Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kariatid
Kariatid - memarlıq qurğularında dayaq-dirək funksiyasını daşıyan, yaxud bu funksiyanı obrazlı şəkildə ifadə edən ayaq üstə durmuş qadın heykəli.
Karbamid
Karbamid — sidik cövhəri, karbon turşusunun diamidi. Rəngsiz, iysiz, kristallik maddədir.Formulu dəyişkən oldugundan-Hiqroskopikdir. Suda, etanolda, maye ammonyakda asan həll olur. Qeyri-polyar həlledicilərdə (alkanlar, xloro-form) həll olmur. == Alınması == Fransız kimyaçısı İ.Ruell tərəfindən 1773-cü ildə kəşf edilmiş, 1818-ci ildə ingilis həkim və kimyaçı W.Praut karbamidi identifikasiya etmişdir. Karbamidin ilk dəfə sintezini 1828-ci ildə alman kimyaçısı F.Völer ammonium sianatı NH4NCO qızdırmaqla aparmışdır. Qeyri-üzvi maddələrdən üzvi maddənin (sidik cövhərinin) alınması vitalizm nəzəriyyəsinə ilk dəfə zərbə oldu. Sənayedə karbamid karbonoksidin yüksək təzyiq (p 200atm) və temperatur (130-140ºC) şəraitində ammonyakla reaksiyasından alınır: CO2+ 2NH3 → CO(NH2)2 + H2O Karbamidin bu üsulla alınması 1870-ci ildə A.Bazarov tərəfindən təklif edilmişdir. Tərkibində 46% azot olan karbamid sənayedə qranul şəklində istehsal olunur. == Kimyəvi xassələri == Karbamid bəzi maddələrlə kompleks birləşmələr əmələ gətirir, məsələn hidrogen peroksidlə CO(NH2)2∙ H2O2.
Aristid
Aristid (q.yun. Ἀριστείδης; təq. e.ə. 540 – e.ə. 467[…], Afina) – Yunan-İran müharibələri dövründə Afinanın siyasi və hərbi xadimi. == Həyat və fəaliyyəti == Aristid təxminən e.ə. 530-cu ildə (və ya e.ə. 540cı ildə) Afinada anadan olmuşdur. Marafon döyüşündə 10 strateqdən biri olmuş, Salamin döyüşündə iştirak etmiş, Plateya döyüşündə yunanların başçısı olmuşdur. Delos ittifaqının təşkilatçılarından biri olmuşdur.
Karabid
Karabid (lat. Carabus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Aristid Brian
Aristid Brian (fr. Aristide Briand; 28 mart 1862[…], Nant, Fransa metropoliyası – 7 mart 1932[…], Paris) — fransız siyasi xadimi, Fransanın 73-cü (1906–1909) baş naziri.
Aristid Busiko
Aristid Busiko(fr. Aristide Boucicaut; 14 iyul 1810 – 26 dekabr 1877, Paris) — fransız xeyriyyəçisi, ticarətçisi. == Həyatı == Aristid Busiko 4 iyul 1810-cu ildə Bellemdə anadan olmuş, 26 dekabr 1877-ci ildə isə Parisdə vəfat etmişdir, həyat yoldaşı isə Marqarita Qeren (1816-1887) idi. Emil Zolyanın 1883-cü ildə yazdığı "Qadın xoşbəxtliyi" romanında Aristid Busikonun qeyri-adi həyatı öz əksini tapır. Lakin buna əks olaraq, "Bon Marşe" romanını təqdim etmək olar. "Bon Marşe" ideyası öz yolunda inqilabi xarakter daşıyırdı, lakin eyni zamanda "iki vur iki" kimi sadə idi: hər bir şöbə ixtisaslaşmış mağazaya uyğun gəlirdi; gəlirlər sistematik olaraq azalırdı, əmtəələrlə ticarət etmək üçün qiymətlər markalanırdı; hər il hərrac həyata keçirilirdi və nəinki Parisdə, hətta onun əyalətlərində reklamlar aparılırdı… Belə təşkilatçılıq təkcə Busikoya deyil, onun müştərilərinə də xüsusi üstünlük verirdi. Satışların yüksək həcmi maya dəyərini aşağı salmağa və əməyin rentabelliyini artırmağa imkan verirdi. Bir neçə mağazanın bir yerdə cəmləşməsi alıcılara geniş çeşid və vaxtlarına qənaət etmək imkanı verirdi (əyalətdən gələnlər bunu çox yüksək qiymətləndirirdilər, belə ki, onlar hər şey bir gün ərzində alıb, axşam qatarı ilə geri qayıda bilərdilər). Ucuz, lakin böyük miqdarda sataraq, Aristid Busiko müasir iqtisadi prinsip yaratdı. Daha sonra "Bon Marşe" ideyasını bir çoxları tətbiq etməyə başladılar və "böyük mağaza" ideyası geniş vüsət aldı.
Dyörd Karpati
Dyörd Karpati (mac. György Kárpáti; 23 iyun 1935, Budapeşt – 17 iyun 2020, Budapeşt) — 1952, 1956, 1960 və 1964 Yay Olimpiya Oyunlarında iştirak Macarıstan su poloçusu. Su polosu üzrə dörd və ya daha çox olimpiya medalı qazanan səkkiz kişi idmançıdan biridir və su polosu üzrə üç olimpiya qızıl medal qazanan on kişi idmançıdan biridir. == Karyerası == Budapeştdə anadan olub və 1952-ci il Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, beş matç keçirdi və dörd qol vurdu. Dörd il sonra o, yenidən 1956 Olimpiya turnirində qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, iştirak etdiyi altı qarşılaşmada ən azı altı qol vurdu (qol vuranların hamısı məlum deyil). 1960 Olimpiya Oyunlarında Macarıstan komandası ilə bürünc medal qazandı. Keçirdiyi dörd matçda beş dəfə fərqləndi. Çıxış etdiyi son Olimpiya yarışı 1964-cü ildə Tokio şəhərində keçrilən turnirə təsadüf etdi.
Frideş Karinti
Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[…], Budapeşt – 29 avqust 1938[…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir. == Həyatı və fəaliyyəti == Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir.
Karabid böcəklər
Qızılı karabid
Qızılı karabid (lat. Carabus auratus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü.
Jan-Bertran Aristid
Jan-Bertran Aristid (h.kreol Jan Bètran Aristid, fr. Jean-Bertrand Aristide, 15 iyul 1953, Port-Salyu, Haiti) — Haiti dövlət xadimi, Haiti prezidenti (1991, 1994—1996 və 2001—2004).