Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alpinlər
Makalpinlər (ortagel: Clann Chinaeda meic Ailpín) və ya Alpinlər (ing. House of Alpin, Alpínid dynasty) — 841-ci ildən 1018-ci ilə qədər Dal Riada, Alba, Piktaviya (843-cü ildən) və Stratklayd (889-cu ildən) kral sülaləsi. Sülalənin qurucusu Dal Riada ilə Piktaviyanı bir araya gətirmiş və Alba krallığını qurmuş Kennet mak Alpindir. Daha sonra Alba krallığı ilə Stratklayd krallığı birləşmiş və Şotlandiya krallığını qurmuşdur. 1034-cü ildə sülalə yeni bir kişi üzvü olmadığından süquta uğramışdır. Makalpinlərdən sonra Şotlandiyaya ardıcılıq olaraq, Dankeld sülaləsi, Morey sülaləsi, Balliol sülaləsi, Bryus sülaləsi və Stüartlar sülaləsi rəhbərlik etmişdir. == Genealogiya == II Alpin (–834) — Dal Riada kralı. Kennet mak Alpin (–859) — II Alpinin oğlu. Dal Riada və Piktaviya kralı. O, 843-cü ildən Alba krallığını qurmuşdur.
Aurinlər
Aurinlər — trifenilmetanın hidroksilli törəmələri sırasından olan boyaqlardır. == Alınması == Bunların ən sadəsi aurin, fenolu (sulfit turşusu iştirakı ilə) oksalat turşusu ilə qızdırmaqla alınır. Reaksiya zamanı əvvəlcə boyağın leykəsası trioksitrifenilkarbanol əmələ gəlir, sonra sulfat turşusunun təsiri ilə su ayrılır və aurin alınır. Fenol ilə ortokrezol və parakrezol qarışığını arsenat və sulfat turşuları ilə oksidləşdirdikdə aurinin homoloqu rozol turşusu alınır. Aurinə pararozol turşusu da deyilir. Onların quruluşu, nitrit turşusunun təsiri ilə parafunksinin aurinə və funksinin rozol turşusuna çevrilməsi ilə sübut olunur. Aydındır ki, nitrt turşusu funksinin və parafunksinin amin qruplarını hidroksil qrupu ilə əvəz edir və onları müvafiq olaraq aurinə və rozol turşusuna çevirir. == Xassələri == Aurin qırmızı rəngli boyaqdır, suda həll olmur, spirtdə və sirkə turşusunda həll olur. sirkə turşusunun və başqa turşuların təsirindən aurin qızılı rəngə, qələvilərin təsirindən isə göy-qırmızı rəngə boyanır. Aurinlər kağıza boyamaq üçün, az miqdarda indikator kimi işlədilir.
Lipidlər
Lipidlər — bütün canlıların tərkibində olan orqanik birləşmələrdən biridir. Lipidlər iki yerə ayrılır: doymuşlar və doymamışlar. Doymamış yağlar otaq temperaturunda maye halda olan lipidlər. Doymuş yağlar isə yenə otaq temperaturunda qatı halda olurlar. Bioloji önəmi olan lipidlər üçün yağ oksidləri, neytral lipidlər, fosfolipidlər və stereolipidlər misal göstərilə bilər. Lipidlər insan və heyvanların təməl qidaları arasında yer alır. == Quruluşu == Bitki və heyvan mənşəli yağlar və yağabənzər maddələr lipidlərə aiddir. Lipid-yunanca "lipoz"-sözündən götürülüb, mənası piy deməkdir. Adətən lipidləri iki yerə bölürlər: Sadə lipidlər. Bura yağlar, sabunlar və mumlar aiddir; Mürəkkəb lipidlər.
Rusinlər
Rusinlər — Şərqi slavyan etnik qrupu, əsasən Şərqi Avropada yaşayırlar. Ensiklopediyalar rusinləri həm ukraynalılara, həm də ukraynalılardan fərqli slavyan xalqına aid edirlər. Rusinlərin bir hissəsi özlərini ayrı xalq hesab edirlər. SSRİ-də onlar (müasir Ukraynada da hal-hazırda rəsmi mövqe belədir) ukraynalıların etnik qrupu kimi baxılırdı.
Supiklər
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bugünkü Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Tuvinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Yupiklər
Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq. 5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərini digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır. Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar. Bütün yupik xalqlarında oluğu kimi Alyaska yupikləridə Şamanizm dini böyük yer tutur.
