Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulbophyllum kegelii
Bulbophyllum kegelii (lat. Bulbophyllum kegelii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
İohan Karl Erenfrid Kegel
İoqan Karl Erenfrid Keqel (3 oktyabr 1784 – 25 iyun 1863, Odessa, Xerson quberniyası[d]) —alman coğrafiyaçısı. == Həyatı == Almaniyanın Mansfeld şəhərində anadan olub. 1841-1847-ci illlərdə Rusiyaya dəvət olunur. O burada Kamçatkaya gələrək adanın kömür mədənin inşası üçün vacib olmasını araşdırdı. Çoxtərəfli hesablamalarla yanaşı sosial ve iqtisadi tərəfinin də proqnozunu vermişdir.
Kek
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. == kekların növləri == === Şokoladlı kek === ==== Ərzaqlar ==== 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda ==== Hazırlanması ==== Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! === Portağal sufleli kek === ==== Tərkibi ==== biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q unsufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu ==== Hazırlanması ==== Yumurtaları şəkər tozu ilə çalın.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
Kev
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur.Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur.1 elektron volt= 1.602 176 565(35) × 10−19 coulVahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kgBəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Ket
Ketlər
Cek Ked
Cek Ked (1420-1450) — üsyan rəhbəri. == Həyatı == Cek Ked 1450-ci il iyulun 12-də döyüşdə həlak olmuşdur.
Conatan Key
Conni Keş
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Dark Leg
Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır.Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır. == İstinadlar == == Xarici keçidlər == Haruun Kal — Vukipediya saytında.
IEG Mainz
IEG Mainz (Institut für Europäische Geschichte) — Almaniyanın Maynts şəhərində yerləşən tədqiqat mərkəzidir. Tədqiqat səmtləri 15–20-ci əsrlərdə Avropa xalqlarının tarixi, mədəniyyətinin inkişafı, əsas siyasi və dini cərəyanların tarixidir. İnstituta müdirlik edən Prof. Dr. Dingellə Prof. Dr. Haynts Duxxardtdır.
Katrina Kef
Katrina Kaif — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983–cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır.Atası əslən qafqaz kökənlidir.
Kem-ur
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Kem Eyveri
Kameron Eyveri (ing. Cameron Avery, 23 aprel 1988, Frimantl[d], Qərbi Avstraliya) — avstraliyalı musiqiçi, müğənni və bəstəkar. Pond qrupunun üzvü və Tame Impala ilə əməkdaşlığı ilə tanınır. Həmçinin o, The Growl qrupunun solistidir. == Həyatı == Şərqi Frimantlda anadan olan Eyveri, bir neçə illik Pertin şimalına köçdü; valideynləri ayrılana qədər 6 yaşına kimi Brum şəhərində yaşadı. 7 yaşında müvəqqəti olaraq Komoda məskunlaşdı və Collier İbtidai Məktəbində oxudu. O, heç vaxt məktəbə uyğun gəlmədiyini və "xordan başqa heç bir şeydə yaxşı olmadığını" dedi. Eyveri daha sonra anası və qardaşı Eliott ilə birlikdə Liminqdəki nənəsinin evində yaşamağa davam etdi.Erkən yaşlarından Avstraliyanın peşəkar futbolçusu olmağa və AFL-də West Coast Eagles komandasında oynamağa can atırdı. Eyveri on altı yaşında gitara çalmağa, on yeddi yaşında isə mahnı yazmağa başladı; uşaq ikən arabir piano çalırdı. Gəncliyində blüz, soul musiqiçilərini xüsusilə Skip Ceyms və Son Hausu dinləyirdi.
Kem çayı
Kem çayı — Yenisey çayının sol qolu. == Əsas göstəricilər == Bu çay Rusiya Federasiyasının Krasnoyarsk əyalətindən axır. Çayın uzunluğu-356 km, hövzəsinin sahəsi isə 8940 кm²-dir.Qidalanmasında qarışıq mənbələrdəndir. Ancaq qar suları daha üstünlük təşkil edir. 1960-1993-cü illərin məlumatlarına əsasən Mixayilovka kəndində suyun sərfi 12,86 m³/san olmuşdur.
