Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hanyu Shuiping Kaoshi
Hanyu Shuiping Kaoshi (HSK; Çincə: 汉语水平考试), Çin dili səviyyəsi imtahanı olaraq tərcümə edilir, xarici tələbələr və xaricdəki Çinlilər üçün standart Çin (Mandarin Çin növü) dil biliklərinin standart imtahanıdır. İmtahan Çin Xalq Respublikası Təhsil Nazirliyinin bir qurumu olan Hanban tərəfindən aparılır. == Tarixi == HSK imtahanı ilk dəfə ÇXR-də 1990-cu ildə keçirilmişdir. Bir il sonra bir neçə xarici ölkədə keçirildi. TOEFL-in Çin ekvivalenti olan bu imtahanın nüfuzu dünyada durmadan artır. 2005-ci ildə Beynəlxalq Çin Dili Öyrənmə Cəmiyyətinin Yeddinci Konqresinin İkinci Plenar iclasında, ÇXR Xaricdə Tanıtma üzrə Dövlət Departamentinin (Hanban) Baş Katibi Xu Ling HSK imtahanını sadələşdirmək və populyarlaşdırmaq üçün islahatlar aparmağa başladı. 2009-cu ildə yeni imtahanın qurulması başa çatdı və 2010-cu ilin martından etibarən dünyada yeni HSK imtahanı keçirilməyə başladı. 2009-cu ilin sonunda dünyanın 41 ölkəsində HSK ixtisas imtahanı üçün 106 imtahan mərkəzi fəaliyyət göstərirdi. 2010-cu ilin əvvəlinə qədər onu keçən əcnəbilərin ümumi sayı 1 milyonu keçdi. 2010-cu ildən bəri dünya Konfutsi İnstitutları sisteminə HSK imtahanını vermək hüququ verilmişdir.
Kamos
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Katos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur. Katos, Şeylanlı və Ağbulaq kənd camaatı arasında savadsızlığın ləğv edilməsi, onların təhsil almasında və maariflənməsində İsmixan Abdullayevlə yanaşı onun övladları Mustafa və Məhyəddin Mustafayevlərin xidmətləri əvəzsiz olmuşdur.
Knos
Knos ― Minoy sivilizasiyasının paytaxtı olan qədim şəhərdir. Kritin şimalında, Heraklion şəhərinin yaxınlığında yerləşir. Knos sarayı qədim şəhərin ən vacib tikintisidir. Qədim qazıntı sahəsindən aşkarlanmış bir çox əşyalar Heraklion Arxeologiya Muzeyində sərgilənir. Bu obyektlərdən ən məşhuru, bütün Krit ilə eyniləşdirilən bir ilanlı ana ilahə fiqurudur. Knos sarayını meydana çıxaran arxeoloq Artur Evans, sarayın sənəti və memarlığı haqqında dəyərli məlumatların gün üzünə çıxarılmasında böyük rol oynamışdır. Sarayın təməllərində Neolit ​​dövrünə qədərki yaşayış məskənləri müəyyənləşdirilmişdir. Lakin Knosdakı sarayın ilk dəfə e.ə. 1900-cü ildə tikildiyi məlumdur. Knos sarayı bir çox həyət və otaqdan ibarət olduğu üçün labirintə bənzəyirdi.
Laos
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kaor (rayon)
Ayaçço (fr. Cahors) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo. Suprefektura — Kaor. Rayon əhalisi 2006-cı ildə 73 790 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 2179 km².
Kros qaçışı
Kros qaçışı — Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı. komandaların və fərdlərin torpaq və ya ot kimi təbii ərazi üzərində açıq hava şəraitində yarış keçirdikləri idman növüdür. Adətən 4-12 kilometr (2,5-7,5 mil) uzunluğunda olan yol ot və torpaq səthlərini əhatə edə bilər, meşəliklərdən keçə bilər və təpələri, düz yerləri və bəzən çınqıllı yolu əhatə edə bilər. == Haqqında == Kros qaçışına ingilis dilində hərfi mənada "qaçış marşrutu" mənasını verən "cığır qaçışı" da deyilir. Təbii ərazi insan bədəni üçün asfaltdan və ya idman yolundan daha təbii hesab olunur. Lakin bu, belə bir yükün onun üçün daha asan olacağı anlamına gəlmir. Qaçış idmançıdan konsentrasiyanı və diqqəti maksimum dərəcədə artırmasını tələb edir. Daim dəyişən yol bədənin yükə alışmasına imkan vermir, buna görə əzələlər daim yaxşı vəziyyətdə qalır. Bu idman idmançıdan inkişaf etmiş bir tarazlıq hissi, bədənini, hər əzələ və oynağı hiss etmək qabiliyyətinə sahib olmağı tələb edir. Həm dözümlülük, həm də yolda qərar vermək qabiliyyəti lazımlı olacaq.
Laos bayrağı
Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tərəfindən istifadə olunmuşdur. == Simvolizm == Bayraq 3 horizontal zolaqdan ibarətdir: ortada göy zolaq, yuxarı və aşağıda qırmızı zolaqlar. Bu göy zolağın içində onun hündürlüyünün 8/10-nu təşkil edən ağ disk təsvir olunmuşdur. Bayrağın proporsiyası 2:3 şəklindədir. Bu bayraq ölkə xalq respublikasına çevriləndə qəbul olunmuşdur. Bu bayraq dünyada beşguşəli ulduz təsvir olunmayan yeganə sosialist bayraqdır. Bu bayraqdan əvvəl qırmızı fonda çətirin altında, oturacağın üzərində dayanan üçbaşlı fil təsvir olunan bayraqdan istifadə olunmuşdur. Bu ölkənin XIX əsrdə ölkənin qədim adını ifadə edirdi: "Milyon fillər ölkəsi".
Laos dili
Laos dili, lao dili və ya laotyan dili (laos ພາສາລາວ, phasa lao) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil, laoların dili, Laosun rəsmi dövlət dili. Şimal, mərkəz və cənub dialekt qrupları var. Təcridi dildir. Sözlər arasında sintaktik əlaqələr analitik yolla yaradılır. Cümlədə söz sırası sabitdir. Leksikasında pali və sanskrit dillərindən keçmə sözlər çoxdur. Ədəbi dil Vyentyan dialektinə əsaslanır. Laosda ilk yazılı abidələri XIII əsrə aiddir.
Laos kipi
'Lao kipi (laos ກີບ; kodu: LAK; simvolu: ₭ or ₭N) 1952-ci ildən Laos respublikasının pul vahidi. Tarixi olaraq vir kip 100 att (ອັດ)-a bölünür. == Tarixi == === Azad Laos kipi (1946) === 1945-1946-cı illərdə Fransız qüvvələri regionu zəbt etmədən əvvəl Azad Laos hökuməti Vyentyanda 10, 20 və 50 att və 10 kip kağız pul buraxdı. === Krallıq kipi (1952) === Kip 1952-ci ildə Fransız Çinhindi piastrını əvəz etdi. Kip (həmçinin fransız dilində piastr adlanıdr) 100 att (Lao: ອັດ) və ya sentə bölünür. ==== Sikkələr ==== Üzərində laos və fransız dillərində yazı olan 10, 20 və 50 att sikkələr buraxıldı. Hamısı alüminiumdan hazırlanmışdı və Çin pulları kimi ortasında dəlik vardı. Yalnız 1952-ci ildə buraxılmışdı. ==== Əsginaslar ==== 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Laos filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı. Eyni zamanda, İnstitutun digər iki filialı da Kambocada riel və Cənubi Vyetnamda donq ilə oxşar razılaşmalara malik idi.
Orsolya Kaso
Orsolya Kaso (d. 22 noyabr 1988) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Orsolya Kaso, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Patrisiya Kaas
Patrisiya Kaas (5 dekabr 1966[…]) — Fransız musiqiçisi. == Həyatı == 1966-cı ildə Fransada anadan olmuşdur. 13 yaşında musiqi yaradıcılığına başlamışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Fransanı Et s'il fallait le faire mahnısı ilə təmsil etmiş və səkkizinci olmuşdur. 1987-ci ildə ilk hit mahnısı Mademoiselle Chante le Blues ilə dünya səviyəsində məşhur oldu. İlk albomu Fransa, Belçika, İsveçrədə məşhurlaşdı. == Azərbaycan səfəri == 18 oktyabr 2017-ci ildə Heydər Əliyev Sarayında müğənninin konserti baş tutub. == Albomları == 1988 : Mademoiselle chante... 1990 : Scène de vie 1991 : Carnets de scène 1 1993 : Je te dis vous 1995 : Tour de charme 1 1997 : Dans ma chair 1997 : Black Coffee 1998 : Rendez-vous 1 1999 : Le Mot de passe 1999 : Christmas in Vienna VI 2000 : Long Box (Scène de vie, Je te dis vous, Dans ma chair & Le mot de passe) 2000 : Ce sera nous 1 2001 : Les indispensables de Patricia Kaas 1 2001 : Rien ne s'arrête/Best Of 1987–2001 2 2002 : Piano Bar 2003 : Sexe fort 2005 : Toute la musique...
