Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lajoş Poşa
Lajoş Poşa (mac. Pósa Lajos; 9 aprel 1850 – 9 iyul 1914, Budapeşt) — Macarıstan şairi və yazıçısı. O, uşaq ədəbi jurnalının yaradıcısı və redaktoru olmuşdur.
Lajos Baróti
Lajos Baróti (19 avqust 1914 – 23 dekabr 2005) macar futbolçu və menecer idi. == Karyera == Baroti 1928–1946-cı illərdə Szegedi AK komandasında və 1946–1948-ci illərdə Győri ETO komandasında çıxış edib. 1939–1941-ci illər arasında iki dəfə milli komandada çıxış edib. Baróti 1957-ci ildə milli komandaya baş məşqçi təyin olunub. 1966-cı ilə qədər və 1975–1978-ci illər arasında 117 oyunda komandasını idarə edib. Baróti Macarıstanı 1958, 1962, 1966 və 1978-ci illərdə Dünya Kuboklarına çıxarıb. 1960-cı ildə Romada keçirilən Olimpiadada və 1964-cü ildə Avropa Millətlər Kubokunda komanda üçüncü yeri tutdu. Ən böyük nailiyyət 1964-cü ildə Tokioda keçirilən Olimpiadada qızıl medalın qazanılması idi. 1971–1972-ci illərdə Peru millisinin məşqçisi olub: 1971-ci ildə Baróti Peru Olimpiya yığmasını Olimpiya seçmələrində idarə edib. Onun klub məşqçisi kimi ən uğurlu vaxtı 1967–1971-ci illər arasında Budapeştdə Ujpesti Dózsa komandasında olub və burada klubun qızıl dövrünü açıb.
Lajos Czeizler
Lajos Czeizler (5 oktyabr 1893 - 6 may 1969) macar futbolçu və menecer idi. == Karyera == Czeizler Avstriya-Macarıstanın Heves şəhərində yəhudi ailəsində anadan olub. 1921-1923-cü illər arasında Macarıstan çempionatında Vác FC komandasında qapıçı kimi çıxış edib. O, məşqçilik karyerasına 1920-ci illərdə Polşada 1923-1926-cı illərdə ilk təcrübəsini keçirdiyi Lodzki Klub Sportowy klubunda başlayıb. Bundan sonra o, ilk illərini İtaliyada “Udineze ” və “CA Faenza”nın kiçik liqa komandalarını, 1930-1931-ci illərdə isə “SS Lazio”nun gənclər komandasını çalışdırmaqla keçirdi. O, 1935-ci ildən 1936-cı ilə qədər ŁKS-ni çalışdırıb; sonra 1940-cı ildə İsveçdə Västerås SK ilə ilk münasibətini quraraq buraya köçdü. 1942-1948-ci illər arasında o, ən böyük uğurunu IFK Norrköping ilə əldə etdi. O, 1943 və 1948-ci illərdə rekord beş titul və 1943 və 1945-ci illərdə iki milli kubok qazandı O, 1948-ci ildə Norrköpingə başçılıq edəndə İsveçdə bu titula sahib olan ən yaşlı menecer oldu. Həmin vaxt onun 54 yaşı var idi. Bu rekord daha sonra Helsingborgs IF və məşqçi Konni Karlssonda olub.
Blaj
Blaj (albom)
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışklar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Lam.
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744 — 18 dekabr 1829) — Fransa alim-təbiətşünası. J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s ) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Lay
Lay (təbəqə)
Lej
Lej (fr. Liège) Belçikanın 10 əyalətindən biridir. Limburq, Namyur, Flamand Brabantı, Vallonski Brabanton və Lüksemburq əyaləti (Lüksemburq dövləti), Niderland və Almaniya ilə həmsərhəddir. İnzibati-ərazi vahidi Lej şəhəri. == Coğrafiyası == Vilayətin şərqində Almaniya sərhəddindən Şərqi Kantonlar mövcuddur ki, harada alman azlıqlar yaşayır. Lej şəhərində məşhur kurort Spa və yeganə frankdilli şəhər Niderland sərhəddində yerləşir. 1829-cu ildə Lej və Engis şəhərlərində neandertal insan kəlləsi tapılmışdır. Trou Al’Wesse mağarada yağıntıların təsiri ilə neandertal insanın sümükləri saxlanılmamışdır. Genetiklərin analizləri nəticəsində neandertal insanın DNK sı aşkar edilmişdir. == Əsas göstəriciləri == Sahə: 3862 кm² Ən hündür zirvəsi: Botranj,694 m (Belçikanın ən hündür nöqtəsi) Əsas çayları: Maas, Urt, Verd, Amblev Əhalisi: 1 067 685 nəfər.
Ləj
Ləj — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Ləj kəndi və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Haftoni, Talışlı (Karpoviç), Hacıkənd), İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905–1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri lənkəranlı zədəgan Hacı İsaya satır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacı İsanın bütün əmlakı müsadirə olunmaqla sürgün edilir. Ləj kəndinin şimal-qərbindəki, ərazi "Hacı İsa poyn (vırə)" (talış dilindən tərcüməsi Hacı İsa yeri), kəndin şimal-şərqindəki ərazi isə "Bızəyjobə" adlanır. Ləj sözünün mənşəyi talış dilindən azərbaycan dilinə "bataqlıq" və ya "çökəklik" kimi tərcümə olunur. "Bızəyjobə" sözünün mənası "Buzeyirlilərin obası" deməkdir. Kəndin tarixindən də bəlli olduğu kimi burada məskunlaşmış bir sıra tayfalar məhz Lerik rayonunun Buzeyir (aborigen talışların dilində "Bızəy") kəndindən köçmüşlər. Ləj kəndi ərazisndə ilk məskunlaşanlardan biri də Nəhmətov Məhərrəm kişi olmuşdur.
Paj
Paj (fr. page) — orta əsrlərdə qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli kənc oğlan. Odövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7-10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülürək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlä cəngavər ədəb-ərkanı öyrənməklə yanaşı ağasının qulluğunda dururdu. Ağasını müşayət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan paj rütbəsi qaldırılırdı.
Laz
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı.Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi.Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir. Bu təxmini (0.297%) doğru qəbul etsək onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 228 min nəfər laz yaşamalıdır. == Mənbə == Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler.
Alburi Lam
Alburi-Lam (çeç. Албар-Лам) Çeçenistan Respublikası ilə sərhəddə Dağıstanın Kazbekovskiy bölgəsindəki dağ zirvəsidir. Dəniz səviyyəsindən yüksəklik - 2177.0 metr. ən yaxın məskunlaşma yerləri: Almak, Burtunay, Kalininaul və indi fəaliyyətə başlamayan Alburi-Otar və Xaniy duk Alburi Lamın şərqində hündürlüyü 2294 metr olan Tsanta dağ zirvəsidir, beləliklə Alburi Lam Tsanta silsiləsinin ikinci ən yüksək dağ zirvəsidir. == Ad == Dağ, adını Çeçen taipası Akköydən (çeç. Ӏаккой) gələn və eyni zamanda Şircha-Evlanın Auxov kəndinin cənubunda yerləşən Alburi-Otar kəndinə sahib olan sahibinin şərəfinə adını aldı. Alburinin mal-qarasını otaran muzdlu bir çoban öldükdə, dağ sahibinin olduğu Almak kəndinə məzar daşı göndərdiyini söyləyirlər. Bu vaxt, Alburi, dağındakı otlaqların cəlb etdiyi ətraf kəndlərdən gələn mal-qara sahibləri ilə tez-tez qarşıdurmalarda olurdu. Qafqaz müharibəsi zamanı Alburi Şamilin tərəfinə keçən iki oğlu Guraş (çeç. ГӀураш) və Janbyuru (çeç.
Aleksis Lav
Aleksis Lav (ing. Alexis Love, əsl adı Donna Nikol Qutyerres (ing. Donna Nicole Gutierrez; 7 aprel 1988, Sakramento) — ABŞ modeli və pornoaktrisası. Porno karyerasına 2006-ci ildə İspaniyada başlamışdır.
Aylar Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. == Həyatı == Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
Baloy-Lam
Baloy-Lam (çeç. Baloyn-Lam, hərf. "Baloylular dağı"; Baloylam) — Çeçenistanın Açxoy-Martanov rayonunda dağ zirvəsi. == Haqqında == Osuxi çayı, Qexi çayının sol qolu və Ağ Şalaji çayları arasında yerləşən bu dağ zirvəsi dəniz səviyyəsindən 2029,9 metr yüksəklikdə yerləşir. Baloyn-Lam dağında iki yüksəklik vardı: Taşi-Kort xəritələrində Bokxa-Taş-Korta və Joma-Taş-Korta. Rəvayətə görə, Baloylam dağında döyüşkən çeçen etnik icması baloy meydana çıxmışdır. Hazırda bu çeçen tayplarının nümayəndələri Rusiyanın Qroznı, Arqun, Qudermes kimi şəhərlərində, Rusiyanın Psedax, Beerdakel, Kurçaloy, Qeldarana, Tsotsin-Yurta, İlasxan-Yurta, Oysxara, Türkiyənin Çardaq və İstanbul şəhərlərində, İraq, İordaniya və Suriya ərazisində yaşayırlar. == Ədəbiyyat == Сулейманов А. С. Топонимия Чечни / Ред. Т. И. Бураева. — Грозный: ГУП "Книжное издательство", 2006.
Blaj (albom)
Blaj (rus. Блажь, azərb. Şıltaqlıq‎, həmçinin kimi tanınan rus. Я тебя люблю, azərb. Mən səni sevirəm‎) — Nikolay Noskovun debüt studiya albomu.
Blaj (şəhər)
Blaj (rum. Blaj; mac. Balázsfalva; alm. Blasendorf‎) — Rumıniyanın Alba judetsində yerləşən şəhər. Şəhərin 20 630 nəfər sakini var. Şəhərin oriyentiri buranın Transilvaniyadakı Roma Yunan Katolik Kilisəsinin mədəni və vacib dini mərkəzi olduğunu göstərir. == Tarixi və etimologiyası == Şəhər tarixən "Kiçik Roma" olaraq adlandırılıb.
Filipp Lam
Filipp Lam (alm. Philipp Lahm‎; 11 noyabr 1983) — yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış etmiş alman futbolçusu. Bayern Münhen klubunun və Almaniya milli futbol komandasının kapitanı olub.Lam Münhen klubunun yetirməsidir, 2001-ci ildə "Qırmızılar"da debüt etdi, lakin əsas komandada yalnız 2006-cı ilə qədər möhkəmləndi. 2011-ci ildən "Bavariya"nın kapitanıdır. Onun rəhbərliyi altında klub Çempionlar Liqası, Almaniya çempionatı və digər görkəmli kuboklar qazanıb. 2004-cü ildən Almaniya milli komandasının bir hissəsidir, onunla üç Dünya Çempionatına və üç Avropa Çempionatına getmişdir. 2014-cü ildə o, Argentinaya qarşı 2014 FIFA Dünya Kubokunun final oyununda (1:0) bütün 120 dəqiqəsini keçirdi, bundan sonra beynəlxalq karyerasını bitirdiyini elan etdi. Philippe çox yönlü oyunçudur, müdafiənin cinahlarında və yarımmüdafiənin dayaq zonasında yaxşı çıxış edir.Bir az qol vurdu, amma ən çox məşqçilər onun liderlik keyfiyyətlərini, eləcə də komandasının oyununu təşkil etmək bacarığını yüksək qiymətləndirdilər.
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Fransis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Katrina Law
Katrina Lo (ing. Katrina Law; d. 1 yanvar 1985, Nyu Cersi) — Alman, italyan və Tayvan mənşəli ABŞ-lı model və aktrisa. == Həyatı == O, həmçinin özünün "Soundboard Fiction"da vokalist və bas gitaraçıdır. Televiziya serialı olan "Spartak: Qan və Qum" və "Spartak: İntiqam"-da Mira (Battiatusun evində kölə) rolunu canlandırmışdır. Həmçinin "Ox" adlı filmdə Nyassa al Ghul rolu ilə də tanınır. 2013-ci ilin yazında "Ölüm Vadisi"filminin çəkilişi başladı. Fevral 2014-cü ildə televiziya seriyası "Ox" ortaya çıxdı.
Lak dili
Lak dili (лакку маз, lakːu maz) — lakların ana dili. Dağıstanın 14 rəsmi dilindən biri, Qafqaz dillərinin Nax-Dağıstan dilləri qrupuna daxildir. 2010-cu ildə keçirilən Rusiya siyahıyaalınmasına əsasən bu dildə 145.895 nəfər danışır. Lak dilində qəzet nəşr edilir, Dağıstan radiosunda veriliş səslənir. == Əlifba == == İstinadlar == == Mənbə == Начальные уроки лакского и словари, самоучители и словари в формате djvu Lak Grammar by Wolfgang Schulze Материалы для изучения лакского языка. Книги на лаксом языке. Русско-лакский школьный словарь == Ədəbiyyat == Хайдаков С. М. Лакско-русский словарь. — М.: Государственное издательство национальных и иностранных словарей, 1962. Джидалаев Нурислан Сиражутдинович. Русско-лакский словарь.
Lak rayonu
Lak rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 750 km², inzibati mərkəzi Qumux kəndidir. == Əhalisi == Rayonun əhalisi 11.984 nəfərdir (2015-ci il).
Lal (1992)
== Məzmun == Kinolentdə sözü ilə əməli düz gəlməyən, "biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq" deyən, lakin iş görmək lazım gələndə qaçıb aradan çıxan dil pəhləvanları tənqid olunur. == Film haqqında == Film Bəhram Osmanovun quruluşçu rejissor kimimkinoda ilk işidir. Film Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsər müəllifi: Cəlil Məmmədquluzadə Quruluşçu rejissor: Bəhram Osmanov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu operator: Rövşən Quliyev (Rövşən Cavanşiroğlu kimi) Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Səs operatoru: Teymur Abdullayev İkinci rejissor: Asif Əliyev Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Orxan Sərkərov Ramiz Sərkərov Ələsgər Məmmədov Elxan Ağahüseynoğlu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.