Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akroteri
Akroteri (q.yun. ἀκρωτήριον, akterion – ucluq) — klassik memarlıq orderləri tətbiq olunan binalarda frontonların künclərinə qoyulan heykəltəraşlıq bəzəyi. Akroterilər heykəl, üçayaq, disk, urna, palmetta və ya hər hansı digər heykəltəraşlıq elementi kimi müxtəlif formalarda ola bilər. Qotika memarlığında akroteriyalara da rast gəlinir. Bu, bəzən mebel dizaynına da daxil edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Acroterion // Encyclopædia Britannica. article 9003592.
Kayseri
Kayseri — Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşən böyük sənayeləşdirilmiş şəhər. Kayseri ilinin inzibati mərkəzidir. Kayseri Böyükşəhər Bələdiyyəsinin fəaliyyət göstərdiyi şəhər, struktur olaraq beş böyük ilçə, Qocasinan, Məlikqazi və 2004-cü ildən bu yana Hacılar, İncəsu və Talas, bunlarla yanaşı 11 kiçik ilçə, Ağqışla, Bünyan, Dəvəli, Fəlahiyyə, Özvətən, Pınarbaşı, Sarıoğlan, Sarız, Tomarza, Yəhyalı olmaqla ümumilikdə 16 ilçədən ibarətdir. Kayseri, hündürlüyü 3916 metr olan Ərciyəs dağının ətəyində yerləşir. Şimal və şimal-qərbdə Yozqat, şimal-şərqdə Sivas, şərqdə Qəhrəmanmaraş, cənubda Adana, cənub-qərbdə Niğdə, qərbdə Nevşəhər ilə əhatə olunmuşdur. Dünyanın ən qədim şəhərlərindən biri olan Kayseri antik dövrlərdə Kappadokiya adlanan tarixi bölgənin bir hissəsi olmuşdur. İpək yolu üzərində yerləşən şəhər, coğrafi mövqeyinə görə daim düşmən işğallarına məruz qalmışdır. Həmçinin, bölgə bir çox sivilizasiyaların beşiyi olmuşdur. Türkiyə iqtisadiyyatında diqqətçəkici ölçüdə inkişafa malik şəhərlərin yer aldığı Anadolu Pələngləri qruplaşmasında ilk sırada yer alan Kayseri, regionda yüksək sənayeləşməsi ilə digər şəhərlərdən kəskin fərqlənir. Şəhərdə işsizlik digər şəhərlərə nisbətən olduqca aşağıda səviyyədə olmuş, oxuma-yazma qabiliyyətinə görə isə İstanbul və Ankara kimi böyük şəhərlərlə daim rəqabətdə olmuşdur.
Dəvəli (Kayseri)
Dəvəli (türk. Develi) — Kayseri ilinin ilçəsi.
Hacılar (Kayseri)
Hacılar (türk. Hacılar) — Kayseri ilinin ilçəsi.
Kayseri ili
Kayseri ili — Türkiyədə il. Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşir. İnzibati mərkəzi Kayseri şəhəridir. == Tarixi == Cumhuriyyət dönəmində şəhər çox inkişaf etmişdir. Burada bir çox zavodlar, fabriklər açılmışdır. == Əhalisi == == Nüfus == === Etnik tərkibi === Etnik tərkibi yalnız türklərdən ibarətdir.
Kayseri qalası
Kayseri qalası — Kayseridə yerləşən Türkiyənin önəmli qalalarından biridir. == Tarixi == Kayseri tarixin hər dövründə əhəmiyyətini qorumuş, coğrafi və strateji mövqeyi etibarilə böyük axınlara və işğallara məruz qalmış bir şəhərdir. Kayserinin bu xüsusiyyətlərinə görə müxtəlif tayfalar və dövlətlər buranın müdafiəsi üçün bir çox tədbir almışdılar. Bu tədbirlərdən ən əhəmiyyətlisi bu gün şəhər mərkəzində yerləşən Kayseri qalasıdir. Şəhər içində Kayseri qala divarları və qalası geniş bir sahəyə malikdir. Kayseri qala divarları haqqında ilk məlumat Roma İmperatoru III Gordian zamanında (E.ə. 238-244) aid olan sikkələrdə tapılmışdır. İkinci məlumat isə, VI əsrin ilk yarısına aiddir. Bizanslı tarixçi Procopius Kayserinin quruluşunda tikilmiş olan divarın, bir-birindən uzaq təpələri, bağları, otlaqları çevirdiyini və şəhərin evlərinin buraları dolmadığını Bizans İmperatoru Justinianın (527-565) şəhəri qorumaq üçün keçmişə nisbətən daha dar tikdirdiyini, yəni əsas divarı azaltdığını bildirmişdir. Bu iki sənəd və qeydə görə Kayseri qala divarları ilk olaraq III əsrin ortalarında inşa edilmiş VI əsrin ortalarında daraldılmış və təmir edilmişdir.
Kayseri Ərciyəsspor
Erciyesspor (Kayseri) - Türkiyənin köhnə futbol klubu. == Tarixi == 1932-ci ildə qurulan Ərciyəsspor, 1937-ci ildə Yılmazspor ilə birləşərək Ərciyes Gənclik oldu. Qırmızı - Ağ rənglərlə qurulmuşdur. Daha sonra sarı-qırmızı rəng aldı. Klubun ilk yerləşdiyi yer Düvenönü idi. 1940-cı ildə Kayseri Gənclər İdman Klubuna keçdi. 1948-ci ildə hərbi komandalar liqadan çəkildikdən və 3 komanda liqada qaldıqdan sonra İbrahim Bamyacıoğlu və Şaban Çenkçinin səyləri ilə Ərciyəs Gənclik Klubu Sarı - Tünd Mavi rənglərlə fəaliyyətə başladı. 1949-cu ildə Kayseri Gənclik İdman Klubu ilə birləşərək Sarı-Qırmızı rənglərlə liqaya davam etdilər. 1951-ci ildə klub ləğv edildi. Klubun keçmiş oyunçularından olan Naci Ulucan 1952-ci ildə klubu yenidən aktivləşdirir.
Pınarbaşı (Kayseri)
Pınarbaşı (türk. Pınarbaşı) — Kayseri ilinin ilçəsi.
Talas (Kayseri)
Talas (türk. Talas) — Kayseri ilinin ilçəsi.
İncəsu (Kayseri)
İncəsu (türk. İncesu) — Kayseri ilinin ilçəsi.
Kayseri ilçələrinin siyahısı
Kayseridə ilk bələdiyyə təşkilatı 1869-cu ildə qurulmuşdur. İlk bələdiyyə başçısı şəhərin nüfuzlu sakinlərindən biri olan Mollaoğlu Mustafa Ağa olmuşdur. 14 dekabr 1988-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən və 3508 sayılı qanunla Kayseri Bələdiyyəsi Böyükşəhər Bələdiyyəsi statusunu əldə etdi və eyni qanunla Məlikqazi və Qocasinan adlı iki bələdiyyənin yaradılması qərara alındı. Bu qanun 1 yanvar 1989-cu qüvvəyə minmiş və şəhər böyükşəhər statusunu qazanmışdır. 26 mart 1989 tarixində keçirilmiş seçki ilə Niyazi Bağçacıoğlu Böyükşəhər Bələdiyyə Başçısı seçildi. Kayseri Mərkəzi Anadolunun 3-cü, Türkiyənin ən böyük 14-cü şəhəri olma xüsusiyyətini daşıyır. Şəhərin təxminən 1,5 milyon əhalisi və cəmi 16 ən böyük məskunlaşma mərkəzi mövcuddur. Türkiyə Böyük Millət Məclisinin 30 mart 2013-cü Yerli Seçkilərdən sonra qəbul edilən və 15 aprel 2013-ci ildə Rəsmi Qəzetdə yayımlanan 6360 sayılı qanun ilə şəhərin 16 ilçəsi olduğu təsdiq edilmişdir. Böyük sahəsi olan Kayserinin ən böyük ilçələri Qocasinan, Məlikqazi, Dəvəli və Talasdır. 1924-cü ildə Kayserinin qurulması ilə İncəsu, Dəvəli, 1926-cı ildə Pınarbaşı, 1946-cı ildə Sarız, 11 iyun 1946-cı il 5071 qanun ilə Yaşılhisar, 19 iyun 1953-ci il 7033 saylı qanun ilə Fəlahiyyə və Tomarza, 1954-cü ildə Yəhyalı, 1960-cı ildə Sarıoğlan, 19 iyun 1987-ci il 19507 saylı qanun ilə Ağqışla, 21 avqust 1987-ci il 3992 saylı qanun ilə Talas, 9 sentyabr 1988-ci il 6360 saylı qanun ilə Bünyan, 7 dekabr 1988-ci il 3508 saylı qanun ilə Qocasinan, 14 dekabr 1988-ci il 3508 saylı qanun ilə Kayserinin ən böyük ilçələrindən olan Məlikqazi, 9 may 1990-cı il 20523 saylı qanun ilə Özvətən, 16 may 1990-cu il 3647 saylı qanun ilə Hacılar ilçə statusu qazanmışdır.
Kayseri terror hücumu (2016)
Kayseri terror hücumu (türk. 2016 Kayseri saldırısı) - 2016-cı ilin 17 dekabr tarixində yerli vaxtla saat 08:45-də Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin qarşısında Türkiyə Silahlı Qüvvələrinin personalına qarşı törədilmiş terror aktı. I nömrəli Komando Birliyininin əsgərlərini daşıyan avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım baş vermiş terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib. Terror aktının hədəfi kimi I nömrəli Komando Birliyininin əsgərlərinin seçilməsi ölkə mətbuatı tərəfindən geniş müzakirə olunmuşdur. Xüsusi təyinatlı əsgərlərdən formalaşdırlmış I nömrəli Komando Birliyi Türkiyənin Şərqində PKK yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirakı ilə tanınmışdır. Türkiyə mətbuatıda bu hədəfin təsadüfü seçilmədiyini bildirməkdədir.
Karoşi
Sözün əsl mənasında "həddindən artıq iş ölümü" kimi tərcümə edilə bilən Karoşi (過 労 死, Karōshi), peşə ani ölümünə aid bir Yapon terminidir. Karoşi ölümlərinin ən çox görülən tibbi səbəbləri stress və aclıq diyeti səbəbiylə infarkt və ya insultlardır. İş yerindəki zehni stres, işçilərin öz həyatlarını alması səbəbiylə karoşiyə səbəb ola bilər. Çox iş səbəbiylə intihar edənlərə karōjisatsu (過 労 自殺) deyilir. Həddindən artıq iş nəticəsində ölüm fenomeni Asiyanın digər bölgələrində də geniş yayılmışdır. ÜST/BƏT məlumatlarına əsasən, 2016 -cı ildə dünyada 745,194 ölüm, uzun iş saatları ilə əlaqədar idi. == Tarix == İlk karoshi hadisəsi 1969-cu ildə Yaponiyanın ən böyük qəzet şirkətinin çatdırılma şöbəsində 29 yaşlı kişi işçinin insultdan ölməsi ilə bildirilmişdi. Bu termin 1978-ci ildə həddindən artıq işləmə ilə əlaqəli ölümcül insult və infarktlardan əziyyət çəkən insanların sayının artmasına istinad etmək üçün istifadə edilmişdir. 1982-ci ildə bu məsələ ilə bağlı bir kitab bu termini ictimai istifadəyə gətirdi. Yalnız 1980-ci illərin ortalarından sonlarına qədər, Qovuq İqtisadiyyatı dövründə, hələ də ən yaxşı illərində olan bir neçə yüksək vəzifəli biznes menecerinin heç bir əvvəlki xəstəlik əlaməti olmadan qəflətən öldüyü zaman, bu termin Yaponiyanın ictimai həyatında meydana çıxdı.