Ken (hərf)
Կ, կ (Adı: ken, erm. կեն) — erməni əlifbasının 15-ci hərfi. Transkripsiya "k". Tələffüzü "K". Rəqəm işarəsi "60".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Ken (kommuna)
Ken (fr. və oks. Quins) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 21 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 798 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 450 nəfər arasında (15-64 yaş) 356 nəfər iqtisadi cəhətdən fəal, 94 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 67.6%).
Ken Alibekov
Ken Alibekov (1950;qaz. Қанатжан Байзақұлы Әлібеков, Qanatjan Baızaquly Álibekov; rus. Канатжан Алибеков, Kanatzhan Alibekov)1992-ci ildən Kenneth "Ken" Alibek kimi tanınan - keçmiş sovet həkimi, mikrobioloq və bioloji müharibə (BM) mütəxəssisi. Sovet Ordusu sıralarında sürətlə yüksəldi və BM qurğularının geniş bir proqramına rəhbərlik etdiyi Biopreparat direktorunun birinci müavini oldu. Sovet bio-silah dizayneri kimi çalışdığı dövrdə, 1970-1980-ci illərin sonlarında Alibekov, bağırsaq və Marburq hemorraqik atəşini özündə cəmləşdirən layihələrə nəzarət etdi və Rusiyanın ilk tulyaremiya bombasını yaratdı. Bəlkə də onun siqnal nailiyyəti, Los Angeles Times tərəfindən daha sonra "insana məlum olan qarışqa xəstəliyinin ən canlı və şiddətli gərginliyi" olaraq xarakterizə edilən "Strain 836" olaraq bilinən yeni bir "döyüş gərginliyi" nin yaradılması idi.1992-ci ildə ABŞ-yə qaçdı; o vaxtdan Amerika vətəndaşı oldu və biodefens məsləhətçisi, natiq və sahibkar olaraq həyatını etdi. ABŞ hökuməti üçün biodefens strategiyasının hazırlanmasında fəal iştirak etmiş və 1998-2005-ci illər arasında ABŞ Konqresi və digər hökumətlər qarşısında biotexnologiya mövzusunda bir neçə dəfə ifadə vermişdi. ABŞ və İraq arasındakı müharibəyə qədər, birbaşa xəbərdarlıq və sübut olmadan Konqres qarşısında "İraqın BM silah imkanlarını silmək cəhdlərinin, ehtimal ki, uğurlu olmadığını" ifadə etdi. Sonrakı müharibə illərində İraqda iddialarını təsdiqləyən heç bir dəlil tapılmadı. Alibek hazırda ABŞ-nin Ohayo ştatındakı "Locus Fermentation" Solutions şirkətində tədqiqat və inkişaf üzrə baş vitse-prezident vəzifəsində çalışır.
Ken Aston
Kennet Corc Aston — ingilis müəllim, hərbçi və futbol hakimliyinin inkişafına bir sıra mühüm töhfələr (sarı və qırmızı kart sistemi daxil olmaqla) vermiş futbol hakimi. == Həyatı və karyerası == Ken Aston 1 sentyabr 1915-ci il tarixində İngiltərənin Esseks qraflığının Kolçester şəhərində dünyaya gəlib.
Ken Duken
Ken Duken (alm. Ken Duken‎; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Ken Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır. == Karyera == Ken Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır.
Ken Naqanuma
Ken Naqanuma (5 sentyabr 1930 - 2 iyun 2008) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Ken Noritake
Ken Noritake (18 iyul 1922 - 6 mart 1994) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ken Tompson
Ken Tompson — Unix əməliyyat sistemini dizayn edən və yaradan, kompüter elmləri üzrə öncü şəxs. O, 1943-cü il fevralın 4-ü Amerika Birləşmiş Ştatdlarında anadan olmuşdur. Karyerasının çoxunu Bell laboratoriyasında çalışmaqla keçirmişdir.
Ken Uatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.
Keql
Keql — sriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Bir sıra standart keqllər vardır.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Req
Req — (rus. рег, ing. reg) Əlcazair Saxa­rasında düzənlik daşlı səh­ranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvi­nin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşın­mış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəl­liflər R. Liviya səhrasındakı “serir” termininin sinonimi hesab edirlər.
