Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Egid Kvirin Azam
Egid Kvirin Azam (alm. Egid Quirin Asam‎; 1692[…], Tegernze[d] – 29 aprel 1750[…], Manhaym) — Almaniya suvaqçısı, heykəltəraşı və interyer dekoratoru. Barokko dövrünün axırlarında yaşayıb-yaratmış, əsasən qardaşı Kosmas Damian Azamla birlikdə işləmişdir. == Həyatı == Egid Kvirin Azam 1692-cu ildə Bavariyada, Tegernze şəhərində anadan olmuşdur. O, atasından heykəltəraşlıq təhsili almışdır. Azam ömrünün ortalarında Münhendə məskunlaşmışdır. Onun ən məşhur əsərlərindən biri Cənubi Almaniyanın barokkosunun ən əhəmiyyətli memarlıq strukturlarından biri olan, Münhen şəhərində yerləşən Azamkirxe kilsəsidir. Egid Kvirin Azam 29 aprel 1750-ci ildə Manhaym şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Friedrich Wilhelm Bautz: Asam, Egid Quirin. In: Biographisch-Bibliographisches Kirchenlexikon (BBKL).
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Kvarsit
Kvarsit – gözlə və ya zərrəbin altında seçilən, kvarsdan təşkil olunmuş, kvars materialı ilə də sementləşmiş dənəvər süxur Geoloji praktikada, demək olar ki, sırf silisium oksidindən (kvars və opal – xalsedon – kvars qarışığı) təşkil olmuş, sıx və bərk süxurlar kvarsit adlandırılır. == Yaranması == Kvarsit kvars qumdaşları və bəzi maqmatik süxurlarin (porfirlər) metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Massiv kvars qumdaşları, habelə aşınma qabıqlarında rast gələn metasomatik mənşəli (hipergen kvarsitlər) dənəvər kvars süxurları da bəzən kvarsit adlanır. Mis kolçedanı yataqlarının oksidləşməsilə bağlı hipergen kvarsit digər süxurlar arasında aydın seçildiyindən, bu fliz üçün axtarış əlamətidir. Güman edilir ki, habelə hidrotermal məhlullarla dəniz dibinə çıxarılan silisium oksidi də, başqa komponentlər (Fe, Mn və b.) iştirak etmədikdə, çox vaxt mikrokvarsitlər adlanan kvarsit linzalarının əmələ gəlməsinə səbəb olur. Kvarsit tikintidə və turşuya davamlı material, əsasən xammal kimi odadavamlı kərpic (dinasin) istehsalında və metaləritmə sənayesində flüs kimi istifadə olunur. == Tərkibi == 100–450 mpa xüsusi kütləsi, orta hesabla 2,6 q/sm³ sıxlıq, orta hesabla 2,68 q/sm³ uzunömürlüyü — 150–300 il == Dəmirli kvarsitlər == Dəmirli kvarsitlər dərin metamorfizmə uğramış kvarslı-dəmirli çöküntülərdir və ya vulkanogen-çökmə süxurlardır. Kembriyəqədər süxurlar içərisində geniş yayılmışlar. Aydınlaylı, adətən incə zolaqlı kvars, silikat-maqnetitli və ya hematitli süxurlarla təmsil olunmuşdur. Ayrı-ayrı nazik laycıqlarda (0,1–20 mm) hər hansı bir mineral (kvars, maqnetit və ya martit, hematit, xlorit, serisit, biotit, amfibol və başqa) miqdarca üstünlük təşkil edir.
Kaviria
Kaviria (lat. Kaviria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Keiria
Ocotea (lat. Ocotea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Oviri
Oviri (Taiti dilində vəhşi və ya cəllad deməkdir) — fransız rəssamı Pol Qogen tərəfindən 1894-cü ildə keramikadan hazırlanmış heykəldir. Taiti mifologiyasında Oviri matəm ilahəsi idi və uzun solğun saçları, vəhşi gözləri ilə qucağında bir balanı sıxarkən qurdu ayaqları ilə boğaraq təsvir edilir. İncəsənət tarixçilərinin rəyinə əsasən adətən Qoqen bunu "sivil vəhşi" kimi öz imicini gücləndirmək üçün bir epitet kimi nəzərdə tuturmuş. Onun dövrünün Taiti ilahələri 1894-cü ilə qədər xalq yaddaşında qalmışdır, lakin Qoqen daha qədim mənbələrə, o cümlədən " heyvanların ustadı " tipli Assuriya relyefinə və Majapahit mumiyalarına çatdıqda adanın keçmişini romantikləşdirirdi. Digər ehtimal edilən təsirlərə Markesa adalarından qorunmuş kəllələr, Borobudurda tapılan fiqurlar və mərkəzi Javadakı 9-cu əsrə aid Mahayana Buddist məbədi daxildir. Qoqen hər biri qismən şüşəli daş məmulatlardan ibarət üç tökmə düzəldir və bir neçə nüsxə gips və ya bürüncdən ibarət olsa da, orijinal tökmə Musée d'Orsay -da saxlanılır. Onun satışı isə uğurlu alınmadı. Maddi və şəxsi vəziyyəti aşağı düşdükdə o, məzarının üstünə birinin də qoyulmasını istədi. Qoqenin bu fiqurla bağlı mövcud yalnız üç şərhi var: o, 1895-ci ildə Stefan Mallarme üçün Ovirinin ağac oymağının iki təəssüratının təqdimatında qəribə və qəddar müəmma kimi təsvir etmişdir; o, 1897-ci ildə Ambroise Vollard- a yazdığı məktubda onu La Tueuse ("Qatil") adlandırmışdı; və o , Honoré de Balzacın "Seraphita" romanına istinad edən bir yazını da bura əlavə etmişdir. təq. 1899 rəsm.
Böyük Kvirike
Böyük Kvirike (gürc. კვირიკე დიდი); I Kvirike (Şəki/Eretidə); III Kvirike (Kaxetidə) – ən geci 1032/1038-ci ildən Şəki-Kaxeti hökmdarı. 1010-cu ildən Kaxeti xorepiskopu. 1011-1014/15-vi illərdə III Baqratın əsiri olmuş, sonra yenidən Kaxetidə hakimiyyətini bərpa etmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qagikin hakimiyyətə gəldiyini göstərir. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi. Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kaxeti xorepiskopu III Kvirike “ranların və kaxların çarı” və “Böyük Kvirike” kimi təqdim olunur. Erməni tarixçisi Vardan Arevelsi (Böyük Vardan) III Kvirikeni Albaniya çarı kimi tanıyır. Tianetidə məşhur Bodoci sarayını tikdirmişdir. “Kartli salnaməsi”nə görə o, ov zamanı hansısa osetin qul tərəfindən qətlə yetirilmişdir, səbəbi də bu imiş ki, hansısa döyüşdə osetin çarını öldürmüşdür.
Kvirike məscidi
Kvirike məscidi (gürc. კვირიკეს ჯამე) — Gürcüstanın cənub-qərbində yerləşən Acarıstan Muxtar Respublikasındakı camaat məscididir. 1861-ci ilə aid olan bina müasir məscidlər arasında Acarıstanın ən qədim məscidlərindən biridir. Bina çoxlu dekorativ ağac oymaları ilə bəzədilmişdir. Məscid Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilib. Kvirike məscidi Qara dənizin Acarıstan sahillərində Kobuleti bələdiyyəsində, adını aldığı Kvirike kəndinin mərkəzində yerləşir. Məscid 1861-ci ildə Arhavidən olan laz ustaları tərəfindən tikilmişdir. Məscidin tikildiyi vaxt ərazi Osmanlı imperiyasının nəzarəti altında idi. Acarıstanda tikilmiş digər köhnə məscidlər kimi, Kvirikenin planı da Osmanlı təsirlərini gürcü kəndlərinin yerli memarlıq elementləri ilə birləşdirir. Məscidin minarəsi və mədrəsəsi olmuş, lakin bu minarə və mədrəsə 1920-ci illərdə Gürcüstanda yaradılmış olan sovet hakimiyyəti tərəfindən dağıdılmışdır.
Kvirila çayı
Kvirila çayı (oset. Хъæргæнагдон, gürc. ყვირილა)- Gürcüstanın Cənubi Osetiya bölgəsinin çayı. Rioni çayının sol qolu. == Coğrafi məlumatlar == Başlanğıcını Cənubi Osetiyada Raçin silsiləsindən götürür. Çayın çox hissəsi Gürcüstan ərazisindən keçir. Uzunluğu-140 km, hövzəsinin sahəsi isə 3630 km²-dir. Sol qolu Dzirul çayının tökülməsindən sonra düzənlik ərazidən axır. Qidalanmasında yağış suları əsas rol oynayırlar. İllik su sərfi 61 m³/s-90 m³/s arasında dəyişir.
Toddi Sviris
Toddi Sviris (28 may 1973) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. Toddi Sviris Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Toddi Sviris Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Kaviria tomentosa
Kaviria tomentosa (lat. Kaviria tomentosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kaviria cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir.
Keiria lutea
Ocotea foetens (lat. Ocotea foetens) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === === Heterotipik sinonimləri === Keiria lutea Bowdich Laurus till Poir. Persea foetida Ettingsh.
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osman. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.