Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Layari çayı
Layari çayı (urdu کونړ سيند) — Pakistanın meqapolisi olan Kəraçi şəhərinin bütün mərkəzi vasitəsilə şimal-şərqdən axan və Ərəbistan dənizindəki kiçik Manora yarımadasınd ğışlar dövründə çarhovuz kimi xidmət edir. == Tarixi == 1950-ci illərə qədər çay təmiz idi və çayın sahilində balıq tutmaq üçün xüsusi ərazilər yaradılmışdı. Sahillərin uzununa istiqamətində kənd təsərrüfatı yaxşı inkişaf etmişdi. Amma 1947-ci ildə Pakistanın müstəqilliyinin əldə etməsindən sonra Kəraçini yeni dövlətin paytaxtı elan etdilər. Şəhərin əhalisi Hindistandan mühacirlərin və daxili miqrasiyanın hesabına sürətlə artmağa başladı. Buna görə də iqtisadi artma, sənayenin inkişafı çayın çirklənməsinə səbəb oldu: o yağış suları rolunu yerinə yetirməyə başladı. Çayın uzununa istiqamətdə ətraflarının tənzimlənməyən yerləşməsi çayın səviyyəsinin artımına səbəb oldu. Bu da insan və maddi itkilərə səbəb olmağa başladı. 1977-ci ildə belə dağıdıcı daşqının olmasından sonra bütün çayın uzununa istiqamətində qoruyucu bəndlərin tikilməsinə ehtiyac oldu. Buna baxmayaraq 1990-cı illərdə də bir neçə daşqın hadisəsi baş vermişdir.
Sapvari dəlikçiçək
Sapvari dəlikçiçək (lat. Androsace filiformis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Sapvari yovşan
Sapvari yovşan (lat. Artemisia capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
İlanvari danaayağı
Dracunculus vulgaris (lat. Dracunculus vulgaris) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin dracunculus cinsinə aid bitki növü.
İlanvari qırxbuğum
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Şarvari evkalipt
İyvari gülquyruq
Val-de-Laqvart
Val-de-Laqvart (isp. Vall de Laguart) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 22,96 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 981 nəfərə çatmışdır.
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Narva, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır. 1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Lavar (İzer)
Lavar (fr. Lavars) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Mans kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38208. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Pavarı
Pavarı (az-əbcəd. پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Con Stiven Akvari
Con Stiven Akvari (1938 və ya 1942) - tanzaliyalı yüngül atlet, 1968 Yay Olimpiya Oyunlarının iştirakçısı. == 1968-ci ilin marafonu == 1968-ci ilin olimpiadasının marafonunda 75 atlet iştirak edirdi. Qaçışın başlamasından biraz sonra dizini və budunu zədələyir. Amma distansiyanı tərk etmədi, qaçışa davam etdi. Marafon qalibi Mamo Volde oldu, distansiyanı 2 saat 20 dəqiqə 26 saniyəyə. Con Stiven Akvari məsafəni 3 saat 25 dəqiqə 27 saniyəyə qət etdi. Məsafəni qət edənədək artıq qaliblərin təltif olunma mərasimi, günəş batması və azərkeşlərin çoxunun dağılışması baş verdi. Akvari axrıncı, finişə çatan 57-ci atlet oldu. İntervyuda ondan sorüşdular ki, niyə yıxılandan sonra qaçışı davam etdi, Akvarinin cavabı: Mənim ölkəm 5000 mil məsafəyə məni finişə çatmağım üçün göndərib, yarışa başlamaq üçün yox. == Gələcək karyerası == 1968-ci ilin Olimpiadasından sonra on ildə yarışlarda iştirak edib.
