Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuçerov reaksiyası
Kuçerov reaksiyası — asetilen birləşmələrinin hidratlaşma reaksiyası ilə karbonil birləşmələrinin yaranmasıdır. == Reaksiyalar == H C ≡ C H + H 2 O → H g S O 4 , H + C H 3 C H O {\displaystyle {\mathsf {HC\equiv CH+H_{2}O{\xrightarrow[{}]{HgSO_{4},H^{+}}}CH_{3}CHO}}} C 6 H 5 C ≡ C H + H 2 O → H g S O 4 , H + C 6 H 5 C ( O ) C H 3 {\displaystyle {\mathsf {C_{6}H_{5}C\equiv CH+H_{2}O{\xrightarrow[{}]{HgSO_{4},H^{+}}}C_{6}H_{5}C(O)CH_{3}}}} == Tarixi == İlk dəfə bu reaksiya 1881-ci ildə Rusiya kimyaçısı Mixail Qriqoryeviç Kuçerov tərəfindən kəşf edilmişdir. Kuçerov reaksiyasında katalizatorun zərərli təsiri səbəbindən ötrü hal-hazırda bu reaksiyadan istifadə edilmir. Kuçerov reaksiyasının əsasında Asetilendən Asetildehid almaq dayanır. Reaksiyanın katalizator kimi Civə (Hg2+) ionunun duzlarından istifadə edilir.
Mixail Kuçerov
Mixail Qriqoryeviç Kuçerov (rus. Михаил Григорьевич Кучеров, 1850-1911) — Rusiya üzvi kimyaçısıdır. Əsas elmi işləri Doymamış karbohidrogenlərə aiddir. 1881-ci ildə Kuçerov reaksiyasını elmə daxil edir. Bu kəşfə görə 1885-ci ildə mükafata layiq görülür. 1915-ci ildə onun adını daşıyan mükafatı kimya sahəsində işləyən alimlərə təqdim edilməyə başlanılır. == Ədəbiyyat == Пешекерова М. С., Михаил Григорьевич Кучеров, в кн.: Материалы по истории отечественной химии, М. — Л., 1954; Есафов В. И., М. Г. Кучеров, М., 1972.
Mixail Qriqoryeviç Kuçerov
Mixail Qriqoryeviç Kuçerov (rus. Михаил Григорьевич Кучеров, 1850-1911) — Rusiya üzvi kimyaçısıdır. Əsas elmi işləri Doymamış karbohidrogenlərə aiddir. 1881-ci ildə Kuçerov reaksiyasını elmə daxil edir. Bu kəşfə görə 1885-ci ildə mükafata layiq görülür. 1915-ci ildə onun adını daşıyan mükafatı kimya sahəsində işləyən alimlərə təqdim edilməyə başlanılır. == Ədəbiyyat == Пешекерова М. С., Михаил Григорьевич Кучеров, в кн.: Материалы по истории отечественной химии, М. — Л., 1954; Есафов В. И., М. Г. Кучеров, М., 1972.
Vasili Koçerov
Vasili Qriqoryeviç Koçerov (rus. Кочеров Василий Григорьевич) — sovet ordusunun baş giziri, İkinci Dünya müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944), "Lenin" və "Qırmızı ulduz" ordenlərinin kavaleri. == Həyatı == Vasili Кoçerov 1921-ci ildə Telegino kəndində (hazırda Penza vilayətinin Kolışley rayonunda yerləşir) anadan olub. Orta məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1940-cı ilin sentyabrında sovet ordusunda xidmətə başlayıb. 1941-ci ildən döyüşlərdə iştirak edib. 24 iyul 1944-cü ildə döyüşdə həlak olub. Şutukve şəhərində dəfn edilib. "Lenin" ordeni, "Qızıl ulduz" medalı, "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni ilə təltif olunub. Moskvada küçələrdən birinə Vasili Koçerovun adı verilib və burada onun heykəli qoyulub.
Puçero
Puçero — əvvəlcə İspaniya, daha dəqiq Əndəlus, sonralar Argentina, Kolumbiya, Uruqvay, Filippin və Kanar adaları mətbəxlərinə aid şorbaya yaxın olan isti yemək. Puçeroya ən oxşar yemək kosido hesab olunur. == Puçero Əndəlusda == Əvvəllər Əndəlusda puçero kəndli yeməyi hesab olunurdu. Onun tərkibinə noxud, düyü və ya makaron, konservləşdirilmiş ət, kartof, müxtəlif tərəvəzlər: kələm, kabaçok, çuğundur daxildir. Puçero bir neçə günə hazırlanır. Birinci gün onu düyü ilə, sonrakı günlər ənənəvi olaraq makaronla yeyilir. Puçerodan artıq qalan sous digər yeməklərin hazırlanmasında istifadə olunur. Artıq ət tikələri isə prinqa adlanan yeməklə birlikdə verilir. == Xarici keçid == Пучеро. Мексиканская кухня.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Aleksandr Çuçelov
Aleksandr Dmitriyeviç Çuçelov (26 aprel 1933, Tallin, Estoniya — 1 yanvar 2017) — Estoniyanı və SSRİ-ni beynəlxalq yarışlarda təmsil etmiş yelkənli qayıqçı. Olimpiya Oyunlarında gümüş medal qazanmışdır. Estoniya SSR-in əməkdar məşqçisi olmuşdur. == Karyerası == Çuçelov 1960 Yay Olimpiya Oyunlarında iştirak etmiş və Finn sinfi üzrə gümüş medal qazanmışdır. Tokioda təşkil edilən 1964 Yay Olimpiya Oyunlarında Çuçelov həmin sinif üzrə 12-ci yeri tutmuşdur. Finn sinfindən sonra Solinq sinfinə keçdi. Bu üzrə o, SSRİ-də üç dəfə çempion oldu. 1976-cı ildən məşqçi kimi fəaliyyət göstərməyə başladı. İdman gəmi inşaatının Tallin eksperimental tərsanəsində baş konstruktor işləyirdi. 1979-cu ildə Estoniya SSR-in əməkdar məşqçisi adına layiq görülmüşdür.
