Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möcüzəkar Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. == Ümumi məlumat == 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Möcüzələr Akademiyası
Möcüzələr Akademiyası — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy və həyat yoldaşı Zəhra Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Uşaq Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. == Məzmunu == Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar.
Alisa möcüzələr adasında
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Alisa möcüzələr ölkəsində

Möcüzələr (film,1989)
"Möcüzələr" (ing. Miracles) — 1989-cu ildə Honq Konqda çəkilmiş,Ceki Çanında rejissorluq və baş rol oynadığı bir filmdir. == Məzmun == Daha yaxşı bir həyat axtarışında olan Çarli (Jackie Chan) Honq Konqa gəlir və burada dərhal yerli bir fırıldaqçı tərəfindən aldadılır, bunun nəticəsində Çarli son penniesini itirir. Son qəpiklərini kasıb bir tacirə bir gül çiçəyi üçün verir, bu da ona uğurlar gətirməlidir. Və "xoşbəxt" davası çox keçmədi. Çarlie iki mafiya klanının atışmasında iştirak edən bir məcburiyyətli bir iştirakçı olur və quldur dəstələrindən birinin əsas patronunun atəşindən çıxır. Ölərkən, mafiya lideri Çarlini varisi və qəbiləsinin Böyük Qardaşı təyin edir. Honq Konqun cinayətkar yarısının "babası" rolunda, Çarli çeviklik və ixtiraçılıq möcüzələrini göstərməlidir ...
Möcüzələr (film, 1989)

Möcüzələr Adası (1978)
== Məzmun == Filmdə nəql olunur ki, bir fərasətli və xəyalpərəst oğlan Neft Daşlarına gedib çıxır. O, komik vəziyyətlərə düşür. Lakin burada da öz bacarığını, fərasətini nümayiş etdirir. == Festivallar və mükafatlar == 1) 1978-ci ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Animasiya filmi rejissor işinə görə Mükafat almışdır. == Film haqqında == Kukla filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Tahir Piriyev Bəstəkar: Ruhəngiz Qasımova Səs rejissoru: Bəxtiyar Dehniya Cizgi rəssamı: Tahir Piriyev == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Möcüzələr dükanı (roman)
Möcüzələr dükanı — (port. Tenda dos Milagres) 1960-cı illərin ortalarında Jorje Amadu tərəfindən yazılmış sehrli realizm romanıdır. Romanın əsas mövzusu Braziliyada mədəniyyətlərin qarışması və irqçiliyin araşdırılmasıdır. 1977-ci ildə roman Nelson Pereira dos Santos tərəfindən Amadunun özünün ssenarisi əsasında lentə alınıb. 1985-ci ildə roman əsasında kiçik serial (30 seriya) səhnələşdirilib. == Məzmun == Baş qəhrəman eyni zamanda candomblé keşişi, kapoeyra ustası, orijinal sosial mütəfəkkir və şair, fransız, ispan və ingilis dillərini mükəmməl bilən, simvolik "bütün insanların atası" olan melez dilənçi Pedro Arçenjodur. Romanın hərəkəti 1968-ci ildə amerikalı antropoloq, Nobel mükafatı laureatı Levensonun Bahiaya gəlişi ilə başlayır, təhsilli braziliyalılar Arçenxonun varlığını ilk dəfə ondan öyrənirlər. Levenson braziliyalının 100 illik yubileyini qeyd etmək istəyir və yerli şair Fausto Penaya onun tərcümeyi-halı üçün materiallar hazırlamağı əmr edir. Bu, çox sayda personaj və vəziyyətin olduğu romanın əsas süjet quruluşudur. Levenson Amerikada Arçenjodur onunla heç bir əlaqəsi olmayan tərcümeyi-halını nəşr etdirdi: o, Fausto Penanın əlyazmasına belə baxmadı.
Alisa möcüzələr ölkəsində (dəqiqləşdirmə)
Əsərlər Alisa möcüzələr ölkəsində — Luis Kerrolun 1865-ci ildə nəşr olunmuş bədii əsəri.Filmlər Alisa möcüzələr ölkəsində — 1903-cü ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1915-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1949-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1972-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1985-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1988-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1999-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 2010-cu ildə çəkilmiş film.Cizgi filmləri Alisa möcüzələr ölkəsində — 1951-ci ildə çəkilmiş cizgi filmi.Macəra oyunları American McGee’s Alice — 2000-ci ildə yaradılan macəra oyunu. Alice: Madness Returns — 2009-cu ildə yaradılan macəra oyunu.
Alisa möcüzələr ölkəsində sindromu
“ Alisa möcüzələr ölkəsində” sindromu (termin Luis Kerrollun eyniadlı romanından götürülüb) — həmçinin Todd Sindromu və ya liliput hallüsinasiyası kimi də tanınır. Bu, insan dərrakəsinə təsir edən nevroloji vəziyyətdir. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixiaktiv dərmanlardan istifadə ilə əlaqədar yaranır. Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur. Xəstəlik yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan axının səbəb olan elektrik fəallığı da gətirib çıxara bilər. == Epidemiologiya == “ Alisa möcüzələr ölkəsində” sindromu erkən uşaqlıq dövründən iyirmi yaşaların sonuna qədər müşayidə oluna bilər. Hətta otuz yaşlarında belə bu xəstəlikdən əziyyət çəkənlər olur. == Tarixi == “ Alisa möcüzələr ölkəsində” sindromu musimol maddəsinin orqanizmə daxil olması nəticəsində yaranır.
Həyat möcüzədir (film, 2004)
Həyat möcüzədir (serb. Život je čudo/Живот је чудо) — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir. == Süjet == Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür.
Möcüzələr Akademiyası (film, 2022)
Möcüzələr Akademiyası — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy və həyat yoldaşı Zəhra Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Uşaq Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. == Məzmunu == Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar.
Möcüzələr adası (film, 1963)
== Məzmun == Kinopovest Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır, burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir. == Film haqqında == Film aktyor Hamlet Xanızadənin kinoda ilk işidir. Dənizdə olan çəkilişlərdə süni çəkiliş metodlarından istifadə edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Mahnıların mətni: Nəbi Xəzri, A.Plavnik Səs operatoru: İlya Ozerski Rejissor: Məmməd Əlili Rejissor assistenti: Ramiz Əliyev, Elmira Əliyeva Montaj üzrə assitent: Tamara Nərimanbəyova Operator assistenti: V.Həsənov, Fikrət Əsgərov, Həmzə Əhmədoğlu, Valeri Kərimov Rəssam assistenti: T.Məlikzadə, Abdullazadə Qrim rəssamı: S.Pozdeyeva, G.Koçarov Redaktor: Nataliya Şneyer Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Çalır: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Filmin direktoru: Nazim Ələkbərov Mahnı ifa edən: Anatollu Qəniyev ("Lirik mahnı") (titrlərdə yoxdur) === Rollarda === Həsən Məmmədov — Nazim Oleq Xabalov — Kamran Zoya Nedbay — Məryəm Fazil Salayev — Fazil Leonid Piroqov — Polyakov Tamilla Qafarova — Samiyə İ.Müxtəliyev — Cabbar Aleksandr Stepanov — Kapitonov Yusif Yulduz — Qulam dayı Yaroslava Turılyova — Nataşa İsmayıl Əfəndiyev - neftçi alim Ambartsumov - Artur Roza Tağıyeva - Teleqrafçı qız Hamlet Xanızadə — Sadıq Hüseynov Məmmədov Vəliyev Çirkov - neftçi Dadaşov Ş. Bağırova - İşçi qız === Filmi səsləndirənlər === Əli Zeynalov — Nazim (Həsən Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Məryəm (Zoya Nedbay) (titrlərdə yoxdur) Həsənağa Turabov — Kamran (Oleq Xabalov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Polyakov (Leonid Piroqov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cabbar (İ.Muxtəliyev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Artur (Ambartsumov) (titrlərdə yoxdur) Kamil Qubuşov - Kapitonov (Aleksandr Stepanov)(titrlərdə yoxdur) Əfrasiyab Məmmədov - neftçi alim (İsmayıl Əfəndiyev)(titrlərdə yoxdur) Hamlet Xanızadə - neftçi (Çirkov);işçi (titrlərdə yoxdur) == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Əhədoğlu, Y. “Belə bir ada da var” //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun. Məmmədov, R. “Neft daşları və ekran” [Azərbaycan kinematoqrarafiyası haqqında] //Azərbaycan.- 1965.- № 2.- səh. 211-216. Кино: Энциклопедический словарь / Гл.
Möcüzələr adası (film, 1978)
== Məzmun == Filmdə nəql olunur ki, bir fərasətli və xəyalpərəst oğlan Neft Daşlarına gedib çıxır. O, komik vəziyyətlərə düşür. Lakin burada da öz bacarığını, fərasətini nümayiş etdirir. == Festivallar və mükafatlar == 1) 1978-ci ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Animasiya filmi rejissor işinə görə Mükafat almışdır. == Film haqqında == Kukla filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Tahir Piriyev Bəstəkar: Ruhəngiz Qasımova Səs rejissoru: Bəxtiyar Dehniya Cizgi rəssamı: Tahir Piriyev == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Möcüzələr meydanı (televiziya oyunu)
Möcüzələr meydanı — Rus (televiziya oyunu) == Verliş haqqında == Möcüzələr meydanı (rus. Поле Чудес)Möcüzələr meydanı "VİD" televiziya şirkətinin birinci əyləncə proqramlarından biridir.
İndiki uşaqlar möcüzədir (roman)
İndiki uşaqlar möcüzədir - Əziz Nesinin 1967-ci ildə yazdığı romandır. 2014-cü ilin aprel ayından etibarən 68-ci nəşri olan bu kitab indiyədək 525.000 tirajla nəşr olunub və yazıçın ən çox satılan kitabıdır. == Haqqında == Əhməd və Zeynəb adlı iki uşaq ayrılır və bir-birlərinə yaşadıqlarını məktublar vasitəsilə danışırlar. Əhməd və Zeynəb əvvəllər eyni məktəbdə oxuyublar, lakin sonradan Zeynəb Ankaraya köçüb. Məktub yazacaqlarına söz verdilər. Zeynəbin Mətin adlı qardaşı, Əhmədin isə Fatoş adlı bacısı var. Əhməd Zeynəbə, Zeynəb isə Əhmədə məktəbdə və evdə yaşadıqları hadisələri danışır. Bu kitab uşaqların analarına, atalarına və müəllimlərinə necə baxdıqlarını təsvir edir və uşaqlara özlərini necə müdafiə etməyi öyrədir. == Xarici keçidlər == Şimdiki Çocuklar Harika [1] Şimdiki Çocuklar Harika [2] == İstinadlar == "İndiki uşaqlar möcüzədir". "Kitab evim".
Alisa porno möcüzələr ölkəsində
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür. == Xarici keçidlər == Alisa porno möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1903)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1910)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış qısametrajlı səssiz filmdir. Alisa rolunu Qledis Hulett ifa edir.
Alisa möcüzələr ölkəsində (film, 1915)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış film, səssiz rejimdə çəkilmişdir. == Məzmun == Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar.
Alisa möcüzələr ölkəsində (film, 1933)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1949)
Alisa Möcüzələr Ölkəsində — rejissor Luis Kerroll tərəfindən 1949-cu ildə mövzusu hazırlanan və ingilis kökənli rejissor Dallas Bauer tərəfindən ərsəyə gətirilən, orijinalı fransız dilində çəkilmiş fentezi janrda film. Möcüzələr Ölkəsi adlanan xəyali məkanın əksər iştirakçıları çoxkadrlı animasiya texnologiyasından istifadə edilərək Lu Banin tərəfindən kuklalarla yaradılmışdır. Filmdəki digər canlı aktyorların hamısı canlı çəkiliş səhnələrində görünür. Ancaq onlar yalnız Möcüzələr Ölkəsi simvollarını və İngiltərədə səhnələrin hazırlanması zamanı bir neçə əsas çəkiliş epizodlarını səsləndirirlər. Digər canlı aktyorlardan Pamela Braun Harts kraliçası kimi çıxış edir. Filmin çəkilişlərində 20 yaşında olan Kerol Marş müəllif tərəfindən 7 yaşında təsvir edilir. == Yayımı == Harts kraliçası obrazı Kraliça Viktoriyanın şanına təhqir olaraq qəbul edildiyi üçün İngiltərədəki yayımına qadağa qoyuldu. Bununla yanaşı film Volt Disney studiyası ilə hüquqi anlaşılmazlıqlar səbəbindən ABŞ kino səhnələrində ön planda mövqe tuta bilmədi. Disney filmin ingilis versiyasının ABŞ-də yayımlanmasının qarşısını almaq məqsədi ilə məhkəməyə müraciət etdi və mühakimənin gedişatına "Time" jurnalında geniş yer verildi. Yayımçı şirkət isə öz növbəsində Disneyi filmin orijinal versiyasının süjet xəttindən istifadə etməkdə ittiham etdi.
Alisa möcüzələr ölkəsində (film, 1972)
Alisa möcüzələr ölkəsində və ya Alisanın möcüzələr diyarında macəraları (ing. Alice's Adventures in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin baş makiyajçısı olan Stüart Friborn (1914–2013) film heyəti üçün Luis Kerrolun orijinal əsərindəki personajların şəkilləri əsasında makiyajlar hazırlamışdır. == Məzmun == Alisa Ağ Dovşanı izləyən zaman gözlənilmədən dərin dəlikdə büdrüyür və möcüzələr aləminə düşür. Burada onu çoxlu macəralar gözləyir. Bu aləmə düşmək üçün sehrli məhlullar sayəsində onun boyu gah kiçilir, gah da böyüyür. Alisa müxtəlif möcüzəvi varlıqlarla qarşılaşır və bundan heyrətlənir… == Rollarda == == Mükafatlar == == Həmçinin bax == Böyük Britaniya filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1985)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış macəra filmidir. Filmin distribütori "Irwin Allen Productions" və "Columbia Pictures Television" kinokompaniyalarıdır. == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1988)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış macəra filmidir. Filmin distribüteri "NuTech Digital" kinokompaniyasıdır.