Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kayzen
Kayzen — yapon sözü olub mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir.“Kaizen: The Key to Japan’s Competitive Success” kitabından sonra populyarlaşan və istehsalda geniş tətbiq edilməyə başlayan kayzen, keyfiyyət menecment sistemidir. Əsasən sənayedə (xüsusilə Toyota şirkətində) tətbiq olunsa da, kayzen gündəlik həyatda da istifadə olunur. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir.
Kayzen.az
kayzen.az — bloq tipli veb sayt. == Adın etimologiyası == Kayzen yapon dilində "kai" və "zen" sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək, inkişaf etmək deməkdir. == Texniki tərəfləri == Saytı yaradarkən slashdot.org, habrahabr.ru, livejournal.com, facebook.com kimi sosial proyektlərin bəzi özəllikləri istifadə olunub. Sayt Livestreet CMS açıq mənbəli kontent idarə sistemi üzərində qurulub modifikasiya edilmişdir. Saytın funksionalında TinyMCE WYSIWYG-redaktoru, MooTools və JQuery freymvörkü, Highslide və s. JavaScript-lərdən istifadə olunmuşdur. Saytın həm iş masası versiyası, həm də mobil versiyası fəaliyyət göstərir.
Kayzer
Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür. Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər. Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.
Atsuşi Zayzen
Atsuşi Zayzen (財前 淳, Atsushi Zaizen, 26 iyun 1999-cu ildə anadan olub) — Avstriya İkinci Liqası təmsilçilərindən olan Vakker İnnsbruk II klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Yaponiyalı futbolçudur. == Klub karyerası == === Vakker İnnsbruk === Zayzen Kyoto Sanqa akademiyası vasitəsilə inkişaf etmişdir. Zayzen 23 may 2018-ci ildə Avstriya İkinci Liqası təmsilçilərindən olan Vakker İnnsbruk II klubu ilə 2021-ci ilin iyun ayına qədər müqavilə imzalamışdır. Zayzen öz peşəkar karyerasında debütünü 29 iyul 2018-ci ildə LASK Juniors klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Florian Riederi əvəz etmişdir. Həmin görüşdə Vakker liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 27 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Atsuşi Zayzen at WorldFootball.net Atsuşi Zayzen — transfermarkt.com saytında.
Tu Kayven
Tu Kayven (çin. sadə. 杜 凱文, 28 iyun 1991, Tayçjun) — Yüngül çəki dərəcəsində Tayvanı təmsil edən cüdoçu. Tu Kayven beynəlxalq yarışlarda Tayvanı təmsil edir. 2008-ci ildən Çin Taybeyi yığmasına cəlb olunmuşdur. Londonda təşkil olunan 2012 Yay Olimpiya Oyunlarında iştirak etmiş, Şərqi Asiya çempionatlarının gümüş və bürünc mükafatçısı olmuşdur. Asiyanın gənclər çempionatının gümüş mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çoxunun iştirakçısıdır. == Bioqrafiyası == Tu Kayven 28 iyun 1991-ci ildə Tayvanın Tayçjun şəhərində anadan olmuşdur. İlk dəfə 2008-ci ildə turnirlərdə iştirak etmişdir. On yeddi yaşlıların yüngül çəki dərəcəsində Taybeyin ev sahibliyi etdiyi beynəlxalq yarışda bürünc medal qazanmışdır.
