Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əvəz Mahmud Lələdağ
Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı. Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi [1], AİB və Azərbaycan Aşıqlar birliyinin [2] üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.
Bəlgədağ
Bəlgədağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dağ. == Toponimik izah == Dağı adı, ehtimal ki, türk dillərindəki "bəlgə" (nişan) sözündəndir. Bundan başqa bəlgə döyüşdə qalxanı əvəz edən əşyaya (ağaca) da deyilir.
Dəlidağ
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Kələzağ
Kələzağ — Abşeronda yaşayış məskəni. Kələzağ adlanan bu kənd Abşeron yarımadasının şərqində dəniz sahilindən 1–2 km aralıda yerələşən yaşayış məntəqəsidir. == Tarixi == Kələzağ yaşayış ərazisi IV minilliyə aid edilərək qədim tarixə malikdir. Bakı kəndləri içərisində Kələzağın iqtisadi inkişafı XVI əsrdə baş verib. Burada daşları qalaqlanan məscidin XV və ya XVIII əsrlərə aid edilməsi Şirvanşahlar saray kompleksinə uyğun memarlıq elementlərinə oxşarlığı ilə xarakterizə etmək olar. Suraxanı kənd sakinləri uzun müddət bu yeri qışlağ kimi istifadə etdikdən sonra daimi məskunlaşıblar. Tarixi faktlara əsaslanaraq Kələzağ adlı qışlaq sahəsinin Bakının Suraxanı kənd əhalisinə məxsus olduğunu qeyd etmək olar. Bu haqda etnoqrafik və tarixi mənbələrdə də ətraflı məlumat var. XX əsrin 50-ci illərinə qədər Kələzağ ərazisində yaşayan əhalinin təsərrüfatı, xırman yerləri, icma torpaqları kolxozların hesabına keçdi. Hökumətin bu addımından sonra müflisləşən sakinlər qışlaqdan, doğma kəndlərinə — indiki yeni Suraxanı qəsəbəsinə köç edirlər.
Ləkətağ
Ləkətağ — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kənd Əlincə çayının sahilində yerləşir. == Tarix və etimologiyası == Tədqiqatçıların ehtimalına görə kəndin adı Azərbaycan ərazisində yaşamış qədim tayfalardan biri olan lək tayfalarının adı və "yer", "məkan", "qol", "hissə" anlayışını bildirən "tağ" sözünün birləşməsindən əmələ gəlmişdir. Mənbələrə görə XIII əsrdə İrana köçmüş lək tayfası uzun müddət orada yaşadıqdan sonra XIX əsrin əvvəllərində bir hissəsi İrandan Culfaya gəlmiş, orada məskunlaşmışlar. Əsas məşğuliyyətləri maldarlıq və heyvandarlıq olan ləklər sonralar oturaqlaşaraq bir neçə yaşayış məntəqəsinin əsasını qoymuşlar. == Əhalisi == Əhalisi 459 nəfərdir. Tanınmış Şəxsləri Babək Əliyev == Mədəniyyət == Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgi vardır.
Vəlidağ
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Xələcdağ
Xələcdağ — Şərur rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Araz çayının sol sahilində, Xələc kəndindən 1 km cənub-qərbdə dağ (hünd. 813,8 m). Üst Permin Culfa və Dərəşam regiomərtəbələrinə aid Axura lay dəstəsinin terrigen-karbonat çöküntülərindən təşkil olunmuş submeridional istiqamətli yastı təpəli yüksəklikdir. Hər tərəfdən Üst Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinə aid Dəhnə-Vəlidağ qalxımının cavan çöküntülərlə örtülmüş ucqar cənub qanadında yerləşir.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Ləkətağ dağı
Ləkətağ dağı – Culfada dağ (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Ləkətağ kəndindən 4,2 km cənub-şərqdə, Boyəhməd aşırımından 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ləkətağ-Göyçügüvey antiklinalının tağ hissəsində yerləşir. Yamaclarından şimal-şərq və cənub-şərq istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir. Şimal-qərb yamacında Üst Eosen yaşlı diorit, kvars-diorit tərkibli intruziv kütlə açılır.
