Laos əhalisi

Laos əhalisiLaos Xalq Demokratik Respublikasının əhalisinin demoqrafik xüsusiyyətləri. Laos Cənub-Şərqi Asiyada yerləşən ölkədir. Ölkə əhalisinin 2021-ci ildə təxminən 7,43 milyon olduğu təxmin edilirdi və onların çoxu ölkə daxilində qeyri-bərabər səpələnmişdir. İnsanların çoxu Mekonq çayının və onun qollarının vadilərində yaşayır. Ölkə üzrə əhalinin sıxlığı 23,4/km2 təşkil edir. 2005-ci ilin mart ayında, 2005-ci il siyahıyaalınmasında ümumi əhali 5,62 milyon (2,82 milyon qadın, 2,80 milyon kişi) olmuşdur ki, bu da əvvəlki 1995-ci il siyahıyaalınmasından 1,047 milyon artımdır.[1]

Laosda etnolinqvistik əlamətə görə 3 qrupda (laolun,, laotenq, laosunq) birləşən təqribən 70 xalq və tayfa, həmçinin ninlilər, vyetnamlılar, birmalılar, Cənubi Asiyadan köçüb gəlmələr və başqaları yaşayır. Dindarların çoxu buddistdir. Rəsmi dil Laos dilidir.[2]

  1. "Population Census 2005". 14 November 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 December 2010.
  2. Лаос. Әһали // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 154.