İsaak Ayzen
İsaak Ayzen (ing. Icek Ajzen; 1942, Xelm[d], Ümumi Hökumət) — Polşa yəhudisi əsilli ABŞ psixoloqu. == Həyatı == İsaak Ayzen 1942-ci ildə Polşanın Xelm şəhərində, yəhudi ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Yerusəlim şəhərində yerləşən Yəhudi Universitetində bakalavr dərəcəsi aldıqdan sonra İllinoys Universitetində magistratura təhsilini davam etdirmişdir. O, Massaçusets Universitetinin professoru kimi çalışmışdır. == Fəaliyyəti == İsaak Ayzenin əsas tədqiqat münasibət nəzəriyyəsinə, münasibət və davranış arasındakı əlaqə probleminin aydınlaşdırılmasına həsr edilmişdir. O, Martin Fişbeynlə birlikdə sonradan "planlı davranış nəzəriyyəsi" adlandırılan motivasiyalı fəaliyyət konsepsiyasını inkişaf etdirmişdir. Bu konsepsiyaya görə münasibət şəxsin təmasda olduğu obyekt və şəxslərin gözlənilən əhəmiyyətinə inam funksiyasıdır və davranış bu münasibətin nəticəsidir. Davranış onu nümayiş etdirmək niyyətinə əsaslanır, bu davranışa münasibətdə münasibətin funksiyası və yaşanan sosial təzyiq (subyektiv norma) ilə müəyyən edilir. Planlaşdırılmış davranış nəzəriyyəsi davranışın proqnozlaşdırıla bilən və iradə tərəfindən idarə olunduğundan irəli gəlir, buna görə də müxtəlif vəziyyətlərdə davranışı proqnozlaşdırmaq üçün geniş istifadə olunur.Onun tədqiqatları reklam, sağlamlıq psixologiyası və ətraf mühit psixologiyası kimi müxtəlif sahələrdə təsirli olmuş və 280 min dəfədən çox istinad edilmişdir.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. == Tarixi == Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Kauzen (Formula-1 komandası)
Kauzen (ing.Kauhsen) 1979-cu ildə iki mövsümdə Formula 1-də iştirak edən Alman komandası. Hər iki yarışda Gianfranco Brancatelli heç bir xal qazanmamışdır. == Formula 1-dən əvvəl == 70-ci illərin əvvəllərində Willi Kauhsen idman yarışlarında iştirak etmiş, Le Mans-da ikinci yeri qazanmışdı. 1977-ci il mövsümündə o Formula 2 yarışında iştirak etmək qərarına gəlir və buna görə də əvvəlki çempion avtomobili olan Renaultu əldə edir İlk əvvəl vəziyyət yaxşı olsa da, sona yaxın komanda hətta qiymətləndirmədən keçə bilmir. Komandanın tərkibinə Vittorio Brambilla, Michel Leclère və Alain Prost daxil idi. Lakin nəticələr heç də ürək açan deyildi. Yalnız Brambillanın Mizanoda əldə etdiyi 3-cü yer yüksək göstərici oldu. == Formula 1 == Heç bir göstəriciyə baxmayaraq, Kauzen 1978-ci ildə Formula 1-ə qatılmaq üçün plan qurdu. İlk əvvəl o, Alfa-Romeo mühərrikindən istifadə etmək qərarına gəlir. Lakin sonradan Cosworth DFV V8 əldə edir.
Hayren
Hayren — orta əsr erməni poeziyasında monostrofik bərk forması. 15 hecalı dörd misradan ibarətdir. Orta əsrlərdə Ermənistanda mahnı şəklində ifa olunurdu. Rübai kimidir. Hayrenlər XIV–XVI əsrlərə aid erməni məhəbbət lirikasının zirvəsi. Bu növdə əsərlərin motiv və formaları erməni folklorundan qaynaqlanır. Hayrenlərdə bəzən Bibliya təsvirləri və motivləri istifadə olunur, lakin onlar əsl sevgi obrazına daxil edilir.
Kalben
Kalben Sağdıç İncesaraç, (d. 17 Yanvar 1986, İskenderun) Türkiyəli musiqiçi, söz yazıçısı və aktrisa. == Haqqında == Musiqi ilə məşğul olmağa 8 yaşında anasının aldığı Musiqi klaviaturası ilə başlayan Kalben, ilk gitarasına 14 yaşında sahib olub. 17 yaşında təqaüdlü olaraq girdiyi Bilkənt Universitetinin Beynəlxalq Münasibətlər fakültəsindən 21 yaşında məzun oldu. Müxtəlif sahələrdə işlədikdən sonra 2008-də, həmin universitetdə, Media və Mədəni İşlər üzrə magistratura oxumaya başladı. Anı gizlətməyin yolları və yadigarlar haqqında tezis verdikdən sonra iş tapmaq üçün İstanbula köçüb. Universal Pictures bazasında marka müdiri kimi işə başlayıb. Sonra ssenarist, redaktorluq, layihə idarəçiliyi, kopirayter, tərcüməçilik kimi müxtəlif işlərlə məşğul olub. Ankarada və İstanbulda, həsrətlə və nadir hallarda musiqi ilə məşğul oldu, konsert verməyə davam etdi. 18 Oktyabr 2014-də Sofar Sounds İstanbul çərçivəsində Galata-da bir evdə sadəcə gitara ilə verdiyi konsertdən yayınlanan "Sadəcə" videosu qısa zamanda Türkiyə Sofar Sounds videoları arasında ən çox izlənən oldu.
