KORŞALMAQ

f. dan. Kütləşmək, itiliyini itirmək, küt olmaq. Bıçaq korşalıb.
– …Korşalan baltanı hər altmış-yetmiş metrdən bir çıxarmaq lazım gəlirdi. M.Hüseyn.

// Məc. mənada.
Molla çox arxayınlıqla şəhadət barmağını qaldırdı: – Məgər hafizəniz korşalıbmı? S.Rəhimov.

Синонимы

  • KORŞALMAQ korşalmaq bax kütləşmək

Антонимы

  • KORŞALMAQ KORŞALMAQ – KƏSƏRLƏŞMƏK Bıçağı bülövə çəkdim, indi kəsərləşib. Bu qılınc isə çox korşalmışdı (M.İbrahimov)

Этимология

  • KORŞALMAQ Bu, kor sözü ilə bağlıdır, kor isə fars mənşəlidir. Bizdə ötməz (yəni kəsməz) sözü işlədilib.
KORŞALMA
KORŞALTMA

Значение слова в других словарях