QOVUD

Qovrulmuş və kirkirədə (əl dəyirmanında) çəkilmiş buğdaya şəkər, yağ və s. qatmaqla hazırlanan yemək növüdür. Qovurmaq kəlməsi ilə qohumdur. Qor, kül, kömür tipli sözlər köy (yanmaq, od) sözü zəminində əmələ gəlib. Ehtimal ki, rus dilindəki гореть, горе sözləri də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QOVLAMAQ
QOVUQ
OBASTAN VİKİ
Aşağı Qovudərə (Marağa)
Aşağı Qovudərə (fars. ‎‎‎گوي درق سفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (12 ailə).
Yuxarı Qovudərə (Marağa)
Yuxarı Qovudərə (fars. ‎‎‎گوي درق عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (10 ailə).