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Keygen
Key generator (key-gen) ya da Açar yaradan , bir proqram tətbiqindən istifadə etmək üçün aktivləşdirmək üçün lazım olan seriya nömrəsi kimi bir məhsul lisenziyalaşdırma açarı yaradan bir kompüter proqramıdır.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Maysen
Meaysen , əvvəllər Meysen ( alm. Meißen‎, y.sorb Mišno y.sorb Mišno, a.sorb Mišnjo a.sorb Mišnjo, çex. Míšeň, pol. Miśnia ) — Drezdendən şimal-qərbdə, Elba çayı üzərində yerləşən Azad Saksoniya əyalətində şəhər və eyniadlı rayonun inzibati mərkəzi. Şəhər 1710-cu ildən bəri Avropada ilk çini olan Maysen çinisi ilə beynəlxalq səviyyədə tanınır. == Coğrafi mövqe == Maysen şəhəri Drezdendən 25 km şimal-qərbdə, Leypsiqdən 100 km şərqdə və Frayberqdən 40 km şimal-şərqdə yerləşir. O, Elba və onun qolu Tribiş çayının birləşməsindən əmələ gələn vadidə yerləşir. Maysenin şərqində Kosviq və Radebeul şəhərləri yerləşir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 95 m-dir. Maysenin cənubunda Maysen dağları yerləşir.
Mayzea
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Zayfen
Zayfen (alm. Seifen‎) — Almaniyanın qərbində Reynland-Pfalts vilayətinin Altenkirhen bölgəsində yerləşən şəhər.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken.Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Bayden ailəsi
Bayden ailəsi (ing. Biden family) — ABŞ-nin siyasətçi ailələrindən biri. Bayden ailəsinin ən məşhur üzvləri bunlardır: Co Bayden (d. 1942) — ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 47-ci vitse-prezidenti. Bo Bayden (1969-2015) — Co Baydenin oğlu. Hanter Bayden (d. 1970) — Co Baydenin oğlu. Cil Bayden (d. 1951) — Co Baydenin həyat yoldaşı, ABŞ-nin ikinci xanımı.
Bo Bayden
III Cozef Robinett „Bo“ Bayden (ing. Joseph Robinette "Beau" Biden III; 3 fevral 1969, Uilminqton[d], Delaver – 30 may 2015, Betesda, Merilend) — Amerikalı vəkil, hərbçi və siyasətçi. ABŞ Demokrat Partiyasının üzvü idi. == Ailəsi == Atası ABŞ-nin 46-ci vitse-prezidenti Co Baydendir. Anası ABŞ-nin ikinci xanımı Cil Baydendir. == Vəfatı == 2010-cu ildə insult keçirən Bo Bayden, həmin ilin may ayında müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.46 yaşında ikən – 30 may 2015-ci ildə beyin xərçəngindən vəfat etmışdir.
Cill Bayden
Cill Bayden (3 iyun 1951[…]) – ABŞ-nin 46-cı prezidenti Co Baydenin həyat yoldaşı; ABŞ-nin birinci xanımı.
Co Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. == İlk illəri (1942–1965) == 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi.Atası əvvəl varlı olsada, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar. Sonra Uilminqton şəhərində başqa bir evə köçdülər.
Cozef Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. == İlk illəri (1942–1965) == 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi.Atası əvvəl varlı olsada, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar. Sonra Uilminqton şəhərində başqa bir evə köçdülər.
Cozef Mayden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. == Əsərləri == Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días == Ədəbiyyat == Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Edvard Kallen
Edvard Kallen - Stefani Mayerin “Alatoran romanlar seriyası”nın əsas qəhrəmanlarından biridir. O, “Alatoran”, “Yeni ay”, “Tutulma”, “Sübh” romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və hələ çap olunmamış “Gecəyarısı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir. Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır. == Yaradılması == Stefani Mayer qeyd edir ki, Edvard obrazının yaradılması layihəsi onun “adi qız” və “fantastik gözəl, cazibədar, güclü...vampir...onlar arasında ciddi əlaqələr və ağaclar arasındakı çəmənlikdə romantik səhnə” yaratmaq arzusundan meydana gəlmişdir. Bu arzunun əsasında onun “ iki insanın məhəbbətinin qarşılaşdığı çətinliklər... insana aşiq olan vampirin qana olan hərisliyinə üstün gəlmək və sevgisi üçün ölümlə mübarizə aparmaq cəhdlərini əks etdirmək” istəyi dayanırdı. Yazıçı ona görə Edvard adını seçmişdir ki, o, “bu adın romantik olmasına baxmayaraq ,az istifadə olunması”nı düşünürdü. Obrazın yaradılması zamanı yazıçı Lüsi Mod Montqomerinin “Anya və yaşıl çatılar” romanının qəhrəmanı Gilbert Bliti, Ceyn Ostinin “Eşq və Qürur” romanının qəhrəmanı Mr. Darsi və Şarlotta Brontenin “Ceyn Eyr” romanının qəhrəmanı “Edvard Roçester”dən – xüsusilə Edvardın sonuncu kimi özünü “qorxunc” hesab etməsi səhnəsində - təsirlənmişdir.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Elis Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Tarzən
Tarzən — Tar ifaçısı olan şəxs.
Aytən
Aytən — Qadın adı.