Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[1][2][…], Budapeşt[4] – 29 avqust 1938[3][1][…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir.
Frideş Karinti | |
---|---|
mac. Karinthy Frigyes | |
| |
Doğum adı | Karinthy Frigyes Ernő |
Doğum tarixi | 25 iyun 1887[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1938[3][1][…] (51 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Milliyyəti | Macar |
Həyat yoldaşları | |
Uşaqları | |
Fəaliyyəti | Müəllif, dramaturq, şair, jurnalist və tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir. Sonrakı illərdə parodiyalardan təşkil olunan kolleksiyanı daha da genişləndirdi. İlk yazdığı əsərlər içərisində məktəb illərində qələmə aldığı qısa hekayələrdən ibarət “Zəhmət olmasa, Ser!” (mac. Tanár úr, kérem, 1916) əsəri həm də orta məktəbdə yaşanan çətinliklərdən bəhs edirdi.[5] Herbert Uellsin “Korlar ölkəsi” (ing. The Country of the Blind) və “Dəniz qadın” (ing. The Sea Lady) əsərlərini macar dilinə tərcümə edən Karinti öz yaradıcılığında da Uellsdən ilham almışdır.[6] Tərcümə etdiyi digər əsər isə Alan Aleksandr Milnin Vinni-Pux əsəridir.
Birinci Dünya müharibəsindən başlayaraq onun yazı üslubu daha ciddi xarakter aldı, lakin öz satirik məzmununu tərk etmədi. Karinti yaradıcılığında Conatan Sviftin böyük təsir göstərdiyini vurğulayır: "Faremidoya səyahət" (Utazás Faremidóba, 1916) və "Kapillariya" əsərləri (Capillaria, 1921). Romanlarının və hekayələrinin bir çoxunda kişilərlə qadınlar arasındakı münasibətlərdə yaranan çətinliklərdən bəhs edilir. Bunun səbəbi kimi bəzən onun uğursuz ikinci nikahı göstərilir.
Karinti 1936-cı ildə Stokholmda əməliyyat olundu. 1939-cu ildə nəşr olunan avtobiqorafiyasında bu hadisədən bəhs etmişdir. Əməliyyatdan iki il sonra Balaton gölünün ətrafında tətildə oalrkən vəfat etmişdir.
Karinti iki dəfə ailə həyatı qurmuşdu. 1913-cü ildə aktrisa Etel Yudik ilə evləndi. Ailə həyatları sakit və xoşbəxt keçdi və Qabor adında bir oğlan övladları dünyaya gəldi. Etel 1918-ci ildə çox gənc yaşında faciəvi olaraq ispan qripindən dünyasını dəyişdi. 1920-ci ildə Karinti yenidən Aranka Böhm ilə ailə həyatı qurdu və onların Ferenç Karinti adında övladları dünyaya gəldi. Ferenç Karinti daha sonralar məşhur macar yazıçısı oldu. Dili yaxşı danışmasa da, Karinti Esperantonun ən böyük dəstəkçilərindən biri idi və Esperanto konqreslərində iştirak edirdi[7] və hətta 1935-ci ildə Macarıstan Esperanto Cəmiyyətinin prezidenti seçildi.[8]