Xaos (mifologiya)
Xaos (yun. χάος, χαίνω mənası boşluq, fəza və ya qarma-qarışıqlıq deməkdir) — qədim yunan mifologiyasında dünyanın və ya kainatın əvvəlinin şəxsləşdirilmiş adı, yerin (Geya), gecənin (Niks), sonsuzluğun (Tartar), qaranlığın (Ereb) və eşqin (Eros) mayası. Hesioda görə hər şeyin başlanğıcı və ya ilk mövcud olan. Rəvayətə görə əvvəl Xaos (boşluq, qarma-qarışıqlıq və ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış. Təkcə Xaos – ucsuz bucaqsız zülmət mövcud imiş. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur.
Xaos nəzəriyyəsi
Xaos nəzəriyyəsi — riyazi aparat. == Xaos nəzəriyyəsinin anlamı == Xaos nəzəriyyəsi, təməl olaraq Riyaziyyat elminin içərisindən doğulmuş bir nəzəriyyədir. Bu nəzəriyyə, dinamik olan sistemlərin (riyazi, iqtisadi, fiziki, bioloji, fəlsəfi, vs. ola bilər) ilkin şərtlərə (initial conditions) olan bağlılıqlarını araşdıran bir nəzəriyyədir. Nəzəriyyə daxilində bu ilkin şərtlərin sistemin bütünündəki ümumi təsirinə Kəpənək effekti adı verilməkdədir. Onsuz da Hollywood sayəsində bu anlayış həyatımıza "Kəpənək effekti" adlı filmlərlə girmişdir. Ayrıca bu təsir, bir çoxumuzun çox yaxşı bildiyi "Braziliyadakı bir kəpənəyin qanad çırpışları, Amerikada bir qasırğaya səbəb ola bilər." sözüylə də izah edilməyə çalışılmaqdadır. Söz, 1972-ci ildə Amerikan Elminin İrəliləməsi Birliyinin 139. yığıncağında Philip Merilees tərəfindən irəli sürüldü. == Həssaslıq == Kəpənək effekti, 1890-larda Anri Puankare tərəfindən ortaya atılmışdır; ancaq termin 1952-ə qədər unudulmuşdur.
Laos coğrafiyası
Laos coğrafiyası — Cənub-Şərqi Asiyada yerləşən Laos Xalq Demokratik Respublikasının ərazi kompleksləri və komponentləri. Laos, əsasən, dağlıq ölkədir. Şimalında Trannin yaylası (hündürlüyü 2,820 metrə qədər), şərqində Annam dağları, cənubunda Boloven platosu, qərbində Korat platosunun bir hissəsi yerləşir. Cənubunda və qərbində Mekonq çayı boyunca dar ovalıq uzanır. Faydalı qazıntıları: qalay, dəmir filizi, mis, sink, qurğuşun, boksit, qızıl və s. İqlimi subekvatorial, mussondur. Orta tempraturu yanvarda 18–27 °C, iyulda 26–30 °C-dir. İllik yağıntı düzənliklərdə 1,300–1,700 millimetr, dağlarda 3,000 millimetrə qədərdir. Ən böyük çayı Mekonqdur. Əsasən, dağ laterit torpaqları yayılmındır.
Laos dövləti
Laos dövləti — Hind-Çin yarımadasında tarixi dövlət. Yaponiya imperiyası tərəfindən işğal edilmiş Fransanın Laos protektoratının ərazisində yaradılmışdır. 1945-ci ilin aprelindən oktyabr ayına qədər mövcud olmuşdur. Luanqphabanq kralı Sisavang Vonq 1945-ci ilin aprelində yaponlar tərəfindən Laosun müstəqilliyini elan etməyə məcbur edilmişdir, lakin 15 avqustda Yaponiya təslim olmuş və Sisavanq Vonq ölkəni bir daha Fransa protektoratı statusuna qaytarmaq arzusunda olduğunu bildirmişdir.1945-ci ilin oktyabrında ölkənin müstəqilliyini elan edən və Laosda respublika idarəetmə formasını quran Lao İssarahərəkatı Sisavanq Vonqu hakimiyyətdən uzaqlaşdırmışdır.
