Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalçinate
Kalçinate (it. Calcinate) — İtaliyada kommuna. Lombardiya bölgəsində yerləşir. Berqamonun inzibati mərkəzinə tabedir. Sahəsi 14 km² təşkil edir. Poçt kodu — 24050. Telefon kodu — 035. Kommunada, avqustun 15-də, Müqəddəs Məryəmin fərziyyəsi xüsusilə qeyd olunur, lakin əsas şənliklər adətən sentyabrın əvvəlində baş verir.
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur. Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir.
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
Katsina ştatı
Katsina ştatı (ing. Katsina State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kainat Abdullayev
Kainat Məhəmmədəli oğlu Abdullayev (d. 1989; Azərbaycan - ö. 30 iyul 2013; Tərtər Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Kainat Abdullayev 1989-cu ildə anadan olub. == Hərbi xidməti == Gizir Kainat Abdullayev 2013-cü ildə, iyulun 30-u saat 20.45 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 31-i isə Kainat Abdullayev son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Kainat modelləri
Robert Kalina
Robert Kalina (29 iyun 1955, Vyana) — T 382 dizaynının yaradıcısı və Avstriya Milli Bankının işçisi. Onun yaratdığı T 382 dizaynı 1996-cı ildə Avro banknotlarının yarışında qalib olmuşdur. Kalina həmçinin Azərbaycan manatının, Suriya funtunun, Bosniya və Herseqovina markının da dizaynlarının müəllifidir.
Stiven Kainat
Stiven Kainat (ing. Steven Universe) — Rebekka Şuqar(en) tərəfindən Cartoon Network üçün yaradılmış amerikan cizgi serialı. Serialda Çimərlik şəhərində (ing. Beach City) yaşayan Stiven Kainat(en) və onun minerallardan təşkil olunmuş kristal yadplanetli dostları — Qarnet(en), Ametist(en) və Perl(en) dünyanı təhlükə yaradacaq şeylərdən müdafiə edir. Serialın pilot epizodu ilk dəfə 2013-cü ilin mayında efirə çıxdı və sonra serial 2013-cü ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına qədər beş mövsüm olmaqla davam etdi. 2019-cu ilin sentyabrında serialın filmi "Steven Universe: The Movie(en)" buraxıldı, bunun ardınca iyirmi epizoddan ibarət "Steven Universe Future(en)" 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər yayımlandı.
Stasionar Kainat Nəzəriyyəsi