Anatoli Kuleşov
Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytenantı. 2009-cu il iyunun 2-dən 2012-ci il mayın 11-dək Belarusun daxili işlər naziri olmuşdur. == Həyatı == 1977-1979-cu illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir. Milis idarəsində 1980-ci ildən Minskdə binaların, obyektlərin, Dövlət Bankı müəssisələrin mühafizəsi alayının milisioneri kimi xidmətə başlamışdır. 1986-cı ildə SSRİ DİN-in Minsk ali məktəbini, 1992-ci ildə SSRİ DİN Akademiyasını (indiki Belarus Respublikası DİN-in Akademiyası). Hüquq-mühafizə fəaliyyətinin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil.alıb. SSRİ DİN-in Minsk ali məktəbini bitirdikdən sonra Minskin Lenin rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkili işlədi. 1992-ci ilin noyabrından kriminal milis şöbəsinə rəhbərlik edib. 1995-ci ilin mart ayında Minsk şəhəri Daxili İşlər İdarəsinin cinayət axtarışı idarəsinin rəis müavini təyin edilib.
Maks Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur. == İstinadlar == Maksim Koçetov 3,14...
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur. == İstinadlar == Maksim Koçetov 3,14...
Lukaş Kuçera
Lukaş Kuçera (18 aprel 2000-ci ildə Slovakiyada anadan olub) — Slovakiya Super Liqası təmsilçilərindən olan Senitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Senitsa === Kuçera Senitsa akademiyası vasitəsilə inkişaf etmişdir. Kuçera öz peşəkar karyerasında debütünü 13 may 2017-ci ildə Jilina klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Tomaş Briqantı əvəz etmişdir. Həmin görüşdə Senitsa liqa görüşündə rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Slovakiya Superkuboku görüşləri daxildir.
Nadejda Kuçer
Nadejda Kuçer (rus. Надежда Анатольевна Кучер; 18.5.1983, SSRİ, Minsk) — Müğənni (lirik soprano).
Rucero Leonkavallo
Rucero Leonkavallo (it. Ruggero Leoncavallo; 23 aprel 1857[…], Neapol – 9 avqust 1919[…]) — italyan bəstəkarı, 20 dən artıq opera əsərinin müəllifi. Tərəfindən bəstələnmiş iki pərdəli, proloqlu Palyaçolar (it. Pagliacci) oprası ona dünya şöhrəti qazandırmışdır. Atası — Vinçenso Leonkavallo hakim olmuş, anası Virciniya D`Aurio rəssam ailəsindən çıxmışdır. Bəstəkar öz təhsilini Neapol konservatoriyasında almışdır. === Operaları === Pagliacci (Milan, 21 may 1892) I Medici (Milan, 10 noyabr 1893) Chatterton (Roma, 10 mart 1896) La bohème (Venesiya, 6 may 1897) Zazà (Milan, 10 noyabr 1900) Der Roland von Berlin (Berlin, 13 dekabr 1904) Maià (Roma, 15 yanvar 1910) Zingari (London, 16 sentyabr 1912) Mameli (Genuya, 27 aprel 1916) Edipo re (Çikaqo, 13 dekabr 1920) === Operettaları === La jeunesse de Figaro Malbrouck La reginetta delle rose Are you There? La candidata Prestami tua moglie A chi la giarrettiera?
İlmi Ümerov
İlmi Ümerov (krımtat. İlmi Rustem oğlu Ümerov; 3 avqust 1957, Fərqanə vilayəti) — Ukraynalı dövlət xadimi, 2015-ci ildən bəri Krım Tatar Milli Məclisi sədrinin müavini, 2002–2005-ci illərdə Krım Ali Şurası sədrinin müavini, 2005–2014-cü illərdə Baxçasaray rayonu dövlət idarəsinin başçısı. == Bioqrafiyası == 1980-ci ildə Əndican Dövlət Tibb İnstitutunun tibb fakültəsini bitirmişdir. 1980–1981-ci illərdə Fərqanə şəhər doğum evinin həkimi olur. 1981–1984 — Fərqanə vilayəti, Marqilan şəhər xəstəxanasının mama-ginekoloqu olur. 1984-cü ildə Marqilan İpək Fabrikinin tibbi hissəsinin anestezioloq-reanimatoloqu olur. 1986–1988-ci illərdə Krasnodar vilayəti Krımsk şəhəri Krım Rayon Xəstəxanasının anestezioloq-reanimatoloqu işləyir. 1990–1992-ci illər arasında Krım, Baxçasaray rayonu Dostluq Kooperativinin Satınalma Mühəndisi olur. 1992–1994-cü illərdə isə Elmaz MMC-nin direktoru olur. 1993-cü ilin payızında Milli Firqə Krım Tatar partiyasının yenidən qurulmasını müdafiə edir.