Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trabzon Kanuni FK
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Kann
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Bill (qanun)
Bill (ing. "qanun") — Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.
Biogenetik qanun
Biogenetik qanun – orqanizmlərin fərdi inkişafı (ontogenez) və növlərin təkamül tarixinin (filogenez) qarşılıqlı münasibətlərini izah edən konsepsiya. Biogenetik qanunun E. Hekkel (Haeckel) orqanizmlərin fərdi və tarixi inkişafı arasındakı asılılığı belə ifadə etmişdir: hər bir orqanizmin ontogenezi onun əcdadının filogenezinin qısa və yığcam təkrarını (rekapitulyasiya) təmsil edir. Hekkelə görə, təkamül prosesində yeni əlamətlərin yaranması orqanizmlərin fərdi inkişafının sonunda yeni mərhələlərin əlavə olunması yolu ilə baş verir, əvvəlki yaşlı vəziyyət isə ondan (sonuncudan) əvvəlki embrional mərhələyə çevrilir. Ontogenezdə əcdad əlamətlərinin təkrarlanması bununla əlaqədardır. Beləliklə, ontogenezin formalaşmasının səbəbi filogenezdir. Fərdi inkişaf sonsuz uzana bilməz, buna görə də filogenetik mərhələlərin embriogenezdə təkrarlanması tədricən qısalmış olur. Ç. Darvin (1859) göstərmişdir ki, təbii seçmə orqanizmlərin ontogenezinin bütün mərhələlərinə təsir edərək onların hər birinin xarici şəraitin xüsusiyyətlərinə uyğunlaşmasına səbəb olur. E. Hekkel rüşeym və sürfələrin spesifik uyğunlaşmasını senogenez adlandırmış, bunların arasında embrional rüşeymlərin formalaşma yerinin dəyişilməsini (heterotopiya), onların inkişafının müddət və templərini (heteroxroniya) ayırd etmişdir. Fərdi inkişafda senogenezin yaranması sayəsində konservativ əlamət və proseslərin təkrarlanma qaydası pozulur. E. Hekkel güman edirdi ki, bütöv filogenetik mərhələlər ontogenezdə ardıcıl təkrarlanır və bunun sayəsində növün tarixi inkişafının gedişini yenidən yaratmaq olar.
Dövri qanun
Dövri qanun — 1869-cu ildə Dmitri Mendeleyev tərəfindən o dövrdə məlum olan kimyəvi elementlərin xassələri və onların atom kütlələrinin qiymətləri müqayisə edilərkən kəşf edilmiş əsas təbiət qanunu. == Təriflər == Dövri qanunun kəşfindən sonra Dmitri Mendeleyev iki il onun tərtibini təkmilləşdirdi və nəhayət, aşağıdakı formada rəsmiləşdirdi (1871): Atom fizikası və kvant kimyasının inkişafı ilə Dövri Qanun ciddi nəzəri əsas əldə etdi. C.Rıdberqin (1897), A.Van den Brukun (1913), Q.Mozelinin (1913) klassik əsərləri sayəsində elementin sıra (atom) nömrəsinin fiziki mənası açılmışdır. Daha sonra kimyəvi elementlərin atomlarının nüvələrinin yükləri artdıqca elektron strukturunun dövri dəyişməsi üçün kvant mexaniki modeli yaradılmışdır. Hal-hazırda D. I. Mendeleyevin Dövri Qanunu aşağıdakı formadadır: Dövri qanunun digər fundamental qanunlar arasında özəlliyi ondan ibarətdir ki, onun riyazi tənlik şəklində ifadəsi yoxdur. Dövri qanun Kainat üçün universaldır: məşhur rus kimyaçısı N.D.Zelinskinin obrazlı şəkildə qeyd etdiyi kimi, dövri qanun “kainatdakı bütün atomların qarşılıqlı əlaqəsinin kəşfi” idi. Qanunun qrafik (cədvəl) ifadəsi Mendeleyev tərəfindən işlənmiş kimyəvi elementlərin dövri sistemidir. Ümumilikdə dövri sistemin təsvirinin bir neçə yüzvariantı (analitik əyrilər, cədvəllər, həndəsi fiqurlar və s.) təklif edilmişdir. == Tarixi == Kimyəvi elementlərin təbii təsnifatı və sistemləşdirilməsi üçün əsasların axtarışı Dövri Qanunun kəşfindən çox əvvəl başlamışdır. Bu sahədə ilk dəfə işləyən təbiət alimlərinin qarşılaşdıqları çətinliklər eksperimental məlumatların olmaması ilə əlaqədar idi: XIX əsrin əvvəllərində məlum kimyəvi elementlərin sayı az idi və atomun qəbul edilən dəyərləri çoxlu elementlərin kütlələri yanlışdır.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. == Mereostansiya və mayak == Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. == İqlim == Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Kanin yarımadası
