Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləvain su anbarı
Ləvain (Lovain) su anbarı — Azərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsi ilə su anbarına verilir. Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m³-dur. Suvarma sahəsi 1700ha-dır.
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Levaşi
Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Levaşi kəndi Mahaçqaladan 95 km cənub-qərbdə, Qalaqork çayının yatağında (Paraulozen çayının hövzəsi), 1222 metr yüksəklikdə, Buynaks dəmiryolu stansiyasından 67 km cənub-şərqdə yerləşir. Yolların qovşağındadır. == Kəndin tarixi == Kənd XVII əsrdə salınmışdır. İlk əvvəllər Levaşı kəndi bir yüksəklikdə yerləşirdi. Yerli əhali bu zirvəni «Kyak» adlandırır (təpə mənasını verir). Kəndlərin mənşəyi haqqında müxtəlif fərziyyələr vardır.
Levzey
Rapontikum (lat. Rhaponticum) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Leach
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. == Çap olunmuş işləri == Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Levan
Levan (Kartli)
Bulbophyllum levyae
Bulbophyllum levyae (lat. Bulbophyllum levyae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
Levanev adası
Levanev adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın şimalında, Harli adasından 1.8 km cənubda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1,7 km, eni isə 500 metrdir. Bütünlüklə buzdan azaddır. Maksimal hündürlüyü 27 metrdir. == Tarixi == Ada Federik Cekson tərəfindən 1895-ci ildə kəşf edilmişdir. O adanı həkim Uilyam Nilin şərəfinə Nil adası adlandırır. 1950-ci ildə isə adaya Siqizmund Levanevin adı verilmişdir.
Levaşi rayonu
Levaşi rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 830 km², inzibati mərkəzi Levaşi kəndidir. == Əhalisi == Rayonun əhalisi 74.044 nəfərdir (2015-ci il).
Proprioseiopsis levani
Proprioseiopsis levani (lat. Proprioseiopsis levani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis levani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Simon Leviev
Simon Leviev (ivr. ‏סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990, Ramat-Elçanan[d], Təl-Əviv dairəsi) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır. The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 10 milyon ABŞ dolları alaraq aldatmışdır. == Cinayətlər == Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.
Zəfəranabənzər levzey
Cənubi Levant
Cənubi Levant — Levantın cənub yarısını əhatə edən coğrafi region. Bu, təxminən müasir İsrail, Fələstin və İordaniyaya uyğundur. Bəzi təriflərə Livanın cənubu, Suriyanın cənubu və Sinay yarımadası da daxildir. Ciddi bir coğrafi təsvir olaraq, bəzən arxeoloqlar və tarixçilər tərəfindən ərazinin digər adlarının dini və siyasi mənalarından qaçmaq üçün istifadə olunur. == Terminologiya == Cənubi Levant Levantın aşağı yarısına aid edilir, lakin coğrafi tərifdə bəzi fərqlər var. Ən geniş tərifə İsrail, Fələstin, İordaniya, Livan, Suriyanın cənubu və Sinay səhrası daxildir. Arxeologiya sahəsində Cənubi Levant "əvvəllər Suriya-Fələstin kimi müəyyən edilmiş və Kənanın da daxil edildiyi regiondur". "Cənubi Levant" termini də qeyri-dəqiq və yöndəmsiz ad kimi tənqid olunur. Cənubi Levant termini akademik diskursda "Kənan", "Müqəddəs torpaqlar", "İsrail torpağı" və ya "Fələstin" kimi adların "dini və siyasi məzmunu"ndan qaçaraq, regionun "ən azı ciddi coğrafi" təsviri kimi müəyyən edilmişdir.
Levant Ərəbcəsi
Şami dialekti və ya Levant Ərəbcəsi (endonimi : شامي šāmi və ya اللهجة الشامية el-lahje š-šāmiyye) Livan, İordaniya, Suriya, Fələstin, İsrail və Türkiyənin bəzi hissələrini əhatə edən Levant regionunda danışılan dildir. Dünyada 50 milyondan çox danışan var. Ərəb dilinin beş əsas ləhcəsindən biri hesab olunur.
