Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Litosfer
Litosfer (yun. λίθος (litos)— daş və σφαίρα (sfera)— təbəqə) – Yerin üst bərk qatı. Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir. Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz. == Litosfer qatları == Yer qabığı 1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Keçid qabığ(Böyük materiklərin kənar hissələri üçün xarakterikdir). Materik qabığı 3 qatdan ibarətdir: Çökmə qat Qranit qat. Bazalt qat. Qranit qata silisium və alüminium çox olduğu üçün SiAl təbəqəsi,bazalt qata isə silisium və maqnezium çox olduğu üçün SiMa təbəqəsi deyilir. Okean qabığı isə 2 qatdan ibarətdir.Qranit qat yoxdur. Çokmə qat.
Litosfer tavaları
Litosferə texnogen təsirlər
Yerin sahəsinin təxminən 60%-i 10 km dərinliyə qədər antropogen təsirə məruz qalmışdır. Litosferə antropogen təsirin nəticələri bunlardır: münbit torpaqların sıradan çıxması, süni səth və yeraltı strukturların yaranması, böyük həcmdə süxurların yerdəyişməsi, relyefin dəyişməsi, qruntların geodinamik tarazlığının pozulması; texnogen zəlzələlər, karst, torpağın oturması (enməsi), eroziyası, sürüşmələr, donuşluq rejiminin pozulması, torpaqların kimyəvi və radioaktiv çirklənməsi və s. == Texnogen təsirlər == Texnogen təsirlər – faydalı qazıntıların yeraltı yuyulmalarla çıxarılması, yeraltı tikinti, yeraltı suların intensiv istifadəsi, bitki örtüyünün məhv edilməsi, axıntı sularının atılması və s. karst əmələgəlmə proseslərini yaradır və onların yaranmasına kömək edir. Texnogenezlə gücləndirilmiş (oyadılmış, hərəkətə gətirilmiş) karst təbii karstdan inkişafının sürəti ilə və baş verməsinin intensivliyi ilə, sahəsinin azlığına və yayılma dərinliyinə görə fərqlənir. Texnogen karst karbonat, gips – anhidrid və duz süxurlarında geniş yayılmışdır. Texnogen təsirlər həmçinin külək eroziyasının inkişafına səbəb olur, burada deflyasiyanın (sovurub-çıxarmanın) aparıcı rolu vardır. Eol fəaliyyəti başlıca olaraq insanın həyat mühitinə məxsusdur, çunki texnogenez – bitkilərin məhvi, torpaqların şumlanması, qruntların qurudulması, terrasların düzəldilməsi və s. küləyin işini gücləndirir. Eol proseslərinin inkişafı üçün əlverişli olan çox böyük ərazilər vardır.
Fotosfer
Fotosfer — Günəşin səthindən 200–300 km-dək məsafədə yerləşir. Burada temperatur 5700 °C-dən çox olur. Fotosferdə yaranan dairəvi qara ləkələr (diametri 200000 km-ə qədər) Günəş ekvatorunun hər iki tərəfində müşahidə olunur.
Rizosfer
Rizosfer - bilavasitə bitki köklərinə yapışmış və yüksək miqdarda mikroorqanizmlərə malik olan qatı (2-3 mm). Rizosferin mikroflorasının tərkibi torpaq tipindən, bitkinin növü və yaşından asılıdır. Onlar torpaqda bitki tərəfindən çətin mənimsənilən birləşmələəri asan mənimsənilən hala çevirir Bioloji aktiv maddələrin sintez edir, bitkilərlə simbioza girir, toksinlər ayırır, denitrifikasitada iştirak edir və s. Rizosfer nedir?
Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir. Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir.
Biosfer qoruğu
Biosfer qoruğu — müəyyən bir regionun təbii ekosistemlərini və genofondunu qorumaq, orada və ona bitişik ərazilərdə təbii mühitin öyrənilməsi və monitorinqi məqsədilə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazisidir. Biosfer qoruqları "UNESCO"un himayəsi altında beynəlxalq və milli proqramlar əsasında yaradılır. "UNESCO" təşkilatı 669 milli təbii biosfer qoruğunu vahid dünya şəbəkəsinə daxil etmişdir. 1974-cü ildə "UNESCO"nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır.
