Zivel

ZivelAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Zivel kənd inzibati ərazi dairəsində kənd.[1]

Zivel
39°58′32″ şm. e. 45°56′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Zivel xəritədə
Zivel
Zivel

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zivel kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Zivel kəndi Dəmirdağın ətəyindədir. Kəndi qaraçorlu (hazırda çorlu nəsli adlanır) tayfasına mənsub ailələr hər tərəfi sıldırım olan ensiz uzunsov yerdə salmışlar. Zivel kürd dilində “zolaq, şirım” deməkdir.[2]

Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür.

Yaylaqlar[redaktə | mənbəni redaktə et]

Allahverdinin yurdu, Çınqıllı bulağın yurdu, Şurtan yurdu, Ocaqdaşı yurdu, Pişikli yurdu, Tikanlı yurd, Səyalı dərəsinin yurdu, Əyriqar yurdu, Zülfonun əyrisinin yurdu, Xallı yurdu, Kəlölən yurd, Hacıgələn yurd, Bəcrəvuran yurdu, Çalma yerin yurdu, Gülmalı hasarının yurdu, Hacı Xanlar yurdu, Balıbiçən yurd, Molla Qənbərin yurdu, Qoruxçupayı yurdu, Arxaşanın yurdu, Oruclu yurdu, Ortadüz yurdu, Vışkanın yalı yurd, Atölən yurd, Sarının yurdu.

Bulaqlar[redaktə | mənbəni redaktə et]

Səhəng bulaqları, Qara bulaq, Ağ bulaq, Xanalı bulağı, Çınqıllı bulaq, Kirişli bulaq, Hacıgələn bulaq, Koralı bulaq, Qurdlu bulaq, Mustafa bulağı, Dəyirmanların bulağı, Yarpızlı bulaq, Sərp bulaq, Qamışlı bulaq, Fotun bulağı.

Məşhur yerlər[redaktə | mənbəni redaktə et]

Şavazın yalı, Oyuq, Demyal, Vışka, Qəmbərölən, Qızıllkaha, Yolçu kahası, Qaranın kahası, Topdaş, Bəşirin qarrağı, Sporlubiçənək, Mustafanın hasarı, Kərbəlayı Məmmədalının hasarı, Arpa yerləri, Ortadüz, Gülmalı hasarı, Uzun günlük, Quruselaf çayı, Sarımsaqlı çayı, Bəşirin novu, Kirişlinin güneyi, Ağzıaçıq, Atölən, Ehsanyeri, Müseyibin qarrağı, Yalyeri, Əmralıbiçən, Güllədəyən daş, Yəhyabiçən, Cəmilin çüxuru, Qapıqaya, Dəyirmanlar, Göyərçin gölü, Ballının şamı, İslambiçən, Dəhnə kahası, Qafarların hasarı, Haşaməmmədin yeri, Qarakişibiçən, Məhərrəmin yeri, Xudoların kahası, Sporlu əkin yerləri, Alılar hasarı, Bəşirin çöpü, Topdaş biçənəyi, Əmralıbiçən, Camalın arxı, Yelmarbiçən, Çınqıllı biçənək, Çatım, Yaqubbiçən, Calalın şamı, Bəndəlin şamı, İmamalıuçan, Qırmızıbərəyə, Muxtarın kahası, Qalaçanın gəzi, Çüxur biçənəyi, Uçuq.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Zivel // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.