Ləkətağ körpüsü
Ləkətağ körpüsü — Culfa rayonunun Ləkətağ kəndində, Əlincə çayının üzərində orta əsrlərə aid memarlıq abidəsi. Körpü Əlincə çayının sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ ilə əlaqələndirmək məqsədilə inşa olunmuşdur. == Tarixi == Körpü XVI–XVII əsrlərdə, Səfəvilər tərəfindən inşa edilmişdir. == Tədqiqi və xüsusiyyətləri == 1991-ci ildə AMEA Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə işləyərkən körpünün ölçülərini və fotosunu götürmüşdür. Körpü tağvari formada olub, müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülmüşdür. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilmişdir. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir.
Ləkətağ nekropolu
Ləkətağ nekropolu — Culfa rayonunda Ləkətağ kəndinin girəcəyində, Əlincəçayın sahilində, ilk dəmir dövrünün sonuna aid arxeoloji abidə. == Haqqında == Şimalda həyətyanı sahə, qərbdə isə dərə ilə sərhədlənir. Çox da hündür olmayan təpənin üstündədir. Şərq tərəfdən torpaq yol keçir. Yol çəkilərkən (1975) nekropol dağıdılmış, lakin aşkar olunmuş materiallar yığılıb saxlanmamışdır. Müşahidələrə əsasən qəbirlər daş qutu tipli olmuşdur. Ərazidə forma verməyən Boyəhməd nekropollarından aşkar edilmiş materiallara oxşar gil qab qırıqlarına təsadüf edilmişdir. Abidənin e.ə.1-ci minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
Vəlidağ (Şərur)
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Şamil Dəlidağ
Əsgərov Şamil Səlim oğlu və ya təxəllüsü ilə Şamil Dəlidağ (sentyabr 1929, Ağcakənd, Kəlbəcər rayonu – 20 aprel 2005, Bakı) — SSRİ və Azərbaycan riyaziyyatçı, şairi, dilçisi, tərcüməçisi, publisisti, folklorşünası, muzeyşünası. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər namizədi (1969), Əməkdar mədəniyyət işçisi (1991) olmuşdur. Şamil Əsgərov 1929-cü ilin sentyabr ayında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur. O, kürd mənşəlidir. Atası Səlim Ələsgər oğlu Məmmədov (1900–1976) kolxozda çoban, ferma müdiri, kənd məktəbində təsərrufat işləri üzrə direktor müavini işləmişdir. Kəlbəcər rayonunda ilk dəfə "Əməkdə fərqlənməyə görə" medalı ona verilmişdir. Şamil Əsgərov orta məktəbin 7-ci sinfini Ağcakənddə bitirmiş, İkinci Dünya müharibəsi illərində məktəbdə xadim və kolxozda çoban işləmişdir. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1948-ci ildə orta məktəbi qurtarmışdır. Əsgərov məktəbdə oxuduğu zaman məktəb komsomol təşkilatı katibi və rayon komsomol komitəsinin büro üzvü seçilmiş, həmçinin bir müddət çobanlıq etmiş və məktəbdə fəhlə işləmişdir. O, 1948–1950-ci illərdə Ağdamda ikiillik Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almışdır.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Dəlidağ-Ağçay təzahürü
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Dəlidağ (dağ, Kəlbəcər)
Dəlidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Mıxtökən silsiləsinin zirvəsidir. Hündürlüyü 3616.9 m(3618 m). Zirvənin Şimal yamaclarında qədim buzlaşmanın izləri vardır. Qarabağ vulkanik yaylasına daxil olan ən hündür zirvə. Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazın maqmatik mənşəli dağdır. Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ yerləşir. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır.
Dəlidağ (dağ, Laçın)
Dəlidağ — Laçın rayonu ərazisində dağ. Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Hündürlüyü 2246 m. Bu dağ və yüksəklik dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Dəlidağ (dağ, Zəngilan)
Dəlidağ — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ. Hündürlüyü 428 m. Bu dağ və bu adla adlandırılmış digər yüksəkliklər dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Dəlidağ volfram təzahürü
Əl-Haris ibn Kələda
Əl-Haris ibn Kələda (ərəb. الحارث بن كلدة‎; ö. 13 h.q./634–35) — ərəb həkimi və İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslamın zühurundan əvvəl tibbi bilik axtarmaq üçün Gündəşapura səyahət etdiyi deyilir. C. Pellat, "al-Harith B. Kalada," EI2, supplement (1980). "The Essay on the Natural Questions of al-Ḥārith". Islamic Medical Manuscripts. İstifadə tarixi: 22 September 2012.