Meq
Meq — Din Georqaris, Con Höber və Erix Höberin ssenarisi əsasında Con Turteltaubun rejissorluğu ilə çəkilmiş 2018-ci il elmi fantastika filmi. Stiv Altenin 1997-ci ildə yazdığı "Meg: A Novel of Deep Terror" romanı əsasında çəkilib. Filmdə baş rolları Ceyson Stethem, Li Binqbinq, Rainn Vilson, Rubi Rouz, Uinston Çao və Kliff Körtis canlandırıb. Süjetdə bir qrup elm adamı Sakit Okeanın dibində xilasetmə missiyası apararkən 75 fut uzunluğunda (23 m) meqalodon köpəkbalığı ilə qarşılaşır. Walt Disney Studios ilk olaraq 1990-cı illərdə romanın film hüquqlarını aldı, lakin inkişaf cəhənnəmində illərin sərf etdi. Filmin hüquqları sonda Warner Bros. Pictures-ə keçdi və filmin çəkilməsinə icazə verildi. Turteltaub və aktyor heyətinin əksəriyyəti 2014-cü ilin sentyabrında filmə qoşuldu və çəkilişlər Yeni Zelandiya və Çinin Sanya şəhərində başladı və 2017-ci ilin yanvarında başa çatdı.Meq ABŞ-də 10 avqust 2018-ci ildə nümayiş olundu. O, bütün dünya üzrə 530 milyon dollar gəlir gətirərək, kassada uğur qazandı və tənqidçilərdən fərqli rəylər aldı. Meq 2: Çökəklik adlı davam filmi 4 avqust 2023-cü ildə təqdim olundu.
Baybican bəg
Baybican bəg- Dastanda işlənən antroponimlərdən biri.III boyda işlədilən "Baybican" Dəli Qarçar və Banıçiçəyin atasıdır. "HA-da "Baybecan", Er-də "Pay Piçen", D və V-də "Baybican" variantındadır. Ş.Xətai dövründə yaşamış "Becan", "Abbas və Gülgəz" dastanındakı "Becan" müasir Azərbaycan antroponimləri sistemindəki "Becan", Azərbaycan toponimləri sistemindəki "Bico//Bicoy (Ağsu), "Biçənək" (Şahbuz) adları "Kitabi-Dədə Qorqud"dakı "Baybican" antroponimi ilə səsləşir. Bu sistemə Cənubi Azərbaycan ərazisindəki "Baybecan" və Borçalıdakı "Bejanoğuzaran" toponimlərini də əlavə etmək olar.Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S.Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir. Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. "Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir. Həmin etnonimə "Kartlis Tsxovreba"da V əsrədək təsadüf edilən türk etnonimləri sırasında "pаçLаnikLni", toponimləri sırasında isə "pаçLаnikLеti" şəklində rast gəlinir.Ə.Dəmirçizadə bir sıra türk tayfalarının IX əsrdəki vəziyyətlərini izah edərkən "becənək" tayfasının da adını çəkir: "...xəzərlərin Xəzər dənizinin şimalında Volqaboyunda və şimal-qərbində məğlub edilmələri nəticəsində, Orta Asiyanın Şimal hissəsindən bir çox türkdilli tayfalar, xüsusən, "quman", "becənek", "suvar", "qıpçaq" və s. köçüb gələrək, əvvəllər Volqaboyundan ta Dərbənd səddinə qədər uzanan torpaqlarda, sonralar isə bunlardan bəziləri daha aşağılarda, yəni Aranda, Azərbaycanda məskən salmışlar".
Beq (kommuna)
Beq (fr. Bègues) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15-64 yaş arasında) 102-i iqtisadi cəhətdən, 39-u fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 68.9%). Fəal olan 102 nəfərdən 91 nəfər (52 kişi və 39 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). 39 hərəkətsiz şəxs arasında 8-i şagird və ya tələbə, 18-i təqaüdçü, 13-ü digər səbəblərdən fəaliyyətsizdir.
Bəndər Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
De Koq
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeçiliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
Devid Beq
Devid Beq (ing. David Begg) — İrlandiya Həmkarlar İttifaqları Konqresinin sədri; İrlandiya Milli Bankının direktoru.