Zayed əl-Hayari
Zayed əl-Hayari — Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Zayed əl-Hayari Qətərin İordaniyada səfiri vəzifəsində işləyib. 2015-ci ildən ölkəsinin İraqdakı fövqəladə və səlahiyyətli səfiridir.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Avtomobil olayları
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Azərbaycan çayları
Azərbaycan çayları — Azərbaycan Respublikası ərazisindən axan çaylar. Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar: Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları; Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları; Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları. == Ümumi məlumat == Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir. Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylar == Dağ çayları == Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Başqırdıstan çayları
Başqırdıstan çayları — Başqırdıstan Respublikasının ərazisindən axan bütün çayların məcmusu. == Ümumi xüsusiyyətləri == Respublikanın çayları əsasən iki çay hövzəsinə — Volqa və Urala aiddir. Respublikanın şimal-şərqindəki kiçik çayların yalnız bir hissəsi — yuxarı hövzələri olan Uy, Miass və digərləri Ob hövzəsinə aiddir. Ümumilikdə respublikada ümumi uzunluğu 57,366 kilometr olan 12 min 725 çay var. Belaya çaylarının sistemləri, Ural (Xəndəkləri ilə — Yanqelka, Böyük Qızıl, Xudolaz, Bolshaya Urtazymka və Tanalık) və Urals'ın ən böyük qolu — Sakmara çayı (Kurgashlı, Urman Zilair, Yalan Zilair, Bolshoy Servis və Maly Ikk) yağış axını yolları üç istiqamətdə — qərb, şərq və cənub. Eyni zamanda, Ağidel çay sistemi Başqırd Uralının qərb yamacını dağətəyi zonalar, Ural çay sistemi — şərq yamacları, Sakmara çay sistemi — Cənubi Ural köpük bölgəsi ilə qurudur. Respublikanın qərb hissəsindəki çaylar (eninə dizdən aşağıda Belaya çayı da daxil olmaqla) geniş Ural düzənliyinin incə dərələrinin dibi ilə axır və buna görə də sahilləri aşağı və kurs yavaş. Pribelskaya dağlıq düzən düzənliyində çay şəbəkəsinin sıxlığı 0,25–0,35 km / km², Ufa yaylasında isə 0,2–0,3 km / km² təşkil edir. Ağidel çayında illik axın (çayın axını) həcmi 30 km³, çayda. Ufa — 12,3 km³, çayda Sime — 4.3 km³, çayda.
Həmidiyə Alayları
Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz, türkmənlər, yörük və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı. Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur. Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları. Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər. == Tarixi == Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi.
Naxçıvanın çayları
Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların ümumi sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6–10 km, 24-nünkü 11–25 km, 7-ninki 26–50 km, 3-nünkü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51–100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Belə ki, Naxçıvançaydan qərbə çay şəbəkəsi son dərəcə zəifdir. Ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal-qərbindən cənub-şərqinə doğru dağlar Araz çayına yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu, sutoplayıcı sahələri və axımları azalır. Naxçıvan MR çaylarının morfometrik ünsürləri aşağıdakı cədvəldə verilmişdir (S. H. Rüstəmov görə): Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. 1000–2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi burada çay şəbəkəsinin azalmasına səbəb olur.
Qazaxıstan çayları
Qazaxıstanda 85 022 çay vardır; onlardan 84 694-nün uzunluğu 100 km qədər, 305-inin uzunluğu 500 km qədər, 23-nün üzunluğu isə 500–1000 km arası təşkil edir. Ən yüksək çay şəbəkəsi sıxlığı (0,4-1,8 km/km²) Altayın yüksək hündürlüklü sahələri üçün xarakterizə olunur. Ən az şay şəbəkəsi sızlığı isə Aralönü və Xəzərönü ərazilərdə (0,03 km/km²) müşahidə edilir. Qazaxıstanda 7 min çayın uzunluğu 10 kilometri keçir Qazaxıstan ərazisində axan çayların böyük qismi qapalı hövzəllərə aidddir:Xəzər dənizi, Aral dənizi, Balxaş gölü, Tengiz gölü. İrtış, Tobol və İşim çayları isə suyunu Kara dənizinə axıdır. Qazaxıstan ərazisi adətən səkkiz su hövzəsinə bölünür: Aral-Sırdərya su hövzəsi, Balxaş-Alakol su hövzəsi, İrtış su hövzəsi, Ural-Xəzər su hövzəsi, İşim su hövzəsi, Nur-Sarısu su hövzəsi, Şu-Talas su hövzəsi və Tobol-Turqay su hövzəsi. Qazaxıstan ərazisindən axan 6 çayın 100 m³/s - 1000 m³/s, 7 çayın 50 m³/s - 100 m³/s və 40 çayın 5 m³/s - 50 m³/s su sərfiyyatı olur. 11 çayın uzunluğu 100 kilometri keçir. Ulı-Jılanşık – 422, kulanotpes – 364, Kalmakkırqan – 325, Tuındık – 303, Tokrau – 298, Jarlı – 193, Taldı – 129. Vilayət ərazisində 310 çayın uzunluğu 10 kilometrdən çoxdur.