Turret-Levans
Turret-Levans ( (fr. Tourrette-Levens) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 16,5 km², əhalisi — 4639 nəfərdir (2006) artım tendensiyası ilə: 4786 nəfər (2012), əhalinin sıxlığı 290,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4731 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4786 nəfər.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Levan (Kartli)
Levan və ya müsəlman olandan sonrakı adı ilə Şahqulu xan - Kartli qəyyumu. == Həyatı == 1653-cü ildə V Vaxtanqın dördüncü övladı olaraq doğulmuşdur. 1675-ci ildə XI Georginin qəyyumu kimi təyin olunmuşdu. 1677-ci ildə müsəlman olaraq Şahqulu adını almış, Kirman naibi adını almışdı. 1698-1701-ci illər arası üsyançı bəluclara qarşı ölkəni qorumuşdu. 1703-cü ildə divanbəyi təyin olunmuşdu. Şair idi. == Ailəsi == 1762-ci ildə Tuta Qurieli ilə evlənmişdi. Övladları: Keyxosrov — qəyyum və çar. VI Vaxtanq — çar.
Levan Kenia
Levan Kenia (gürc. ლევან ყენია; 18 oktyabr 1990, Tbilisi, Gürcüstan SSR, ) gürcü futbolçu, "Saburtalo" klubunun yarımmüdafiəçisidir. Gürcüstan millisində oynamışdır. == Bioqrafiya == === Klub karyerası === Levan Gürcüstan çempionatında ilk matçını 16 yaşında keçirdi. 2008 -ci ilin yanvar ayında Şalke 04 -ə keçdi və 2012 -ci ilə qədər müqavilə imzaladı . 2008/09 mövsümü başlamazdan əvvəl "Şalke" nin gənclər heyətində oynadı və yeni mövsümdə klubun əsas heyətinə daxil edildi. Kenia Almaniya klubunda son oyununu 25 oktyabr 2009 -cu ildə keçirdi. Ayaq biləyi ağrısından əziyyət çəkirdi və üç əməliyyat keçirmişdi. 2011 -ci ilin yanvar ayında oyunçu məşqlərə başladı, lakin tezliklə yenidən zədələndi. Kenia, 2011 -ci ilin sentyabr ayında yenidən yaralandı və qeyri -müəyyən müddətə təqaüdə çıxdı.
Levan Kobiaşvili
Levan Kobiaşvili (gürc. ლევან ზურაბის ძე კობიაშვილი; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sol cinah yarımmüdafiəçisi və müdafiəçisi mövqelərində oynamış keçmiş gürcüstanlı futbolçu. 1996-2011-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 100 oyun keçirib və 12 qol vurub. Milli komandanın tarixində ən çox oyun keçirmiş futbolçudur. 2015-ci ilin oktyabrından Gürcüstan Futbol Federasiyasının prezidentidir. == Klub karyerası == ==== Avaza, Dinamo, Alaniya ==== 1984-cü ildə, Levanın 7 yaşı olarkən atası onu keçmişdə futbolçu olmuş dostu Piruz Rexviaşvilinin məsləhəti ilə Tbilisidə direktoru Mixail Mesxinin olduğu "Avaza" futbol məktəbinə aparıb. Doqquz il ərzində "Avaza]" futbol məktəbində çıxış edib. Uşaq komandası onunla birlikdə dəfələrlə müxtəlif respublika turnirlərinin qalibi olub. 1980-ci illərin sonunda Leninqrad-da uşaq ümumittifaq turnirinin qalibi olublar. 1993-cü ilin əvvəlində "Avaza" klubunun Gürcüstan çempionatının üçüncü dəstəsində uğurlu çıxışı aparıcı məşqçilərin diqqətini cəlb etdi.
Levan Maqalov
Maqalov Levan Laursab oğlu — 1917-ci ilin dekabrında Müsəlman korpusunda xidmətə dəvət edilmiş gürcü hərbçisi, Tatar süvari alayının komandiri, Şamxor hadisəsinin fəal iştirakçısı, polkovnik, knyaz. == Həyatı == Levan Laursab oğlu Maqalaşvilli 1879-cu ildə gürcü knyazı Laursab Maqalaşvillinin və Mariya Melikişvillinin ailəsində dünyaya göz açıb. Nikolayev kavaler məktəbini bitirib == Döyüş yolu == Terek kazaklarının ordusunda olub. 1900–1901-ci illər arası Çinə yürüşdə iştirak edib. Amur Kazak Dəstəsinin tərkibində Rus-Yapon müharibəsində iştirak edib. Birinci dünya müharibəsinin iştirakçısıdır georgiyevsk kavaleridir. 1917-ci ilin dekabrında general-leytenant Əliağa Şıxlinskinin komandanlığı altında əsası qoyulmuş Müsəlman korpusunda xidmətə dəvət edilmişdir. O, həmin korpusun Gəncədə yerləşən Tatar süvari alayına komandir təyin edilmişdi. Alay komandiri kimi Maqalov 1918-ci ilin yanvarında Zaqafqaziya hökumətinin qərarı ilə Şamxor ətrafında rus ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir. Bakıda hakimiyyəti ələ keçirmiş və 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətmiş bolşevik daşnak qüvvələrinə qarşı mübarizə üçün Zaqafqaziya hökuməti tərəfindən göndərilən hərbi hissə və bölmələrə də polkovnik Maqalov rəhbərlik etmişdi.
Levan Qaçeçiladze
Levan Qaçeçiladze (gürc. ლევან გაჩეჩილაძე; 20 iyul 1964, Tbilisi) — 5 yanvar 2008-ci il Gürcüstan prezident seçkilərində əsas müxalifət namizədi kimi iştirak etmiş bir gürcü siyasətçi və iş adamı. == Həyatı və ailəsi == Levan Qaçeçiladze 20 iyul 1964-cü ildə anadan olub. Qaçeçiladze hazırda doğulduğu Tblisidə yaşayır. Tblisi İvane Cavaxişvili Dövlət Universitetində riyaziyyat və iqtisadiyyat ixtisası üzrə təhsil almışdır. Ailəlidir, üç övladı var. Qardaşı Utsnobi kimi tanınan məşhur gürcü şoumen və televiziya şousu istehsalçısı Giorgi Qaçeçiladzedir (sözün həqiqi mənasında: "naməlum" və ya "qərib"). == İş fəaliyyəti == Levan Qaçeçiladzenin şöhrətə yüksəlməsi Gürcüstan üçün çox dəyişkən postsovet illərində öz şirkəti Georgia Wines & Spirits və Fransız Pernod Rikard arasında təmin etdiyi Franso-Gürcüstan şərab ittifaqından başladı. Qaçeçiladzenin sənayenin dəyişdirilməsi barədə təsəvvürü əsasən gözdən yayınan Gürcüstan şərablarında qiymətlərin qaldırılması və onların Avropa daxilində yayılmasını rəhbər tutmaq və şərab biznesi gücü Pernod Rikardın dəstəyi ilə buna nail oldu. Bir neçə il ərzində 150 min dollar və 5 + milyon ABŞ dolları məbləğində iki dövrə maliyyələşdirmə alan Qaçeçiladze, həm əhəmiyyətinə, həm də ölçüsünə görə misli görünməmiş transsərhəd kapital qoyuluşunu təmin etdi.
Levan Qoqoberidze
Levan Davidoviç Qoqoberidze (21 yanvar 1896, Kutaisi quberniyası – 21 mart 1937, SSRİ) — sovet dövlət xadimi, Gürcüstan Kommunist partiyasının beşinci birinci katibi, 1916-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Quba üsyanının yatırılmasında iştirak edib. == Həyatı == 1896-cı ildə Kutaisi quberniyasının Pridonaan-Djixaişi kəndində dvoryan ailsində anadan olub. 1916-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olub. 1918-ci ilin fevral ayından Kommunist Partiyasının Qafqaz Diyar Komitəsinin və Bakı komitəsinin üzvüdür. 1918-ci ildə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində komissarın müvəkkili vəzifəsinə dəvət olunub. 1919-cu ilin may ayında bakı fəhlələrinin tətillərinə rəhbərlik edib. 1920-ci ildə Quba üsyanının yatırmaq üçün Əliheydər Qarayevlə birgə bölgəyə ezam olunub. 1921-ci ildən Tiflis İnqilab Komitəsinin sədri, Sovet İttifaqı Kommunist Partiyasının Tiflis Komitəsinin katibi olub. 1923–1924-cü illərdə Gürcüstan Xalq Komissarları Sovetinin sədr müavini, 1924–1925-ci illərdə Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi olub.
Levan Varşalomidze
Levan Varşalomidze (gürcü: ლევან ვარშალომიძე; 17 yanvar 1972, Batumi) — gürcü siyasətçidir və 2004-2012 -ci illərdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri vəzifəsini icra etmişdir. 20 iyul 2004 -cü ildə Aslan Abaşidzenin istefasından sonra vəzifəyə başlamışdır. 2004 -cü ildə Acarıstan böhranı zamanı Gürcüstanın mərkəzi hökumətinə meydan oxuyaraq bölgəni idarə rtməyə başlamışdır. == Təhsil və erkən karyera == Varşalomidze Batumidə anadan olub. 1994 -cü ildə Kiyev Dövlət Universitetini hüquqşünas dərəcəsi ilə bitirdi və burada gürcü tələbəsi Mixail Saakaşvili ilə dostluq etdi. 1999 -cu ildə eyni institutdan doktorluq dərəcəsi aldı və Gürcüstan Xarici İşlər Nazirliyi sıralarına qatıldı. 2000 -ci ildə Saakaşvili Gürcüstanın ədliyyə naziri olarkən Varşalomidzeni bürolarından birinə rəhbər təyin etdi. 2002 -ci ildə Gürcüstan Maliyyə Nazirliyində qısa bir xidmətdən sonra özəl sektorda təqaüdə çıxdı. Saakaşvilini hakimiyyətə gətirən Gürcüstanın 2003 -cü ilin Noyabr Qızılgül İnqilabından sonra Varşalomidze 2004 -cü ilin yanvarında Gürcüstan Dəmir Yollarının direktoru təyin edildi. == Acarıstan hökuməti == Varşalomidze, 6 May 2004 -cü ildə Saakaşvili hökuməti ilə razılaşmadan sonra istefauzun müddətdir verən Acarıstanın güclü adamı olan Aslan Abaşidzenin gedişindən sonra siyasətə qayıtdı.
Levan Xabeişvili
Levan Xabeişvili (gürc. ლევან ხაბეიშვილი; 7 may 1987) — Gürcüstan siyasi fəalı və siyasətçisi. O, 2020-ci ildən parlament üzvü kimi fəaliyyət göstərir. O, 2008-ci ildə yerli məmur kimi dövlət qulluğuna qədəm qoymuş, gənc yaşlarından hakim Vahid Milli Hərəkata (VMH) qoşulmuşdur. Xabeişvili həm Tbilisinin yerli bürokratiyasında, həm də Prezident Mixail Saakaşvilinin Administrasiyasında xidmət etmişdir. O, sonuncunun Gürcüstanı tərk etməsindən və 2014-cü ildə yerli seçkilərdə uduzduqdan sonra Yeni Gürcüstan partiyasına qoşulmuş, 2016-cı ildə parlament seçkilərində uğursuz namizədliyini irəli sürmüşdür. Xabeişvili 2017-ci ildə VMH-nin üzvü kimi Tbilisi Şəhər Assambleyasına seçilmişdir. Bu platforma onu ən səs-küylü antihökumət fəallarından birinə çevirmişdir və tez-tez "Gürcü Arzusu"nun rəhbərlik etdiyi hökuməti korrupsiyada ittiham etmişdir. Xabeişvili 2020-ci ildən bəri parlamentin üzvüdür, baxmayaraq ki, onun səlahiyyət müddəti boykotlarla və az iştirakla xarakterizə olunurdu. O, populist kimi səciyyələndirilmi.dir.