Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kala
Kala (gül) — gül növlərindən biri
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Kahya Yahya
Kahya Yahya — Cem Karacanın 1990-cı ildə Qızıl Göyərçin mükafatında 1-ci olmuş mahnısı. Mahnının sözləri Cem Karacanın musiqisi isə Cahit Berkayındır.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karla Peterson
Karla Peterson (isp. Carla Peterson; doğ. 6 aprel 1974, Kordova) — tanınmış Argentina teatr və kino aktrisası, bir çox Argentina seriallarında çəkilib. == Həyatı == Karla Peterson 6 aprel 1974-cü ildə Kordova şəhərində anadan olmuşdu və orada 3 il yaşamışdı. Onun atası aviasiya təlimatçısı, anası isə vəkil idi. Karla üç bacı arasında (bacıları İsveçdə yaşayırlar - Karlanın ailəsi isveçlidir) yaşça ən böyüyüdür. O özünü tanıyandan həmişə aktrisa olmaq arzusunda idi.
Karla Qucino
Karla Qucino (ing. Carla Gugino, 29 avqust 1971, Florida, ABŞ) — amerikalı aktrisa. Əsasən "Günahlar şəhəri" filmindəki Lusill roluna görə tanınır. == Həyatı == Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-nin Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa davamlı olaraq anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşı olanda onlar San-Diyeqoda yaşayırdılar. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmədi və o, Los-Ancelesə köçdü. Xalasının məsləhəti ilə Karla aktyorluq məharəti kurslarına getməyə başladı. Anası isə onu Los-Ancelesə altı aylıq oxumağa göndərmişdi və artıq San-Diyeqoya qayıtmasında israr edirdi.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. == Tarix == Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. == Coğrafiyası == Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Paul Kahle
Paul Ernst Kahle(alm. Paul Ernst Kahle‎; 21 yanvar 1875 - 24 sentyabr 1964)—Almaniya şərqşünası. == Həyatı == Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894-1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdüri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı.
Yusuf Kalla
Məhəmməd Yusuf Kalla (d. 15 may 1942, Vatampone[d]) — 2004-cü ildən 2009-cu ilədək və 2014-cü ildən indiyədək ölkənin vitse-prezidenti olmuş İndoneziya siyasətçisidir. 2009-cu il prezident seçkilərində Qolkar partiyasından prezidentliyə namizədliyi uğursuz oldu. 2009-cu ildən Kalla İndoneziya Qızıl Xaç Cəmiyyətinin sədri vəzifəsində çalışıb.2014-cü il prezident seçkilərində Kalla Coko Vidodo özunu namizəd elan etmədən əvvəl 2012-ci il sorğusuna gorə prezidentliyə namizəd olan Aburizal Bakri və əvvəldən irəli sürülən ən yaxşı seçicilər arasında populyar oldu.O, İndoneziyanın ardıcıl olmayan iki dəfə seçilmiş vitse-prezidenti kimi ilk şəxsdir.
Alxan-Kala
Alxan-Kala (çeçen. Іалхан-Гӏала) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Alxan-Kalinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Sunja çayının sol sahilində, Qroznı şəhərindən 7 km cənub-qərbdə, Sunja silsiləsinin cənub ətəyində yerləşir. Kəndə yaxın yaşayış məntəqələri: şimal-şərqdə Qroznı şəhərinin Oktyabrskoye kəndi və Zavodskoy rayonu, cənub-şərqdə Alxan-Yurt və Krasnopartizanski kəndi, cənub-qərbdə Kuları kəndi, qərbdə Zakan-Yurt və şimal-qərbdə Krasnostepnovskoye kəndi. == Tarix == Alxan-Yurtovskaya (sonradan Yermolovskaya) kəndi 1851-ci ildə qurulmuşdur. 1860-cı ildə burada Mixaylo Arxangel Kilsəsi inşa edildi. 1914-cü ildə kənddə Uspenski Manastırı, iki illik məktəb və qadınlar üçün bir Kilsə məktəbi olan üç qədim mömin kilsəsi var idi. 1920-ci ilin oktyabrında Sovet rejiminin köçürmə siyasətinə cavab olaraq Yermolovskaya anti-sovet qiyamının mərkəzlərindən birinə çevrildi. 1920-ci il noyabrın əvvəlində qiyam bastırıldıqdan sonra kəndin bütün kazak əhalisi (cəmi 638 ailə, 2704 nəfər) sürgün edildi.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta - 4 ədəd, şəkər tozu - 200q, ərinmiş kərə yağı - 50q, un - nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Karla Bruni-Sarkozi
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Olivares Sousa
Karla Olivares Sousa (isp. Karla Olivares Souza, 11 dekabr 1985, Mexiko) — meksikalı aktrisa, müğənni və modeldir. ABC-nin "How to Get Away with Murder" (Cinayətdən necə yayınmaq olar?) serialında Lorel Kastillo/Kastiyo (isp. Laurel Castillo) rolunda çəkilərək, məşhurlaşıb. == Həyatı == Karla Sousa Mexiko şəhərində anadan olub. Atası Çilidən, anası isə Meksikadandır. 1993-cü ildə 7 yaşlı Karla "Aspen Extreme" filmində çakilmək üçün dəvət alır. Elə bu filmdən başlayaraq Karlanın sənətə marağı başlayır. Nəticədə valideynləri qızının təhsilini fikirləşərək onu Fransaya və İngilitərəyə göndərirlər. İngiltərədə Kral Mərkəzi Nitq və Dram Məktəbində (Royal Central School of Speech and Drama) təhsil alıb.
Paul Ernst Kahle
Paul Ernst Kahle(alm. Paul Ernst Kahle‎; 21 yanvar 1875 - 24 sentyabr 1964)—Almaniya şərqşünası. == Həyatı == Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894-1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdüri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı.
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Nahla El Fatiha Naili
Nahla El Fatiha Naili (ərəb. نهلة الفاتحة نايلي‎, bər. ⴻⵍ ⴼⴰⵜⵉⵃⴰ ⵏⴰⵉⵍⵉ; 14 noyabr 1986) — Əlcəzair heykəltaraşı və sənətkarı. == Həyatı == === Ailə === Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası vilayətindən olan, Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizaynerdir, hansının ailəsi Cəzair Casbah şəhərində yaşayırdı. Anası, nənəsinin ilk nikahından olan beş qardaşın ən kiçikidi.Ana babası Mustapha Bouhired, Parisdə "Racing Club de France football Colombes 92" İdman Klubunun futbolçusu və "Alger républicain" idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılmışdır. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürüldü.Ana nənəsi, Fatiha Bouhired (doğma Hattali Oukhiti), həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə etdi. Fatiha ailəsi evində iki dəfə həbs olunub, bir dəfəsində Saadi Yacef, Zöhra Drif və altı aylıq qızı Hafida Bouhired ilə bərabər həbs olunub və Serkadji Həbsxanasına göndərilib. Həbs olunduqdan kısa zaman sonra isə sonra sərbəst buraxılıb.
Bahia
Bahia (lat. Bahia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonimləri == Stylesia Nutt. Bahia Nutt. 1841 not Lag. 1816 Antheropeas Rydb. Virletia Sch.Bip. ex Benth. & Hook.f. == Növləri == Bahia absinthifolia Benth.
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır.Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər. == Ədəbiyyat == A.Məmmədli, “Haylada unudulan tariximiz və təmbur” (2013), M.Allahmanlı, “Xalqın zəngin söz xəzinəsi” (2013).
Kaama
Kaama — bədən uzunluğu 2,3 m-ə qədərdir. Rəng açıq qəhvəyi-qəhvəyi rənglidir. Başın ön və ön tərəfi qəhvəyi, quyruğun bazasında bir ağ nöqtə var.Quyruqdakı fırça qara olur. Bu növ Cənubi Afrikada yayılıbr. Digər antilop növləri ilə yanaşı, gəzinti aparır.Bu heyvanıarın nəsli kəsilmə təhlükəsi altındadır, çünki sayı 130 min dənədir və artmağa davam edir.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kalva
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Kalva Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür. == Tarixi == Bəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub.
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə; linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.