Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koryajma
Koryajma (rus. Коря́жма) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən şəhər. Şəhər dairəsinin mərkəzi Koryajma şəhəridir. Əhalinin sayı — 37 092 nəf. Sahəsi — 50,11 km². Əraziyə dair ilk annalistik qeyd 1535-ci ildə baş verdi. 1985-ci ildə Koryajma regional tabe bir şəhər statusu verildi. == İqtisadiyyatı == === Sənaye === Şəhərin yaranması və inkişaf tarixi Kotlas kağız dəyirmanı ilə əlaqədardır. İndiki şəhər formalaşdıran müəssisə olan Koryajmada "İlim Qrup" ASC-nin filialı, məhsul və xidmətlərin ümumi şəhər həcminin 91,7%-ni tutur. Şəhərdə bu müəssisələr yerləşir: ASC Kotlas Kimya Zavodu "Koryajma Sənaye Müəssisələri Kombinatı" ASC — şirkət ləğv edilir Koryajma İnşaat Tresti ASC — şirkət ləğv edildi 2009-cu ildə istehsal olunan istehsal, iş və xidmətlərin istehsal sənayesində göndərilmiş malların həcmi 15,37 milyard rubl təşkil etmişdir.
Kortala
Kortala — Azərbaycan Respublikasının Balakən rayonunun Kortala kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin adı türk dilindəki kora (təzə doğulmuş quzuların saxlandığı yer) və tala (meşədə açıq sahə)komponentlərindən düzəlib. Kəndin ərazisi keçmişdə maldarların qışlaq yeri olmuş, ona görə də kənd belə adlandırılmışdır. Kortala kəndinin tarixi hələ eramızdan əvvəllərə gedib çıxır. Kortala kəndinin dəqiq tarixi məlum olmasa da, kənd tarixini iki hissəyə bölmək olar. İlkin dövr və müasir dövr. İlkin dövr eramızdan əvvəl VII–IV yüzilliklərə aid arxeolojo tapintilardan məlum olur ki, bu ərazilərdə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşma isə, XVIII əsrin əvvəllərinə təsadüf edir. Bunu kəndin mərkəzindəki qəbiristanlıqdakı XVIII əsr qəbirlərinə nəzərən demək olar. Kortala kəndinin əhalisi bu ərazilərdə bir neçə dəfə məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Koşala
Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu. Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə xüsusilə güclənmişdir. Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi.
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Boşalma quruluş
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Kortala bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Xüsusi Borcalma Hüququ
Beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu 1970-ci ildə yeni növ beynəlxalq pul vahidini — ehtiyat və ödəniş vasitəsini – SDR (Special Drawing Rights - xüsusi iqtibas hüququnu, başqa sözlə, xüsusi borcalma hüququnu) yaratdı. Bu yeni aktiv valyutadan tarazsızlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR Beynəlxalq Valyuta Fonduna (BVF-ə) üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. 1971-ci ildə SDR hesab pul vahidinin qəti müəyyən edilmiş qızıl məzmunu dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi, lakin dolların iki dəfə (1971 və 1973-cü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-cü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR pul vahidinin dəyəri "valyuta səbəti", yəni aparıcı kapitalist ölkələrinin 16 valyutasının, 1981-ci ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR-nin markası, fransız frankı, yapon yeni və İngiltərə funt-sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbəti növbəti dəfə baxıldıqda 1 yanvar 1986-cı ildən həmin səbətdə yapon pul vahidinin — yenin xüsusi çəkisi artırıldı. 1991–1996-cı illərdə yenidən baxıldıqda səbətdə valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. AVRO-nun tətbiqi ilə əlaqədar "standart səbət" yenə də 2001-ci ildə dəyişdirildi. BVF-nin yeni Nizamnaməsinə uyğun olaraq SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıcı dünya valyutalarının (ABŞ dolları, avro, yapon yeni və İngiltərə funt-sterlinqi) əsasında müəyyən edilir. Hər bir valyutanın nisbi tutumu ölkənin dünya mal xidmətləri ixracatında xüsusi çəkisi və digər ölkələr tərəfindən ehtiyat vəsaitləri keyfiyyətində valyutadan istifadə etmələri kimi göstəricilərdən irəli gələrək müəyyənləşdirilir. Həmin göstərilən göstəricilərin əsasında valyutaların siyahısı, həmçinin onların standart səbətdə xüsusi çəkisi hər beş ildən bir yenidən baxılır.
Qaz boşalma displeyi
Qaz boşalma displeyi -(ing.gas-discharge display, ru.газоразрядный дисплей) - çox kiçik neon lampalarının birləşməsindən ibarət olan yastı-ekran displey növü. Neon üfüqi və şaquli elektrod qrupları arasından keçir ki, onlar da hər bir elektrod cütünün kəsişməsindəki pikseli işıqlandırmaq üçün fərdi yüklənə bilər. Sin: GAS-PLASMA DISPLAY. Qaz-plazma displeyi' - (ing. gas-plasma display, ru.плазменный дисплей) İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Drenaj sistemi (Boşalma quruluş)
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.