Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kompüterin arxitekturası
Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s. Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir. "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur. == Mənbə == M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
Kompüterin gücü
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Kvant kompüteri
Kvant kompüteri (ing. quantum computer, ru. квантовый компьютер) – kvant mexanikası əsasında işləyən hesablama qurğusu. Kvant kompüteri klassik mexanikaya əsaslanan klassik kompüterlərdən prinsip etibarilə fərqlənir. Tam miqyaslı kvant kompüteri hələlik hipotetik qurğudur. Onun qurulması kvant mexanikasının çoxlu zərrəciklər sahəsində ciddi inkişafı və mürəkkəb eksperimentlərlə bağlıdır. Məhdud (128 kubit’ədək) kvant kompüterləri artıq qurulub. Klassik kompyuterlərin yaddaşı bitlərdən təşkil olunur. Hər bir bit 1 və ya 0 qiyməti alır. Kvant kompyuterləri isə məlumatı qubitlər vasitəsilə (“quantum bits”) emal edir.
Meynfreym kompüteri
Meynfreym kompüteri(İng.mainframe computer (= mainframe), ru. мейнфрейм )-daha intensiv hesablamalar tələb edən məsələlər üçün işlənib hazlırlanmış yüksək güclü kompüter. Meynfreymlər, adətən, ona qoşulmuş terminallarda eyni vaxtda işləyən çoxlu istifadəçilər tərəfindən istifadə olunur. Superkompüter adlandırılan ən güclü meynfreymlər çox mürəkkəb və uzun müddətli hasablamaları yerinə yetirir, həm sırf elmi, həm də tətbiqi araşdırmalarda alimlər, iş adamları və hərbiçilər tərəfindən çox intensiv istifadə olunur. Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama maşınıdır (EHM). Bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əl kompüteri
“Əl” kompüteri (en. handheld computer) – ölçüləri kiçik olan elə kompüterdir ki, onu bir əldə saxlamaq, o biri əllə isə işləmək olar; adətən, onlardan yükdaşıma xidmətlərində və səfərlərlə (yollarla) bağlı başqa fəaliyyət sahələrində istifadə edirlər. Əl kompüteri, adətən, ovuciçi kompüterdən (PALMTOP) daha ensiz, daha uzun və daha qalın olur; bu kontekstdə belə qurğulara bəzən “əl terminalları” da deyirlər. Bundan başqa, əl kompüterləri bəzən kiçik ölçülü displeylərlə təchiz olunurlar, çünki onların istifadə edildikləri işlərin xarakteri elədir ki, çətin ki, hər bir anda böyük həcmli informasiyaların göstərilməsi (əks etdirilməsi) tələb olunsun. Əl kompüterlərinin çoxunda onların tətbiq olunduqları sahələr üçün spesifik olan patentli proqramlar işləyir; bu proqramlar, adətən, daimi yaddaşda (ROM) saxlanılır. Əl kompüterləri bir qayda olaraq onları mərkəzi kompüterlə birləşdirən rabitə vasitələri ilə təchiz olunurlar və onların bir çoxunun özəl periferiya quğuları, məsələn, verilənləri tez daxil etmək üçün istifadə olunan zolaqlı kodları (strixli kodları) oxuyan qurğusu olur. Əl kompüterlərin demək olar ki, hamısının klaviaturası (ölçüləri çox böyük olan QWERTY tipli adi klaviatura yox) olmasına baxmayaraq, onların nadir hallarda yumşaq disklər kimi daşıyıcıları olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Handheld kompüter nədir?
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kompüterin sistem bloku
== Sistem bloku == Sistem bloku-kompüterin bütün aparat hissəsini, yəni qida blokunu, disk yaddaşını, video adapteri, giriş-çıxış portlarını, həmçinin ən mühüm tərkib hissə olan "ana platası"ni özündə cəmləşdirir. === Ana platası === Ana plata (ingiliscə: mainboard, motherboard, baseboard, system board və ya planar board) müasir kompüter kimi mürəkkəb elektron sistemin əsas və ən mərkəzi çap dövrə lövhəsidir. Apple kompüterlərindəki ekvivalent məntiq lövhəsi adlanır və bəzən mobo kimi qısaldılır. Fiziki quruluş baxımından ana platalar xüsusi ərinti blokunun üzərinə yerləşdirilmiş və içərisində RAM yuvaları, genişləndirmə kartı yuvaları, sxemlər və çiplər olan kvadrat formalı lövhədir. Bu lövhə iş sistemini təşkil edir. Bu təşkilat anakartdakı çipsetlər sayəsində baş verir. Prosessorun-bütün proqramları yerinə yetirən mikro prosessor(MP) üzərində qurulmuşdur. Kompüterin işləmə sürəti əsasən prosessorun işləmə sürəti ilə təyin olunur. Prosessorun məhsuldarlığı(cəldliyi)-bir saniyədə yerinə yetirilən elementar əməllərin sayıdır. Prosessorun əsas parametrləri bunlardır:mərtəbəlilik, işçi takt tezliyi, nüvəsi, keş yaddaşının həcmi.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
PDA (cib kompüteri)
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.