Kanin yarımadası — Nenets Muxtar Dairəsi ərazisinə daxil olan. Barens dənizinin Çyoş buxtası ilə Ağ dənizi arasında yerləşir. Doqquz min il əvvəl Kanin yarımadası Kande Nos adası olmuşdur. Vaxtı ilə ada ilə materik arasında olan boğaz qumla dolmuş və ada yarımadaya çerilmişdir. Yarımadanın sahəsi 10,5 min. km², şimaldan cənuba uzunluğu 300 km-dir. Yarımdanın şimal sahəsinin böyük hissəsini Kanin Kamen tirəsi təşkil edir. Tirə çimal-qərbdən cənub-şərqə doğru uzanır. Yarımadanın maksimal hündürlüyü 242 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos adlanır.
Kanon adası
Kanon adası (ing. Canyon) — ABŞ-nin Alyaska ştatının Cuno dairəsində yerləşən ada. Rayt çayının mənsəbindən 4 km şimal-şərqdə, Cuno şəhərindən 51 km şimal-şərqdə yerləşir. Adanın adı ilk dəfə 1960-cı ildə yayımlanmışdır. Adanın sahəsi 1,3 km², ən yüksək hündürlüyü 21 m-dir. == Tarix == Əvvəllər adada Taku qəbiləsi yaşayırdı. 1930-cu illərdə radio stansiyası fəaliyyət göstərirdi. Adada qızılbalıqların tədqiqi üçün tədqiqat stansiyası var.
Kanuan adası
Kanuan ("can — ah — wan" kimi tələffüz olunur) Qrenadinlərdə Sent Vinsent və Qrenadinə aid bir adadır. Yalnız 5,6 km (3,5 mil) x 2 km (1,25 mil) ölçüdə və 7,6 km² səthə malik kiçik bir adadır. O, Sent Vinsent adasından təxminən 40 km (25 mil) cənubda yerləşir. Əhalisi təxminən 1700 nəfərdir. Adanın Atlantik sahili boyunca sədd rifləri keçir. Adanın ən hündür nöqtəsi Royal dağıdır. Adanın cənub tərəfində iki körfəz, Parlaq və Dostluq körfəzləri yerləşir. == Populyar mədəniyyətdə == Ada (aynalı və 180 dərəcə döndərilmiş olsa da) 2013-cü ildə Grand Theft Auto Online video oyununda uydurulmuş Cayo Perico adasının əsasını təşkil edir.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Qanun (dəqiqləşdirmə)
Qanun
Qanun (hüquq)
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Qanun (nəşriyyat)
Qanun nəşriyyatı – 1995-ci il 6 oktyabr tarixindən fəaliyyət göstərir, hal-hazırda Tbilisi prospekti 76 ünvanında yerləşir. Nəşriyyat ilk illərdə, əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Sonralar isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük vermişdir. “Qanun” nəşriyyatı bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. “Qanun” nəşriyyatının gənclərlə bağlı başladığı “birinci kitab” və “ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə populyarlıq qazanmışdır. “Qanun” nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Gabriel Garcia Marquez, Orhan Pamuk, Herta Müller, J.M.G. Le Clezio, Jose Saramago, Albert Camus və s. ilə yanaşı, Bernhard Schlink, George Orwell, Marc Levy, Paulo Coelho, Dan Brown, Richard Branson, David Eagleman, Yuval Noah Harari, Eckhart Tolle, Salman Rushdie, J.R.R.Tolkien, Rhonda Berne, Stephen Hawking, Franz Kafka kimi dünyaca oxunan yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə etmişdir. “Qanun” nəşriyyatı “Dünya klassikləri” seriyasında Fyodor Dostoyevski, Lev Tolstoy, Toni Morrison, Anton Çexov, Victor Hugo, Theodore Dreiser, Jane Austen, John Steinbeck, Jack London, İvan Turgenev, Thomas Mann, Aleksandr Puşkin, Charles Dickens, “Azərbaycan klassikləri” seriyasında isə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı və digərlərinin əsərləri çap olunmuşdur. Kitab satışı, əsasən, nəşriyyatın özündə yerləşən “Qanun” mağazada həyata keçirilir. Həmçinin nəşriyyat məşhur kitab mağazaları ilə – “Əli və Nino” kitab şəbəkələri, “Baku Book Center”, “Kitabevim.az”, “Kitabxana Kollektoru” və s.