Ermənistan çayları
Ermənistan çayları ya Xəzər dənizinin, ya da Sevan gölünün su hövzələrinin bir hissəsidir. Ermənistanda 50 kilometr (31 mil) -dən çox 16 çay var. Ən uzun çay olan Aras, Əhdi-Ətiqdə Eden bağının dörd müqəddəs çayından biri kimi qeyd edilmişdir. Ermənistanda 9480-ə yaxın böyük və kiçik olmaqla birçox çay var.
Türkiyə çayları
Türkiyənin çaylarının siyahısı Yalak çayı Kocasu çayı (Uluabad gölündən sonra Koca çayı) Qaraərik çayı Aliova çayı Emet Suyu Simav çayı Kara çayı Kadıköy çayı Kocaafşur çayı Madra çayı Hənifə çayı Gölcük çayı Dombay çayı Killer çayı Dəyirmancıq çayı Keçi çayı Simav çayı Nilüfər çayı Gönen çayı Biga çayı Can çayı Yakacık çayı Mərmər çayı Uludərə Birgos çayı Koca çayı 1. Anadolu yaxasından tökülənlər Karamenderes çayı Tuzla çayı Havran çayı Bakırçay (Güzelhisar su bəndi) Gediz çayı Koca çayı Bağ çayı Büyük çayı Kiçik Menderes çayı Böyük Menderes çayı Kufi çayı Banaz çayı Yaver çayı/Demirler çayı Dandalaz çayı Akçay Çine çayı Qamış çayı Qarpızlı su bəndi) Madran çayı Koca çayı Azmak çayı 2. Avropa yaxasından tökülənlər i. Maritsa çayı Arda Tunca Erithropótamos (Luda Reka) Diavolorrema ii. Ergene çayı Vize (Ana) çayı Sakızköy (Poyralı) çayı Çorlu Suyu (çayı) Çiftlik çayı (cənub) Çiftlik çayı (şimal) Ana çayı Şeytan Büyük çayı Akar çayı Teke çayı (Süloğlu su bəndi) Kaysan çayı (Kadıköy su bəndi) iii.
Abxaziya lazları
Abxaziya lazları — Abxaziyada yaşayan laz diasporasının nümayəndələri. == Tarixi == Abxaziyada lazların mövcudluğu Kolxida və Laz çarlığı dövrünə təsadüf edir. Bəzi mənbələrə görə, lazların ilkin yaşayış yeri Abxaziyanın şimal-qərb sərhədlərində olmuşdur. Burada Arrian "Παλαιά Λαζική" ("Palaia Lazikê"; "qədim Lazika") adlı ölkəni qeyd edir. Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasına tabe olan və Suxumi mahalında tütün plantasiyalarında işləyən 10 min laz Ryazana və Tambova sürgün edilmişdir. Yalnız 1917-ci ilin iyununda Müvəqqəti hökumət onların statusunu nəzərdən keçirdikdən və "onların gürcü xalqına mənsub olmasının" geri qayıtmaq üçün kifayət qədər əsas olduğunu müəyyən etdikdən sonra qayıtmağına icazə verilmişdir. Bu günə qədər Abxaziyada yaşayan lazlar əsasən Abxaziya cəmiyyətinə assimilyasiya olunublar. Müasir şəraitdə hələ də laz dilində danışan və özlərini laz kimi hiss edən yaşlı nəslin bəzi nümayəndələri istisna olmaqla, mədəni və linqvistik cəhətdən abxazlardan ümumiyyətlə fərqlənmirlər. 2014-cü ilin seçici siyahılarına əsasən, Abxaziyada özlərini etnik laz kimi təqdim edən 128 yetkin vətəndaş qeydiyyatdadır. Onların əksəriyyəti Suxumi və Oçamçıra rayonunda qeydə alınıb.
Naxçıvan lavaşı
Azərbaycanın Naxçıvan bölgəsində özünəməxsus xüsusiyyətləri ilə fərqli formada hazırlanan bölgə brendinə çevrilmiş çörək növü. Hələ min il, iki min il bundan öncə Azərbaycanda olan dünyaca məşhur səyyahlar, coğrafiyaşünaslar, tarixçilər bu elin, bu vətənin bütün yerlərində taxılın, çörəyin bolluğunu söyləyir, həmdə çox ucuz, demək olar ki, havayı olduğunu qeyd edirlər . Ən qədim zamanlardan çörək Azərbaycan xalqımızın süfrəsində mühüm yer tutmuşdur. Ümumi olaraq, çörək kimi bilinən bu qidanın xalq arasında müxtəlif növləri vardır. Məsələn: lavaş, dəstəna, fətr, çırpma, qalın, cad və.s. Naxçıvanda və Azərbaycanın digər bölgələrində çörək deyərkən daha çox lavaş yada düşür. Araşdırmacılar çörək ifadəsini çevirmək (sacda bişirilən zaman) sözü ilə bağlılığını qeyd edirlər. Bəlli olduğu kimi indinin özünə də yurdumuzun bir cox yerində çörək həmdə qədim türk sözü olub əppək kimi də qeyd olunur: saca əppək salmaq, əppək yapmaq və s. Xalqımızın qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da oğuz yurdunun övladlarının yeməklərinin arasında tez-tez ətmək (Naxçıvanda əppək) adına rast gəlirik. Ətmək (əppək) sözü isə bir qayda olaraq əkmək sözündən yarandığı bilinməkdədir .
Pavarı Qışlağı
Pavarı Qışlağı (az-əbcəd. پاوارێ قێشلاغێ‎, fars. قشلاق پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Kəlbəcər rayonunun çayları
Kəlbəcər haqqında sxemlə məlumat: Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
Süvari müsəlman alayları
Süvari müsəlman alayı — Cənubi Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya-Türkiyə müharibəsində iştirak etmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət atlı müsəlman alayları və Kəngərli süvari dəstələri formalaşdırıldı (1829). Naxçıvan və İrəvan müsəlman azərbaycanlı əhalisi tərəfindən 4-cü atlı müsəlman alayı təşkil edildi. Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabındakı məlumata görə osmanlılara qarşı müharibədə rus ordusu tərkibində döyüşən bu alaylara göstərdikləri hünərə görə 1830-cu ildə Rusiya imperatoru tərəfindən yeni fəxri bayraqlar təqdim edildi. Sonralar 1 və 2-ci alayların bayraqları Bakı və Şuşanın dövlət idarələrinə, 3-cü və 4-cü, eləcə də Kəngərlilərə məxsus bayraqlar isə Tiflis muzeyinə verildi. 1924-cü ildə atlı müsəlman alaylarının bayraqları Azərbaycan Dövlət Muzeyinə təqdim edildi. Hazırda həmin bayraqlar Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Naxçıvanın və İrəvanın müsəlman azərbaycanlı əhalisindən təşkil edilmiş 4-cü atlı müsəlman alayının döyüş bayrağı digər döyüş bayraqlarından qumaşının mavi rəngdə olması və aşağıdakı lentdə fars dilində “4-cü alay” sözlərinin yazılması ilə fərqlənir.