Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gizem Karadayı
Gizem Karadayı (14 yanvar 1987, Ankara) – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının bir nömrəli liberosudur. == Karyerası == Gizem karyerasına Vakıfbankın B komandasında başlamışdır. Daha sonra Türk Telekomun əsas komandasında forma geyinmişdir. Qalatasarayın da bir il forma geyinmiş veloeybolçu 2009-cu ildə Vakıfbanka yenidən trasnfer olunmuşdur.2010–11 mövsümündə Vakıfbankla Avropanın bir nömrəli kuboku CEV Çempionlar Liqasını qazanır. Turnirin "Ən yaxşı libero"su isə Gizem olur2012–13 sezonunda Vakıfbankla birlikde beş kubok birdən qazanır türk libero. Bunlar CEV Çempionlar Liqası, Türkiyə Qadınlararası Voleybol Çempionatı, Kulublar arası Dünya Çempionatı, Türkiyə kuboku və superkubokunun mükafatları idi.2012-ci ildə milli komanda ilə birlikdə London Yay Olimpiya Oyunlarında da iştirak etmişdir.
Ağadayı
Ağadayı — Azərbaycanda üzüm növü. Azərbaycanın əsas yerli süfrə üzümüdür. Abşeronda əkilmiş, əvvəlcə həyətyanı sahələrdə, sonralar ictimai təsərrüfatlarda irimiqyaslı üzümlüklər salınmışdır. Demək olar ki, respublikanın hər yerində yayılmışdır. Keçən əsrin 70-ci illəri Füzuli və Ağdam rayonları üçün çox yüksək məhsuldarlıq illəri olmuşdur. Tovuz rayonunun dağətəyi kəndi olan İbrahimhacılı kəndində bu sortdan bir neçə hektar üzümlük vardır. Ancaq Ağadayı sortunun gilələri orada lazımi rəng toplaya bilmir. == Yetişdirilməsi == 1990-cı ildə sortdan əkin materialı götürüb Gəncədə "Üzüm-tredinq LTD" MMC-də iki cərgə üzümlük salınmışdır. Kolları çox güclüdür. Suvarılan münbit torpaqlarda geniş qida sahəsi, güclü dayaq və güclü forma tələb edir.
Britaniya Kanadası
Kanada əvvəlcə 1763-cü il Paris müqaviləsi ilə İngiltərənin hakimiyyəti altına girdi. Müqavilə ilə Kanadanında tərkibində olduğu Yeni Fransa İngiltərə imperiyasına verildi. Britaniya Şimali Amerikasının bir hissəsi olan digər regionlar, koloniyalar və ştatlar getdikcə Kanadaya birləşdirilirdi. 1763-cü il Kral Bəyannaməsi ilə Kanada koloniyası 1791-ci il Konstitusiya Qanununa görə Kanadalılar olaraq da bilinən Kvebek əyaləti adı altında genişləndirildi. 1840-cı il Birlik Qanunu ilə birlikdə Aşağı Kanada və Yuxarı Kanada Kanada əyaləti adı altında bir araya gəldi. Daha sonra 1867-ci ildə Kanada Konfederasiyası, Nyu-Bransuik və Yeni Şotlandiya koloniyaları Kanada Dominionunu yaratmaq üçün Kanada koloniyası ilə birləşdi. Dominion dörd əyalətə bölündü: Ontario, Kvebek, Nyu Brunsvik və Yeni Şotlandiya. Əvvəlcə yeni qurulan federasiyadan kənarda olan koloniyalar zamanla Kanadanın nəzarəti altına keçdi və Kanada 1949-cu ildə Nyufaundlend və Labradorun birləşdirilməsi ilə mövcud sərhədlərinə çatdı. 1982-ci il Kanada Qanunu ilə Kanada Böyük Britaniyanın hakimiyyəti altından tamamilə çıxdı.
Gizəm Qaradayı
Gizem Karadayı (14 yanvar 1987, Ankara) – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının bir nömrəli liberosudur. == Karyerası == Gizem karyerasına Vakıfbankın B komandasında başlamışdır. Daha sonra Türk Telekomun əsas komandasında forma geyinmişdir. Qalatasarayın da bir il forma geyinmiş veloeybolçu 2009-cu ildə Vakıfbanka yenidən trasnfer olunmuşdur.2010–11 mövsümündə Vakıfbankla Avropanın bir nömrəli kuboku CEV Çempionlar Liqasını qazanır. Turnirin "Ən yaxşı libero"su isə Gizem olur2012–13 sezonunda Vakıfbankla birlikde beş kubok birdən qazanır türk libero. Bunlar CEV Çempionlar Liqası, Türkiyə Qadınlararası Voleybol Çempionatı, Kulublar arası Dünya Çempionatı, Türkiyə kuboku və superkubokunun mükafatları idi.2012-ci ildə milli komanda ilə birlikdə London Yay Olimpiya Oyunlarında da iştirak etmişdir.
Kabaddi
Kabaddi — Asiyada qədim və populyar komanda oyunu, özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma isə 1985-ci Dəkkədə keçirilmişdir. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən biri olmuşdur. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilmişdir. == Oyunun qaydaları == Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar. Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançaının orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır. Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var.
Azərbaycan qadın milli kabaddi komandası
Azərbaycan qadın milli kabaddi komandası — kabaddi idman növü üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən qadınlardan ibarət yığma komanda. == Kabaddi üzrə Dünya Kuboku 2014 == İlk dəfə Azərbaycan qadın milli kabaddi komandası 2014-cü ilin dekabr ayında Hindistanın Pəncab ştatında keçirilmiş kabaddi idman növünün dairəvi üslubu üzrə Dünya Kuboku uğrunda mübarizəyə qatılmış, qrup mərhələsində yalnız 1 oyunda qalib gələrək, 2 oyunu məğlub olmuş və öz qrupunda 3-cü yeri tutaraq mübarizəni dayandırmışdır. Növbəti mərhələdə mübarizəni davam etdirmək hüququ qazanmış komandalar == Komandanın heyəti == === Oyunçular === 1. Həyat Aslanova 2. Layiqə Rəhimova 3. Sevinc Cəfərzadə 4. Ridana Qurbanova 5. Marziqet Baqomedova 6. Aida Səfərova 7. İlahə Ağamirzəyeva 8.
Kabaddi üzrə Dünya Kuboku 2014
Kabaddi üzrə Dünya Kuboku 2014 (ing. 2014 World Kabaddi Cup) — Hindistanın Pəncab ştatında kabaddi idman növünün dairəvi üslubu üzrə sayca beşinci dəfə keçirilmiş dünya kuboku uğrunda turnir. == İştirakçı ölkələr == Kabaddi üzrə dünya kuboku uğrunda oyunlarda 11 ölkənin kişilərdən ibarət yığma komandası və 8 ölkənin qadınlardan ibarət yığma komandası (cəmi 19 komanda) mübarizə aparmışdır. === Kişilərdən ibarət yığma komandalar === Argentina Avstraliya Kanada Danimarka İngiltərə Hindistan İran Pakistan İspaniya İsveç ABŞ == Oyun meydanları == ing. Government College Stadium, Gurdaspur ing. Multi Purpose Sports Stadium, Dhudike ing. Nehru Stadium, Rupnagar ing. A.S. College Stadium, Khanna, Ludhiana ing. Guru Arjun Dev Sports Stadium, Chohla Sahib, Tarn Taran ing. Guru Nanak Stadium, Sultanpur Lodhi ing.