşkil etmişdir. Təxminən 600 illik tarixi olan Kunqu yüzlərlə operanın “müəllimi” və ya “anası” sayılır; Buraya Pekin operası da daxildir. Kunqu, 2001-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi İrsinin Şah əsərlərindən biri elan edilmişdir.
Adi kenquru
Adi kenquru (lat. Macropus robustus) — kenquru cinsinə aid heyvan növü.
Caynaqquyruq kenquru
Caynaqquyruq kenquru (lat. Onychogalea) — kenqurular fəsiləsinə aid heyvan cinsi.
Kenquru siçovullar
Kenquru siçovullar (lat. Potoroidae) — i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Qısaüzlü kenquru
Qısaüzlü kenquru (lat. Bettongia gaimardi) — kenqurular fəsiləsinə aid olan bir məməli heyvan.
Zolaqlı kenquru
Zolaqlı kenquru, və ya Zolaqlı vallabi-dovşan (lat. Lagostrophus fasciatus) — kisəli məməlilərə aid kiçik kenquru növü. Kenqurular fəsiləsi, Zolaqlı kenqurular cinsinə aid tək növ. Bədəninin uzunluğu 40–45 sm, quyruğunun uzunluğu 37,5 sm, çəkisi — 1,3–2 kq təşkil edir. Yumşaq və uzun xəzi boz rəngdədir. Bel nahiyyəsindən qara zolaqlar keçir. Sifəti iti quruluşa malik olub tüksüzdür. Qulaqları qısadır. Uzun quyruğu isə bütünlüklə tüklə örtülüdür. Vallabi-dovşan adı ona dovşan yerişi ilə hərəkətinə görə verilmişdir.
Kenquru məhkəməsi
Kenquru məhkəməsi — qanun və ya ədalətin tanınmış standartlarına məhəl qoymayan, yerləşdiyi ərazidə çox az və ya heç bir rəsmi mövqeyə malik olmayan və adətən ad hoc olaraq çağırılan məhkəmə üçün qeyri-rəsmi aşağılayıcı termin. Kenquru məhkəməsi lazımi prosesə məhəl qoymayaraq əvvəlcədən müəyyən edilmiş nəticəyə gələ bilər. Bu termin həm də qanuni məhkəmə orqanının nəzarətində olan, lakin məhkəmənin hüquqi və ya etik öhdəliklərinə qəsdən məhəl qoymayan məhkəmə üçün də istifadə olunur. Forumun strukturu və fəaliyyəti aşağı dərəcəli mühakimə ilə nəticələndikdə kenquru məhkəməsi də inkişaf edə bilər. Bunun ümumi nümunəsi, institusional mübahisə edənlərin ("təkrar oyunçular") fərdi mübahisələrə ("bir vuruşlu oyunçular") nisbətən həddindən artıq və ədalətsiz struktur üstünlüklərinə malik olmalarıdır. == Etimologiya == Terminin ilk dəfə 1841-ci ildə ABŞ-da istifadə edildiyi bilinir. "The Daily Picayune" qəzetində bir məqalədə Concordia Intelligencer-dən sitat gətirilir, "Kenquru məhkəməsinin başlatdığı müxtəlif ittihamlarla" bir neçə edamın olduğunu bildirərək soruşur: "Başa düşmədim: kenquru məhkəməsi nədir?". Bu terminin kenquru vətəni Avstraliyada və ya ondan əvvəl başqa yerlərdə istifadə edildiyi təsdiqlənməyib. Bəzi mənbələr bu terminin minlərlə avstraliyalının axın etdiyi 1849-cu ildə Kaliforniyada qızıl hərisliyi zamanı populyarlaşdığını göstərir. Avstraliyalı mədənçilərin iştirakı nəticəsində, bu, iddia qaldıran mədənçilərin problemi ilə məşğul olmaq üçün istifadə edilən tələsik həyata keçirilən prosedurların təsviri kimi meydana çıxa bilər.
Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi. Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Ceyda Sunqur
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti. == Həyatı == 1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır. 2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir. Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir. Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur.
Böyük sarı kenquru
Böyük sarı kenquru (lat. Macropus rufus) — kenquru cinsinə aid heyvan növü. Avstraliyanın cənubunda, şərq sahillərindəki eləcə də şimaldakı tropik meşələrin məhsuldar torpaqları istisna olmaqla, materikinin hər yerinə yayılıb.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Sarı-boz kenquru
Sarı-boz kenquru (lat. Macropus rufogriseus) — kenquru cinsinə aid heyvan növü. Şərqi Avstraliyanın mülayim iqlimi olan rayonlarında, o cümlədən Tasmaniya adasında rast gəlinir. Sarı-boz vallabi Şərqi Avstraliya boyunca Kvinslend ştatının Rokqempton şəhərindən Cənubi Avstraliya sərhəddinə qədər olan ərazilərdə sahilboyunca kolluq və sklerofit meşələrdə, Tasmaniya adası və Bassov boğazının digər adalarında yayılmışdır. Son 30 ildə ovlanmasına qismən qadağa qoyulması nəticəsində sarı-boz vallabinin sayı Tasmaniyada, Yeni Cənubi Uels və Kvinslendin sahil hissələrində nəzərə çarpacaq dərəcədə artmışdır.
Aşağı Künqüt bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.