Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lambada
Lambada portuqal dilindən götürülmüş, Braziliyanın radiostansiyalarında işləyən di-ceylər (dj) son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan "Karimbo"nu arxa plana atır. 80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazanmağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə Kaoma pop-qrupu yaradır. 1989-cu ildə Lambada mahnısı onların ifasında lentə alınır. Nəticədə Lambada ABŞ-də və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Rabadan Nurov
Rabadan Nurov (1889, Dağıstan vilayəti – 1942) — Dargin şairi və dramaturqu, Dargin sovet ədəbiyyatının banilərindən biri. 1934-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü. == Bioqrafiya == Rabadan Nurov 1889-cu ildə Sanamaxı kəndində (indiki Dağıstanın Levaşi rayonunda) kəndli ailəsində anadan olmuşdur. Mədrəsədə təhsil almışdır. Gəncliyində Maykopdakı neft yataqlarında çalışır və burada bir gizli təşkilatın üzvü olur. 1914-1917-ci illərdə tətildə iştirak etdiyi üçün həbsxanaya salınır. Oktyabr inqilabından sonra Maykopa qayıdır. Əvvəlcə Sovetlər İcraiyyə Komitəsinin üzvü, sonra isə nümayəndəsi seçilir. 1918-ci ildə Rabadan Nurov Dağıstana qayıdır. Dağıstanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak edir.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Yavuz Abadan
Yavuz Abadan (18 aprel 1905, Əskişəhər – 30 iyun 1967, Ankara) — Türkiyə vəkili, siyasətçisi və yazıçısı. İctimai hüquq və siyasi elmlər sahəsində çalışmış və 1952–1954-cü illər arasında Siyasi Elmlər Fakültəsinin dekanı vəzifəsində çalışmış bir akademikdir. VII. Türkiyə Böyük Millət Məclisində bir müddət Əskişəhər Millət vəkili olaraq vəzifə icra etmişdir. Akademik Nərmin Abadan Unatın həyat yoldaşıdır. == Həyatı == Yavuz Abadan 18 aprel 1905-ci ildə Krımda anadan olmuşdur (Bəzi mənbələrə görə, Əskişəhər). 1929-cu ildə İstanbul Darülfünun Hüquq Fakültəsini bitirmişdir. Doktoranturanı Almaniyadakı Heydelberq Universitetində etdi . İstanbulun müxtəlif məktəblərində türk və tarix dərsləri verdi. Akademik karyerasına İstanbul Universiteti Hüquq Fakültəsində davam etmişdir. 1942-ci ildə professor dərəcəsinə yüksəldi.
Abadan Beynəlxalq Hava Limanı
Abadan Beynəlxalq Hava Limanı (IATA: ABD, ICAO: OIAA) İranın Abadan şəhərindən 12 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır.
Hacıqabul-Astara-Abadan qaz kəməri
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri. == Tarixi == Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsi ilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır. 2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir.2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir. == Texniki xüsusiyyətləri == Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir. Kəmərin İrandakı bölümü IGAT1 adlanır.
Qazı Məmməd-Astara-Abadan (qaz kəməri)

Qazı Məmməd-Astara-Abadan qaz kəməri