Qanun Nəşriyyatı

Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Kanin Kotohito
Qotohito Qanin (閑院宮載仁親王) — Yaponiyanın bir generalı.
Kor qanun
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Qanun layihəsi
Qanun layihəsi — qanunverici orqan tərəfindən qəbul edilmək və ya referendum üçün təklif olunan qanunun mətni olan sənəd.
Pozitiv qanun
Pozitiv qanun, pozitiv hüquq ,müsbət qanun, müsbət hüquq (lat. ius positivum) — dövlət tərəfindən rəsmiləşdirilən, suverenin (onun rolu xalq və ya monarx ola bilər) iradəsini ifadə edən və ya bu qanuna zidd olmayan, müəyyən bir ərazidə hüquq subyektlərinin həyatının tənzimləndiyi ümumi məcburi normalar sistemi; ictimai münasibətlərin tənzimləyicisi olan və dövlətin məcburiyyət gücü ilə dəstəklənən. “İnsan hüquqları” adlı əxlaqi anlayış mövqeyindən insanın mənəvi hüquqlarına həm hörmət edə, həm də onları poza bilər (təbii hüquq), belə hallarda insanın mənəvi hüquqlarına zidd olan hüquq normaları qeyri-qanuni və ya antiqanuni adlanır. == Konsepsiyanın mənşəyi == Müsbət hüquq anlayışı təbii hüquq doktrinasının inkişafı sayəsində meydana çıxdı, o, əbədi və dəyişməz, bütün xalqlar üçün ümumi olan, insan təbiətinin özü tərəfindən təyin olunan və ya yuxarıdan verilən təbii hüququn süni qüvvədən fərqləndirilməsindən irəli gəlirdi. hər bir ölkədə təkcə fərqli deyil, həm də cəmiyyətin həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq qanunvericinin istəyi ilə daim dəyişən qanun. == Hüquqi pozitivizm == Təbii hüquq insana anadan olduğu andan onun iradəsindən asılı olmayaraq verilir, pozitiv hüquq isə dövlət qanunvericilik hakimiyyəti institutları tərəfindən normativ hüquqi aktlarla təsbit edilir. Pozitivistlər və neopozitivistlər hüquqi anlayışın leqalist tipinə riayət edirdilər. Hüququn hüquqi anlayışında pozitiv hüquq dövlətin normativ hüquqi aktlarının məcmusu kimi şərh olunur. Iering həmçinin hüququ “dövlətdə qüvvədə olan məcburiyyət normalarının məcmusu” kimi tərif etmişdir. Bununla belə, E. N. Trubetskoyun qeydinə görə, “dövlət, ilk növbədə, hüquqi təşkilatdır, ümumi hüquq prinsipləri ilə bağlı olan insanların birliyidir; Ona görə də aydındır ki, dövlət anlayışı artıq hüquq anlayışını nəzərdə tutur.
Kann FK
Kann FK — Fransanın Kann şəhərini təmsil edən futbol klubu.
Kann kinofestivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.
İşa Kanu