Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Dəniz kambalası
Dəniz kambalası (lat. Pleuronectes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinə aid heyvan cinsi.
Kambalakimilər
Kambalakimilər (lat. Pleuronectiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Dəstəyə 3 yarımdəstə və 6 fəsiləyə aid 116 cinsin 500-ə yaxın növü daxildir.
Kambalalar
Kambalalar (lat. Pleuronectidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kambalayabənzər əzələ
Kambalaşəkillilər
Kambalakimilər (lat. Pleuronectiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Dəstəyə 3 yarımdəstə və 6 fəsiləyə aid 116 cinsin 500-ə yaxın növü daxildir.
Ulduz kambalası
Ulduz kambalası (lat. Platichthys stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinin platichthys cinsinə aid heyvan növü.
Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır. == Mənası == Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir. Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar: Pşat yolu – sadə şəkildə və hərfi mənada; Remez yolu – kinayə və eyham; Draş yolu – təfsir və şərh; Sod yolu – sirr və gizli.İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər. Bunun üçün müəyyən şərtlər lazımdır: Kişi cinsinə mənsub olmaq; Ailəli olmaq; On üç yaşdan yuxarı qız və oğlan övladına sahib olmaq; Qırx yaşı ötmək; Talmud və Tövratı mükəmməl bilmək.
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Kamsala çayı
Kasmala çayı — Altay diyarından axan çay. Ob çayını sol qolunu təşkil edir. Çay öz başlançıcını iki su ayrıcı olan ərazidən götürü. Onun mənbəyi Altay diyarının Rebrixinski rayonu Podstepnoe kəndi ərazisində yerləşir. Çayın mənsəbi Obun qolu olan Tixaya çayıdır. Çayın mənsəbi Altay diyarının Pavlovski rayonunda qərarlaşır. Çayın uzunluğu 119 km, du toplayıcı sahəsinin sahəsi isə 2660 km² təşkil edir. Su toplayıcı sahə düzənlikdir. Prionskoe platosunda qərarlaşır. Dərə qədim axının yerində qərarlaşır.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…]) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-ci vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Douglas Emhoff-la ailə həyatı qurmuşdur.
Akambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Kalbalar
Kalbalar- eramızın VI əsrində indiki Azərbaycan respublikasının Mərkəzi Aran vilayətində yaşamışlar. Onlar əsasən İslam dininə sitayiş etmişdir. Onlar VII əsrin əvvəllərində İmişli rayonun özlərinə paytaxt seçmişdir. Hətta inzibati ərazi dairələri arasında 4-cü böyük dairə olan Məmmədli-Əliyetməzli dairəsinin şimal bölgəsində onlara aid kitablar orxeonik yazılar tapılmışdır. 1792-ci ildə Qarabağ xanlığı ilə böyük mübarizə etmiş lakin məğlub olaraq buralardan birdəfəlik köç etmişdir. Hal-hazırda ÇXDR-nın Urumçi şəhərində məskunlaşmışlar.
Kamboca
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Lambada
Lambada portuqal dilindən götürülmüş, Braziliyanın radiostansiyalarında işləyən di-ceylər (dj) son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan "Karimbo"nu arxa plana atır. 80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazanmağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə Kaoma pop-qrupu yaradır. 1989-cu ildə Lambada mahnısı onların ifasında lentə alınır. Nəticədə Lambada ABŞ-də və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu. == Ədəbiyyat == Imperial Gazetteer of India. 2nd Edition, Volume 26. Oxford 1908—1931.
Tamala
Avokado (lat. Persea) – dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal AbdullayevKamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) —Kamal ƏhmədovKamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam.Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev —Yaşayış məntəqələri ErmənistanKamal (Abaran) — Abaran mahalında kənd.
Bambara dili
Bambara dili — Malidə Bambara qəbiləsinin danışdığı dil. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Buje-Şambalü
Buje-Şambalü (fr. Bougé-Chambalud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38051. Kommunanın 2005-ci il üçün əhalisi 1131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Jan Kambanda
Jan Kambanda — 1994-cü il Ruanda soyqırımının başladığı vaxtdan etibarən Ruanda müvəqqəti hökumətinin Baş naziri, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 1951-ci ildə qüvvəyə minməsindən sonra soyqırım cinayətində təqsirləndirilən yeganə hökumət başçısı.1994-cü ilin aprelində müxalifətçi Respublikaçı Demokratik Hərəkat Partiyasının Butare bölməsinin vitse-prezidenti olmuşdur. == Cinayət məsuliyyəti == Kambanda 18 iyul 1997-ci ildə Nayrobidə tutulmuş və Ruanda Beynəlxalq Cinayət Tribunalına verilmişdir. Dövrün hökumət başçısı Kambandanın üzərinə soyqırımdan xilas olmuş uşaqları xəstəxanada olduqları müddətdə qorumaq vəzifəsi qoyulmuşdu. Lakin bu vəzifəsini qəsdən yerinə yetirməmiş, laqeydlik göstərmiş və sonda onun soyqırım cinayətini törətdiyi təsbit edilmişdir. Burada Kambandanın uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, Məhkəmənin təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini də asanlaşdırmışdır.Kambanda ittihamnamədə soyqırım cinayətindən insanlıq əleyhinə cinayətlərə qədər altı müxtəlif əməli törətməkdə təqsirli bilinmişdi və 1 may 1998-ci ildə bu ittihamı qəbul etmiş, nəticədə Ruanda Məhkəməsi 4 sentyabr 1998-ci ildə bu cinayətlərə görə Kambandanı ömürlük azadlıqdan məhrum etmişdir.Ruanda Məhkəməsinin Kambanda işində qeyd etdiyi soyqırım cinayətinin "cinayətlərin cinayəti" olması və buna baxmayaraq insanlıq əleyhinə cinayətlərlə müqayisədə tətbiq olunacaq sanksiya baxımından bu qrup cinayətlərin də daha az ağır qəbul edilə bilməyəcəyi səbəbiylə fərqli olmayacağı fikri, bu Məhkəmənin digər işlərində nümunə olaraq qəbul edilmiş və tətbiq edilmişdir.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…] – 19 oktyabr 1943[…]) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Kamilla Patrisia
Kamilla Patrisia (d. 4 noyabr 1994) — İtaliyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; Patrisia həmdə Dünya Çempionatlarının 1 qızıl və 4 gümüş medalını qazanıb. == Karyerası == Kamilla Patrisia 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Marta Pacnini ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.