Lapiflər
Lapiflər ( q.yun. Λᾰπίθαι) — yarı mifik, yarı tarixi tayfa. Onin çoxsaylı nümayəndələrinə müxtəlif miflərdə, eləcə də "İliada"da rast gəlinir. Lapiflər Fessaliyanın şimal hissəsində, eləcə də kentavrların qovulduğu Pilionda, Osa, Pind , Peneyvadisində, Olimp yaxınlığında və s. yaşayırdılar. Fessaliya xaricində şəhərlər və bölgələr lapiflərin adı ilə əlaqələndirilir. Bu tayfanın yer adları ilə assosiasiyası, eləcə də geniş yayılması göstərir ki, lapiflər sadəcə olaraq məşhur fantaziyaların yaratdığı nəhənglər deyil, qismən də erkən ellin mədəniyyətinin böyüməsində mühüm rol oynamış tarixi tayfadır.
Luvilər
Luvilər - E.ə. 2300-cü illərdə Anadoluda tanınan bir xalq. Luvilər Luvi dilində danışdıqları bəllidir. Luvi dili Hind-Avropa dil qrupuna daxil olduğu müəyyən edilmişdir. Anadolu torpaqlarının Xetlərdən öncəki tarixi hələlik tam müəyyən edilməmişdir. 1906-cı ildə Xetlərin paytaxtı Xattuşaşda tapılmış mixi yazıların oxunması ilə Anadoluda Yunan köçündən çox əvvəl buranın yerli xalqı olan Luvilərin yaşadığı müəyyən edilmişdir. Xetlərin mixi yazılarında bu xalqdan Luvian/Luvili olaraq bəhs edilir. Xet dövlətinin süqutundan sonra Xetlərin dili unudulmağa başlamış, Luvilərin dili isə biraz dəyişiklikliyə məruz qalaraq yaşamaqda davam edirdi. Xetlərin yazılarında Luvilərdən bəhs edərkən, Xetlərin Luvilərə ikinci sinif insanlar kimi münasibət bəslədiyi aydınlaşır. Xetlərin Anadoluya hakimliyi dönəmində hər zaman ona qarşı üsyanlara rəhbərlik edən Luvi şəhər dövlətlərindən Arzava Xetlərin əsas düşmənlərindən biri idi.
Udinlər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.
Ludilər sülaləsi
Ludilər sülaləsi — 1451-1526-cı illər arasında Dehli sultanlığında hökm sürən bir Əfqan xanədanı. == Tarixi == Qurucusu, bir öncəki xanədan olan Seyyidlər sülaləsindən Sultan Məhəmməd şahın Sirhind valisi Bəhlul Ludidir. Əfqanların Gilzay qəbiləsinə mənsub olan Ludilər, Qurlu Sultanı Muizzüddin Məhəmməd zamanında (1203-1206) ordunun yüksək qədəmələrinə gətirildilər; Dehli sultanı Məmlük xanədanından Sultan Qiyasəddin Balaban da (1246-1266) onları Hindlilərə qarşı sərhəd bölgələrinə yerləşdirdi. 1341-ci ildə Məlikşah Ludi adlı bir komandanın öndərliyində ayaklanarak Multanda hakimiyət quran Ludilər, bu tarixdən etibarən Şimali Hindistanın təsirli güclərindən biri halına gəldilər. Seyyidlər xanədanının qurucusu Xızır xan (1414-1421), Tuğluqlulara qarşı verdiyi mücadilə sırasında büyük yararlılıklar göstərən Sultan Şah adlı Ludi komandanını İslam xan ünvanıyla Sirhind valiliyinə gətirdi. İslam xan Ludi, yenə Xızır xanın cagirdarlarından olan və bir savaşda ölən qardaşı Məlik Kalanın oğlu Bəhlulu himayəsinə aldı və onu qızıyla evləndirdi; daha sonra da öz oğlu olmasına baxmayaraq güvən duyduğu Bəhlulu vəliəhd təyin etdi (1431). Bununla birlikdə İslam xanın ölümü üzərinə torpaqlar oğlu Qütub xan, qardaşı Məlik Firuz və Bəhlul arasında bölüşdürüldü. Bəhlul əmisiylə birlikdə Qütub xana və onları Sirhinddən çıxarmaq istəyən Seyyid Sultanı Məhəmməd şaha qarşı cəbhə təşkil etdi. Ancaq Məhəmməd şahın əsgərləri aparılan savaşda bu cəbhəni dağıtdılar. Pəncaba çəkilən Bəhlul, bir neçə il içərisində yenidən bir ordu quraraq Seyyidlərin son hökmdarı Əlaəddin Aləm şahın ordularını məğlub etdi və Sirhindi təkrar ələ keçirərək bölgəyə hakim olub (1440) “xan-i xənan” ünvanını aldı.
Udinlər (1993)
Kinolent Azərbaycan Respublikası ərazisində yaşayan, öz adət-ənənəsini, dilini qoruyub saxlayan udin millətinin timsalında azsaylı xalqların etnogenezisinə həsr olunmuşdur. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.