Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycanda kosmetika
Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər. Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır. Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir. == Tarixi == Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar, və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi.
Yaponiyada kosmetika
Yaponiyada kosmetika qadınlar tərəfindən geniş istifadə olunur. Ənənəvi kosmetika məhsullarına ohaquro, oşiroy, beni, mayuzumi, nukabukuro kimi məhsullar aiddir. Hal-hazırda ənənəvi kosmetika ancaq kabuki aktyorları, geyşalar və maykolar tərəfindən tətbiq olunur. == Tarix == Yaponiyada kosmetikanın tarixi VI əsrə qədər uzanır. Pudra, allandırıcı, qaş boyası və digər kosmetika məhsullarının istifadəsi və istehsalı Yaponiyaya VI əsrdə Çin və Koreyadan gəlmişdir. İlk dövrlərdə kosmetika məhsulları ancaq dini mərasim və festival iştirakçıları tərəfindən istifadə olunurdu, gözəllik məqsədləri üçün tətbiq olunmurdu. Lakin vaxt keçdikcə kosmetika məhsulları saray əyanları arasında gözəlliyi vurğulamaq üçün istifadə olunmağa başlanmışdır. Heyan dövründən etibarən qadınlar, eləcə də, kişilər kosmetikadan istifadə edirdilər.XVI əsrdə üz lasyonu hazırlamaq Hollandiya, Portuqaliya və İspaniya kimi ölkələr vasitəsilə Yaponiyaya keçmişdir. Edo dövründə saç stilləri ilə birlikdə makyaj stilləri də dəyişmişdir. Dəb kabuki aktyorları, kurtizankalar və geyşalar tərəfindən müəyyənləşdirilirdi, ukiyo-e qravürləri və populyar ədəbiyyat isə vasitəçi alətlər idi.
Osmotik təzyiq
Osmotik təzyiq — termodinamik parametr; məhlulun saf həlledici ilə təmasda olduğu zaman həllolan maddə və həlledici maye molekullarının qarşılıqlı diffuziyası nəticəsində qatılığının azalmasına meylini xarakterizə edir. Məhlulla saf həlledici arasında membran qoyduqda yalnız birtərəfli diffuziya (membran həlledicinin məhlula osmotik sorulması) mümkündür. Sorulma nəticəsində məhlulun səviyyəsi yüksəlir və bu yüksəlmə qalxan maye sütununun hidrostatik təzyiqi həllolan maddənin osmotik təzyiqinə bərabərləşənədək(osmotik tarazılıq yarananadək) davam edir və məhlul tərəfdən əlavə osmotik təzyiq yaranır. Bu təzyiq birbaşa ölçülür. həllolan maddənin təsiri nəticəsində həlledici mayenin kimyəvi potensialı azalır. Termodinamik baxımdan bu, osmotik təzyiqin kimyəvi potensialını bərabərləşdirmək və sərbəst enerjinin daha aşağı səviyyələrinə keçmək meyli maddənin osmotik köçürülməsinə səbəb olur. İdeal və son dərəcə duru məhlulda osmotik təzyiq həlledici və həllolan maddələrin təbiətindən asılı deyil. Sabit temperaturda o yalnız kinetik elementlərin (məhlulun vahid həcmindəki ionların, molekulların, kolloid hissəciklərinin) sayı ilə təyin olunur. == Osmos == Osmos — məhlulu saf həlledicidən, yaxud müxtəlif qatılıqda 2 məhlulu bir-birindən ayıran arakəsmədən maddələrin birinin diffuziyası. == Mənbə == A. Məhərrəmov, M. Allahverdiyev və b.
Halley kometi
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. == Elmi araşdırmalar == Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Kosmik biologiya
Kоsmik biоlоgiya (kosmobiologiya) - kоsmik fəzada, kosmik gəmilərdə uçuşlar zamanı canlılarda gedən prоsesləri, оnların Yer şəraitindən fərqini, çəkisiz mühitin orqanizmə üzərində təsirini, insanın qida və оksigenlə təchiz оlunmasını, tullantılardan təkrar istifadə etmək kimi prоblemləri öyrənir. Kosmobiologiya insanın kоsmоsu tədqiqi ilə əlaqədar XX əsrdə yaranmış bir elm sahəsidir.
