Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Didye Lokvud
Didye Lokvud (11 fevral 1956[…], Kale – 18 fevral 2018[…], XVIII arondisman (Paris)[d]) — cazmen == Həyatı == Didye Lokvudu dünyanın ən yaxşı caz skripkaçılarından biri, əfsanəvi Stefani Qrappellinin mənəvi oğlu və varisi, Fransız cazının ən yüksək beynəlxalq səviyyədə parlamasına imkan yaratmış unikal səslənməni icad edən sənətçi adlandırırlar. O, bir neçə "qızıl" kompakt disk yazdırmış, Kelt musiqisinin ən yaxşı ifaçılarından biri, müxtəlif Şərq musiqi mədəniyyətlərinin bilicisi, Avropada, Paris yaxınlığında ən məhşhur caz kolleclərindən birinin — bütün dünyanın peşəkar musiqiçilərinin mürəkkəb improvizə sənətində öz ustalığını artırmalarına imkan verən unikal məktəbin banisidir. Atası skripka sinfinin professoru, qardaşı caz pianoçusu olan Lokvud bu insanların birincisindən çalğı alətinə hədsiz marağı, ikincisindən isə incə zövqlü improvizasiyaya məhəbbəti mənimsəmişdir. Didye Lokvud musiqidə o vaxta qədər misli görünməmiş bir cərəyan yaratmışdır. Elektrik musiqisi böyük marağa səbəb olmuş və ən yüksək keyfiyyət etalonu olan skripkanın sayəsində böyük uğur qazanmışdır. Didye 16 yaşında ikən Kalais Milli Konservatoriyasının birinci mükafatına layiq görülür. Bu hadisə onun sənət karyerasının başlanğıcında bir növ tramplin oldu. Sonrakı 10 ilə yaxın müddətdə Lokvud ifaçılıq fəaliyyətinin müxtəlif növlərini səylə mənimsəmiş, simli alətlər triosundan başlamış soloya qədər, kvartetlərdən tutmuş D.L.G. sintez qrupuna qədər müxtəlif variantlarda öz istedadını nümayiş etdirmişdir. Dünya cazının bibliyası sayılan "Daun Bit"də üç ulduz qazanmış, ilk "musiqi Viktoriyası"nın sahibi olmuş Didye həm cazda, həm də klassik musiqidə özünü çox sərbəst hiss edir. O, öz ifasında spontallıqla texniki kamilliyi eyni dərəcədə asan və lirik şəkildə əlaqələndirə bilir.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Hind lotusu
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. == Etimologiyası == Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. == İqtisadi əhəmiyyəti və tətbiqi == Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Yem noxudu
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Əkin noxudu
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Vudu
Vudu (Benində: Vodun; Haitidə: Vodou; Dominikan Respublikasında: Vudu) — Qərbi Afrika mənsəli animist bir dinidir. Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750–1785-ci illərdə Haitidə meydana gəlsə də ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürmüşdür. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu, "hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc" kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur. Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir. İnanca görə, ondan aşağıda üç ruhi varlıq mövcuddur: 1) Loa. İnsan həyatını tənzimləyən ruhlar birliyi, bu dünyada təcəssümünü tapan enerjidir.
Asiyanın lordu
Asiyanın lordu (yun. Κύριος της Ασίας) - Makedoniyalı İsgəndərə eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamel döyüşündən sonra verilən tituldur. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin Babil şəhərində ölməsindən sonra titul onun varisərinə keçib, ancaq onlardan heç biri Asiyada və ya Makedoniyalı İskəndərin imperiyasının digər hissələrində gücə malik olmayıb. Həqiqi güc bir çox hökmdarlara və ya fars satraplarına keçib. İmperiyanın parçalanması və Diadoxinin güclənməsi ilə titul istifadə edilməyib.
Elişa Ovusu
Elişa Ovusu (7 noyabr 1997, Montröy) — Qanalı futbolçu. Belçikanın Gent klubunun və futbol üzrə Qana milli komandasının yarımmüdfiəçisi. == Klub karyerası == Ovusu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2010-cu ildə komandaya qoşulmuş və əvəzedici heyətin kapitanı olmuşdur. 23 fevral 2017-ci ildə Ovusu Lyon klubu ilə 3 illik ilk peşəkar müqaviləsini imzalamışdır. 19 iyun 2018-ci ildə Ovusu Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Qrenobl Fut klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Tomas Robineni əvəz etmişdir. Liqa 2 görüşündə Sojo rəqibinə 0–1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Ovusu Fransada anadan olmuşdur.
Ovusu Kvabena
Ovusu Kvabena — (18 iyun 1997, Akkra) — Qanalı peşəkar futbolçu. Macarıstanın "Ferensvaroş" klubunun və Qana milli komandasının hücumçusu. == Karyerası == Qanada doğulan futbolçu karyerasının ilk illərini doğulduğu Akkra şəhərinin komandasında keçirib. 2016-cı ildə İspaniyaya gələn futbolçu "Toledo" klubuna qoşulur. Ovusu 31 avqust 2016-cı ildə komandadanın əsas heyətində debüt edir. İspaniya Kral Kubokunda baş tutmuş "UB Conquense" komandası ilə ev oyununda ikinci hissədə əvəzedici kimi meydana çıxır və komandasının 2–0 qalib gəldiyi oyunda komandasının hər iki qolunun müəllifi olur. Daha sonra o, səkkiz qol vuraraq, komandanın əsas hücumçusuna çevrilir. 23 avqust 2017-ci ildə Owusu La Liqa təmsilçisi "CD Leganés" klubu ilə beş illik müqavilə imzalayır. Ancaq futbolçu səkkiz gün sonra, "Segunda División"da yarışan "Real Oviedo"ya bir il müddətinə icarəyə verilir. 24 iyul 2018-ci ildə Ovusu İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "Salamanca CF" klubuna bir il müddətinə icarəyə verilir.
I Loved Yesterday
I Loved Yesterday — Yui albomu.
Con Loud
Con Loud (2 noyabr 1844, Ueymut[d], Massaçusets – 10 avqust 1916, Ueymut[d], Massaçusets) — Amerikalı ixtiraçı, ilk şarik qələminin ixtirası ilə məşhurdur. == Həyatı == Con Loud 1844-cü ildə Massaçusets ştatının Veymut şəhərində Con Uayt Loud və Sarah Humfri Blançardın ailəsində anadan olmuşdur. O, Veymutda məktəbə getdi, Weymouth Liseyini bitirdi və sonra Harvard Kollecinə daxil oldu və 1866-cı il sinfində hüquq fakültəsini bitirdi. 2 fevral 1872-ci ildə Suffolk County Barına təyin edildi. Daha sonra Jewell, Gaston və Field-də hüquq məktəbinə getdi, lakin daha sonra atasının bankçılıq peşəsinə qoşulmağa qərar verdi. 1871-ci ildə atasının yanına getdi və İttifaq Milli Bankında kassanın köməkçisi kimi işləməyə başladı. 1874-cü ildə atasının ölümündən sonra Loud kassir vəzifəsini tutdu və bu vəzifəni 1895-ci ildə səhhətinə görə istefaya gedənə qədər tutdu. == İxtirası == 1888-ci il oktyabrın 30-da amerikalı bank işçisi Con Loud " taxta, kobud qablaşdırma kağızı və başqaları kimi kobud səthlərə " yaza bilən qələm üçün patent aldı. Patentdə o qeyd etdi: Mənim ixtiram, digər məqsədlərlə yanaşı, taxta, kobud bükmə kağızı və adi qələmdən istifadə edilə bilməyən digər məhsullar kimi kobud səthlərdə işarələmə üçün xüsusilə faydalı olan təkmilləşdirilmiş rezervuar və ya fontan qələmdən ibarətdir. İçindəki mürəkkəb bir sıra kiçik toplarla dəstəklənən "işarələmə kürəsi" ilə səthə verilirdi.
Arktika söyüdü
Arktika söyüdü (lat. Salix arctica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Yarımnövləri == Salix arctica subsp. arctica Salix arctica subsp. crassijulis (Trautv.) A.K.Skvortsov Salix arctica subsp.
Avstraliya söyüdü
Bebb söyüdü
Bebb söyüdü (lat. Salix bebbiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salix bebbiana var. perrostrata (Rydb.) C.K.Schneid. Salix livida var. occidentalis A.Gray Salix perrostrata Rydb. Salix rostrata Richardson Salix rostrata var. perrostrata (Rydb.) Fernald Salix starkeana subsp.
Cənub söyüdü
Keçi söyüdü
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kuznetsov söyüdü
Kuznetsov söyüdü (lat. Salix kuznetzowii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 6–7 m olan koldur. Yаşlı budаqlаrı çılpаq, cаvan zoğlаrı ağ, sıx, tərs yumurtavarıdır. Dişicik çiçəkləri silindr-varı və nisbətən uzundur. Qоnur rəngli çılpаq budаqlаrı оlаn hündür koldur. Cаvan budаqlаrı ağ, keçə tüklüdür. Qаbığı soyulmuş оduncağı hamardır, düyünləri yoxdur.
Misir söyüdü
Misir söyüdü (lat. Salix aegyptiaca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda, Talışda, Kür-Araz ovalığında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır.
Qafqaz söyüdü
Qafqaz söyüdü (lat. Salix caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. NT. == Yayılması == Böyük və Kiçik Qafqaz, Acariya İmeretiya vadisi, Şafşet vadisi, Dağıstan və Türkiyədə təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı == Quba rayonu ərazisində yuxarı meşə və subalp qurşaqda meşə açıqlıqlarında və kənarlarında, çay kənarlarında və rütubətli yerlərdə təbii haldа yаyılmışdır. == Bitdiyi yеr == Təbii halda yuxarı meşə və subalp qurşaqda meşə açıqlıqlarında və kənarlarında, çay kənarlarında və rutubətli yerlərdə rütubətli yerlərdə yayılmışdır. == Təbii еhtiyаtı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–2 m оlаn və yа kiçik аğаcdır. İllik budаqlаrı tünd-qоnur rəngdə оlub, çılpаqdır. Yаrpаqаltıqlаrı böyrəkvаrıdır, yаnlаrа diş-dişdir, аğаcdа qаlаndır.
Qütb söyüdü
Qütb söyüdü (lat. Salix polaris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salix herbacea Sol. Salix polaris subsp. pseudopolaris (Flod.) Hultén Salix polaris var. selwynensis Raup Salix pseudopolaris Flod.
Riçardson söyüdü
Saxalin söyüdü
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Vavilon söyüdü
Vilhelms söyüdü
Vilhelms söyüdü (lat. Salix wilhelmsiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Gürcüstanda təsvir edilmişdir. İranda, Çində, Tibet və Hindistanda bitir. == Botaniki təsviri == Hündürlüyü 6-7 m-ə qədər olan kiçik ağac və ya koldur. Budaqları nazik, qonur və ya boz-qonurdur, cavan zoğları boz və tüklüdür. Yarpaqları ensiz хətvari və sivri, saplaqsız, 2-6 sm uzunluqda, 4-8 mm enindədir, təzə yarpaqları parlaq və yumşaqdır, sonralar demək olar ki, tamam çılpaqlaşır, kənarları bütövdür və ya хırda vəzili-mişardişlidir, hər iki tərəfi eyni rəngdədir. Tumurcuqları açıq-qonur rəngli, tüklü, ucu küt, 6 mm-ə qədər uzunluqdadır. Sırğaları qısa, 3 sm-ə qədər uzunluqda ayaqcıqlar üzərində olub, silindrşəkilli, nazikdir. Erkəkcikləri 2, saplaqları bir-birinə bitişmiş, tozluqları sarıdır.
Xəzər söyüdü
Xəzər söyüdü (lat. Salix caspica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Aralıq dənizyani ölkələri, Şimali Afrika, Kiçik və Orta Asiya, Yaponiya, Çin, Qərbi Sibir, Qafqaz, İran və Monqolustanda yayılıb. == Botaniki təsviri == Boyu 3 m-ə çatan, çılpaq, parlaq sarı zoğlu koldur. Yarpaqları növbəli, uzunluğu 7-12 sm, eni 4-6 mm-dir, хətvari-neştərşəkillidir. Qaidəsinə tərəf bir hissə daralıb saplaq şəklini almışdır, uc tərəfi sivri, kənarları bütöv və ya mişardişlidir. Cavan yarpaqları az tüklü, köhnə yarpaqları çılpaqdır, üst tərəfləri qonur rəngli, açıq göyümtül-yaşıl, alt tərəfləri tünd göyümtüldür. Yarpaq saplaqlarının uzunluğu 5 mm-ə qədərdir. Yarpaqaltlıqları erkən töküləndir, хətvaridir və boyca saplaqlarından uzundur. Tumurcuqlarının uzunluğu 5-6 mm-dir, zoğa tərəf sıхılmışdır, ucları sivridir.
Babil söyüdü
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Ud söyüdü
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Henri Stüart (Darnley lordu)
Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Darnley lordu və Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı.
Henri Stüart (Methven lordu)
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin böyük qızı olan Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu.