Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Longing for Dawn
Longing for Dawn — 2002-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == 2005-ci ildə qrupun ilk debüt "One Lonely Path" adlı albomu buraxıldı. Bu albomdan sonra Grau Records şirkəti ilə müqavilə imzalayaraq, daha sonra 2007-ci ildə "A Treacherous Ascension" və 2009-cu ildə "Between Elation and Despair" adlı üçüncü studio albomu buraxıldı. Bu albom qrupunun ən məşhur albomu olmuşdur.
Müqəddəs Lonqin (Bernini)
Müqəddəs Lonqin (it. San Longino) — İtaliya heykəltaraşı Covanni Lorenso Bernini tərəfindən yaradılmış heykəldir. 1638-ci ildə tamamlanmış mərmər heykəl Vatikandakı Müqəddəs Pyotr bazilikasının şimal-şərq nişində yerləşir. Heykəl təxminən dörd metr hündürlüyə malikdir. Heykəli ilk görənlərdən biri olmuş ingilis yazıçısı Con İvlin onu “Koloss nəhənglikdə” adlandırmışdı. == Sifariş == 1627-ci ildə Müqəddəs Pyotr bazilikasının inşaat meydanında rəhbər memar vəzifəsində Karlo Madernonu Covanni Lorenso Bernini əvəz edir və 1647-ci ildə Roma Papasının ölümünə kimi bazilikada həyata keçirilən bütün yeni layihələrə birbaşa nəzarət edir. Bernini yalnız interyer dekorunun hazırlanmasına nəzarət etməmiş, həmçinin bir neçə sənət əsərinin, o cümlədən Müqəddəs Lonqin heykəlinin hazırlanmasını həyata keçirmişdir.Müqəddəs Lonqin heykəli bazilikanın kəsişmə hissəsindəki nişlər üçün sifariş edilmiş dörd heykəldən biridir. Digər üç heykəllər isə Müqəddəs Andrey, Müqəddəs Yelena və Müqəddəs Veronikaya aiddir. Kilsədə dörd müqəddəsin hər biri ilə əlaqəli relikviyalar saxlanılır. Heykəllərin kiçik modelləri müxtəlif heykəltaraşlar tərəfindən hazırlanmış, Müqəddəs Andrey heykəlinin modelini isə Bernini özü işləmişdir.
Longines
Longines — İsveçrənin lüks saat istehsalçısı. == Nailiyyətlər == 1905-ci ildə Longines kol saatlarını kütləvi istehsal edən ilk şirkət oldu və nəticədə fabrik tamamilə yenidən qurulmalı və idarə edilməli oldu. 1912-ci ildə Longines ilk dəfə düzbucaqlı və barel formalı saatlar buraxdı. 1960-cı ilə qədər şirkət dünyanın ən nazik kvars saatını istehsal etdi və 1979-cu ildə 2 mm maneəni qıraraq və qalınlığı cəmi 1,98 mm olan saat buraxaraq öz rekordunu qırdı. 1982-ci ildə fabrikin yaranmasının 150 illiyini qeyd etmək üçün cəmi 3 mm qalınlığında qızıl saat istehsal edildi və eyni zamanda möhkəmliyini qorudu. Bu saat hələ də La Grande Classique de Longines adlı Longines kolleksiyasının bir hissəsidir. 1983-cü ildə miniatürləşdirməyə yönəlmiş işlər öz nəticəsini verdi — qadın saatları üçün yalnız 1,75 mm qalınlığında mexanizm yaradıldı. 1984-cü ildə Conquest kolleksiyası son dərəcə dəqiq kvars hərəkətləri ilə ortaya çıxdı. Yeni temperatur kompensasiyası texnologiyası sayəsində modellər adi kvars hərəkətləri ilə təchiz edilmiş modellərdən 5–10 dəfə daha dəqiqdir.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Baccharis longii
Baccharis longii (lat. Baccharis longii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Vadims Logins
Vadims Logins (d. 30.12.1981, Rezekne, Latviya SSR, SSRİ) – Latviya futbolçusu. Almaniyanın Lokomotiv Leypsiq klubunun üzvüdür. == Karyera == Karyerasına Rezekne şəhərinin eyniadlı komandasında başlayıb və 16 oyun keçirib. 2000-ci ildə Dinaburqa transfer olunub. 4 il ərzində 69 dəfə meydana çıxıb və üç dəfə rəqib qapıçıları məyus edib. 2005-ci ildə Ventspils klubuna keçib. Bu komandanda 7 oyun keçirəndən sonra 2006-cı ildə yenidən Dinaburqa qayıdıb. İndiyə qədər 46 dəfə forma geyinib. 2005-ci ildə bir dəfə Latviya millisinə dəvət olunub.
Homo longi
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir.Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.Fosilin digər əhəmiyyəti isə bu Əjdaha adamının Homo sapiensə Neandertal insandan daha yaxın ola biləcəyi ehtimalını ehtiva etməsidir. === Yaşı === Fosilin əvvəlcə 200-400 min yaşında olduğu təxmin edilirdi.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Hyu Loftinq
Hyu Loftinq(ing. Hugh John Lofting, 14 yanvar 1886[…], Meydenhed[d], Berkşir[d] – 26 sentyabr 1947[…]) — İngilis uşaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər silsiləsinin müəllifi. == Həyatı == Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada, Meydenxeddə (Berkşir qraflığı) anadan olmuşdur. ABŞ-də Massaçusets texnoloji institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmişdir. Mühəndis kimi Kanadada, Cənubi Afrikada, Kubada işləmişdir. 1912-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Onun yazıçılıq karyerası da burada başlayır. H.C.Loftinq Birinci Dünya müharibəsində iştirak edir, yaralanır və ordudan tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəşr etdirir.
Pehr Löflinq
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Sonninq mükafatı
Sonninq mükafatı (dan. Sonningprisen) — Avropa mədəniyyətinə fövqalədə töhfələr verən elm, mədəniyyət və ədəbiyyat xadimlərinə verilən mükafat. Sonninq mükafatı Danimarkalı yazıçı Karl Sonninqin şərəfinə hər iki ildən bir verilir. Kopenhagen Universitetinin rektorluğu tərəfindən seçilmiş nümayəndə heyəti mükafata namizəd olan şəxslər arasında seçim aparır və aparılan seçim nəticəsində qalib şəxsə 135.000 avro mükafat verilir. Mükafatlandırma mərasimi Karl Sonninqin doğum tarixi olan 19 apreldə Kopenhagen Universitetinin akt zalında təqdim olunur.
Yoakim Ronninq
Yoakim Ronninq (30 may 1972)- əvvəllər Espen Sendberqlə bir komandada işləyən norveçli kino rejissoru. Hər ikisi Norveçin Sandefyord şəhərindəndir. Onların bir yerdə olduğu komanda Roenberq (hər ikisinin soyadının birləşməsi) adlanırdı. Ronninq indi film və televiziya verilişləri hazırlayan və rəhbərlik edən solo rejissordur. == Karyerası == 2006-cı ildə Yoakim Ronninq Espen Sendberqlə birgə ilk filmləri olan və baş rollarını Penelopa Kruz və Salma Hayek oynadığı Bandidası çəkmişdir. Filmi fransız kinorejissor Luk Besson yazmışdır. Onun 2012-ci ildə hazırladığı Kon-Tiki filmi Norveç kino tarixində Qızıl qlobus və 85-ci Akademiya mükafatına namizəd görülmüş ilk film idi. Cütlük Karib quldurları seriyasının beşinci filmi olan "Karib quldurları:Ölülər nağıl danışmır" filminə rejissorluq etmişdir.
Lonqdin döyüşü
Lonqdin döyüşü — Vyetnam müharibəsi zamanı Vyetkonq ilə Vyetnam Respublikası Ordusu arasında baş vermiş döyüş. == Zəmin == ABŞ vertolyotunun müşahidəsi Lonqdin yaxınlığındakı meşə talasında toplaşan böyük bir qrup Vyetkonq qırıcısını görmüşdür. General Nquyen Khan dərhal M113 zirehli personal daşıyıcılarından istifadə edərək piyada qüvvələrini oraya çatdırmışdır. == Əməliyyat == 26 fevral 1964-cü ildə üç min VRO əsgəri Lonqdində Vyetkonqun 514-cü Batalyonu mühasirəyə almışdı. 8 saat davam edən döyüş zamanı VRO qüvvələri Vyetkonq elementləri ilə təmasdan yayınmış, əvəzində VRO komandiri qarşı tərəfə zərər vurmaq üçün hava və artilleriya zərbələrinə arxalanmışdı. Nəticədə, Vyetkonqun 514-cü Batalyonu çay keçidlərinin təhlükəsizliyini təmin etmək üçün snayper qruplarından istifadə etmiş, boşluqlardan keçərək ərazidən uğurla geri çəkilə bilmişdi. == Nəticə == Bu döyüşdə VRO-nun səriştəsizliyinə görə, general Khan beş bölmə komandirini işdən çıxarmışdı.
Leroy Lansinq Ceyns
Leroy Lansinq Ceyns (ing. Leroy Lansing Janes; 1838, Ohayo – 1909) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu. == İlk illəri == Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir. == Yaponiyada fəaliyyəti == 1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir. O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir. Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir. O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir. Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır. O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur.Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir. Çünki o düşünür ki, tələbələrinin xristianlıq ilə Qərb elmləri arasındakı əlaqəni yaxşı başa düşmələri üçün ingilis dilini yaxşı bilməlidirlər.
Lorinq Hərbi Hava Qüvvələri Bazası
Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb. Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb.1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb. Qırx illik fəaliyyətdən sonra baza 1994-cü ilin sentyabrında bağlanıb.