Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Las-Veqas
Las Veqas (ing. Las Vegas) — Amerika Birləşmiş Ştatlarının Nevada ştatında şəhər. Las Veqas dünya qumarxana və əyləncə dünyasının mərkəzi hesab olunur. == Tarixi == Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Vegas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olmuşdur. XX əsrin əvvələrinə qədər, Vegas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las Vegasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi. Bu qərardan sonra, dövrünün tanınmış mafia rəhbəri Baqzi Sieql Las Vegası mega qumarxana mərkəzinə cevirməyə başladı.
Las Estrellas
Las Estrellas — Meksika şəhərindəki XEW-TDT-də flaqman edilən Meksikanın hər tərəfindəki filial stansiyaları ilə Televisanın təməl daşı şəbəkələrindən biridir. Las Estrellas'ın bir çox proqramı ABŞ-də Univision, UniMás və Galavisión'da görülür.
Las Veqas
Las Veqas (ing. Las Vegas) — Amerika Birləşmiş Ştatlarının Nevada ştatında şəhər. Las Veqas dünya qumarxana və əyləncə dünyasının mərkəzi hesab olunur. == Tarixi == Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Vegas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olmuşdur. XX əsrin əvvələrinə qədər, Vegas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las Vegasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi. Bu qərardan sonra, dövrünün tanınmış mafia rəhbəri Baqzi Sieql Las Vegası mega qumarxana mərkəzinə cevirməyə başladı.
Las-Veqas Eyses
Las Vegas Aces WNBA'da Qərb konfransı'nda Neveda ştatının Paradise şəhərində yerləşən peşəkər basketbol komandasıdır. O, matçlarını 12000 yerlik Michelob Ultra Arena'da keçirir. == Yaranması == Las Vegas Aces 1997-ci il mövsümünün əvvəlində Yuta ştatınında Utah Starz adı ilə yaradılmışdır. 2003-cü ildə komanda San Antonioya köçdü və adı dəyişdirilərək San Antonio Stars olub. 2017-ci ildə MGM Resorts International tərəfindən satın alınıb və indiki adını alıb. == Françayzinq tarixçəsi == Utah Starzz illəri (1997–2002) Səkkiz orijinal WNBA komandasından biri olan Utah Starzz (qismən köhnə ABA komandası olan Utah Stars-ın adını daşıyır, lakin sonunda Utah Jazz kimi zz ilə) heç vaxt NBA -dakı (keçmiş) həmkarı ilə eyni uğura rast gəlməyib. Onlar 1997-ci ildə WNBA-da ən pis rekorda sahib olmaq xüsusiyyətinə sahib olublar və 1998-ci ildə WNBA Draftında seçilən ilk komanda olublar. San Antonio Gümüş Ulduzları'nın illəri (2002–2017) 2002-ci il mövsümünün sonunda NBA bütün WNBA françayzinqlərindən imtina etdikdə, Utah Jazz sahibliyi Starzz-ın sahibliyini saxlamaq istəməyib. Starzz daha sonra yerli Utah potensial alıcılarını axtarıb, lakin heç biri tapılmayıb və françayzanı şəhəri kənar investorlara satmaq üçün tərk edib. Franşiza Peter Holta (NBA-nın San Antonio Spurs-un sahibi) satıldıqda və San Antonio'ya köçürüldükdə Starzz qatlanmaqdan yayınıb.
Ondon-de-las-Nyeves
Ondon-de-las-Nyeves (isp. Hondón de las Nieves) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 68,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2948 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 25 km uzaqlıqda yerləşir.
Playa de las Amerikas
Playa de las Amerikas (isp. Playa de las Américas) — Aronanın qərb və cənub hissəsində kurort ərazi. İstirahət bölgəsi 1960-cı illərdə inşa efilmişdir. İstirahət bökgəsi özündə bar, gecə klubları, atraksionlar, restoranlar və çimərliklərdən ibarətdir. Yerli çimərlik qumu qara vulkanik məşəlli olduğundan bura Afrikadan qum qətirilmişdir.
