Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Şirvanlı
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıqKəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Kirenalı Feodor
Kirenalı Feodor (yun. Θεόδωρος ὁ Κυρηναῖος; E.ə. V əsr – E.ə. IV əsr) — Liviya əsilli qədim yunan riyaziyyatçısı, pifaqorçusu; irrasional ədədlər nəzəriyyəsinin inkişafına böyük töhfələr vermişdir..
Teodorus (Kirenalı)
Kirenalı Teodorus və ya Ateist Teodor (yun. Θεόδωρος, m. ö. V – IV yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.. == Fəlsəfəsi == Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir.
Zirmanlı (Urmiya)
Zirmanlı (fars. ‎‎‎زيرمانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (55 ailə).
Şirvanlı (Ağdam)
Şirvanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Şirvanlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Şirvanlı (Bərdə)
Şirvanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şirvanlı (Neftçala)
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. == Təhsil == Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. == Din == Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Şirvanlı (Oğuz)
Şirvanlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 13 km cənub-şərqdə, Qumlaq kəndinin şərqində yerıəşir. Qumlaq İnzibati Ərazi Dirəsinə daxildir. “Şirvan” – dünyanın yaranışından soraq vrən işıqlı sözdür. Oğuz rayonundakı Şirvanlı kəndi də öz adında bu işıqlı sözü yaşatmaqdadır. “Şirvan” toponimi nəinki respublikamızın Sabirabad, Ağdam, Bərdə, Oğuz, İsmayıllı, Şamaxı, Neftçala rayonlarında, həmçinin Orta Asiyada, İranda, Şimali İraqda, Kiçik Asiyada geniş arealda yayılmışdır. Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Şirvan xanlığı, Şirvan bəylərbəyliyi, Şirvan vilayəti olmuşdur. Bakı şəhərindəki Şirvanşahlar sarayı dünyanın nadir memarlıq incilərindən biridir. Şirvan düzü Azərbaycan Respublikasının barlı - bərəkətli coğrafi ərazisidir. Ərəb müəlliflərindən əl-Blazuri, ət-Təbəri, əl-İstəxri ilkin orta əsrlərdə Azərbaycan ərazisində Şamaxı şəhərinin yaxınlığında Şirvan adlı şəhərin olduğunu yazmışlar.
Şirvanlı (Qusar)
Şirvanlı (əvvəlki adı: Şirvanovka) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi adlandırılmış, Şirvanovka kənd inzibati ərazi dairəsi Şirvanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XII əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından Şirvan zonasına köçürülmüş ailələrin XX əsrin əvvəllərində indiki əraziyə gəlmələri nəticəsində yaranmışdır. Kənd əvvəlcə Şirvanskoye, Sonralar Şirvanovka adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır. == İdman == Kənddə Şahdağ Qusar futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
Şirvanlı (dəqiqləşdirmə)
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıqKəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Şirvanlı bələdiyyəsi
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıqKəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Mustafa xan Şirvanlı
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. == Həyatı == Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Şirvanlı bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvanlı bələdiyyəsi (Neftçala)
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvanlı məscidi (Amasya)
Şirvan məscidi — 1895-ci ildə Azərbaycanın Qarabağ və Şirvan bölgəsindən Amasyaya köçən azərbaycanlılar tərəfindən toplanan ianələr hesabına Türkiyənin Amasya şəhərində Şeyx Hacı Mahmud Əfəndi tərəfindən təkkə-təsəvvüf ədəbiyyatının tanınmış nümayəndəsi, nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin şərəfinə inşa edilmiş məscid. == Tarixi == Şirvan məscidi Azərbaycanın Qarabağ bölgəsindən olan Şeyx Hacı Mahmud Əfəndi tərəfindən Azərbaycanın Qarabağ və Şirvan bölgələrindən Amasiya şəhərində yaşayan Azərbaycan türklərindən toplanan ianələr hesabına 1895-ci ildə inşasına başlanmışdır. Amasyadakı məscidlərin əksəriyyəti dövlət adamları və nüfuzlu şəxslər tərəfindən tikdirilərkən, Şirvanl məscidi bir mürşidin, Mir Həmzə Nigarinin adına, sevənləri və müridləri tərəfindən inşa edilmişdir. 1885-cı ildə Xarputda vəfat edən Mir Həmzə Nigarinin cənazəsi vəsiyyəti üzrə sonradan Amasyaya aparılaraq orada bir evin arxasasına dəfn edilmiş və söyləndiyi kimi Şeyx Hacı Mahmut Əfəndinin başçılığı ilə toplanan yardımlarla məzarın üzəri bir türbəylə örtülərək yanında bir məscid tikilmişdir. Məscid kare planlı, tək qübbəli və tək minarəlidir. Tikintisində kəsmə daş və moloz daş malzəmlə birlikdə istifadə olunmuşdur. Şimal tərəfində dörd sütunlu, üç gözlü bir camaat yeri yerləşir. Klassik sütun başlıqlarının üzərindəki sivri kəmərlər qırmızı və bəyaz mərmər işlədilərək süslənmiş, bu bölümün üzəri üç kiçik qübbəylə örtülmüşdür. Ağ mərmərdən tikilmiş giriş qapısındaki naxışlar və motivlər türk memarlığı üslubunda qurulmuşdur. Türbə məscidin şərq tərəfində yer alır və məscidə bitişikdir.
Şirvanlı məscidi (Bərdə)
Şirvanlı məscidi — Bərdənin Şirvanlı (Bərdə) kəndində yerləşən məscid. XIX əsrin əvvəllərində inşa edilmişdir.
Kəranlı Qışlağı (Xudafərin)
Musakəndi Qışlağı (fars. قشلاق كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalilısi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kirsanov
Kirsanov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Mulavi Kuranlı (Çaroymaq)
Mulavi Kuranlı (fars. مولوي كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (15 ailə).
Həmzət bəy Qəbulov-Şirvanlı
Həmzət bəy Qəbulov-Şirvanlı (1884, Qax-1912, Tiflis) — publisist. == Həyatı == Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib. Həmzət bəyin "Zakavkazye"dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən dünyasını dəyişib.
Semyon Kirsanov
Semyon İsakoviç Kirsanov (doğum soyadı — Kortçik; 5 (18) sentyabr 1906, Odessa, Xerson quberniyası[d] – 10 dekabr 1972[…], Moskva) — rus-sovet şairi, nasir, jurnalist, hərbi müxbir.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Dolab-i Kəranlı (Xudafərin)
Dolab-i Kəranlı (fars. دولاب كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (40 ailə).
Qışlaq-i Piranlı (Xudafərin)
Qışlaq-i Piranlı (fars. قشلاق پيرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Ağaxan Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nəsirəddin şahın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Nazimülislam Kirmani
Mirzə Məhəmməd bin Əli Nazimülislam Kirmani (1861-1918)—İran tarixçisi. == Həyatı == Mirzə Məhəmməd bin Əli 1861-ci ildə Kirman şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nazimülislam Kirmani kimi tanınırdı. Tarixçi idi. Tarixçi əsərində şahidi olduğu hadisələrin obyektiv təsvirini verir. O, qeyd edir ki, XX əsrin əvvəllərində bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, şah sarayı və hökumətin milli mənafeyə zidd siyasəti, rüşvətxorluq və ədalətsizlik doğuran siyasi qurpuluşun çürüklüyü, digər tərəfdən, İran cəmiyyətinin qabaqcıl dairələrinin milli şüurunun inkişafı İranda sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu. Nazimülislam Kirmani yazır ki, artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu. Nazimülislam Kirmani yazır: "Dünyada İran şahı qədər geniş yetkiləri olan hökmdar sayı çox azdır.
İmad Kirmani
İmad Kirmani (?-1372) — İran şairi. == Həyatı == İmad Fəqih Kirmani (vəf.1372) XIV əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur.Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir. Lirik əsərlərlə (qəzəl,qəsidə,qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki,bunlar içərisində 1355-ci ildə yazılmış «Təriqətnamə» poeması xüsusilə diqqəti cəlb edir.Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir. Əsərin yazılma səbəbi barədə müəllif bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki,şair uzun müddət «təsəvvüfə dair qısa və aydın bir kitab » yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kermanda onun xanəgahı vardı.Təbii ki, poemanı yazarkən o, ilk növbədə mənsub olduğu təriqətin banisi Şəhabəddin Əbu Həfs Ömər Sührəvərdinin (1145-1235) «Əvarif əl-məarif» əsərinə və bu əsərin İzzəddin Mahmud Kaşani (vəf.1335) tərəfindən həyata keçirilmiş «Misbah əl-hidayə» adlı farsca tərcüməsinə müraciət etmişdir. «Təriqətnamə»nin digər mənbələri sırasında Əbubəkr əl-Kəlabadinin (vəf.995) «ət-Təərrüf li məzhəb ət-təsəvvüf» əsərini və dahi müsəlman mütəfəkkiri Əbu Hamid Məhəmməd əl-Qəzzalinin (1058-1111) «İhya ülum əd-din» kitabını göstər¬mək lazımdır. Sonuncunun təsiri, fikrimizcə, xüsusən etika məsələlərində özünü açıq-aşkar büruzə verir.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Mirzə Rza Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nəsirəddin şahın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. == Tarixi == Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. == Haqqında == Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib.