Böyük Kvirike

Böyük Kvirike (gürc. კვირიკე დიდი); I Kvirike (Şəki/Eretidə); III Kvirike (Kaxetidə) – ən geci 1032/1038-ci ildən Şəki-Kaxeti hökmdarı. 1010-cu ildən Kaxeti xorepiskopu. 1011-1014/15-vi illərdə III Baqratın əsiri olmuş, sonra yenidən Kaxetidə hakimiyyətini bərpa etmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qagikin hakimiyyətə gəldiyini göstərir[2]. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi.

Böyük Kvirike
Şəki-Kaxeti hökmdarı
(ranların və kaxların çarı[1])
ən geci 1032/1038 – 1037/1038
SonrakıQagik
Kaxeti xorepiskopu
1010 – ən geci 1032/1038
(1011-1014/15-vi illərdə III Baqratın əsiri olub)
ƏvvəlkiDavid
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi ən geci 1037/1038
Atası David
Dini xristian

Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kaxeti xorepiskopu III Kvirike “ranların və kaxların çarı” və “Böyük Kvirike” kimi təqdim olunur[3].

Erməni tarixçisi Vardan Arevelsi (Böyük Vardan) III Kvirikeni Albaniya çarı kimi tanıyır[4].

Tianetidə məşhur Bodoci sarayını tikdirmişdir.

Kartli salnaməsi”nə görə o, ov zamanı hansısa osetin qul tərəfindən qətlə yetirilmişdir, səbəbi də bu imiş ki, hansısa döyüşdə osetin çarını öldürmüşdür[3].

Coin of Kvirike III
Kvirikenin kəsdirdiyi sikkə.

Nümuzmatikada Böyük Kvirikenin adı olan 3 sikkə məlumdur. Bunlar 2012-2013-cü illərdə – ikisi Çuxur Qəbələdə, biri isə Sisianda (Ermənistan) tapılmışdır. İslam nümuzmatik ənənələrinə uyğun olaraq sikkələrdə kəlmeyi-şəhadət, xəlifənin adı da həkk olunub. Ermənistanda tapılan sikkənin metal təlkibi 60 % gümüş, 40 %-i isə misdən ibarətdir. Sikkələrin bir üzündə Kvirikenin adı, titulu, atasının adı ərəb hərfləri ilə ərəb dilində üç sətrdə həkk olunub: əl məlik əl adil Abu-l Fadl K.rki bin Davud[5].

  1. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
  2. Вахушти Багратиони. История царства Грузинского (PDF). Тбилиси: Мецниереба. Перевел, снабдил предисловием, словарями и указателем Н. Т. Накашидзе. 1976.
  3. Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
  4. Вардан Аревелци. Всеобщая история Вардана Великого. М. 1861.
  5. Акопян А.В., Варданян А.Р. Монеты Квирике III, царя Кахети и Эрети // Семнадцатая Всероссийская нумизматическая конференция (тезисы докладов и сообщений). Государственный Исторический музей (rus). Москва, Пущино. 2013. 43.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]