Biosfer qoruğu (Bakı)
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
İnsan və biosfer
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi — davamlı inkişaf prinsipinin əməli tətbiqi formalarından biri, yəni mühafizə olunan ərazilərin elə tipidir ki, qoruqlardan və milli parklardan fərqli olaraq ətraf mühitin mühafizəsi ilə yanaşı ekoloji cəhətdən ciddi məhdudlaşdırılmış təsərrüfat fəaliyyəti də nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrində artıq 553 biosfer rezervat fəliyyət göstərir ki, bunlar da əslində insanın ətraf mühitlə yeni qarşılıqlı əlaqələrinin həyata keçirildiyi "adacıqlardır". Biosfer rezervatların bəşəriyyətin gələcək inkişafı üçün böyük əhəmiyyəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində bu məsələyə həsr olunmuş elmi-praktiki forumlar keçirilir.
Şimali Vidzeme Biosfer Qoruğu
Şimali Vidzeme Biosfer Qoruğu (latış. Ziemeļvidzemes biosfēras rezervāts‎) — Vidzemenin tarixi bölgəsində yerləşən, Latviyadakı yeganə qorunan təbii bölgə. Estoniya ilə sərhəd boyunca uzanır Qoruğa bir çox müxtəlif təbii və yarı təbii yerlər daxildir. İbtidai və ənənəvi landşaftların geniş ərazilərini əhatə edir. Əraziyə 25 təbiət qoruq, bir təbiət parkı və iki dəniz qorunan ərazisi daxildir. Şimali Vidzeme Biosfer Qoruğunun quru ərazisinin yarıdan çoxu meşələr və bataqlıqlar ilə örtülmüşdür. Buradakı 28 qorunan ərazidən 20-si meşələrin və bataqlıqların qorunması üçün nəzərdə tutulub. Şimali Vidzeme Biosfer Qoruğu ecazkar təbii dəyərləri ilə turistlər üçün cəlbedicidir. Buna mənzərəli Burtnieks gölündən tutmuş 95 kilometrlik məsafədə uzanan və Baltik dənizində bitən Salaca çayını göstərmək olar. 1990-cı ildə Latviya hökuməti mövcud biosfer qoruğunun sərhədləri daxilində Şimal Vidzeme Regional Ətraf Mühitin Mühafizəsi Kompleksini qurdu.
Qara Dəniz Biosfer Qoruğu
Qara Dəniz Biosfer Qoruğu (ukr. Чорноморський біосферний заповідник) — Ukraynanın Xerson və Nikolayev vilayətlərinin ərazisində yerləşən biosfer qoruğudur. Qoruğun sahəsi 109254,8 hektardır. Ukrayna Milli Elmlər Akademiyasına tabedir. Qoruq idarəsi Xerson vilayətinin Qolaya Pristan şəhərində yerləşir. Qoruq Ukraynanın ən böyük qoruqlarından biridir. Qoruğun əsas məqsədi qışlayan, yuvalayan köçəri quşları, həmçinin qumlu arenaların və səhra çöllərinin unikal komplekslərini qorumaqdır. Qoruğun tərkibinə daxil olan Tendrovski körfəzi və Tendrovskaya adası Ramsar konvensiyasına əsasən, xüsusi mühafizə rejimi ilə beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazi statusuna malikdir. 14 iyul 1927-ci ildə (1933-cü ildən qoruq statusu almışdır) qışlayan, köçəri və yuvalayan quşları və onların yaşayış mühitini qorumaq üçün yaradılmışdır. 1933-cü ildə müstəqil ekoloji və elmi tədqiqat müəssisəsi oldu.
İnsan və Biosfer Proqramı
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
“İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB)