Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
Yanq Livey
Yanq Livey - hərbi pilot və Çin Milli Kosmos Administriyasının astronavtıdır. O, 2003-cü ildə Çinin kosmik proqramı ilə kosmosa göndərilən ilk adam oldu. Şenzou 5 adlanan bu missiya Çini müstəqil şəkildə kosmosa insan göndərən üçüncü dövlət etdi.
Livilye
Livilye (fr. Livilliers) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 352 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimal-qərbdə, Serji belediyyənin 13 km şimal-qərbdə yerləşir.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Zivel
Zivel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zivel kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zivel kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Zivel kəndi Dəmirdağın ətəyindədir. Kəndi qaraçorlu (hazırda çorlu nəsli adlanır) tayfasına mənsub ailələr hər tərəfi sıldırım olan ensiz uzunsov yerdə salmışlar. Zivel kürd dilində “zolaq, şirım” deməkdir. Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür.
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Yanis Livens
Yanis Livens (16 aprel 1884 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Livens Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yanis Livens birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Destroy Lonely
Destroy Lonely (Bobby Wardell Sandimanie III; 30 iyul 2001, Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Atlantadan olan repçinin 2023-cü ildə buraxdığı debüt albomu “If Looks Could Kill” Billboard 200 çartının 18-ci pilləsinə yüksəlmişdir. Onun keçən il buraxdığı beşinci miksteypi “No Stylist” həmin çartın 91-ci sırasında qərarlaşmışdı, bu repçinin çarta ilk girişi idi. Destroy Lonely 2021-ci ilin əvvəllərində repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblına qoşulub. O, tez-tez Atlantalı leybl yoldaşı repçi Ken Carson ilə əməkdaşlıq edir.
Şəbəkəli livedo
Şəbəkəli livedo (ing. Livedo reticularis) – dərinin bənövşəyi rəngli, şəbəkəli eritematozudur. Solğun həlqələr qan cərəyanının azalması və periferiyada oksigenin aşağı gərginliyi ilə bağlıdır. Dəri biopsiyası dəyişikliksizdır. Tipləri: fizioloji ("mərmər" dəri, cavan qadınlarda aşağı ətraflarda, soyuqda güclənir, istidə itir), adəti (istidə itmir), idiopatik (daimi, "ağacşəkilll" livedonun erkən mərhələsi ola bilər), amantadin qəbulu ilə bağlı.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Lonely T-Rex
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — Google tərəfindən yaradılmış və Google Chrome veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə Chrome UX komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt Google Chrome-da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, Android və iOS mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Anton Szandor Lavey
Anton Szandor LaVey (ing. Howard Stanton Levey; 11 aprel 1930[…], Çikaqo, İllinoys – 29 oktyabr 1997[…], San-Fransisko, Kaliforniya) — Satanizmə yeniliklər gətirmiş, Şeytan kilsəsinin və La-Veya satanizminin yaradıcısı olan amerikalı okkultist yazıçı. LaVey, əslən Macardır. 11 aprel 1930-cu ildə Çikaqoda dünyaya gəlmişdir. Kiçik yaşlarında musiqiyə qarşı olan heyranlığı nəticəsində 15 yaşında musiqi sahəsində istədiyi bir çox şeyi reallaşdırmağı bacarmışdı. Lakin 20 yaşına çatan LaVey, musiqidən imtina edərək, sirkə qoşulmuşdur. Qəfəsdə saxlanılan heyvanlara nəzarət edərək işə başlayan LaVey, bir müddət sonra pələnglərlə şoular göstərməyə başlamışdır. Lakin bir müddət sonra şou zamanı aldığı xəsarət səbəbindən peşəsini dəyişdirmək məcburiyyətində qaldı. Bir neçə il sonra isə morqlarda polis-fotoqraf olaraq işləməyə başladı. LaVey bir müsahibəsində fəlsəfi düşüncəsinin formalaşmasında morqda işlədiyi zamanın da təsirinin olduğunu vurğulamışdır.
Top-level domain
İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı.
Top level domain
Yüksək səviyyəli domenlər (ing. Top-level domain (TLD) — DNS iearxiyasında ən yuxarı səviyyədə olan domenlərdir. Top - level domenlər aşağı səviyyədəki domenlərin tərkib hissəsidir. Məsələn, www.example.com domenində .com top level domendir. İlk dəfə olaraq ICANN təşkilatı tərəfindən yüksək səviyyəli 250 domen yaradılmışdır. Bunlardan 243-ü ölkələrə məxsus yüksək səviyyəli milli domenlər və 7-si yüksək səviyyəli ümumi istifadəli domenlərdir. Domenlər ingilis hərflərindən, rəqəm və defisdən ibarət ola bilər. Defis adın əvvəlində və axırında gələ bilməz, domen adın minimum uzunluğu zonadan asılı olaraq 2-3-simvol, maksimal uzunluğu isə 63 olmalıdır . Hazırda milli domenlərin ümumi sayı 250-dir. Onların sayı ISO 3166-1 beynəlxalq standartı kimi qəbul edilən dövlətlərin iki hərfli koduna uyğun gəlir.
Love Live!
Love Live! (ラブライブ! Rabu Raibu!) School Idol Project — ASCII Media Works, Dengeki G's Magazine, musiqi yazı lenti Lantis və Sunrise animasiya studiyası tərəfindən birgə istehsal olunan bir multimediya layihəsi. Layihə, məktəblərini bağlamaqdan qurtarmaq üçün bir məktəb aydol qrupu yaradan bir qrup xəyali tələbə ətrafında gedir. Layihə, əvvəlcə Dengeki G's Magazine-in 2010-cu ilin avqust sayında yayımlandı və musiqi CD-lərində, anime musiqi videolarında, iki manqa adaptasiyası və videooyunlarında istehsalına davam edildi. Daha sonra Sunrise tərəfindən istehsal olunan və rejissoru Takahiko Kyogoku olan 13 seriyalı anime televiziya serialının ilk mövsümü 2013-cü ilin yanvarından martına, ikinci mövsümüde 2014-cü ilin aprelinden iyuna qədər yayımlandı. Love Live! School Idol Movie adlı bir anime filmi də 2015-ci ilin iyun ayında nümayiş olundu. Yeni bir aydol qrupuna odaklanan bir serial olan Love Live! Sunshine!!, 2015-ci ildə elan edildi və manga seriyası May 2016-da, anime televiziya seriyası 2016-cı ildə başladı.
News Live
«News Live» (assam. নিউজ লাইভ) — Qərargahı Assam şəhərində yerləşən Hindistan peyk, xəbər televiziya kanalı. Quvahatinin əsas media qrupu olan «Pride East Entertainments Pvt. Ltd.» şirkətinin sahibləndiyi telekanalda 7/24 xəbərlər, son məlumatlar, məlumat-əyləncə proqramları yayımlanır. == İlin assamlı şəxsi == "İlin assamlı şəxsi" mükafatı «News Live» telekanalı tərəfindən təqdim olunan illik mükafatdır. Ən yaxşı məqalə işləyən şəxsə 2 lakx Hindistan rupisi verilir.
Oxu... (Live)
Oxu... (Live) – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ilk live (canlı) albomu.
Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey — Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb. == Tarixi == Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir. İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir. == Fəaliyyət prinsipləri == Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur. Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır.
20 nömrəli məktəb-lisey
Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Haqqında == Parlament prospekti 7/11 ünvanında yerləşən A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur. O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir. 2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir. Məktəbə 1994-cü ildə lisey adı verilmişdir. 2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010–2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir. 2008–2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 "Tərəqqi" medalına, 2 "Qabaqcıl təhsil işçisi" medaına layiq görülmüş müəllimlər çalışır.
Date A Live
Date A Live (デート・ア・ライブ, Dēto A Raibu, azərb. Həyatla görüş‎) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile Heart və Sting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.
Live-e-Qave
Live-e-Qave (fr. Livet-et-Gavet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38212. Kommunanın 1999-cu il üçün əhalisi 1365 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.
Live It Up
Live It Up (Azərbaycan türkçəsi: Həyatını Yaşa) — 2011 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək olan "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnıdır.
Live from Nottingham
Live from Nottingham Rock City 2003 – Linkin Parkın canlı albomu. Albom 2003-cü ildə Meteora albomu çıxmadan qabaq keçirilən konsertdə hazırlanmışdır. Albomun mahnıları Linkin Park, Yaponiya və Koreya olanda yazılmışdır. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Live from SoHo
Live from SoHo — Maroon 5 qrupunun canlı albomu.
Livlər
Livlər və ya livoniyalılar (latış. līvi‎ или lībieši, liv. līvlizt, q.rus либь) — Baltikyanı-fin xalqlarından biri. == Tarixi == Özlərini livli, kalamiez ("balıqçı"), bəzən də pandalist ("sahil adamı") adlandırırlar. Ural dil ailəsinin fin qrupunun pribaltika-fin qoluna mənsub olan liv dilində danışırlar. Antropoloji cəhətdən ağ (avropa) irqin aqdəniz-balt tipinə aiddirlər. Xristian dininin lüterçilik təriqətinə mənsubdurlar. Latviya Respublikasının Talsin və Ventcpil rayonlarında yaşayırlar. Assimilyasiya olunub qurtarmaq üzrədir. 1989-cu il məlumatına görə sayları 150 nəfərə yaxın olmuşdur.
Live in Texas
Live in Texas – Linkin Parkın birinci canlı albomu 3-cü DVD-sidir. Orjinal albom 13 noyabr 2003. Albom Linkin Parkın Hyuston Staionunda keçirdiyi konsert əsasında yazılmışdır. Konsertdə Lying from You mahnısını görüntüləri sinqlda istifadə olunmuşdur. = Albomdaki Mahnılar = == CD == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir. == DVD == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.