Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirpikcikli üskükotu
Kirpikcikli üskükotu (lat. Digitalis ciliata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.
Kirpikcikli doqquzdon
Kirpikcikli doqquzdon (lat. Lonicera ciliosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Kipircik
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Kirpikli acılıq
Kirpikli infuzorlar
Kirpikli infuzorlar (lat. Oligohymenophorea) İbtidailərin infuzorlar tipinə aid sinif. Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından, iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikli acılıqotu
Kirpikli acılıqotu (lat. Ephedra ciliata) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İranda, Orta Asiyada təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir.
Kirpikli qurdlar və ya Turbellarilər (Turbellaria)