Las-Palmas-de-Qran-Kanariya
Las Palmas de Qran Kanariya — İspaniyada şəhər.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
Las Navas de Tolosa döyüşü
Las-Navas-de-Tolosa döyüşü, yaxud əl-Ukab döyüşü; (ispan -Batalla de Las Navas de Tolosa; ərəb -معركة العقاب) — rekonkistanın ən böyük döyüşü. 16 iyul 1212 ildə Kastiliya, Araqon, Navarra və Portuqaliyanın birləşmiş qüvvələri ilə Əlmohadların orduları arasında baş vermiş döyüş. Müsəlmanların strateji məğlubiyəti ilə nəticələnmişdi. Döyüş, xristianların müsəlmanları Pireney yarımadasından qovulmasını şərtləndirən dönüş noqtəsi hesab olunur. == Döyüş ərəfəsi siyasi və hərbi vəziyət == Böyük Yaqub əl-Mənsurun 1199 ildə ölümündən sonra, onun fərsiz xələfi gənc Məhəmməd ibn Əbu Yusuf Yaqub ən-Nəsir(yaxud Məhəmməd ən-Nəsir; xristianlar onu Miramamolin adlandırırdılar; 1199-1213) Əlmohadların Tunisdə və Əlcəzairdə nüfuzlarının bərpası ilə məşğul oldu. Vəziri İbn Caminin ona təsiri böyük idi. Xəlifə VIII Alfonso ilə atəşkəs rejiminə razılaşmışdı. Və indi xristianların Alarkosa görə revanş almaq üçün imkanları yarandı. Sonrakı onillik ərzində Kastiliya öz sərhəd istehkamlarını gücləndirdi, ordusunun sayını artırdı və yarımadanın başqa xristian dövlətləri ilə əlaqələrini möhkəmləndirdi. === Xristianların fəallaşması === 1210 ildə Alfonso qərara gəldi.
Las Palmas de Qran Kanariya
Las Palmas de Qran Kanariya — İspaniyada şəhər.
San Sibra de Las qalası
San Sibra de Las qalası (qalis. Castro de San Cibrao de Las), La Siuda, Lambrisa, Lansbrika və ya Lanobrika qalası — İspaniyanın Qalisiya bölgəsində, Orense vilayətinin San Amaro və Punxin bələdiyyələri arasında yerləşən qədim qala və onun qalıqları. Bu qalanın ərazisində arxeoloji qazıntı yeri yerləşir. Qalanın e.ə. II əsrdən b.e. II əsrinə qədər istifadə olunduğu ehtimal olunur. Qalada tanrı Banduaya həsr olunmuş qurbangah, qalanın ətrafında isə qədim Roma dövrünə aid yaşayış məntəqələri vardır. Böyüklüyü Portuqaliyanın şimalındakı Santa Treqa qalası ilə müqayisə olunur. Qala San Amaro bələdiyyəsinin Las adlı hissəsində, San Xuan de Orantes məhəlləsindədir. Qalanın qalıqları 473 metr yüksəklikdə, San Trokado dağında yerləşmiş olub, 384 metr uzunluğunda və 314 metr genişliyində ərazini əhatə edir.
Yaşasın Las-Veqas (film, 1964)
"Yaşasın Las-Veqas" (ing. Viva Las Vegas) — rejissor Corc Sidninin filmi. Lakki Cekson öz avtomobilinə yeni mühərrik almağa pul tapmaq məqsədilə Las-Veqasa gedir. Əyləncə şəhərinə gəlib çatanda o, ofisiant kimi işə düzəlir. Tezliklə isə restoranın daimi müştərilərindən olan yerli gözəlçə Rusti Martinə aşiq olur. Onda özünə məhəbbət yatamaq istəyən Lakki mahnı və musiqi ifa etməyə başlayır. Filmin çəkilişləri 15 iyul 1963-cü ildə başlamış və sentyabrın 16-da başa çatmışdır. Filmin çəkiliş adları belə idi: "Mənimlə evlənin, cənab", "Xanım məni sevir", "Şəhərdə yeganə oyun", "Şəhərdə yeganə qız", "Bu ecazkar münasibət". Ssenari müəllifi : Selli Benson Rejissor : Corc Sidni Operator : Cozef Birok Rəssamlar : Corc Devis, Edvard Karfano Bəstəkar : Corc Stoll Prodüserlər : Cek Kamminqs, Corc Sidni Elvis Presli – Lakki Cekson Enn-Marqret – Rusti Martin Çezare Danova – Kaunt Elmo Mançini Uilyam Demarest – cənab Martin Nikki Bler – Şorti Vansfort The Jubilee Four – özü Robert Aiken – sürücü Holli Beyn – kişi Larri Barton Con Bernsayd Karl Karlson Rut Karlson Recina Keroll – qonaq Cek Karter Jorgensen, Ernst. Elvis Presley A Life in Music: The Complete Recording Sessions.
Orleanlı Mariya de las Mersedes
Orleanlı Mariya Mersedes (isp. María de las Mercedes de Orleans y Borbón) (24 iyun 1860[…], Madrid – 26 iyun 1878[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuan, anası isə İspaniya kralı VII Ferdinandın qızı İnfanta Luiza Ferdinanda idi. Willis, Daniel, The Descendants of Louis XIII, Clearfield Co., Inc., Baltimore, Maryland, 1999, p. 194; ISBN 0-8063-4942-5 Tejero Robledo, Eduardo (1998). "La tradición oral en la cadena etnográfica" Pallardó Pardo, Esther (2016). "La restauración bajo el reinado de Alfonso XII desde la perspectiva de lo audiovisual". Opción: Revista de Ciencias Humanas y Sociales (12): 120.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Lam.
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya, Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Laos
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və müsəlmandırlar.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Lay
Lay (təbəqə)
OAS
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Laz
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı. Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi. Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir.
Lav
Lav — soyad. Ərcümənd Behzad Lav — Türkiyə şairi. Aleksis Lav — ABŞ modeli və pornoaktrisası. Cennifer Lav Hyuitt — ABŞ aktrisası və müğənnisi. == Həmçinin bax == LAV 3 — yüngül piyada döyüş maşını.
Pas
Pas – suyun və ya hava nəminin katalitik iştirakı ilə dəmir və oksigenin reaksiyası nəticəsində əmələ gələn qırmızı-qəhvəyi dəmir oksidi.
Filipp Lam
Filipp Lam (alm. Philipp Lahm‎; 11 noyabr 1983[…], Münxen) — yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış etmiş alman futbolçusu. Bayern Münhen klubunun və Almaniya milli futbol komandasının kapitanı olub. Lam Münhen klubunun yetirməsidir, 2001-ci ildə "Qırmızılar"da debüt etdi, lakin əsas komandada yalnız 2006-cı ilə qədər möhkəmləndi. 2011-ci ildən "Bavariya"nın kapitanıdır. Onun rəhbərliyi altında klub Çempionlar Liqası, Almaniya çempionatı və digər görkəmli kuboklar qazanıb. 2004-cü ildən Almaniya milli komandasının bir hissəsidir, onunla üç Dünya Çempionatına və üç Avropa Çempionatına getmişdir. 2014-cü ildə o, Argentinaya qarşı 2014 FIFA Dünya Kubokunun final oyununda (1:0) bütün 120 dəqiqəsini keçirdi, bundan sonra beynəlxalq karyerasını bitirdiyini elan etdi. Philippe çox yönlü oyunçudur, müdafiənin cinahlarında və yarımmüdafiənin dayaq zonasında yaxşı çıxış edir. Bir az qol vurdu, amma ən çox məşqçilər onun liderlik keyfiyyətlərini, eləcə də komandasının oyununu təşkil etmək bacarığını yüksək qiymətləndirdilər.
Firas Tlas
Firas Mustafa Tlas (azərb. فراس مصطفى طلاس‎; 20 avqust 1960, Dəməşq) — Suriya biznes maqnatı, siyasətçi, keçmiş bəəsçi. O, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd ilə yaxın münasibətlərdə olan, lakin Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların tərəfinə keçən əhəmiyyətli bir sünni müsəlman ailənin üzvüdür. == İlk illəri == Firas Tlas 20 avqust 1960-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur. O, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın ikinci böyük oğludur. Tlasın ailəsi yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.
Jas Alaş
Jas Alaş — 1921-ci ildə təsis edilmiş, Qazax dilində gündəlik dərc olunan siyasi qəzetdir. Sovet dövründə " Лениншіл жас" ("Lenin Gəncliyi") adı altında nəşr olunurdu. == İlk illəri == Qəzet, 1921-ci il martın 22-də Türkistan Muxtar Sovet Sosialist Respublikasının (Türkistan MSSR ) Komsomol təşkilatı liderlərindən biri olan Gəncə Muratbayev tərəfindən respublikanın paytaxtı Daşkənddə təsis edilib və nəşrin baş redaktoru olub. Altı ay ərzində qəzet Sovet hakimiyyəti orqanları tərəfindən bağlanıb və bu nəşrin millətçi, demokratik və anti-bolşevik "Alaş" hərəkatından təsirləndiyini hesab edilirdi. Türkistan Sovet Sosialist Respublikasının Qazaxıstan gəncləri üçün (Qazaxıstanın cənubu) və Türkistan Komsomol təşkilatının əsası kimi xidmət edən nəşri, 1922-ci il sentyabrın 1-də "Jas Kayrat" qəzetinin yayımına başlandı (redaktor E. Aldonqarov ). Qəzet təxminən 1 il nəşr edildi və 1924-cü ildə eyni ad altında jurnal buraxıldı. Bununla belə, 3 fevral 1925-ci ildən 30 oktyabr 1926-dək Orenburqda, daha sonra isə Qızılordada "Jas Kayrat" adı altında həftəlik qəzetin nəşri bərpa olundu. Təkrar dərcini bərpa edən qəzet oxuculara ölkədə və xaricdə olan xəbərləri təqdim etdi. "Qazaxıstan Gəncliyi" bölməsində yerli gənclər təşkilatlarının fəaliyyəti barədə məqalələr dərc edilmişdir. "sağlam bədən – sağlam ruh" başlığı tibb və idmana həsr edilmişdir.
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.