Aşağı Küngüt

Aşağı KüngütAzərbaycan Respublikasının Şəki rayonunda kənd.[1]

Aşağı Küngüt
41°03′51″ şm. e. 47°15′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 426 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Küngüt xəritədə
Aşağı Küngüt
Aşağı Küngüt

Kəndin əsasını XIX əsrin əvvəllərində Baş Küngüt kəndindən çıxmış ailələr qoymuşdular. Toponimin birinci komponenti olan "Aşağı" sözü kəndin coğrafi mövqeyini, yəni kəndin coğrafi baxımdan aşağı tərəfdə yerləşdiyini əks etdirən bir sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə XIII əsrdə monqolların tərkibində gəlmiş, olxonut tayfa birliyinin boylarından biri olan kungiyat/xingid tayfasının adıyla bağlıdır. Kəndin adının ümumi mənası da "aşağı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisində, rayon mərkəzindən 25 km cənub-şərqdə, Şəki-Oğuz şose yolundan 5 km aralı yerləşir.

Kəndin əhalisi 1358 nəfər təşkil edir ki, onun da 641 nəfəri kişi, 717 nəfəri isə qadındır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. Aşağı Küngüt // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.