Kosmik fəza
Kosmik fəza — Yerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlər və asteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur.
Kosmik geodeziya
Kosmik geodeziya geodeziyanın xüsusi sahəsidir; Yerin peyk sistemi və digər kosmik aparatlar və Ayı müşahidə etməklə elmi və praktiki problemləri həll edir. K. g.-nin əsas vəzifələri: beynəlxalq səviyyədə qəbul edilmiş proqram vasitəsilə Yer səthində nöqtələrin qarşılıqlı yerlərinin müəyyən edilməsi; Yerin ağırlıq mərkəzinə nisbətən istinad ellipsoidinin mərkəzinin müəyyən edilməsi; Yerin ağırlıq mərkəzinə nisbətən nöqtələrin mütləq koordinatlarının tapılması və vahid qlobal koordinat sisteminin yaradılması; bütün geodeziya sistemləri arasında əlaqənin təmin edilməsi; Yerin xarici qravitasiya sahəsinin və Yerin formasının təyini; geodeziyanın bəzi fundamental sabitlərinin davamlı təyini. K. g. haqqında ilk işlər 18-ci əsrin ikinci yarısında aparılmışdır. Lakin 20-ci əsrin 60-cı illərindən K. g. Problemlərin həlli üçün Yer peyklərindən istifadə edilir. K. g-nin həndəsi və dinamik məsələləri də var. Yer səthində və kosmik gəminin səthində nöqtələrin qarşılıqlı vəziyyətinin koordinat sistemində müəyyən edilməsi həndəsi məsələdir; Kosmik vasitələrin orbital elementləri əsasında Yerin cazibə sahəsinin parametrlərinin müəyyən edilməsi dinamik məsələdir.
Kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Kosmik körpü
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Kosmik latte
Kozmik latte - bir digər adı ilə kainatın rəngi Cons Hopkins Universitetinin astrofizika heyəti tərəfindən irəli sürülən proyekt. == Rənglərin adlandırılması == Hər keçən gün ovsunlayıcı kainatımızın fərqli bir rəsmi və ya fotoşəkili ortaya çıxır. Yaxşı kainatın fotoşəkilinə baxdığınız zaman nə görürsünüz? Ulduzlar, qalaktikalar, supernovalar və böyük qaranlıq. Bəs sizə bu qaranlığın qaranlıq olmadığını kainatın əsl rənginin “latte” olduğunu desək necə? Bəli kainatın bu anda əsl rəngi İtalyan dilində süd mənasını verən lattedir. Astronomlar uzun araşdırmalardan sonra kainatın “orta” bir rəngi olaraq latte rəngini ortaya qoydular. 2001-ci ildə Karl Glazebrook və Ivan Baldry kainatın rəngini yaşımtıl ağ olduğunu təyin etmişdi. Ancaq qısa bir müddət sonra öz araşdırmalarına kainatdakı bütün işığın rənginin yüngülcə ağ olduğunu əlavə edərək analizlərini düzətdilər. Bu araşdırmaya 200.000’dən çox qalaktika daxil edilərək kainatın böyük bir sahəsindən gələn işığın spektral aralığı qiymətləndirilərək edilib.
Kosmik lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Kosmik naviqasiya
Kosmik naviqasiya — kosmik gəmilərin yerini müəyyənləşdirmək və ya süni peyklərdən istifadə edərək yerdəki müəyyən bir nöqtənin yerini müəyyən etmək. Birinci halda naviqasiya tapşırığı təyyarənin digər təyyarə və ya kosmik cisimlərə nisbətən yerini müəyyən etmək və maddi nöqtə kimi təyyarənin hərəkətini proqnozlaşdırmaqdır. Kosmik naviqasiya sisteminə həm bortda, həm də xarici (başqa kosmik gəmidə və ya gövdədə yerləşən) ölçü alətləri və hesablama vasitələri daxildir. Bu zaman kosmik naviqasiya avtomatik və ya bir şəxsin (kosmonavt və ya başqa kosmik gövdədə yerləşən operatorun) iştirakı ilə həyata keçirilə bilər. Son zamanlarda peyk naviqasiya sistemləri, xüsusən də GPS peyklərin yerini müəyyən etmək üçün də istifadə oluna bilər.İkinci halda, naviqasiya tapşırığı yerdəki bir nöqtənin enini, uzunluğunu və hündürlüyünü təyin etmək üçün azaldılır. Bu vəziyyətdə naviqasiya sistemi orbitdəki bir qrup süni peykdən və peyklərdən siqnal qəbul etməyə və alınan məlumatları emal etməyə qadir olan bir cihazdan ibarətdir. Ən çox istifadə edilən naviqasiya sistemi GPS-dir. Hazırda Avropa Galileo sisteminin inkişafı davam edir. == Həmçinin bax == Peyk naviqasiya sistemi.
Kosmik stansiya
Kosmik stansiya və ya orbital stansiya — Yer kürəsinə yaxın orbitlərdə insanların kosmik fəzada uzunmüddətli elmi tədqiqatlar, kəşfiyyatlar, Yer səthi və atmosferinin müşahidəsi, astronomik müşahidələr aparması üçün nəzərdə tutulmuş kosmik aparat. Orbital stansiyaya müxtəlif heyətlər xidmət göstərdiyi üçün kosmik nəqliyyat gəmiləri vasitəsilə ona vaxtaşırı kosmonavtlar və müvafiq yüklər daşınır. Pilotla idarə olunan ilk belə orbital stansiya 1971-ci ildə SSRİ tərəfindən buraxılmış "Salyut" orbiyal stansiyasıdır. 1973-cü ildə ABŞ-nin "Skayleb" orbital stansiyası orbitə çıxarıldı. Orbital stansiyadakı avadanlıqlar bilavasitə kosmonavtların iştirakı ilə, eləcə də avtomatik rejimdə işləyə bilir. Bu da ondan bir çox elmi və tətbiqi məsələlərin (astrofiziki tədqiqatların, fiziki-texniki və tibbi-bioloji eksperiadentlərin, meteoroloji müşahidələrin aparılması s.) həlli üçün istifadə etməyə imkan verir. == Kosmik stansiyalar == Salyut orbital stansiyaları Salyut-1 (DOS-1, 1971) DOS-2 (1972) — orbitə çıxmamışdır Salyut-2 (OPS-1, 1973) — Almaz proyektinin bir hissəsi. Kosmos-557 (DOS-3, 1973) — nəzarət itirilib Salyut-3 (OPS-2, 1974–1975), Almaz proyektinin bir hissəsi. Salyut-4 (DOS-4, 1974–1977) Salyut-5 (OPS-3, 1976–1977), Almaz proyektinin bir hissəsi. Salyut-6 (DOS-5–1, 1977–1982) Salyut-7 (DOS-5–2, 1982–1991) SkyLab (1973–1979) Mir (Salyut-8, DOS-6, 1986–2001) Beynəlxalq Kosmik Stansiya (1998-ci ildən) — 16 dövlətin kondominiumu Genesis — ABŞ-nin Bigelow Aerospace şirkətinə məxsusdur.
Kosmik sürətlər
== I kosmik sürət == Yer səthindən üfüqi istiqamətdə atılmış cismə (cismin ölçüsü Yerin radiusuna nisbətən çox kiçikdir) hansı sürət vermək lazımdır ki, o Yerin süni peykinə çevrilsin? Bu suala cavab vermək məqsədilə məsələni tərsinə həll edək. Fərz edək ki, üfüqi istiqamətdə atılmış cismə elə v 1 {\displaystyle v_{1}} sürəti verilmişdir ki, həmin cisim Yerin səthi yaxınlığında r = R Y {\displaystyle r=R_{Y}} radiuslu çevrə boyunca Yer ətrafinda fırlanır . Havanın sürtünmə qüvvəsi nəzərə alınmadıqda bu cisim yalnız Yerin cazibə qüvvəsinin təsiri ilə hərəkət edir. Bu halda cismə təsir edən mərkəzəqaçma qüvvəsini yaradan səbəb Yerin cazibəsidir, başqa sözlə, Yerin cismi cəzbetmə qüvvəsi mərkəzə- qaçma qüvvə rolunu oynayır. Ondan sonra: m v 1 2 R Y = γ m M Y R Y 2 {\displaystyle {\frac {mv_{1}^{2}}{R_{Y}}}=\gamma {\frac {mM_{Y}}{R_{Y}^{2}}}} (1) v 1 = γ M Y R Y {\displaystyle v_{1}={\sqrt {\gamma {\frac {M_{Y}}{R_{Y}}}}}} (2) γ {\displaystyle \gamma } , M Y {\displaystyle M_{Y}} və R Y {\displaystyle R_{Y}} -in qiymətlərini (2)-də nəzərə alsaq, v 1 ≅ 8 k m s a n {\displaystyle v_{1}\cong 8{\frac {km}{san}}} . Deməli, üfüqi istiqamətdə atılmış cismə ən azı 8 {\displaystyle 8} k m / s a n {\displaystyle km/san} sürət vermək lazımdır ki, o Yerin süni peykinə çevrilsin. Bu sürət birinci kosmik sürət adlanır.Dünyada ilk dəfə ( 12 aprel 1961-ci il) Yer ətrafında gəmi-peykdə səyahət edən o zamankı sovet kosmonavtı Y.A.Qaqarin olmuşdur. Daşıyıcı raket gəmi-peyk sisteminə üfüqi istiqamətdə 8 {\displaystyle 8} k m ∖ s a n {\displaystyle km\backslash san} sürəti verərək ondan ayırır. Bu andan etibarən gəmi-peyk yalnız Yerin cazibə qüvvəsinin təsiri ilə hərəkət etmişdir.
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. == İnsanlı və insansız kosmik uçuş == İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. == Komersiya uçuşları == Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Kosmik şüalar
Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırlar. == Kosmik şüaların mənbələri == Kosmik şüaların mənbəyinə dair erkən spekülasyon Baade və Zwicky tərəfindən 1934-cü ildəki supernovalardan meydana gələn kosmik şüalara dair bir təklif idi. Horace B. Babcokun 1948-ci ildəki təklifi, maqnit dəyişən ulduzların kosmik şüalara səbəb ola biləcəyini irəli sürdü. Sonradan, 1951-ci ildə Y. Sekido et al.
Kosmik şattl
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
2001: Kosmik Odissey
2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur. Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır. 2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.
ABŞ Kosmik Komandanlığı
Amerika Birləşmiş Ştatları Kosmik Komandanlığı (USSPACECOM və ya SPACECOM) — Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Vahid Döyüş Komandanlıqlarından biridir. Onun vəzifəsi kosmosdakı hərbi əməliyyatlara, xüsusən dəniz səviyyəsindən 100 kilometr yuxarıdakı bütün əməliyyatlara cavabdehlik və nəzarətdir. ABŞ-nin hərbi kosmik əməliyyatları əvvəlcə 1945-ci ildə başlamışdı, lakin 1985-ci ilin sentyabrına qədər bütün hərbi qüvvələrin xarici kosmosda ortaq komandanlıq və nəzarətinin təmin edilməsi və digər döyüş komandanlıları ilə əlaqələndirilməsini təmin etmək üçün Kosmik Komandanlıq yaradılmadı. SPACECOM 2002-ci ildə ləğv edildi və onun bütün vəzifələri və qüvvələri Birləşmiş Ştatların Strategiya Komandanlığına birləşdirildi. Təxminən 17 il sonra, Kosmik Komandanlıq 29 avqust 2019-da yenidən quruldu və döyüş bölgəsi olaraq kosmosa yenidən diqqət yetirildi.
Avropa Kosmik Agentliyi
Avropa Kosmik Agentliyi (ing. European Space Agency, ESA) — 1975-ci ildə kosmosun tədqiq üçün yaradılmış beynəlxalq təşkilat. ЕSА-nın 22 daimi üzvü var, bəzi layihələrində Sloveniya, Latviya və Kanada da iştirak edirlər.