Laos krallığı
Laos krallığı (laos ພຣະຣາຊອານາຈັກລາວ) — Cənub-Şərqi Asiyada 1949–1975-ci illərdə mövcud olmuş dövlət. == Süqutu == 25 aprel 1975-ci ildə Savannaxet şəhərində koalisiya hökumətini birgə devirməyə razılıq verən sağçı siyasi liderlərin və generalların gizli toplantısı keçirilmişdir. Çevriliş 11 mayın səhəri planlaşdırılmışdı, lakin üsyan həyata keçirilməmişdir. Sui-qəsdçilərin ABŞ-nin Vyentyandakı səfirliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə birbaşa əlaqəsi üzə çıxmışdı. 1 mayda Vyantyanda və başqa şəhərlərdə mitinqlər keçirilmiş, onların iştirakçıları mürtəcelərin dövlət orqanlarından və ordudan uzaqlaşdırılmasını, Amerikanın Laosun işlərinə müdaxiləsinə son qoyulmasını tələb etmişdilər.23 avqust 1975-ci ildə Vyantyanda xalq idarəsi qurulmuşdur. 2 dekabr 1975-ci ildə Laos Xalq Demokratik Respublikasının yaranması elan edilmişdir. == Sosial-iqtisadi inkişaf == Laos krallığı əsasən aqrar ölkə idi. Sənayenin inkişafına digər şeylərlə yanaşı, vətəndaş müharibəsi də mane olmuşdu. Xırda kəndli təsərrüfatları üstünlük təşkil edirdi və bir sıra ərazilərdə kəsimli kənd təsərrüfatı qorunurdu. 1975-ci ilə qədər əsas məhsullar çəltik və qarğıdalı idi.
Laos əhalisi
Laos əhalisi — Laos Xalq Demokratik Respublikasının əhalisinin demoqrafik xüsusiyyətləri. Laos Cənub-Şərqi Asiyada yerləşən ölkədir. Ölkə əhalisinin 2021-ci ildə təxminən 7,43 milyon olduğu təxmin edilirdi və onların çoxu ölkə daxilində qeyri-bərabər səpələnmişdir. İnsanların çoxu Mekonq çayının və onun qollarının vadilərində yaşayır. Ölkə üzrə əhalinin sıxlığı 23,4/km2 təşkil edir. 2005-ci ilin mart ayında, 2005-ci il siyahıyaalınmasında ümumi əhali 5,62 milyon (2,82 milyon qadın, 2,80 milyon kişi) olmuşdur ki, bu da əvvəlki 1995-ci il siyahıyaalınmasından 1,047 milyon artımdır.Laosda etnolinqvistik əlamətə görə 3 qrupda (laolun,, laotenq, laosunq) birləşən təqribən 70 xalq və tayfa, həmçinin ninlilər, vyetnamlılar, birmalılar, Cənubi Asiyadan köçüb gəlmələr və başqaları yaşayır. Dindarların çoxu buddistdir. Rəsmi dil Laos dilidir.
Dieqo Kao
Dieqo Kan (port. Diogo Cão) - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir. == Həyatı və fəaliyyəti == Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır.
Kao Day
Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi.
Kao adası
Kao (tonqa Kao) — Haapay adalarına daxil olan adalardan biri. Tofua adasından 5 km şimal-şərqdə, Tonqatapu adasından isə 160 km şimalda yerləşir. == Coğrafiya == Ada simmetrik konusvari formaya malikdir. Kao adasının hündürlüyü 1046 metrdir (Bu Tonqa Krallığının ən hündür zirvəsidir). Vulkanın kraterində kiçik şirinsulu göl vardır. Adanın sahəsi 11,6 km²-dir. == Tarixi == Kao adası 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Karmen Kas
Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978, Tallin) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir. == Bioqrafiyası == Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi. Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur. == Karyerası == 14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
Kas çayı
Kas çayı (Yenisey) — Yeniseyin qolu. Kas çayı (Qafqaz) — Qafqaz Albaniyasında çay. Qusarçay olması güman edilir.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Kadoş burnu
Kadoş burnu — Qara dəniz sahillərində, Tuapse yaxılığında yerləşən burun. Burun Aqoy kəndi ilə Tuuapse şəhəri arasında yerləşir. Kadoş burnu yaxınlığında Kiselyov qayası vardır. Milyon il əvvəl tektonik hərəkətlər sayəsində okean dibinin qalxması ilə meydana gəlmişdir. Burun ərazisində qədim insanın izlərinə və əmək aləıtlərinə rastlanılmışdır. Qədim insan məskəninin yaşı 335 min il olaraq qiymətləndirilir. Kadoş burnu birtki örtüyü ilə zəngindir. Burada müxtəlif növ quş, ilan və həşaratlara rastlamaq mümlkündür.
Yusuf Karş
Yusuf Karş (23 dekabr 1908[…], Mardin – 13 iyul 2002[…], Boston) — erməni əsilli kanadalı fotoqraf. Bir sıra şəxslərin portretlərini çəkmişdir.
Altın Köş
Altın Köş (fars. آلتین‌کش‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1‘213 nəfər yaşayır (441 ailə).