Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lalələr (mahnı)
"Lalələr" — bəstəkar mahnısı. Qızıl fondda saxlanılan "Lalələr" mahnısının bəstəkarı Telman Hacıyevdir. Sözləri isə şair Aslan Aslanova aiddir. Mahnı təxminən 1970–1975-ci illərdə yazılıb və ifa olunub. == Yaranması haqqında == Şair Aslan Aslanov Gəncədə olarkən dağın döşünə çıxanda hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək "Lalələr" adlı şeirini yazır. Sonra şeiri Telman Hacıyevə verir ki, musiqi bəstələsin. Bu mahnını Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin oxuyublar. Lalələr mahnısına ilk dəfə rəqs Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova tərəfindən ifa edilmişdir.
Ağır mayelər
Ağır mayelər - yüksək xüsusi çəkiyə (£5,3) malik, kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün işlədilən mayelər. Ən çox Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və b. istifadə edilir. == Həmçinin bax == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Layella sindromu
Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır.Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud antibiotiklərin qəbulundan sonra qeydə alınır.Layella sindromu zamanı xəstə mütləq xəstəxana şəraitində intensiv terapiya şöbəsində kompleks müalicə almalıdır (Diaqnoz təsdiqindən dərhal sonra). Həkim yardımı mərhələsində xəstənin sorğu sual nəticəsində, Layella sindromu termiki zədələnmədən ayırd edilərək, xəstənin təcili hospitallaşması həyata keçirilir. == Həkimə qədər yardım == Həkimə qədər yardım: Zədələnmiş dəri üzərinə quru aseptik sarğı qoymaq. Xəstəyə qoruyucu vəziyyət verib, zədələnmiş yerlərə güclü mexaniki təsiri istisna etmək. Xəstəyə antihistamin preparatı vermək. Dərin ürək-damar və tənəffüs çatışmamazlığı zamanı ürək-ciyər reanimasiyası tədbirlərini tətbiq etmək. == Həmçinin bax == Dəri; Zədə; Sarğı; Sindrom; Yanıq.
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. == YSM-lərin tətbiqi == Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Çarlz Layel
Çarlz Layel (ing. Sir Charles Lyell; 14 noyabr 1797 — 22 fevral 1875) — şotland əsilli, XIX əsrin məşhur geoloqu. 1848-ci ildə ser tituluna layiq görülmüşdür. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə “XIX əsrin ən məşhur alimi” hesab olunur. == Həyatı == 1797-ci ildə Şotlandiyada anadan olan Layel dörd yaşında artıq oxumağı öyrənmiş, səkkiz yaşında isə məktəbə getmişdir. 1816-cı ildə Layel atasının kitabxanasından təsadüfən Robert Beykvellin “Geologiya elminə giriş” kitabını tapmış və bu gələcək alimin stol üstü kitabına çevrilmişdir. Oksford Universitetinə daxil olduqdan sonra klassikləri öyrənməklə yanaşı təbiət elmləri ilə də, maraqlanmağa başladı. Layel tələbə ikən o zamanlar hakim mövqe tutan katastrofizm fərziyyəsi barədə Byoklandın mühazirələrini çox maraqla dinləyirdi. Katastrofistlər belə güman edirdilər ki, böyük dəyişikliklər sürətlə, ani, sıçrayış yolu ilə, bütün geoloji hadisələr eyni istiqamətdə və eyni tempdə hazırkı nəticələrə gətirən qaydada baş verir. Ceyms Hettonun da tərafdar olduğu bu baxışlar uniformizm nəzəriyyəsinin əsasını təşkil edirdi.