Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kanat Kürdoyev
Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili – 31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur. == Həyatı == Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
Tatev kanat yolu
Tatev kanat yolu (erm. Տաթևի ճոպանուղի) — dünyada uzunluğuna görə ən uzun sərnişin daşıyan kanat yolu. Kanat Ermənistan ərazisində Bərguşat dərəsi üzərində yerləşir. Alidzor və Tatev kəndlərini birləşdirir. "Tatev qanadları" 5,7 km məsafədə uzanır. Kanat yolu Bərgüşat çayı üzərində keçərək iki kəndi birləşdirir. Kanatın keçdiyi ən maksimal hündürlük 320 metrdir. Kabinada 25 sərnişin olmaqla 37 km/s sürət yığa bilir. Ümumi məsafə 11 dəqiqə 25 saniyəyə qət edilir. Altı trosa sahibdir İki elektrik mühərrikə malildir.
Kanate Kürdo
Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili – 31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur. == Həyatı == Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur.
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur. Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir.
Kanal
Kanal (lat. canalis – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s.
Kanart
Kanart adi təyyarələrdən fərqli olaraq, əsas daşıyıcı qanadların arxada və üfüqi stabilizatorun qabaqda olduğu sabit qanadlı təyyarə modelidir. Ön tərəfdə daşımaq və ya nəzarət etmək üçün istifadə olunan səthlərə də kanart deyilir. == Xüsusiyyətləri == === Faydaları === Kanart dizaynları kanart tipinə görə müxtəlif üstünlüklərə malikdir. İki növ kanart var; Nəzarət kanartı, daşıyıcı kanart. Nəzarət kanartı, təyyarə qabaqda olan kanartlar daşınmanı bölüşmür, yalnız nəzarət səthlərindən ibarətdir. Bəzi təyyarələrdə daşınmanın bir hissəsi daşıyıcı kanart öz üstünə götürür. Bu vəziyyətdə, qaldırmanın kvadratından asılı olaraq induksiyalı sürüklənmə azalır. Sürütlənmə qüvvəsinin azaldılması çəkidən, dolayı yolla görə mühərrikdən, yanacaqdan qənaəti təmin edir. Kanart təyyarələrin saxlanma itkisi (Stall) xüsusiyyətləri də müsbətdir, çünki kanartlar əsas daşıyıcı qanadlardan əvvəl saxlanma itkisinə məruz qalırlar. Beləliklə, saxlanma itirildikdən sonra burun aşağı moment əldə edilir.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Kana
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
IRC kanal
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Kainat Abdullayev
Kainat modelləri
Kanal-S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Kanal 13
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 35
Kanal 35 — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş televiziya kanalı. == Tarixi == "Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayda 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayıb. 2004-cü il sentyabr ayının 1–dən etibarən yayım müddəti 1 saat artırılıb. Lakin getdikcə yüksələn tamaşaçı marağı televiziyanın 8 saatlıq efir müddəti ilə yayımlanmasına gətirib çıxarıb. 2005-ci il mart ayının 7–dən 10 saatlıq efir müddəti müəyyənləşdirilib. Hazırda "Kanal 35" 16 saatlıq efir müddəti ilə yayımlanır. 2008-ci ildən etibarən "Kanal 35" "Naxçıvanın səsi" radiosu ilə birləşdirilmiş, Televiziya və Radio Verilişləri Redaksiyasının tərkibində öz fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən etibarən kanalda əsaslı dəyişikliklər olmuş, ilk olaraq "Dublyaj" redaksiyası fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası tərəfindən kütləvi informasiya vasitələri maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün iş şəraiti yaradılıb.
Kanal D
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. == Tarixçə == "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Kanal Qrande
Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı. Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir. Kanalın sahili demək olar ki, yoxdur. Onu evlərin fasadı əvəzləyir. Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya. Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər. Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.
Kanal V
Kanal V — Antalyada yayım edən televiziya kanalı. == Haqqında == 20 dekabr 1992-ci il Erdal Önər tərəfindən yaradılan Vip Tv kanalı,1998–2000 illəri arasında musiqi kanalı kimi olmuşdur.2000-ci illərin başlanğıcında " KadıAhmetoğulları’’-nın alması ilə kanalın adı dəyişdirilərək Kanal Vip oldu.2005-ci ildə kanal VTV adı ilə yayımlanmış, 2015-ci ilin sonlarında isə Kanal V olmuşdur. == Yayımlanması == 2002-ci ildə Türksat Kablo TV-də yayına başladıqdan sonra 2011-ci il Cumhuriyet (qəzet)-nin Antalya təmsilcisi Ahmet Oruçoğlunun satın alması ilə 2012-ci ildə sputnik üzərindən yayıma başlamışdır.2017-ci lin fevral ayından etibarən Kanal V-nin yeni sahibi Mehmet Okan Kayadır. Kanal V Antalya içində karasal yayın və Kablo TV-də, Türkiyədə isə Türksat 4A və D-Smart platformalarında yerləşir. == Şüarın yaranması və Xarici əlaqələri == Antalyada olan kanallardan ART Akdeniz TV 2016-da yayımlamağa durdu. Nəticə də Kanal V ‘‘Antalya’nın Tek Televizyonu’’ şüarını mənimsəmiştir.
Kanal səviyyəsi
Kanal səviyyəsi (Data link layer) — fiziki səviyyənin imkanlarından istifadə edərək əlaqə kanallarından bitləri göndərir və qəbul edir. Bir neçə funksiyası var ki, bunlara daxildir: Şəbəkə səviyyəsinə yaxşı tanımlanmış servis interfeysi təmin edir. Transmisya(daşınma) səhvləri ilə məşğul olur. Data axınını tənzimləyir və belə ki, aşağı sürətli qəbul edicilər yüksəksürətli göndəricilər tərəfindən sıxışdırılmır. Bu funksiyaları yerinə yetirmək üçün, kanal səviyyəsi şəbəkə səviyyəsindən paketləri alır və onları transmisiya üçün kadrlara enkapsulasiya edir. Hər kadrın tərkibinə kadr başlığı (header), paketi yerləşdirmək üçün yük sahəsi və kadr sonluğu (trailer) daxildir. Kadr idarəsi kanal səviyyəsinin gördüyü işin özəyidir. Bu fəsildə məlumatların kanal səviyyəsinin və onun protokollarının ilə dəqiq əlaqəli olsa da, burada səhv nəzarəti və axın nəzarəti kimi öyrənəcəyimiz bir çox prinsip, nəqliyyatda və digər protokollarda da mövcuddur. Çünki etibarlılıq ümumi bir məqsəddir və bütün təbəqələrin birlikdə işlədiyi zaman əldə edilir. Əslində, bir çox şəbəkələrdə, bu funksiyalar əsasən üst qatlarda yerləşir, kanal səviyyəsi isə minimum işi yerinə yetirir və bu "kifayət qədər yaxşıdır".
Kanal İstanbul
Kanal İstanbul — İstanbulun Avropa tərəfindəki Qara dənizdən Mərmərə dənizinə qədər uzanması plannanan bir dizayndır. Keçmişdə bənzər versiyalar təklif olunsa da, Kanal İstanbul layihəsi 2011-ci ildə o vaxtkı Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi. Layihə üçün ilk tender 26 mart 2020-ci ildə keçirilib. == Tarixçə == İstanbul Boğazına alternativ su layihəsinin tarixi Roma imperiyasına qədər gedib çıxır. Sakarya Çayı Nəqliyyat Layihəsi ilk dəfə Bitinya Qubernatoru Plinius və İmperator Trayan arasındakı yazışmada bəhs edilmişdir Qara dənizi və Mərmərəni süni bir boğazla birləşdirmək fikri XVI əsrdən bəri 6 dəfə gündəmə gəlmişdir. 1500-cü illərin ortalarında Osmanlı İmperiyası tərəfindən planlaşdırılan üç böyük layihədən biri Sakarya çayı ilə Sapanca gölünü Qara dəniz və Mərmərəyə bağlamaq idi. 1550-ci ildə, Sultan Süleyman Qanuninin dövründə də gündəmə gəldi. Dövrün iki böyük memarı Memar Sinan və Nikola Parisi hazırlıqlara başlasalar da, müharibələr səbəbiylə bu layihənin həyata keçirilməsi baş tutmadı. İstanbulun qərbində bir kanal layihəsi ilk dəfə TÜBİTAK-ın Bilim ve Teknik jurnalında 1990-cı ilin avqust ayında yayımlanan bir məqalədə təklif edildi. Dövrün Enerji Nazirliyinin Müşaviri Yüksəl Önəmin yazdığı məqalənin adı "İstanbul Kanalını Düşünürəm" idi.
Kaxat-Xəl
Kaxat-Xəl — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.